Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK
Tarix: 13-07-2013, 09:40 | Çap et
ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK
Şamil Hüseynov:“Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluqmünasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar...”

“Təzadlar” 105157 saylı cinayət işi üzrə istintaq tərəfindən dindirilmiş Hüseynov Şamil Sabir oğlunu şahid qismində dindirmə zamanı verdiyi ifadəsini təqdim edir. Dindirilmə “19” oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində aparılmışdır.

Qeyd edək ki, Şamil Hüseynov Elşad Abdullayevin dayısı oğludur.

(Əvvəli keçən günlərdə)

İfadə:

-...ABU tələbələrinin oturacağı sektor müəyyən edildikdən sonra Mahir Abdullayevə sektorun dəvətnamələri verilmişdir. Bu söhbəti mən 12 oktyabr 2003-cü il tarixdə, həftənin bazar günü Elşad Abdullayev ABU-nun həyətində Mahir, rektorun baş müşaviri Nizami Süleymanov və rektorun təsərrüfat işləri üzrə prorektoru Sədirəddin Qədirovla söhbət edərkən eşitmişəm. Həmin gün səhər saatlarında Elşad Abdullayev ABU-nun həyətində Sədirəddin Qədirovla söhbət edərkən Mahir Nizami ilə birlikdə sonuncunun maşınında ABU-ya gəldi. Maşından düşən Mahir qardaşı Elşada narahat olmamağı və hər şeyin qaydasında olduğunu bildirməklə bir gün sonra keçiriləcək tədbirlə əlaqədar hər bir şeyin qaydasında olduğunu söylədi.

13 oktyabr 2003-cü il tarixdə bizim maşının arxasınca ABU-nun bir qrup müəllimi də stadiona gedirdi. Stadiona çatdıqdan sonra Elşad Abdullayev başda olmaqla bütün müəllim heyəti Tofiq Bəhramov adına stadiona daxil oldu. Tədbirdə iştirak etməli olan tələbələr isə artıq içəri keçmişdilər.

“Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluq münasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar”

Mən isə bayırda maşının yanında qaldım. İlham Əliyevlə əlaqədar keçirilən tədbir axşam saat 19-20 radələrində yekunlaşdı, çünki hamı stadiondan həmin vaxt çıxmağa başladı. Elşad müəllim stadiona girəndən tədbir yekunlaşana qədər mən “Toyota RAV-4”-ün yanından heç bir yerə getməmişəm. Tədbir davam edərkən, daha doğrusu cənab Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluq münasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar. Onlar “Nissan-Maxima” markalı maşınla gəlmişdilər. Gələnlər məndən tədbirin başlayıb-başlamadığını soruşduqdan sonra içəri keçə bilib-bilməyəcəkləri ilə maraqlandılar. Mən isə İlham Əliyevin gəlib keçdiyini və tədbirin artıq başlandığını bildirdim. Onlar bunu eşidəndən sonra bir-birinin üzünə baxıb heç bir şey demədən çıxıb getdilər. Tədbir bitəndən sonra aparıb Elşad müəllimi Novxanıdakı bağ evinə düşürtdum, özüm isə evimə gəldim.

“Mahir Abdullayevin bir gün əvvəldən mobil telefonunu söndürməyini mən də bilirdim”

14 okytabr 2003-cü il tarixdə saat 9-10 aralığında Elşad müəllim mənə zəng vurub Novxanıya çağırdı, lakin yarı yolda zəng vurub məni ABU-ya yönləndirdi. Novxanıya getmədən ABU-ya gəldim. ABU-da Elşad müəllimin danışdıqlarından bildim ki, onun qardaşı Mahir bir sutkadır ki, telefonunu söndürüb və heç yerdə yoxdur. Mahir Abdullayevin bir gün əvvəldən mobil telefonunu söndürməyini mən də bilirdim. Çünki bir gün əvvəl Elşad müəllimi Bakı şəhəri, Bül-bül küçəsindəki “Frans salon” adlı bərbərxanadan götürüb ABU-ya gələn vaxt yolda olarkən Elşad müəllim bir neçə dəfə mobil telefonu vasitəsilə qardaşı Mahirin mobil telefonuna zəng vurmuşdu. Hətta ABU-nun həyətində maşından düşüb toplaşmış müəllimlərlə söhbət etməmişdən əvvəl mənə tapşırmışdı ki, tez-tez Mahirin mobil nömrəsini yığım. Mən də tez-tez Mahirin mobil nömrəsini yığırdım, lakin onun mobil telefonu bağlı olduğundan cavab vermirdi. Elşad müəllim özü Mahirin mobil telefonunu stadionda təşkil olunan tədbirə girənə qədər yığırdı.

Sual:

-13 oktyabr 2003-cü il tarixdə gün ərzində Mahir Abdullayevi görmüsünüzmü? Ümumiyyətlə, Mahir Abdullayevi 13 oktyabr 2003-cü il tarixə qədər sonuncu dəfə harada və kiminlə görmüsünüz?

Cavab:

-13 oktyabr 2003-cü il tarixdə Mahir Abdullayevi gün ərzində bircə dəfə də olsun görməmişəm. Onu sonuncu dəfə bir gün əvvəl günorta saat 12-13 radələrində ABU-nun həyətində qardaşı Elşad, prorektor Sədirəddin və baş müşavir Nizami ilə stadionda keçiriləcək tədbir haqqında söhbət edərkən görmüşəm

Sual:

- Mahir Abdullayevin siyasi fəaliyyəti və cəmiyyətdə tutduğu siyasi mövqeyi barədə nə bildirə bilərsiniz?

Cavab:

-Onun siyasi fəaliyyəti barədə onu deyə bilərəm ki, o, YAP-ın üzvü idi. Bununla yanaşı, səhf eləmirəmsə, o, həmçinin ABU-da olan YAP təşkilatının sədri idi. Bundan əlavə mən heç bir şey bilmirəm.

Sual:

- Mahir Abdullayevin yoxa çıxmasını siz nə ilə əlaqələndirə bilərsiniz?

Cavab:

-Onun itməsinin səbəbini heç nə ilə əlaqələndirə bilmirəm, lakin onu bildirə bilərəm ki, Mahirin sağ olmasına inanmıram. Çünki onun 9 il ərzində sağ-salamat saxlanmasının məntiqi yoxdur, yəni onu heç kim bu qədər uzun müddət ərzində saxlamazdı. Bir sözlə mənim fikrimcə onu öldürüblər. Bu qənaətə gəlməyimə baxmayaraq onun öldürülməsinin səbəb və motivlərini heç nə ilə izah edə bilmərəm. Mahir itkin düşəndən sonra qardaşları təxminən 30-40 gün özləri öz təşəbbüsləri ilə onu axtardılar. Özləri dedikdə onu bildirmək istəyirəm ki, Mahirin qardaşları onun axtarışını şəxsən həyata keçirirdilər və heç bir qohum əqrəbanı yaxın buraxmırdılar. Məsələn, mən həmin ərəfədə hər gün maşınımla ABU-ya gəlib axşama kimi bir çox digər işçilərlə universitetdə olub axşam çıxıb evimə gedirdim. Sonradan təxminən ay yarım vaxt keçdikdən sonra Elşad müəllim məni çağırmağa başladı ki, səhərlər gedib onu evdən götürüm.

Sual:

- Yoxa çıxmamışdan əvvəl Mahir Abdullayevin nəyə görəsə nədənsə və ya kimdənsə qorxması, bununla əlaqədar ehtiyyat etməsi və yaxud kiminsə onu öldürəcəyi barədə Sizə nəsə demişdirmi?

Cavab:

-Mahirin qorxmasını, çəkinməsini və ya nədənsə ehtiyyat etməsini eşitməmişəm. O mənə hər hansı şəxs tərəfindən öldürüləcəyi hədəsinə məruz qaldığını heç vaxt deməyib.

Sual:

- Mahir Abdullayevin kiminləsə ədavətinin yaxud düşmənçiliyinin olub-olmaması barədə nə göstərə bilərsiniz?

Cavab:

-Mahirin kiminləsə, yaxud da kiminsə Mahirlə ədavətinin və ya düşmənçiliyinin olub-olmaması barədə heç nə eşitməmişəm və heç nə bilmirəm.

Sual:

- 13 oktyabr 2003-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək tədbirlə əlaqədar Mahir Abdullayevə verilən dəvətnamələrin aqibəti barədə nə deyə bilərsiniz?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru