Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                 

Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
Tarix: 16-09-2021, 08:11 | Çap et
Türkiyə və ABŞ Ukraynanı silahlandırır
ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. Güman edilir ki, Ukraynaya İsrail istehsalı olan və hazırda ABŞ ordusunun sərəncamındakı “Dəmir qübbə” (İron Dome) batareyalarından verilə bilər.

“Konqresdə bəziləri 2022-ci il üzrə müdafiə haqqında qanun layihəsinə düzəliş daxil edərək Bayden administrasiyasını Ukraynaya hava-raket hücumundan müasir müdafiə sistemləri verməyə və ya satmağa, o cümlədən “Dəmir qübbə” batareyası göndərməyə vadar etməyə çalışırlar”, – deyə ABŞ-ın nüfuzlu media orqanı – “Politico” yazıb.

Artıq Nümayəndələr Palatasının üzvü, respublikaçı Skott Franklin tərəfindən təklif olunan və hər iki partiya tərəfindən dəstəklənən müvafiq düzəliş qəbul olunub. (S.Franklin 26 il ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib.) Düzəlişdə qeyd olunur ki, Pentaqon mövcud hava və raket hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi barədə öz variantlarını Konqresə təqdim etməlidir. Sənəddə konkret hansısa sistemin adı çəkilməsə də, Konqresdəki mənbə bildirib ki, əsas namizədlər 2 “Dəmir qübbə” batareyasıdır.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunub. Səfər zamanı ABŞ və Ukrayna arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Prezident Baydenin göstərişi ilə Ukraynanın hərbi ehtiyacları üçün əlavə olaraq 60 milyon dollar ayrılıb. Bu vəsaitin çox hissəsi Ukrayna ordusu üçün məşhur “Javelin” antitank sistemlərinin alınmasına sərf olunacaq. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Bu mövzu ötən həftə nüfuzlu senator Lindsi Qremin rəhbərliyi ilə ABŞ Konqresinin respublikaçı nümayəndə heyətinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzusu olub. L.Qrem Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Senatda Ukraynaya hava və raket hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini qaldıracaqlar.

Qeyd edək ki, “İron Dome” – “Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərfindən işlənib hazırlanan mobil hava hücumundan müdafiə sistemidir. O, 4 – 70 km məsafədən atılan taktiki raketləri və artilleriya mərmilərini məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, sistem 10 km yüksəkdə uçan hərbi təyyarələri də vura bilir. Bir ədəd “Dəmir qübbə” batareyası 150 kv. km sahəni müdafiə edə bilir. ABŞ 2019-cu ildə İsraildən bu sistemin 2 batareyasını əldə edib. Lakin iddialara görə, bu sistemləri ABŞ-ın raket hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün olmayıb.

Bəs, Ukrayna “Dəmir qübbə”ni alarsa, onu harada quraşdıracaq?

Ukraynalı mütəxəssislər bu sistemlərin cəbhə xəttindəki komanda məntəqələrinin və hərbi birləşmələrin müdafiəsi üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin 2 ədəd “Dəmir qübbə” batareyası əlbəttə ki, yetərli deyil, digər tərəfdən, bu sistem ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, Ukraynanın ABŞ-dan məşhur “Patriot” sistemləri almaq fikri də var və bu məsələ hazırda müzakirə mərhələsindədir. “Patriot”lar Rusiyanın əlindəki ballisik raketlərdən müdafiəni təmin etmək üçün nəzərdə tutulur.

Ukrayna ordusunu komandanı: “Azərbaycanın təcrübəsi bizdə olsaydı…”

Ukrayna rəhbərliyi öz ordusunu pilotsuz aviasiya ilə də gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib. O deyib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq.

“Gələcəkdə biz yerli pilotsuz uçuş aparatları ilə arsenalımızı təchiz etmək niyyətindəyik”, – deyə V.Zalujnıy söyləyib. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib:

“Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə təəssüf ki, çox az təcrübəmiz var…”

Onu da əlavə edək ki, hazırda Türkiyə tərsanələrində Ukrayna Hərbi Dəniz Donanması üçün 2 ədəd “Ada“ tipli korvetin tikintisi gedir.

Press Klub










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru