Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                 

Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı - İNCƏLƏMƏ...
Tarix: 13-09-2023, 15:44 | Çap et
Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı
Rusiya Prezidenti Vladimir Putinin rəsmi tərcümeyi-halında onun Leninqrad Dövlət Universitetinin (LDU) hüquq fakültəsinin məzunu olduğu qeyd edilib. Və o, hüquqşünasların məşhur yumoristik kəlamını bilməyə bilməz: hər hansı bir araşdırmada kələfin ucunun özünə aparıb çıxarmamasıdır. Halbuki biz onun çıxışında məhz bunu gördük.

"Biz nizamlanma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətində saxladığı 7 rayona nəzarət edirdi. Biz təklif etdik ki, Azərbaycanla elə bir razılaşma əldə edək ki, iki rayon - Kəlbəcər və Laçın və bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalacaqdı. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar vardı, amma hər şey bu sonluğa aparırdı”, - deyə Rusiya lideri Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında söyləyib.

Və bu, informasiya bombasının partlaması idi. Çünki Putin faktiki olaraq etiraf etdi ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğalına dəstək verməyə hazırmış. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin və separatizmə dəstəyin təzahürü adlandırılır. Yəni Rusiyanın özü indi bütün dünyaya münasibətdə məhz bunu nümayiş etdirir. Belə ki, Putin açıq və yüksək səslə etiraf etdi ki, bütün bu illər ərzində Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində heç də qərəzsiz olmayıb.

Bəli, Rusiya Federasiyasının Prezidenti yüksək səslə etiraf etdi ki, o, münaqişənin beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin zərərinə həllini şəxsən özü tətbiq edib. O, münaqişəni Azərbaycanın dövlət və milli maraqları hesabına “həll etməyə” çalışırdı. Və bu, Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq baş verirdi. Bu, Rusiya və Putinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmət etdiyini bəyan etməsinə baxmayaraq reallaşacaqmış.

Bu, onun Azərbaycanın ərazi bütövlüyünə və öz bəyanatlarına “hörmətinin” əsl qiymətidir. Onun ifadəsinə diqqət yetirin. Putin demir ki, Ermənistan ölkəmizin ərazilərinin 20 faizini işğal edib. O deyir ki, Ermənistan Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. İndi onun etiraf etməsi qalır ki, bu “nəzarət” Ermənistana Rusiyanın maksimum siyasi, hərbi və digər dəstəyi ilə baş tutub.

““Siz sonra nə edəcəksiniz” – sualmıza cavab verirdilər: “Mübarizə aparacağıq”. Sonda hər şey indi yaranmış vəziyyətə gəldi", - deyə Rusiya Prezidenti özünüifşa sessiyasını davam etdirib.

Belə ki, o, Ermənistanın iki keçmiş prezidentinin - Qarabağ xuntasının keçmiş liderləri olan Robert Köçəryan və Serj Sarkisyanın beynəlxalq hüquq normalarına riayət etmək istəməyərək maksimalist mövqe tutduğunu bildirib. Putin indi elə göstərmək istəyir ki, guya Köçəryanı və Sarkisyanı yola gətirmək üçün onun mexanizmləri yoxdur və olmayıb.

Əslində, təbii ki, var idi. Amma Rusiyanı 44 günlük müharibədən əvvəl yaranmış vəziyyət qane edirdi. Bu vəziyyət Kremlə eyni vaxtda həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə imkan verirdi. Üstəlik, gördüyümüz kimi, ərazilərimizi işğal altında saxlamaq planlarında İrəvanı dəstəkləyərək, daha çox Bakıya təzyiq olub.

Amma bu planları kim dayandırıb? Onları kim sıfırladı? Azərbaycan Prezidenti İlham Əliyev. Məhz ölkəmizin siyasi, hərbi və iqtisadi cəhətdən güclənməsi Ermənistan üçün faydalı olan və Rusiya Federasiyası tərəfindən dəstəklənən status-kvonun saxlanmasını mümkünsüz etdi. Sadə dillə desək, Azərbaycan ordusu 44 günlük müharibədə təkcə Ermənistan ordusunu deyil, Rusiya Federasiyasının planlarını da darmadağın etdi.

Buna şübhə edənlər üçün 44 günlük müharibə bitdikdən sonra Azadlıq meydanında baş tutan Qələbə paradını xatırlamağı təklif edirəm. Orada qənimət kimi götürülən Rusiya hərbi texnikası nümayiş etdirilib. Üstəlik, Ermənistan tərəfinin Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” də daxil olmaqla, Rusiya hərbi texnikası bu gün də Bakıdakı “Hərbi qənimətlər” parkında nümayiş etdirilir.

Ermənistan Respublikasının indiki rəhbərliyi, mən ayrıca qeyd edim, 44 günlük müharibədən əvvəl heç də qərbyönlü deyildi. İşğalçı ölkənin əvvəlki rəhbərləri kimi rusiyapərəst idi. İndi Qərbə yönəlik reveranslar etməyə çalışan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyə qışqırırdı.

Üstəlik, Rusiya 44 günlük müharibədən əvvəl və müharibə zamanı Ermənistanı silahla təmin edib. Rəsmi və qeyri-rəsmi yolla - fərq etməz. Deməli, Putinin hər şeyi yalnız “Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan” hazırkı Ermənistan rəhbərliyinin üzərinə atmaq cəhdləri manipulyasiyadır.

Ermənistan rəhbərliyi faktiki etiraf etdiklərini şifahi olaraq etiraf etmək məcburiyyətində qaldı. Dinc danışıqlara hazırlığı simulyasiya etmək üçün. Eyni zamanda Ermənistanın dövlət büdcəsindən Qarabağ xuntasının maliyyələşdirilməsi davam edir. Vladimir Putin isə bütün bunları bilməyə bilməz, necə ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinə Rusiya Federasiyasının məhz birbaşa müdaxiləsini gözlədiyi üçün ritorikasını dəyişdiyini başa düşməyə bilməz.

Rusiya öz qələbəsinə arxayın olsaydı, bunu edə bilərdi. Amma məsələ ondadır ki, o, Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü, həm də Türkiyədən Azərbaycana hərtərəfli dəstəyin olmasını başa düşür. Putin bu təkzibolunmaz və aşkar faktı tanımırdı. Lakin onun indi dedikləri Kremlin planlarının nə olduğunu və hələ də qaldığını anlamaq üçün kifayətdir. Rusiya həmişə məşhur “parçala və hökm sür” postulatına uyğun hərəkət edib, hərəkət edir və etməyə çalışacaq.

Sadəcə etməyə çalışacaq. Çünki o, artıq planlarını həyata keçirə bilmir. Və sonra biz Rusiya Federasiyasının özünün parçalanacağı bir vəziyyəti görə bilərik. Və o zaman müxtəlif səviyyələrdə azərbaycanlı siyasətçilər özlərini sülhməramlılar rolunda sınayaraq iddia edə bilərlər ki, Rusiyanın iştirakı ilə münaqişələrə elə son qoyulmalıdır ki, Moskva və Sankt-Peterburqun nəzarətində qalsın…
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru