“AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                 

Ölkənin baş baytarından prezidentə şikayət - İTTİHAM VAR
Tarix: 28-01-2016, 10:04 | Çap et
Ölkənin baş baytarından prezidentə şikayət
Elchi.az – a Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən Prezidentə ünvanlanan şikayət məktubu daxil olub. Surəti digər yüksək qurumlara ünvanlanan məktubu şükayətçinin xahişi ilə oldugu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: -Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına

-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov cənablarına

-Azərbaycan Respublikasının Iqtisadiyyat naziri Şahin Mustafayev cənablarına

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən

AÇIQ MƏKTUB
Hörmətli cənab Prezident!
Himayəmdə işləməyən xəstə həyat yoldaşım və iki xəstə oğlum var. Özüm də həmişə həkim nəzarəti altında müalicə alıram. Üzürlü səbəblərdən vaxtında normal təhsil ala bilməmişəm. Xəstə olmağıma baxmayaraq ailəmizim yeganə qazanc gətirəni olduğum üçün hər bir çətinliklərə qatlaşaraq işləyir və ailəmi birtəhər dolandırıram. Bununla yanaşı kiçik bir sahibkar kimi iş tapa bilməyən bir neçə həmyerlilərimi də başıma yığıb qəsəbəmizdə icarəyə götürdüyüm “heyvan kəsimi” sexində işləyirik. Tam qanuni fəaliyyət göstəririk. Bütün tələbatlara cavab verən və respublikamızda demək olar ki, analoqu olmayan, müasir üslubda tikilmiş seximizdəki bütün proseslərə Abşeron Rayon Baytarlıq İdarəsinin ayırdığı həkim də nəzarət edir.
Ünvanınıza müraciət etməyimin başlıca səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis əvəzi işləyən və işlədiyi “Xidmət”ə şəxsi obyekti kimi yanaşan Azər İdris oğlu Süleymanovun vəzifə səlahiyyətlərini aşaraq öz şəxsi marağı naminə son vaxtlar mənə qarşı qərəzli cinayət xarakterli hallara yol verməsi və haqqımda bir sıra KİV-də böhtan dolu materiallar səsləndirməsi barədə Sizləri məlumatlandırmaqdır.

Bir neçə gün öncə, yəni 9 yanvar 2016-cı ildə gecə məlumat aldım ki, Azər Süleymanov bir dəstə adamla sexə gəlib. Onların yanına gedəndə Azər müəllim bildirdi ki, monitorinq keçiririk, sexi yoxlayacağıq. Onlara etiraz etmədim və işdə hər şey öz qaydasında olduğu üçün yoxlayıcılara şərait də yaratdım. Soyuducularda həkim nəzarətindən keçmiş və rəy alınması üçün ertəsi gün həkim yoxlamasından keçiriləcək başqa ətlər də var idi. Azər müəllim dedi ki, aldığımız məlumatlara görə burada at əti də var. Mən ona belə haram işlərlə məşğul olmadığımızı və dindar olduğumuzdan sexdə belə şeylərin olmamasını bildirdim. Eləcə də ona xatırlatdım ki, dəfələrlə buraya rəsmi və ya qeyri-rəsmi nəzarət etdirmisiniz, həmin vaxtlar nə ortaya çıxıb ki, indi də elə deyirsiniz. Seximizin baytar həkimi Nizami də ona iradlar tutdu. Azər bundan daha da əsəbiləşdi və sexdən kənarda hansı yollasa gəlib dayanmış “Qazel” və “Jiquli” markalı avtomobillərdəki ətlərində də sexə boşaldılmasını əmr etdi. Mən buna etiraz edəndə, tanımadığım ətin sexə boşaldılmasına icazə verməyəndə Azər şahidlərin yanında məni təhqir edərək mənə hədə-qorxular gəldi və nəticədə mənşəyini özü bildiyi kənar ətləri də sexə boşaltdırdı. Məni isə kənara çəkib bildirdi ki, siz indiyə qədər məni saymayıb yanıma gəlməyəndə məndən bundan artıq nə gözləyirsiniz? Sonda Azər Süleymanov mənə dedi ki, sən mən deyən qaydada Abşeronun baş baytar həkimi Fəxrəddinin üzünə durmasan səni burada işləməyə qoymayacağam. Onsuzda nazirlə danışmışam, Fəxrəddinin yerinə tələbə yoldaşım Kamranı qoyacam və s.
Azər müəllim ekspertiza üçün ətlərdən on yeddi adda nümunə götürtdürdü və ekspertizanın cavabına qədər sexi bağlatdırdı. Qeyd edim ki, Azər Süleymanov nümunə üçün ətlərin bəzisini bizə heç bir aidiyyəti olmayan və özlərinin sifarişi ilə əvvəlcədən gətirilib küçədə dayandırılmış “Qazel”dən boşaltdırdığı ətlərdən götürtdürdü. Mən də başqa yerdə neytral ekspertiza keçirtdirmək üçün sexdə bizə məxsus olan ət nümunələrindən istəsəm də onlar buna əhəmiyyət vermədilər. Sonda isə məni aldadaraq və mənim savadsız olduğumdan, latın qrafikasını oxuya bilməməyimdən istifadə edərək mənə tərtib etdikləri məzmununu başa düşmədiyim akta imza etdirdilər.

Azərgilin başıma gətirdiklərini ertəsi günlər yaxın tanışım və nümayəndəm Savalan Məmmədova danışdım, o, məndən aktın surətini istədi. Mən DBNX-nin idarəsinə getdim və aktı yazmış Ramiz Salmanovdan aktın surətini istədim. Ramiz müəllim rəis əvəzi Azərlə danışıb dedi ki, aktda işçiniz Ağalətif Məcidovun imzası yoxdur, onu gətir, akta imza etsin, sonra gəl surətini apar.
Nəticədə eşitdiyimizə görə Azər Süleymanovun sifarişi və tapşırığı ilə onlarla bir nazirliyin tabeçiliyində fəaliyyət göstərən laboratoriya həqiqəti kənara qoyub Azərə sərf edən ekspertiza rəyi veribdir. Bundan istifadə edən A.Süleymanov isə izi itirmək, sübutları yoxa çıxartmaq üçün tezbazar seximizdəki yararlı ətləri yararsız kimi məhv etdirdi. Bunlar azmış kimi isə Azər müəllim istər mənə, istərsə də nümayəndəmə bu günə qədər ekspertizanın cavabını və ətin məhv edilməsi haqqında qərarın surətlərinin verilməsinə imkan vermir. Düzdür, biz aktın surətini onun yazılmasından altı gün sonra çətinliklərlə ala bildik. Aktı oxutdurarkən mənə məlum oldu ki, Azər öz qanunsuzluqlarına qanuni don geyindirmək üçün hansı böhtanlara əl atıb, öz yalanlarına nazir Heydər Əsədovu necə inandırıb, barəmdə mənfi rəy yaratmaq üçün mənim fikrimi soruşmayan bəzi televiziya kanallarını necə ələ alıb və s.

Möhtərəm cənab Prezident!

Biz gözləyirdik ki, bizim müraciətimiz əsasında nazir Heydər Əsədov işlədiyi “Xidmət”ə rəis keçmək üçün planlı surətdə “şou”lar quran, onu aldadan, tutduğu vəzifənin və işinin incəliklərini bilməyən, nümunəvi həmkarlarının adlarına qara ləkə olan Azər Süleymanovdan bizim məsələ ilə bağlı niyə fəaliyyətində Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli, 156 saylı qərarının tələblərinə əməl etməməsini soruşacaqdır.
Biz indi gözləyirik ki, müraciət etdiyimiz aidiyyəti hüquq-mühafizə orqanlarında bundan sonra da olsa Azər Süleymanovdan soruşulsun ki, 9 yanvar 2016-cı ildə Aşağı Güzdək qəsəbəsində qanuni monitorinq keçirirdinsə niyə orada tərtib edilmiş aktda sənin və orada iştirak edən digər rəsmi şəxslərin adları göstərilməyib? Sexdəki ətlər hansı tərəzidəsə çəkimədiyi halda siz nə əsasla televiziya kanallarında həmin ətlərin çəkisini şişirtdirərək xalqa dörd ton kimi təqdim etdirirsiniz? Siz nə əsasla kəsim sexinə heç bir aidiyyəti olmayan və sexdən kənarda dayanmış avtomobillərdəki ətləri hamının gözü qarşısında sahibkarın etirazına baxmayaraq zorla sexə boşaltdırdıb və həmin ətlərdən də nümunə götürtdürürsünüz? Məgər sexdən kənarda başqalarına məxsus ətə də S.Şahverdiyev məsuliyyət daşıyır. Həmin avtomobilləri özünüz əvvəlcədən düşünülmüş surətdə oraya gətirtdirməmisinizmi? Siz sexdən ət nümunələrini niyə təlimata uyğun götürtdürməmisiniz və həmin nümunələrdən niyə sahibkara da verdirtməmisiniz? Nə ilə sübut edə bilərsiniz ki, ekspertizaya verdiyiniz ətləri məhz haradan götürmüsünüz? Siz nə əsasla sahibkara aktın surətini altı gündən sonra, ekspertizanın və ətin məhv edilməsi haqqında yazılan qərarın surətini isə bu günə qədər verilməsinə icazə vermirsiniz? Sexdəki ətlərin mənşəyini məlum edən sənədlər və həkim tərəfindən ətlərin yararlılığı möhürlə təsdiqləndiyi halda siz nə əsasla həmin ətlərə başqa adlar verirsiniz? Siz nə üçün ətin məhv edilməsində sahibkarın iştirakını təmin etməmisiniz? Siz nə üçün sexdən qanunsuz yollarla düzüb-qoşub apartdırdığınız tonlarla ətin dəyərini bu günə qədər sahibkara ödəməmisiniz? Siz nə üçün Fəxrəddin həkimi işdən çıxartmaq üçün günahsız sahibkara “torba” tikmisiniz?
Möhtərəm cənab Prezident!
Siz həmişə biz sahibkarların arxasında dayanaraq hüquqlarımızı qorumusunuz. Sizi tam məsuliyyətlə təkrarən əmin edirəm ki, Azər Süleymanov öz şəxsi iyrənc marağından və işlədiyi “Xidmət”ə rəis təsdiq olmaq üçün belə “şou”lar göstərir. Mən günahsız ola-ola Azər Süleymanov barəmdə böhtanlar yaydırır və mən şikayət etməyim deyə qabaqdangəlmişlik edərək mənə hədələr gəlir və arxasında nazir Heydər Əsədovun dayandığını deyir. Azər Süleymanov öz işini bilən mütəxəssis olsa idi onda o, yuxarıda göstərdiyim bu qədər qanunsuzluqları törətməzdi. Mən qondarma akt və ekspertizanın Azərin sifarişi ilə verdiyi cavabla da razı deyiləm və təkrar ekspertizanın keçirilməsini tələb edirəm.
Xahiş edirəm, şikayətimi şəxsi nəzarətinizə götürərək onun qanunda nəzərdə tutulan qaydada araşdırılmasına, Azər Süleymanovun mənə vurduğu ziyanların ödənilməsinə və özünün də məsuliyyətə cəlb olunmasına göstəriş verəsiniz.

DİA.AZ olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru