"Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                 

Putin istefaya, yoxsa bıçaq altına gedəcək? - GƏLİŞMƏ
Tarix: 3-05-2022, 07:56 | Çap et
Putin istefaya, yoxsa bıçaq altına gedəcək?
Rusiya Prezidenti Vladimir Putin öz səlahiyyətlərinin icrasını başqa şəxsə ötürəcək.

Putinin xərçəng xəstəliyinə görə əməliyyat olunacağı barədə yayılan məlumatda belə deyilir. Rusiya liderinin bu qərarı ilə bağlı açıqlama məşhur “General SVR” “Telegram” kanalında gündəmə gəlib.

Adıçəkilən mənbənin yazdığına görə, Putin 18 ay əvvəl qarın xərçəngi və Parkinson xəstəliyinə tutulub. Rusiya Prezidentinin müdafiə naziri Sergey Şoyqu ilə sonuncu görüşündə masanı əlləri ilə möhkəm tutması çox təəccüblü idi. "General SVR" görüntü haqqında bunları deyib:

“Bir çox insanlar Prezidentin xəstə görkəmini, şişmiş üzünü və masanın ətrafında möhkəm bir-birinə yapışmış əllərini qeyd etdi. Burada təəccüblü heç nə yoxdur. Putinin səhhəti son vaxtlar pisləşib, bu barədə artıq yazmışıq və onun qeyri-sağlam görünüşü bunu təsdiqləyir. Bir aydan çoxdur ki, həkimlər Putini Parkinson xəstəliyinin simptomlarını yatıran dərmanları dəyişməyə razı sala bilmirlər, çünki köhnə dərmanlar artıq istənilən effekti vermir və Prezident yenisini sınaqdan keçirməkdən qorxur. Masanı əli ilə tutmaq kiçik, lakin çox nəzərə çarpan titrəməni gizlətmək üsuludur”.

İndi isə bildirilir ki, Rusiya lideri xərçəng əməliyyatı üçün bıçağın altına girəcək və işğala nəzarəti əldə saxlamaq üçün Təhlükəsizlik Şurasının sədri və Federal Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Nikolay Patruşevi namizəd göstərəcək. 70 yaşlı Patruşev müharibə strategiyasının əsas memarlarından biri və Putini Kiyevin “neonasistlər”lə dolu olduğuna inandıran adam kimi qiymətləndirilir.

İddialara görə, mayın 9-da Putin Rusiyanın İkinci Dünya Müharibəsində qazandığı qələbənin xatirəsi ilə əlaqədar əməliyyatı təxirə salıb. Xəbər Putinin Ukraynada genişmiqyaslı müharibəyə başlayacağı və çağırış yaşında olan bütün kişilərin kütləvi səfərbərliyi əmri verəcəyi ilə bağlı fərziyyələr fonunda gəldi.

Xəbər mənbəyi bildirib: “Putinə cərrahiyyə əməliyyatı tövsiyə olunub, tarix indi müəyyən edilib, o qədər də aktual görünmür, amma çox gecikdirmək olmaz. Putinin onkoloji problemləri var və son müayinəsi zamanı aşkarlanan problemlər onunla bağlıdır. Rusiya liderini həmçinin halüsinasiyalar və maniyalar da əhatə edir. O, şizofreniya simptomları olan şizoaffektiv pozğunluqdan, o cümlədən Parkinson xəstəliyindən əziyyət çəkir”.

Kreml isə Putinin səhhətində problemləri olduğunu qəti şəkildə inkar edir. Keçmiş rus hərbçisi olduğu deyilən xəbər mənbəyi "SVR"-nin iddialarını təfərrüatlı şəkildə əks etdirən videoda belə deyib: "Həkimlər onun əməliyyat olunmasında israrlıdırlar, lakin tarix təyin olunmayıb. Onun nə qədər vaxt aparacağını dəqiq bilmirəm. Əməliyyatdan sonra əlil olur”.

Çətin ki, Putin hakimiyyətdən imtina etməyə razılaşsın, lakin o, Rusiyaya və müharibəyə nəzarət etmək üçün “müvəqqəti işlər vəkili” təyin etməyə hazır idi. “Putinin cərrahiyyə əməliyyatından sonra ən azı bir neçə gün ərzində ölkəyə bütün nəzarət tamamilə Nikolay Patruşevə keçəcək”, - mənbələr bildiriblər. Belə bir addım təəccüblü olardı. Çünki konstitusiyaya görə, səlahiyyət yalnız Baş nazir Mixail Mişustinə keçməlidir. 56 yaşlı Mişustin hərbi və ya məxfi xidmətlə heç bir əlaqəsi olmayan aşağı profilli texnokratdır. Xəbər mənbəyi Putinlə iki saatlıq görüşdən sonra bu vəzifəyə gələcək kəşfiyyat rəisi Patruşevin "ən pis variant" olduğunu izah edərək deyib: "Putinin birdən-birə səhhətində ciddi problemlər yaranarsa necə? Buna bir müddət nəzarət etmək mümkün idi. Amma indi xəstəliyin gedişatı...”


Başqa bir yazıda mənbə bildirib:
“Biz bilirik ki, Putin Patruşevə onun hakimiyyətdə demək olar ki, həqiqətən güvəndiyi və dost kimi gördüyü yeganə şəxs olduğunu açıqlayıb. O, həmçinin söz verib ki, dövlət başçısının (Putinin) səhhəti kəskin pisləşərsə, ölkənin de-fakto idarəsi müvəqqəti olaraq Patruşevə veriləcək. Putin prinsipial olaraq razılıq verməsə də, əməliyyatın vaxtı ilə bağlı razılıq əldə olunmasa da, vəziyyəti izah etmək, Patruşevin reaksiyasını öyrənmək və dəstəyini almaq üçün tez bir zamanda onunla görüşüb”.

Qeyd edək ki, artıq cərrahiyyə əməliyyatının mayın 30-da keçiriləcəyi barədə də xəbər yayılıb. diaaz.space xəbər verir ki, cebhe.info-ya danışan politoloq Elşən Manafovun sözlərinə görə, Putinin əməliyyat olunacağına dair rəsmi açıqlama verilmədiyindən yayılan məlumatlar daha çox mülahizə xarakteri daşıyır.

Prezidentin səlahiyyətlərinin müvəqqəti olaraq N.Patruşevə ötürələcəyinə gəlincə, ekspert hesab edir ki, əgər Putin belə bir addım atarsa, bu, Rusiya hakimiyyəti daxilindəki siyasi çəkişməni üzə çıxartmış olar:

“Putinin səlahiyyətlərini Patruşevə ötürəcəyi barədə iddialar hələ rəsmi təsdiqini tapmayıb. Ona görə də yalnız bu barədə ehtimallardan danışmaq olar. Ancaq belə bir hal baş verərsə, bu, Prezident Putinin etimad göstərdiyi şəxslər arasında Nikolay Patruşevin birinci yerdə dayandığını göstərər. Nəzərə almaq lazımdır ki, Paştruşev Rusiya xüsusi xidmət orqanlarının rəhbəridir.

Putinin özünün də bu qurumun “şinelindən çıxdığı”na diqqət yetirsək, bu iki şəxs arasında münasibətlərin hansı səviyyədə qurulması haqda fikir yürütmək olar. Putinin özünün bütün səlahiyyətlərini tamamilə Patruşevə ötürəcəyi barədə fikir söyləmək də çətindir.

Ümumiyyətlə, Ukraynaya qarşı aparılan müharibə dönəmində Putinə yaxın olan şəxslərin Rusiyanın siyasi elitasına və kursuna xəyanət etməsi göstərir ki, Rusiya Prezidenti bu komandanın yenidən təşkili ilə bağlı məsələni düşünə bilər. Bu prosesdə müdafiə naziri Şoyqunun deyil, Patruşevin önə çıxması onu göstərir ki, o, komandasının yenidən təşkili məsələsinə baxa bilər. Ona görə də yaxın perspektiv üçün Patruşevi Putinin səlahiyyətlərini yerinə yetirəcək şəxs kimi qəbul etmək olar. Amma cərrahi əməliyyatdan sonra hadisələrin hansı istiqamətdə gedəcəyini Putin özü müəyyən edəcək”.

Politoloq qeyd etdi ki, Rusiya Prezidenti konstitusiyanın tələblərindən kənara çıxaraq səlahiyyətlərinin icrasını Baş nazirə və ya Federasiya Şurasının sədrinə deyil, Təhlükəsizlik Şurasının katibinə həvalə etməsi hakim elitanın daxilindəki fikir ayrılıqları ilə izah oluna bilər: “Qərb siyasi dairələrinin və xüsusi xidmət orqanlarının Rusiya hakimiyyətinin daxilində bir sıra şəxslərlə əlaqələr qurduğu istisna olunmur. Ona görə də Putinin bu çərçivədən kənara çıxması Rusiya hakimiyyəti daxilindəki vəziyyətlə bağlıdır. İndiki şəraitdə səlahiyyətlərin müəyyən zaman kəsiyində Patruşevə ötürülməsi əməliyyat müddətində və ondan sonrakı dönəmdə mövcud vəziyyətin status-kvo kimi saxlanılması üçün Putinin düşünülmüş variantı da ola bilər.

Vaxtilə Putin Prezident postunu siyasi varis kimi Dmitri Medvedyevə etibar etsə də, o, bir sıra gözləntiləri doğrultmadı. Medvedyevin Prezident olduğu dönəmdə kifayət qədər liberallığı ilə seçilməsi, Liviya məsələsində güzəştə getməsi kimi hallardan sonra Qərb onu az qala Qorbaçov ampluasında qəbul edirdi. Bu səbəbdən Putin öz komandasının üzvləri arasında müəyyən götür-qoy etdikdən sonra Patruşev üzərində yekun rəyə gəlib. Amma güman edirəm ki, bu, müvəqqəti qərar ola bilər və inanmıram ki, siyasi varis məsələsinə aydınlıq gətirmiş olacaq”.

“Prezident Putin səhhətindədki problemləri əsas gətirərək istefaya gedə bilərmi?” sualına cavabında Elşən Manafov bildirib ki,indiki şəraitdə belə bir addımın atılması Rusiya dövlətçiliyini və siyasi istiblişmentini ciddi sınaq qarşısında qoyar:

“Bu artıq, Rusiyanın Qərblə münasibətlərdə ciddi güzəştə getməsi demək olar. Hətta Putin Rusiyanın enerji resurslarını belə Qərbə rublla satmaq barədə qərar qəbul edib. “Qazprom”un Qərb banklarında olan 300 milyard dollara yaxın vəsaitinə həbs qoyulması Rusiyanın Ukraynada apardığı müharibənin əsas səbəblərindən biridir. Yəni məsələ yalnız NATO-nun Şərqə doğru genişləndirilməsi kontekstində qəbul olunmamalıdır. Qərb Rusiyaya məxsus pulları Ukraynaya yardım kimi ayırır. Ona görə də belə bir şəraitdə Putinin səhhəti ilə bağlı məsələləri qabardaraq güzəştə getməsi dünya nizamının Qərbin istədiyi şəkildə qurulması ilə nəticələnə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru