Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                 

Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib... - İTTİHAM
Tarix: 4-01-2020, 12:14 | Çap et
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
65 yaşlı Mirbala Yolçuyev özü Oğuzun Qarabulaq kəndinin sakini olsa da, Ağdaşın icra başçısından narazıdır. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bildirir ki, Tofiq İbrahimov ona bir parça çörək qazanıb, ailəsini dolandırmağa imkan vermir.

Mirbala Yolçuyev 16 yaşından heyvandarlıqla məşğuldur, uzun illərdir Ağdaş ərazisindəki qış otlaq sahəsində sürü ilə xırdabuynuzlu heyvan saxlayır: “1971-ci ildən heyvandarlıqla dolanırıq. Bu illər ərzində qazancım yaratdığım təsərrüfat, bir də halal çörəyimdi. Buna da imkan versələr...”

Kənd sakini deyir ki, hazırda heyvan saxladığı örüş sahəsi kollektiv təsərrüfat dövründən qalıb. Kolxoz ləğv olunandan sonra 1996-cı ildə qardaşlarıyla birlikdə fermer təsərrüfatı yaradıb: “Püşkatma oldu, mənim püşkümə düşən ərazidə heyvandarlıqla məşğul olurduq. 2001-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazidən 200 hektar torpağı 15 illik icarəyə götürdüm. Bu müddətdə yenə işlədim, təsərrüfatımı böyütdüm. 2006-cı ildə Nazirlər Kabinetinin qərarıyla həmin torpağın sərəncamı Ağdaş Rayon İcra Hakimiyyətinə verildi”.

Fermerin sözlərinə görə, 2016-cı ildə icarə müddəti başa çatanda yeni müqavilə üçün Ağdaş Rayon İcra Hakimiyyətinə üz tutub. Etiraz etməyiblər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub göndərilib ki, həmin ərazini yenidən bu vətəndaşa vermək olarmı? Komitə əvvəlki sənədləri də araşdırıb, müsbət rəy verib: “2017-ci ildə sənədi alanda gördüm ki, uzun illərdir istifadə etdiyim yerlə indi mənə ayrılmış yer bir-birinə uyğun gəlmir. Mənim hərəkətlərimi məhdudlaşdırıblar. Qapının ağzından sərhəd qoyublar ki, burdan aşağı sənin ərazin deyil. Guya həmin ərazi qonşu Şəkili kəndinin bələdiyyəsinə aiddir. Mən təəccübləndim ki, bu necə ola bilər? Dərhal komitə ilə əlaqə saxladım, çağırdılar. Kadastr Mərkəzində Ramiz müəllimlə görüşdüm, mütəxəssisləri çağırdı, araşdırdı, gördü ki, məndə olan sənədlər başqadı, yeni sənədlə ayrılan ərazi başqa. Yəni yeni sənəd onların verdiyi rəyə uyğun işlənməyib. Qərar çıxarıldı ki, bu sənəd ləğv olunsun. Komitənin sədri Kərəm Həsənovun da qəbulunda olmuşdum. Göstəriş verdi, dedi ki, əməkdaşlar əraziyə ezam olunsun, yeni sənəd hazırlayıb gətirsinlər”.

M.Yolçuyev deyir ki, xeyli gözləyib, amma məsələ həllini tapmayıb. Bir neçə dəfə Ağdaşın icra başçısı Tofiq İbrahimovun qəbulunda olub. Onun sözlərinə görə, icra hakimiyyətində təklif ediblər ki, istifadəsində olan ərazinin bir hissəsini başqalarına versin. O da razılaşıb: “Axırda gəlib dirəşdilər ki, qapımın ağzından sərhəd qoysunlar. Deyirəm, ay kişi, mənim heyvanlarım gündə azı bir dəfə də olsa, suya getməlidir”.

Fermer problemin həlli üçün məhkəməyə üz tutub, icra başçısına qarşı iddia qaldırıb. İlyarımdır ki, bu iş Şəki İnzibati-İqtisadi Məhkəməsindədir, hələ yekun qərar çıxarılmayıb. Məhkəmə prosesi müvəqqəti dayandırılıb. Çünki 15 gün öncə hakim qərar çıxarıb ki, ekspertiza keçirilsin, mübahisəli ərazinin sxemi hazırlansın.

İcra başçısı 2018-ci ilin noyabrında və 2019-cu ilin noyabrında məhkəməyə məktublar göndərib. Bu məktubların hər ikisində eyni məsələdən söhbət getsə də, icra başçısı fərqli fikirlər yazıb. Məhkəmənin ekspertiza qərarında qoyulan suallardan biri də budur ki, icra başçısının hər iki məktubu və onlara əlavə olunan sxemlərin bir-birindən fərqi nədədir?

M.Yolçuyev bildirir ki, məhkəmənin nəticəsini gözləməyə icra başçısının səbri çatmır, qonşu kəndin sakinlərini ona qarşı qaldırır. Nəticədə əhali arasında gərginlik yaranır: “10-15 gün olar ki, mənim ərazimlə həmsərhəd olan qonşu kəndi mənə qarşı ayağa qaldırıblar. Deyirlər, sən oğuzlusan, Ağdaşa aid torpaq səndə olmalı deyil. Bu, nə deməkdir?! Dörd dəfə qarşıdurma baş verib. Gəlib heyvanlarımı aparırlar, oğlumu, yeznəmi döyüblər. Bütün bunlar da polislərin gözü qarşısında baş verir, heç bir tədbir görmürlər. Çünki hamısı quraşdırılmış oyundur. Dörd halın hamısında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Əlim hər yerdən üzüldü, dekabrın 27-də təcili Bakıya gəldim ki, mərkəzi icra orqanlarına rayondakı biabırçılığı çatdırım. Deyim ki, icra başçısı insanların problemini həll eləməkdən əhali arasında gərginlik yaradır. İqtisadiyyat Nazirliyinə getdim, Prezident Administrasiyasında oldum. Elə mən Bakıya gedəndə yolda xəbər verdilər ki, yenə bir qrup adam gəlib oğlumu döyüb, yaralayıb. Mən Bakıda şikayət edəndən sonra icra hakimiyyəti ilə əlaqə saxladılar. Bundan sonra nisbətən sakitlik yarandı”.

Fermer bütün bu baş verənlərə görə şəxsən icra başçısını ittiham edir. Deyir ki, əgər bu cür insidentlərin ağır nəticəsi olsa, buna görə məsuliyyət T.İbrahimovun üzərindədir. Ona görə də bəri başdan prezidentə üz tutub deyir: “Cənab prezident, sizdən xahiş edirəm, sadə kənd adamlarına kömək edin. Məmurlara başa salın, imkan versinlər, ailəmizi dolandıraq. Vəzifəli şəxslərin borcu odur ki, əhali arasında gərginlik yaratmasınlar. Amma özləri gərginlik yaradırlar. Mən qanunların tərəfindəyəm. Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq”.

Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...
Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru