Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                 

BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Tarix: 10-07-2013, 12:15 | Çap et
BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Dövlətin sahiblik etdiyi iri şirkətlər maliyyə şəffaflığı üçün böyük problemdir. Son illər investisiya layihələrinin dəstəklənməsi məqsədilə dövlət mülkiyyətində olan təsərrüfat hesablı müxtəlif müəssisə və şirkətlərə böyük məbləğdə əvəzsiz büdcə vəsaitləri ayrılır. Halbuki, məsələn, “Barmek”in dövründə hökumət Abşeron yarımadasının enerji sisteminin saxlanmasına büdcə dəstəyi vermədiyi halda həmin şirkətlə müqavilə pozulandan sonra eyni coğrafiyaya xidmət göstərən dövlət şirkəti “Bakıelektrikşəbəkə”yə böyük həcmdə maliyyə yardımları verdi. Nəticə isə göz qabağındadır: iri dövlət şirkətlərinin maliyyə intizamsızlığı məhz onların büdcədən aldığı milyonların yaratdığı arxayınçılıqdan qaynaqlanır.

2012-ci ildə “Azərenerji”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, AZAL, ARDNŞ kimi iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlərdən “Azərenerji”yə 141,7 milyon, “Azərsu”ya 580 milyon, ARDNŞ-yə 330 milyon, AZAL-a 232,6 milyon, “Bakıelektrikşəbəkə”yə 90 milyon manat pay çatıb. Amma sadalanan şirkətlərin dövlət büdcəsinə ödənişləri birlikdə 1,7 milyard manatdan azca çoxdur. Bu o deməkdir ki, onlar dövlət büdcəsinə vergi kimi ödədikləri vəsaitin təxminən 82 faizini elə il ərzindəcə geri alıblar.

Ötən il dövlət büdcəsinə “Azərenerji” 140,4 milyon manat (əvvəlki ilə nisbətən 5,6 milyon manat çox), Rabitə Nazirliyinin müəssisələri 32,5 milyon manat (2,3 milyon manat çox), AZAL 22,9 milyon manat (2,7 milyon manat çox), “Azərsu” 11 milyon manat (1,7 milyon manat az), Azərbaycan Dövlət Dəmir Yolları 1,9 milyon manat (6,0 milyon manat az), Xəzər Dəniz Gəmiçiliyi 249 min manat (300 min manat az) vəsait ödəyib.

Rəsmi məlumatlardan aydın olur ki, iri vergi ödəyicisi hesab olunan dövlət müəssisə və şirkətlərinin dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin icrası ilə bağlı ciddi problemləri var. 2013-cü ilin yanvarın 1-nə olan 2,6 milyard manata yaxın vergi borclarının təxminən yarısı – 1,2 milyard manatı dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Bu, iri ödəyicilərin faktiki vergi ödənişlərinin təxminən 80 faizinə bərabərdir. Halbuki, məsələn, xarici və birgə mülkiyyətdə olan müəssisələrin 2012-ci il üzrə faktiki vergi ödənişlərinin (2,3 milyard manat) 8,5%-i həcmində vergi borcu yaranıb.

Hesablama Palatasının məlumatına görə, hesablanmış vergi və ödənişlərin Rabitə Nazirliyinin müəssisələri 80% hissəsini, “Azərenerji” 45,6%, AZAL 48%, “Azərsu” 39% hissəsini, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəmir Yolları isə 10%-dən də az hissəsini büdcəyə ödəyiblər.

Büdcədən böyük həcmdə vəsait alan bu şirkətlərin vergi öhdəliklərini yerinə yetirməməsinin səbəblərinə icra büdcəsinin parlament müzakirəsində aydınlıq gətirilmir. Halbuki təkcə fiskal orqanların deyil, bu şirkətlərin səlahiyyətli şəxslərinin də ictimai vəsaitlərin istifadəsinə dair parlamentə izahat vermək öhdəliyi olmalıdır.

Nazirlər Kabinetinin 9 iyun 2005-ci il qərarına əsasən, iri vergi ödəyiciləri hesab olunan dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dən gec olmayaraq hökumətə, sənədin son variantını və investisiya proqramlarını isə razılaşdırılmaq məqsədilə dekabrın 1-dək Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim etməlidir.

Azərbaycan Konstitusiyasına görə, dövlət büdcəsinə nəzarətin həyata keçirilməsi qanunverici hakimiyyətin müstəsna səlahiyyətidir. Odur ki, yanacaq-energetika, nəqliyyat və kommunal sektora daxil olan dövlət şirkətlərinə büdcə dəstəyinin verilməsi ilə bağlı hökumətin də parlamentə əsaslandırmalar təqdim etməsinə ehtiyac var.

İri dövlət şirkətləri büdcədən vəsait alıb-almamasından asılı olmayaraq həm gəlir və xərclər smetasının layihəsini, həm investisiya layihələrini, həm də maliyyə hesabatlarını qanunverici orqana təqdim etmək öhdəliyi daşımalıdır. Büdcədən maliyyə ayırmalarının isə hər il büdcə paketinə daxil edilən ayrıca qanunla tənzimlənməsi, həmin qanunda maliyyə yardımının məqsədinin aydın göstərilməsi effektiv nəzarət mexanizmi ola bilər.

Qanunvericilikdə dövlət şirkətlərinin büdcə hesabına maliyyə dəstəyi almasının şərtləri, belə dəstəyə qoyulan məhdudiyyətlər, hökumətin maliyyə yardımları müqabilində şirkətin hökumət qarşısında götürdüyü öhdəliklər dəqiq müəyyən olunmalıdır. Xüsusilə də beynəlxalq mühasibat standartlarına və zəruri maliyyə hesabatlılığı standartlarına əməl etməyən şirkətlərə dövlət dəstəyinin verilməsi dayandırılmalıdır.

Nəhayət, Hesablama Palatası Milli Məclisə hesabat verən qurum kimi hər il iri dövlət şirkətlərinin büdcə qarşısında öhdəliklərini yerinə yetirmə vəziyyətini qiymətləndirməli, onların xərcləmələrinin səmərəliliyini, təyinatı üzrə istifadəsini qiymətləndirib qanunverici orqana ayrıca rəy təqdim etmək səlahiyyəti qazanmalıdır.


Rövşən AĞAYEV
Milli Büdcə Qrupunun eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru