"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                 

11 sentyabr serialı: Yalançı bomba, “Boeng”dən gələn sonuncu zəng… – İkinci təyyarənin hekayəti
Tarix: 11-09-2023, 07:20 | Çap et
 11 sentyabr serialı: Yalançı bomba, “Boeng”dən gələn sonuncu zəng…
11 sentyabr terrorundan 22 il ötür. Ötən il bu hadisələr zamanı ələ keçirilən, amma sərnişinlərin müqaviməti üzündən terrorçuların məqsədlərinə çatmadığı dördüncü təyyarə haqqında məqalə yazmışdım. İndi digər üç təyyarə haqqında da yazmaq qərarına gəldim. Bu məqalə ələ keçirilən ikinci təyyarə haqqındadır.

***

2001-ci il sentyabrın 11-də ələ keçirilən birinci təyyarə kimi, ikinci təyyarə də Bostonun Loqan hava limanından Los Ancelesə uçan “Boeing-767” idi. Amma “United Airlines” şirkətinə məxsus idi və 175 saylı reys adlanırdı (UA175). Kapitan Viktor Sarançininin və ikinci pilot Maykl Horroksun idarə etdiyi təyyarədə 7 stüard və 56 sərnişin vardı.

Bu təyyarənin ələ keçirilməsi üçün də beş nəfər ayrılmışdı. Qrupa Mərvan Şehhi başçılıq edirdi. O, təyyarə ələ keçiriləndən sonra pilot yerini tutacaqdı. Şehhi və Fayez Bənihammad BƏƏ, digər üç nəfər – Mohand Şehri, Əhməd və Həmzə Qəmdi qardaşları – Səudiyyə Ərəbistanı vətəndaşı idilər. Onlar aksiyaya bir neçə gün qalmış ABŞ-ın başqa şəhərlərindən Bostona gəldilər.

Aksiya günü Şehhinin səhər tezdən dördüncü qrupun başçısı Ziyad Cərrah ilə, təyyarəyə minməyə az qalmış isə birinci qrupun başçısı Məhəmməd Atta ilə telefonla danışması məlumdur. Onların nə danışdığı bilinmir, yəqin ki, bir-birlərinə aksiyaya hazır olmalarını deyir, uğur arzulayırlar.

UA175 saat 08:00-da uçmalı idi. Terrorçular uçuşa təxminən yarım saat qalmış təyyarədə yerlərini tutdular. Bənihammad və Şehri birinci dərəcəli salonda yer tutdular. Şehhi və Qəmdi qardaşları biznes-klasa bilet almışdılar. Onların silahı sadəcə iki cib bıçağı və iki dəftərxana bıçağı idi.

Birinci təyyarə (AA11) kimi UA175 də 14 dəqiqə ləngidi və 08:14-də havaya qalxdı. Məhz həmin dəqiqədə AA11-in terrorçular tərəfindən ələ keçirildiyi güman olunur. Buna görə də AA11 ilə əlaqəsi kəsilən Boston dispetçer mərkəzi başqa təyyarələr kimi UA175 ilə də əlaqə saxlayaraq, ələ keçirilən təyyarə haqqında məlumat istəyir.

Viktor Saraçininin dispetçerlərlə, o cümlədən hava məkanına daxil olduğu Nyu York mərkəzinin dispetçerləri ilə son danışığı bu haqda olur. O, həmin təyyarəni özündən 16 km aralıda gördüyünü deyir. Dispetçerlər ona AA11-in ehtimal ki, qaçırıldığını deyirlər və toqquşmamaq üçün istiqamətini dəyişməyi məsləhət görürlər. UA175 ilə sonuncu əlaqə 08:42-də yaradılır. Bu zaman o, 9400 metr hündürlükdə uçurdu.

Bundan sonra baş verənlərin süjeti belə təxmin edilir: Bənihammad və Şehri pilot kabinəsinə hücum edərək, pilotları öldürürlər. Qəmdi qardaşları isə sərnişinləri və stüardları yalançı bomba ilə qorxudaraq, üstəlik, gözyaşardıcı qaz səpərək, təyyarənin arxa hissəsinə çəkilməyə məcbur edirlər. Saat 08:46-da təyyarə artıq terrorçuların əlində idi və sükan arxasında Şehhi oturmuşdu. Bu zaman Attanın idarə etdiyi birinci təyyarə Ümumdünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı.

08:51-də nyuyorklu dispetçer Devid Bottiqliya UA175-in öz kursunu və hündürlüyünü dəyişdiyini sezir. O, növbəti dəqiqələrdə bir neçə dəfə pilotla əlaqə saxlamaq istəyir, amma cavab almır. 08:58-də ikinci təyyarə də Nyu Yorka tərəf istiqamət alır. Onu da deyim ki, qaçırılan birinci təyyarədən fərqli olaraq, ikincinin Nyu Yorka uçuşu problemsiz ötüşmür. O, iki dəfə başqa təyyarələrlə toqquşmaq təhlükəsi yaşayır.

UA175-dən də telefon zəngləri olur. Stüard Robert Fenqman və iki sərnişin, Piter Henson və Brayan Suini radiotelefon vasitəsilə yerlə əlaqə saxlayırlar, təyyarənin qaçırıldığını xəbər verirlər. İlk zəngi Fenqman edir. O, “United Airlines” şirkətinin San Fransiskodakı texniki xidmət ofisinə zəng vurur və təyyarənin qaçırıldığını deyir. Təxminən həmin vaxt dispetçer Bottiqliya da ikinci Boeingin qaçırılması qənaətinə gəlir.

Piter Henson atası ilə, Brayan Suini isə anası ilə danışırlar. Henson 09:00-da ikinci dəfə atası ilə danışır. Bu zaman təyyarə Ümumdünya Ticarət Mərkəzinin Cənub qülləsinə maksimum sürətlə çırpılmaq sürətlə aşağı enirdi. Henson da atasına “Sərnişinlər özlərini pis hiss edirlər, ürəkləri bulanır. Təyyarə kəskin hərəkətlər edir. İnanmıram ki, onu pilot idarə edir” söyləyir.

Təyyarə son beş dəqiqə ərzində aşağı şığıyır. Dispetçer Biqliyanın müşahidələrinə görə, son iki dəqiqədə təyyarə hər dəqiqə 3000 metr aşağı enir ki, bu da sərnişin təyyarəsi üçün ağlasığmaz göstəricidir. Nəticədə UA175, birinci təyyarədən 17 dəqiqə sonra, 09:03-də saatda 850 km sürətlə Cənub qülləsinı çırpıldı. Hadisə birinci qəzanı işıqlandıran onlarla KİV-in kamerası qarşısında baş verdi və milyonlarla insan bunu canlı yayımda gördü. Məhz bu zaman hamıya aydın oldu ki, baş verənlər terrordur.

Təyyarə qülləyə dönərək girdiyindən, sol qanadı aşağıda, sağ qanadı isə yuxarıda olduğundan daha çox mərtəbəni sıradan çıxardı: 77-85. Amma eyni zamanda UA175 binanın ortasına deyil, bir qədər yan tərəfinə girdiyindən Şimal qülləsindən fərqli olaraq, həmin mərtəbələrdə olanların hamısı həlak olmadı. Üstəlik, bir pilləkən şaxtası salamat qaldı. Nəticədə tam alov və tüstü bürüməmiş 18 nəfər həmin pilləkənlə xilas oldu.

İkinci təyyarə də binaya çırpılan zaman çənlərində 38 000 litr yanacaq olması təxmin edilir. Cənub qülləsini dəhşətli yanğın bürüdü. Bina 56 dəqiqə yanandan sonra, 09:59-da çökdü. Bu zaman onun əkiz tayı hələ yerində idi.

Şimal qülləsindən daha gec zədələnən Cənub qülləsinin daha tez uçması bəzən suallar doğurur və hətta konspiroloji nəzəriyyələrə bəhanə verir. Əslində isə burada qeyri-adi bir şey yoxdur.

AA11 ilə müqayisədə UA175 qülləyə daha böyük sürətlə çırpılmışdı. Çəkilən video və fotolarda onun bəzi hissələrinin binanın əks tərəfindən çıxması əks olunur ki, AA11 hadisəsində bu baş verməmişdi. Dolayısı ilə, UA175 Cənub qülləsinə daha ağır xəsarət yetirmişdi.

Digər tərəfdən, AA11 93-99 mərtəbələrə girmişdi və həmi yerdən yuxarıda 11 mərtəbə vardı.UA175 binanın daha aşağı hissəsinə, 77-85-ci mərtəbələrə çırpılmışdı. Oradan yuxarıda isə 25 mərtəbə vardı. Deməli, zədələnən konstruksiyaların üzərinə daha ağır yük düşürdü.

Cənub qülləsinin daha aşağıdan zədələnməsinə və daha tez uçmasına baxmayaraq, burada ölənlərin sayı Şimal qülləsindəkindən az oldu: təxminən 1000 nəfər civarında. Bunun da əsas səbəbi o idi ki, birinci qülləyə təyyarə çırpılanda, ikinci qüllədəkilər bunun hələ terror olduğunu bilməsələr də, instinktiv olaraq iş yerlərini tərk etmişdilər. Nəticədə qüllədə ölənlərin sayı 600 nəfər təxmin edilir ki, bu da Şimal qülləsindən xeyli azdır. Amma binanın uçması gözlənilmirdi, buna görə də aşağı mərtəbələrdə və ətrafda xeyli adam həlak oldu. Şimal qülləsi uçanda analoji qurbanların sayı az oldu.

***

Prezident Corc Buş həmin gün Florida ştatındakı Sarasota şəhərində Emma Buker adına ibtidai məktəbin şagirdləri ilə görüşə hazırlaşırdı. 08:55-də müşaviri Karl Rouv ona Şimal qülləsinə yüngül ikimotorlu təyyarənin çırpıldığını xəbər verir. Buş milli təhlükəsizlik üzrə müşaviri Kondoliza Raysla əlaqə saxlayır. Rays binaya böyük sərnişin təyyarəsinin çırpıldığını deyir.

Corc Buş uşaqların olduğu sinfə daxil olandan iki dəqiqə sonra, 09:05-də prezident administrasiyasının rəhbəri Endrü Kard ona yaxınlaşaraq, qulağına deyir: “İkinci təyyarə ikinci binaya çırpılıb. Amerikaya hücum edilir”.
Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru