“AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                 

Cahangir Əsgərovundan adamından prezidentə şok şikayət - "Aeroportu Allah qoruyur”
Tarix: 21-12-2015, 09:41 | Çap et
Cahangir Əsgərovundan adamından prezidentə şok şikayət
Bakının Suraxanı rayon sakini TİA.AZ-a müraciət edib.

Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 9A, mənzil 162-də yaşayan Xalıqverdi Məmmədov Məmməd əmək hüquqlarının pozulmasından şikayətçidir.

Qanunsuzluq

Şikayətçi bildirir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov işçilərə qarşı kobud rəftar edir, qanuni iş saatından artıq işlədir. Şikayətçi bildirir ki, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı və ailə başçısıdır:
“16.02.1998-ci ildən aviasiya sahəsində müxtəlif vəzifələrdə çalışmışam. 2003-cü ildə Prezident seçkilərində Xəzər rayonu 14-cü dairə 12-ci məntəqədə müşahidəçi olmuşam. Sonuncu iş yerim, Heydər Əliyev Beynəlxalq Aeroportunda Buraxılış Nəzarət Xidməti rəisinin rejim üzrə köməkçisi vəzifəsində fəaliyyət göstərmişəm.
Lakin 10.12.2014 tarixində Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru Elxan Orucov tərəfindən axşam saat 21:30 radələrində buraxılış vəsiqəm alınaraq heç bir qanuni əsas olmadan öz xahişimlə işdən azad olunmağıma məcbur edilmişəm. Qeyd etmək istəyirəm ki, bu günədək mənim işdə heç bir nöqsanım olmayıb.
Əksinə əlavə olunmuş sənədlərdə görünür ki, mən 03.11.2009-cu ildə 278 saylı, 16.11.2009-cu ildə 286 saylı əmrlə, 28.02.2012-ci il 35 saylı əmrlə, 09.04.2012-ci il 77 saylı əmrlə, 29.07.2013-cü il 502 saylı, 13.06.2013-cü il 324 saylı, 05.08.2014-cü il 449 saylı əmrləri ilə təşəkkür ilə elan olunmuş, 16.10.2014-cü ildə Terminal-1 tikintisində müəyyən oğurluqların (foto şəkil ) qarşısının alınmasında yaxından iştirak etmişəm. Rəhbərliyin etimadını qazanmaq üçün əlimdən gələni edərək hətta rəhbərliyin göstərişi ilə iş vaxtından kənar gəlib işləmişəm.
Bu mənim işə davamiyyətimdə öz əksini tapmışdır. Böyük bir kollektivdə nüfuzum hörmətim olmuşdur. Lakin rəhbərlik məni demonstrativ formada kollektivin gözü qarşısında heç bir əsas olmadan işdən çıxmağa məcbur edib”.

"Aeroportu Allah qoruyur”

Vətəndaş qeyd edib: “Əmək müqaviləsinə əsasən gündə 8 saat işləməli olduğum halda gündə 10-12 saatdan artıq hətta şənbə, bazar günləri də işləməyə vadar edilmişəm və bütün bunlara ailəmin pula ehtiyacı olduğu üçün razılaşmışam.
Mənim iş vaxtından artıq işlədiyim günlərə və saaatlara görə ödənişlərimin nəzərə alınmayacağı bildirilmişdir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 05 dekabr 2013 -cü il tarixli 304 saylı Əmək Müqaviləsinə əsasən mən Heydər Əliyev Beynəlxalq Aeroportunda Mühafizə Xidmətinin aviasiya təhlükəsizliyi üzrə təlimatçı vəzifəsinə keçirilmişəm.
Əmək haqqı hər ay 510 manat təşkil edir. İş saatı isə 9:00-dan 18:00-dək olmaqla gündə 8 saatdır. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 16 sentyabr 2014-cü il tarixli Əmək Müqaviləsinə əsasən mən Heydər Əliyev Beynəlxalq Aeroportunda Buraxılış Nəzarət Xidməti rəisinin rejim üzrə köməkçisi vəzifəsinə keçirilmişəm.
Əmək müqaviləsi müddətsiz olmaqla aylıq əmək haqqı 670 manat təyin edilib. Nəzərinizə çatdırmaq istəyirəm ki, adı Aviasiya Təhlükəsizlik İdarəsi olmasına baxmayaraq burada heç bir mülki aviasiya təhlükəsizliyindən əsər-əlamət yoxdur. Belə demək mümkünsə, Aeroportu Allah qoruyur”.

Emil Süleymanovun müqəddəratı...

Şikayətçi əlavə edib: “Bunun isə belə olmasına səbəb düzgün kadr seçiminin, kadr islahatının aparılmamasıdır". Şikayət məktubunda qeyd olunur ki, Aviasiya Təhlükəsizlik İdarəsinin xidmət sahələri sanki özəlləşdirilib: "Bir neçə nəfər tərəfindən arendaya götürülən bu dövlət müəssisəsinin rəhbər heyətinin hal-hazırda mövcud qanunlardan "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 2-ci və 3-cü bəndləri, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərindən xəbərləri varmı? Qüvvədə olan qanunvericiliyə görəsən nə üçün məhəl qoyulmur?

Belə olan halda respublikamızın əsas giriş və çıxışı sayılan aeroportlarda hansısa təhlükəsizlikdən söhbət etmək olarmı? Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru Elxan Orucov 2005-ci ildən bu idarədə işləyib. E.Orucov istefaya göndərilən polkovnikdir. Bu yoldaşı o vaxt idarə rəisi Emil Süleymanov işə qəbul edib.
Emil Süleymanovun sonrakı müqəddəratı bəllidir. O vaxt E.Süleymanovun işlərindən E.Orucovun xəbəri olmamış deyildir. Amma nədənsə sudan quru çıxdı.
Azərbaycan dilində tam danışa bilməyən (Ulu öndərimiz Heydər Əliyevin məlum 18 iyun və 09 avqust 2001-cil fərmanlarına hörmətsiz yanaşan) rus dilində danışığı başa düşülməyən bu yoldaş məlum Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdə 1992-ci ildə Ağdam rayonunda xidmət edib.
1994-cü ildə Dübəndidə yerləşən poliqonda N saylı hərbi hissənin təzə əsgərlərinə İrandan dəvət olunmuş hərbiçilərlə birgə təlim keçib, helikopterlə döyüş bölgəsinə yollayırmış. Əsgərlər kütləvi surətdə şəhid olduqlarına görə, şəhid analarının şikayəti əsasında E.Orucova cinayət işi qaldırılıb”.

Rəis prezidentə qarşı...

Xalıqverdi Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, gəncləri işlə təmin etmək və onlara şərait yaratmaq lazımdır: "Lakin E.Orucov qeyd olunanların əksini edir, işçiləri psixoloji təsir altında saxlayır, tez-tez şəxsi heyəti həyəcan siqnalına və imtahan zaçota çağırır.
2013-cü ilin fevral ayında Qəza Xilasetmə və Yanğından Mühafizə Xidmətinə təhkim olunmuş Nərdivan avtomobili həyəcan siqnalı zamanı aşdı, sürücü rəhmətə getdi, yanındakı əməkdaş isə yaralandı. 24.07.2014-cü ildə Mühafizə Xidmətinə həyəcan siqnalı verildi, şəxsi heyət evdən çağırıldı.

Postları gücləndirməyə aparan Mitsubishi markalı 90 PL 683 dövlət nömrə nişanlı avtomobil elektron mühafizə hasarının 20 saylı sektoruna çırpılıb qəza törətdi. Keşikçi Əlibəyov Hüseyn Vladimir oğlu (foto şəkil) IMG_0212IMG_0216 müxtəlif bədən xəsarətləri aldı. Bütün həyəcan siqanallarına A.T.İ-nin direktoru E.Orucov rəhbərlik edirdi.

Amma rəsmi olaraq heç bir yazılı əmr yoxdur. 2014-cü ilin fevralından bu günə kimi Mühafizə Xidmətindən təqribən 192 keşikçi Mərdəkandakı "Arif Nəzər oğlu Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində" kurs keçiblər. Onların hər birinə təqribən 800-850 AZN pul ödənilməsinə baxmayaraq, 15-20 nəfər işdən çıxarılıb, bir çoxu isə müxtəlif xidmətlərə keçib. Bu israfçılıq kimə lazımdır? Onu da qeyd etmək istəyirəm ki, MTN-də və DİN-də xidmət etmiş sonradan ATİ-də müxtəlif vəzifələrdə işləyən bir neçə polkovniki ştatda dəyişiklik etməklə və söz-söhbət yaratmaqla işdən uzaqlaşdırıb”.

Təhlükəsizlik İdarəsində acınacaqlı vəziyyət

Şikayəti vurğulayıb: “Onların yerinə Müdafiə Nazirliyindən yüksək pensiya alan, istefaya göndərilən zabitləri qəbul edib. Bərabər xidmət etdiyi Məmmədov Ehtiqam bir vaxt Mühafizə Xidməti rəisinin işin təşkili üzrə müavini oldu.
Müəyyən səbəblərə ( Milli Aviasiya Akademiyasını savadsızlar bitirir və ordakılar savadsızdırlar) sözlərini sıra toplantısında dediyinə görə bu vəzifədən uzaqlaşdırıldı və ATİ-nin Koordinasiya şöbəsində İstiqamətlər üzrə Xidmət rəisinin köməkçisi vəzifəsinə təyin olunmasına baxmayaraq, öz vəzifəsində işləməyibdir.

ATİ-nin tərkibində fəaliyyət göstərən yardımçı təsərrüfatda (maldarlıq, bağçalıq, meyvə-tərəvəzçilik, arıçılıq və sair) işləmişdi. Bu yoldaş üçün belə söhbət gəzdi ki, komandiri olduğu N saylı hərbi hissənin ərzaq məhsullarını əsasən 5 ton ət məhsulunu kənar adamlara satdığı üçün tutulub işdən çıxarılıb.
Deyilənlərə görə Məmmədov təqribən 2011-ci ildə Elektron Mühafizə Hasarının 35 g saylı sektorunu açaraq ərazidən çıxıb yaxınlıqdakı sahədə otlayan bir inəyi əraziyə gətirib. E.Orucovun rəhbərliyi altında kəsib 120 kq əti öz aralarında bölmüşlər. Hava limanında doğranmış hava gəmilərinin əlvan metallarını yük maşınlarına yüklədib yuxarıda qeyd olunan 35 g sektordan çıxardaraq aparıb İran vətəndaşına satmışlar.
Onu da qeyd edim ki, hava limanında silinmiş bütün yanacaq və tikinti materiallarının ərazidən çıxarılmasının göstərişini Elxan Orucov yerinə yetirir. Hal-hazırda Ehtiqam Məmmədov Aviasiya təhlükəsizlik İdarəsində daxili təhlükəsizliyin rəisi vəzifəsinə təyin olunub, bütün kameralara nəzarət edir.
Təqribən 7-8 il bundan əvvəl ATİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Etibar Cəbrayılov konkret faktlara əsasən işdən çıxarılmışdır. Hal-hazırda Aviasiya Təhlükəsizlik İdarəsinin direktorunun müavini vəzifəsində işləyir. Müdafiə Nazirliyində kadrlar idarəsində işləmiş ailəsi İsveçrədə yaşayan Vidadi Məmmədov işdən uzaqlaşdırılandan sonra ATİ-də müfəttiş vəzifəsinə qəbul olunmuş və hal-hazırda kadrlar idarəsində işləyir.

Ali savadı olmayanları xidmət rəisi, xidmət rəisinin müavini vəzifələrinə təyin edirlər. Məlum təlimatlarda qeyd olunub ki, aviasiya sahəsində üç il müddətində müxtəlif vəzifələrdə çalışmış ali təhsili olan işçilər rəhbər vəzifələrdə işləyə bilər. Heyif ki, təlimatın tələbləri Elxan Orucov və Vidadi Məmmədov tərəfindən pozulur. Bir neçə il bundan əvvəl narkotik qəbul etdiyinə, şəxsi heyəti narahat etdiyinə görə işdən çıxarılan əməkdaşlar yenidən işə qəbul olunublar.

Ümidvaram ki, bu "özününküləşdirilmiş" Aviasiya Təhlükəsizlik İdarəsindəki acınacaqlı vəziyyətə diqqət yetiriləcək və ölçü qəbul ediləcək. Qeyd olunanlara əsasən Sizdən xahiş edirəm: İşdən çıxarma əmri ləğv edilməklə işə bərpa edilməyim, mənim məcburi iş buraxma ilə bağlı əmək haqqımın tutulması, iş vaxtından artıq işə cəlb olunma ilə bağlı ödənişin tutulması, mənə ödənilməsinə köməklik edəsiniz".

Cahangir Əsgərovundan adamından prezidentə şok şikayət
Cahangir Əsgərovundan adamından prezidentə şok şikayət










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru