"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" .....                     Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir .....                     Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                 

Rusiya Mərkəzi Asiyanın nəzarətindən çıxmasına necə yanaşacaq? - TƏHLİL
Tarix: 11-08-2021, 08:58 | Çap et
Rusiya Mərkəzi Asiyanın nəzarətindən çıxmasına necə yanaşacaq?
Mərkəzi Asiya ölkələrinin dövlət başçıları tarixi, mədəni, dini və milli əsasda birləşmək, öz fəaliyyətlərini əlaqələndirmək və vahid mövqedən çıxış etmək istiqamətində mühüm addım atıblar. Belə ki, avqustun 6-da Türkmənistanın kurort şəhəri olan Azavada Mərkəzi Asiya dövlət başçılarının sayca dördüncü sammiti keçirilib. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan dövlət rəhbərlərinin iştirak etdiyi sammitdə çox mühüm siyasi-iqtisadi əhəmiyyət kəsb edən bəyannamə qəbul edilib.

Xatırladaq ki, sammitin müntəzəm keçirilməsi təşəbbüsü ilə 2017-ci ildə Özbəkistan prezidenti Şövkət Mirzoyev çıxış edib. İlk sammit 2018-ci ilin martında NurSultanda, ikinci 2019-cu ilin noyabrında Daşkənddə, üçüncü 2020-ci ilin avqustunda Bişkekdə(əslində videoformatda və qeyri-rəsmi), dördüncü isə Avazada keçirilib. Rusiya mətbuatının böyük qıcıq və narazılıqla işıqlandırdığı sammit çox isti və mehriban atmosferdə keçib. Dövlət başçıları bərabərhüquqlu, qarşılıqlı hörmət və yaxşı qonşuluq siyasəti üzərində qurulan münasibətləri daha da dərinləşdirmək, regional problemlərin həllində birgə mövqe sərgiləmək, bütün dövlətlərin iqtisadi maraqlarına cavab verən layihələrin icrasında aktiv iştirak etmək barədə öz iradələrini ifadə ediblər. Bəyannamədə prezidentlər regionda atom silahından azad zonaya dair müqavilənin icrasında fəal əməkdaşlığa, analoji zonalarla əlaqələri genişləndirməyə hazır olduqlarını qeyd ediblər.

Mərkəzi Asiya dövlət başçıları Əfqanıstanda vəziyyətin tezliklə nizama düşməsini regionda təhlükəsizlik və stabilliyin möhkəmlənməsi üçün əsas faktorlardan biri hesab edirlər. Onlar əfqan cəmiyyətində vətəndaş sülhü və razılığın əldə olunması üçün öz dəstəklərini əsirgəməyəcəklər.

Sammitdə BMT Baş katibinin Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Natalya German da iştirak edib.

Rusiya mətbuatı bəyan edir ki, dövlət başçıları yeni regional birlik yaratmağı planlayırlar. Bunun sübutu kimi sammitin institutlaşdırılması, onun vahid simvolunun yaradılması, həmçinin Mərkəzi Asiyanın 21-ci əsrdəki inkişafı məqsədilə yaxın qonşuluq, dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması qərarlarını qeyd edirlər. Sammitin yekunu olaraq bütün ölkələrin xarici işlər idarələrinə 2022-2024-cü illəri əhatə edən regional əməkdaşlıq haqqında Yol xəritəsinin razılaşdırılması işini qısa müddətdə başa çatdırmaq tapşırılıb.

Dövlət başçıları yalnız azad bazar deyil, dəniz limanlarına çıxışı təmin edəcək vahid nəqliyyat sisteminin yaradılması barədə razılığa gəliblər. Söhbət Mərkəzi Asiya-Cənubi Avropaya çıxış imkanı verən Qara dəniz, Mərkəzi Asiya-Yaxın Şərq, Mərkəzi Asiya-Çin, Mərkəzi Asiya-Hindistan marşrutlarında gedir.

Rusiya tərəfi Mərkəzi Asiya ölkələrinin müstəqil siyasət yürütmək istiqamətində birgə fəaliyyətlərin gücləndirilməsi prosesinin hərəkətverici qüvvəsinin Qazaxıstan və Özbəkistan olduğunu bəyan edir. Bu iddianın reallıq payı xeyli yüksəkdir: bu iki ölkə iqtisadi-siyasi inkişaf baxımından regionun digər dövlətlərindən xeyli irəli gedə biliblər. Onların ABŞ və Avropa ilə Rusiyanın arzulamadığı qədər yaxın və əhatəli siyasi-iqtisadi əlaqələri yaranıb, getdikcə də dərinləşir. Təsadüfi deyil ki, regional iqtisadi proseslərin tam nəzarətə götürülməsi təşəbbüsləri də bu iki dövlətin başçısından gəlib. Qazaxıstan prezidenti Qasımcomərd Tokayev vahid regional nəqliyyat kommunikasiyalarının yaradılması ideyasının müəllifidir. Onun sammitdə verdiyi məlumata görə, Dünya Bankı bu kommunikasiyaların inkişafının Mərkəzi Asiya ölkələrinin hamısında Ümumi Daxili Məhsulun ən azı 15 faiz artmasına gətirib çıxaracağı qənaətindədir.

Özbəkistanın dövlət başçısı Şövkət Mirzoyev isə regionun yaşıl enerji və müasir texnologiyaların tətbiq olunduğu zonaya çevrilməsi, bölgədəki iqtisadi, ekoloji problemlərin vahid mərkəzdən idarə olunmaqla həllinin təmin edilməsi təşəbbüsü ilə çıxış edib. Bu baxımdan, o, bölgədəki su ehtiyatlarından hamının bərabər əsaslarla istifadəsinə nail olunmasını təklif edir.

Maraqlıdır ki, region üçün mühüm əhəmiyyət daşıyan regional marşrutların hamısı Əfqanıstan üzərindən keçməlidir. Bu isə onların reallaşması üçün Əfqanıstanda daxili müharibənin başa çatmasını tələb edir. Hazırda Taliban Əfqanıstanın Mərkəzi Asiya ölkələri ilə olan bütün sərhədinə nəzarət edir.

Rusiya ekspertləri hesab edirlər ki, Transəfqan dəmir yol xəttinin çəkilməsi region ölkələrindən daha çox ABŞ-ın maraqlarına cavab verir. 2005-ci ildə ABŞ-ın Con Hopkins Universiteti tərəfindən Böyük Mərkəzi Asiya konsepsiyası irəli sürülüb. Konsepsiya keçmiş SSRİ-yə daxil olan ölkələrin Əfqanıstan və Cənubi Asiya ölkələri ilə birliyinin yaradılmasını nəzərdə tutur. Ruslar hesab edirlər ki, Mərkəzi Asiya ölkələrinin başlatdığı proses bu konsepsiyanın həyata keçirilməsidir. Və bu prosesdə aparıcı və təşəbbüskar Qazaxıstandır.

Qazaxıstan Mərkəzi Asiya dövlətlərinin birliyini formalaşdırmaqla yanaşı, Ukrayna üzərindən Avropaya çıxışı təmin edəcək Transxəzər beynəlxalq nəqliyyat marşrutunun aktiv təşəbbüskarıdır. Bu da Rusiyanın həm Mərkəzi Asiyadakı, həm də Ukrayna ilə bağlı planlarına zidd olan prosesdir.

Bir neçə ay öncə Rusiya mətbuatında Qazaxıstanın şimalının ona məxsus olmadığına dair çoxsaylı məqalələr, rəylər yayımlandı. Rus ekspertlər Qazaxıstan adlı dövlətin Rusiya tərəfindən yaradıldığını iddia etməklə, Şimali Qazaxıstanın geri alınmalı olduğunu əsaslandırmağa çalışırdılar. Belə görünür ki, Rusiya Qazaxıstanın Mərkəzi Asiyanı Şimal qonşunun çəngindən almaq planlarına bu ölkənin ərazisində separatizm ocağı yaratmaqla mane olmaq niyyətindədir.

Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın Türkiyə və Azərbaycanla yaxınlaşması, Türk Dövlətləri Birliyinin formalaşdırılması təkliflərinə isti yanaşması da Rusiyanı qıcıqlandıran proseslərdən biridir. Yalnız Mərkəzi Asiyanın türk dövlətləri deyil, Tacikistan, Əfqanıstan kimi ölkələr də Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışırlar. Bu baxımdan, “Taliban”ın Əfqanıstanda aktivləşməsindən sonra Tacikistan prezidenti İmomali Rahmonun Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng vuraraq onu ölkəsinə səfərə dəvət etməsi diqqət çəkir. Telefon danışığı barədə yayılan rəsmi məlumatda Tacikistan prezidentinin azərbaycanlı həmkarına Əfqanıstandakı proseslə bağlı ölkəsinin sərhədlərinda yaranmış vəziyyətə dair ətraflı məlumat verdiyi qeyd edilir. Azərbaycanın Türkiyənin yaxın siyasi dəstəyi ilə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra Mərkəzi Asiya ölkələrinin bu iki dövlətlə yaxınlaşmağa can atması da Rusiyanı ciddi şəkildə narahat edən prosesdir.

Mərkəzi Asiya ölkələrinin irəli sürdükləri və Rusiyanın öz maraqlarına zidd hesab etdiyi regional iqtisadi layihələrdən biri Çin-Qırğızıstan-Özbəkistan dəmiryol xəttidir. Daha bir antiRusiya layihəsi Türkmənistandan təklif edilir. Bu ölkə Türkmənistan-Çin qaz boru xəttinin tikintisi başa çatdıqdan sonra Tacikistan və Qırğızıstanı qazla tam təmin etməyə hazır olduğunu bəyan edib. Bu isə hər iki ölkənin yeganə qaz təchizatçısı olan Moskvanı narahat etməyə bilməz.

Rusiya ekspertləri, ictimai-siyasi xadimləri Mərkəzi Asiya dövlətlərini nankorluqda, Rusiyanın onlar üçün yaratdığı “təhlükəsizlik çətiri”nin qədrini bilməməkdə ittiham edirlər. Onların fikrincə, Mərkəzi Asiya bütünlüklə Rusiyanın nüfuz dairəsidir və digər dövlətlərin orada fəallaşmasına yol vermək Rusiyanın dövlət maraqlarını satmağa bərabərdir.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Mərkəzi Asiya ölkələrinin Rusiyanın nöqteyi-nəzərincə mərkəzdənqaçma xəttini tutması dəyişən geosiyasi reallıqlar və bu proseslərdə Türkiyənin aktivləşməsindən qaynaqlanır: “II Qarabağ müharibəsində Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada güc balansına təsir etdiyini gördük. Müharibədən dərhal sonra baş verənlər Türk Şurasına üzv ölkələrin həm energetika, həm hərbi, həm də digər istiqamətlər üzrə inteqrasiyasını dərinləşdirmək niyyətini ortaya qoyur və bununla bağlı konkret addımlar atılır. Bütün bunların fonunda Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi planı var. Yaranmış situasiya Mərkəzi Asiya ölkələri üçün Rusiya qarşısında alternativ imkanlarını artırır. Bu ölkələr alternativ imkandan Rusiyanın təsirini azaltmaq üçün istifadə edirlər, lakin böyük tabloda məsələnin ”Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi olduğunu görünür. Avrasiyada siyasi və iqtisadi mənzərəni dəyişdirəcək, həm də geosiyasi balansa təsir edəcək layihə üzrə Mərkəzi Asiya ölkələrindən keçməklə Azərbaycan və Türkiyəyə, oradan da Avropaya uzanan Orta Dəhlizin əsas marşrut olaraq seçildiyini görürük. Bu prosesdə Türkiyənin missiyası Orta Dəhliz üzərində yerləşən ölkələri bir çatı altına toplamaqdır və Ankaranın Türk Şurasını beynəlxalq təşkilata çevirmək planı da bundan qaynaqlanır. Burada Türkiyənin strateji maraqları olduğu kimi, “Bir kəmər, bir yol” layihəsinin müəlliflərinin də maraqları var və bu, həm Ankaranın, həm də Mərkəzi Asiya ölkələrinin əlini gücləndirir".

A.Nərimanlı hesab edir ki, Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsirini azaltmaq cəhdlərinin nəticə verəcəyini proqnozlaşdırmaq mümkündür: “Lakin bu prosesin kifayət qədər ağrılı keçəcəyi də məlumdur. Proseslərdə tərəf kimi çıxış edən üç ölkə var: Türkiyə, Rusiya və ABŞ. ABŞ Qarabağ münaqişəsinin həllindən sonra Türkiyədən Mərkəzi Asiyaya uzanan marşruta nəzarət etmək və Çinə qarşı mübarizədə istifadə etmək istəyir. Bayden-Ərdoğan görüşündən sonra Ankara və Vaşinqtonun problemləri həll etməsələr belə, bəzi razılaşmalar əldə etməsi, ardınca ABŞ-ın Əfqanıstanda Türkiyənin qalmasına yaşıl işıq yandırması da bundan qaynaqlanırdı. Türkiyənin əsas hədəfi Mərkəzi Asiya ölkələrini öz orbiti ətrafında birləşdirmək və qeyd etdiyimiz Orta Dəhlizə hakim olmaqdır. Bunun üçün indi ABŞ-la anlaşmış kimi görünsə də, gələcəkdə əsas tərəfdaşı Şərqdə Çin, Qərbdə Böyük Britaniya olacaq. Rusiyanın önündə iki yol var: birincisi, Çinə qarşı ABŞ-la birləşmək; ikincisi, Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiyanı da Türkiyə ilə paylaşmaq; Moskvanın hər iki istiqamətdə hərəkət etdiyini görürük. Birincisi, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Mərkəzi Asiyada rus bazalarından istifadə etməsi mümkün ola bilər və ruslar bununla həm Türkiyənin, həm də Çinin ”yumşaq qarnı" olan Mərkəzi Asiyada qarşısını alır, o cümlədən “Bir kəmər, bir yol” layihəsində Orta Dəhlizin aktuallığını arxa plana keçirməklə, özünün yerləşdiyi Şimal Dəhlizini aktuallaşdırır. İkincisi, Rusiya Türkiyə ilə birlikdə hərəkət edir. Bu, geosiyasi dəyişiklikdə proseslərdən kənarda qalmamaq, güclülərin qarşısında yox, yanında yer almaq məqsədindən irəli gəlir. O cümlədən Çinlə əməkdaşlığı dərinləşdirir. ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Mərkəzi Asiyanın təhlükəsizliyini də Türkiyə ilə birlikdə təmin etmək istəyir. Moskvanın ikili strategiyasını görürük və bu, daha çox mübarizənin nəticəsinə uyğun tərəf seçmək, eləcə də proseslərin yekununda daha qazanclı çıxmağa hesablanıb. Fikrimcə, Rusiya Mərkəzi Asiya ölkələrinin mərkəzdənqaçma siyasətinə nə qədər qarşı çıxsa da, dəyişən reallıqları qəbul etməyə məcbur olacaq və bölgəni Türkiyə ilə birlikdə paylaşacaq. Qarşıdakı dövrdə Türk Şurası ilə Rusiya ittifaqları arasında əməkdaşlığın olacağı da istisna deyil".
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Dünən, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Dünən, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Dünən, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Dünən, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru