Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Samir Şərifov özünü sığortalamaq metodunu kəşf edib - Şok iddialar
Tarix: 3-02-2017, 09:05 | Çap et
Samir Şərifov özünü sığortalamaq metodunu kəşf edib
Maliyyə naziri Samir Şərifov özünü sığortalamağın yeni metodunu kəşf edib. Nazir bəzi media emissarları hesabına mətbuatın gündəmindən çıxmaqdadır. Onun barəsində yazılanları ört-basdır etmək və müəyyən maddi kampaniya təşkil etməklə hədəfdən yayındırmaq kursu götürülüb.

İqtidara xəyanət

Nazir həm manatın qatili, həm dolların qara bazarda at oynatmasının səbəbkarı, üç ölkənin casusu ittihamını mətbuatın gündəmindən çıxarmağın yolunu tapıb. İddialara görə, Samir Şərifov mediada özünə dostlar tapıb. Onun çevrəsinə yaxın kadrlar mətbuatla danışıqlar aparır, elektron və yazılı mediada maliyyə nazirindən gedən materialların qabağını almağa cəhd edir. Bu haqda “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir. S.Şərifov bu azmış kimi, kredit borclarına güzəşt olunması, 10 min manata qədər borcların silinməsi təkliflərinə dair açıqlamalarında məsələni kökündən baltalayıb. Nazir bu cür güzəştlərin olmayacağını qeyd edib. Əslində, “manat çevrilişi”nin müəlliflərindən biri olan S.Şərifovdan bu sayaq çıxışlar gözlənilən idi. Manatın kursunun qorunmasına məsul şəxslərdən biri olan S.Şərifov hakimiyyət çevrələrində ən çox tənqid olunan nazirlərdən biridir. Kəskin devalvasiya təklifini də S.Şərifov verib. Təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır. Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi. İndi S.Şərifovun nəzarəti altında olan banklarda gözlənilməz dəyişikliklər də bu məlumatların əsassız olmadığını ortaya çıxarır. Onun tətbiq etdiyi “atkat” sistemi bütün dövlət sifarişlərindən 3-5 faiz “şapka” alınması pul köçürmələrində ağılasığmaz maxinasiyalar ölkənin maliyyə sistemini bərbad vəziyyətə gətirib. Bu da ikinci faktordur ki maliyyə nazirinin üçün mənfi hal kimi qiymətləndirilib. İqtidardakı dayaqlarını və etimadını itirmiş nazir media emissarlarının hesabına bu məsələni gündəmdən çıxarmağa çalışır. Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı. Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov “zərərsizləşdirildi”. Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi. Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir. Üstəlik, manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti var.

Nazirin mediaya işi düşüb

“Gündəm-Xəbər”ə verilən məlumata görə, maliyyə naziri iqtidar rəhbərliyinin gözündən elə düşüb ki, hər an vəzifəsini itirmək təhlükəsi var. Buna görə də işi mediaya düşüb. Fakt isə ondan ibarətdir ki, maliyyə naziri hakimiyyətdə yüksəlişini təmin etmək üçün Qərb dairələri ilə razılaşmalar aparıb. Sonunda proje iflas edib və nazir faş olub. Buna görə də nazir mediada barəsində gedən materialları dayandırmaq niyyətindədir. Adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var. Bundan başqa, nazirliyin regionlarda fəaliyyətdə olan maliyyə şöbələri maxinasiyalar yuvasına çevrilib. İstənilən rayon maliyyə şöbəsi icra hakimiyyəti strukturu ilə əlbir olaraq dövlət büdcəsinin idarə olunmasında müxtəlif mənimsəmələri həyata keçirir. İqtisadi böhran isə hökuməti qənaət rejiminə keçməyə vadar edib və büdcə pullarının istifadəsinə nəzarət gücləndirilir. Dünənə kimi maliyyə şöbələrinin rəisləri icra başçıları ilə birlikdə hansısa MMC-ni tenderdə qalib elan edərək vəsaitləri talan edirdisə, indi mümkün olmayacaq. Çünki dotasiyalar kəsilir, nəzarət artırılır, struktur islahatlarına başlanır. Belə demək olarsa, Samir Şərifova sarsıdıcı bir zərbə endirilir.

Şərifovun adı MTN işində

“Gündəm-Xəbər”ə verilən məlumata görə, maliyyə naziri Samir Şərifov üçün “əcəl zəngi” çalınır. Bu “zəng”in qulaq batıran səsləri eşidilməkdədir. İqtidarın ən yuxarı eşelonunda “qələmi qırılan” nazir üçün çox ağır bir sınaq dövrü başlanır. Samir Şərifovun vəziyyətinin ciddiliyi Daşkəsənin icra hakimi Əhəd Abıyevin qəfil çıxışı ilə müşayiət olunur. İcra başçısı gözlənilmədən açıqlama verir ki, MTN-də ondan maliyyə naziri əleyhinə danışmaq tələb olunub. İlin-günün bu vaxtında icra başçısının naziri “baqaja” qoyan çıxışı nəyə lazım idi?! Əlbəttə ki, Ə.Abıyevin təmsil olunduğu siyasi klanın təlimatı da ola bilər. Amma Daşkəsənin rəhbəri əsasən mərkəzin tapşırıqlarından qırağa çıxmır. S.Şərifovla Ə.Abıyevin indiyədək kəsişən nöqtəsi olmayıb. O baxımdan icra başçısının maliyyə nazirinin əleyhinə açıqlaması S.Şərifovun barəsində MTN-də kompromat materialların mövcudluğuna işarə idi. Hakimiyyət nazirə xəbərdarlıq edir ki, həmin dosye artq əlimizdədir və büdcə vəsaitlərinin mənimsənilməsi haqda faktları istənilən an üzə çıxarmaq mümkündür. Bu, bir növ Samir Şərifovu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yanına göndərmək ismarıcıdır. Cahangir Hacıyevin məhkəmədi dövründə Samir Şərifov qorunsa da, bankirin ayağına verilməsə də, bu o demək deyildi ki, onunla haqq-hesab çürüdülməyəcək. İndi həmin an yetişib və Hacıyevin “sən də yanımda əyləşməlisən” sözünün təftişi aparılır. Hakimiyyət heç də maliyyə “boss”unu əfv etməyib. Ə.Abıyev S.Şərifov haqda istintaqa bunları açıqlayıb: “Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”. Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər. Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib. Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb: “Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi.
Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib. Bu istintaq materialının meydana çıxması böyük bir planın tərkib hissəsidir.

Nazirliyin Qazprom əməliyyatı

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, maliyyə naziri Samir Şərifov üçün qaranlıq tunelin sonu görünməyə başlanıb. Nnazirin karyerasını bitirəcək üç mühüm faktor icraya yönələ bilər. Samir Şərifov uzun müddətdir Azərbaycan hökumətində qərbpərəst, amerikapərəst mövqeli nazir kimi tanınır. Onun adı baş nazir Artur Rəsi-zadənin uğurlu xələfi kimi də zaman-zaman mediada hallanıb. Bu ittihamların tirajlanması maliyyə nazirin reputasiyasını kifayət qədər zərbə altında qoyub. Ölkə rəhbərliyi S.Şərifovun adının qarşısında “minus” işarələyib. Nazir barəsindəki qovluqda “quş”ların sayı getdikcə artmağa başlayıb. sonuncu əsas amil Beynəlxalq Bank məsələsində də S.Şərifovun məsuliyyət payının olmasıdır. ABB-nin həbdə olan sabiq sədri Cahangir Hacıyev ilk məhkəmə çıxışından son sözünə qədər S.Şərifovu ittiham etdi. Beynəlxalq Bankdan izsiz-tozsuz çıxarılaraq mənimsənilən səkkiz milyard manatla bağlı günahkar axtarışı isə davam edir. Doğrudanmı, Maliyyə Nazirliyi, həmçinin Beynəlxalq Bank rəhbərliyi bundan xəbərsiz olub? Mənimsənilən milyonlardan istənilən halda Maliyyə Nazirliyi və nazir xəbərdar olmalı idi: “Çünki Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olub. Müəyyən məbləğdən yuxarı olan kreditlərin verilməsinə qanuna görə Müşahidə Şurasının qərarı lazımdır. Maliyyə nazirinin burada məsuliyyəti var. Hacıyevdən sitat: “Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir". Bütün bunlara baxmayaraq istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu. Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi və bankın menecmeti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı”. “Metanom” zavodu ilə bağlı da Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparılmışdı. “Ölkəyə 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı“.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru