Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                 

"Varşavanın maraqları Ukraynanın qələbəsindən yanadır" - Polşa siyasilərinin yekdil rəyi
Tarix: 7-12-2023, 06:34 | Çap et
"Varşavanın maraqları Ukraynanın qələbəsindən yanadır"
Polşa-Ukrayna sərhəddindəki blok, polşalıların ukraynalılara münasibətində dəyişikliklər Avropada ən çox müzakirə olunan mövzulardandır. Sərhəddəki blokadada Rusiya izi axtaranların da sayı kifayət qədərdir. Polşalı jurnalist və “Super Express”in şərhçisi Tomek Valçak UNIAN-a mövzu ilə bağlı danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Polşa-Ukrayna sərhədinin blok davam edir və belə təəssürat yaranır ki, blokada daha da güclənir. Bir neçə gün əvvəl hətta bunun arxasında rus agentlərinin ola biləcəyi barədə məlumat da yayıldı. Bildirilir ki, ruslar Polşa-Ukrayna münasibətlərini pozmaq üçün xüsusi əməliyyat keçirmək üçün əlverişli məqam seçiblər. Bu barədə nə düşünürsünüz?

- Sərhədin bloku ilə bağlı məsələdə Kremlin aydın təsirini görmürəm. Mən bu aksiyanı təşkil edən nəqliyyat şirkətlərini tanıyıram. Onlara Moskvanın təsirinə ehtiyac yoxdur, onsuz da başqa ölkələrin rəqabətindən həmişə narazıdırlar. Qorxurlar ki, ukraynalılar onları Avropa bazarından sıxışdırıb çıxaracaqlar. Görünür, polşalılar Polşanın Avropa İttifaqına qəbulu zamanı ucuz qiymətlər və aşağı maaşlar hesabına özləri nəqliyyat bazarında necə yer qazandıqlarını unudublar. Vəziyyət dəyişdi və indi Ukrayna işçi qüvvəsi Polşadan daha ucuzdur.

Çox polyakların blokun fərqinə varmaması normaldır. Çünki bu barədə xəbərlər Polşada əsas deyil. İndi bütün diqqət hökumətin formalaşması mövzusuna yönəlib. Polşadakı siyasi vəziyyət hər kəsi narahat edir. Yəni indi müzakirələr, emosiyalar seçki ilə bağlıdır. Bəli, zaman keçdikcə sərhədlərin blokadası haqqında daha tez-tez danışılmağa başlanıldı, amma yenə də bu vəziyyət güclü emosiyalara səbəb olmur.

Rusiya təbliğatının işi ağırdır, onlara Polşada nəsə etmək asan deyil. Çünki bizdə Rusiyaya meyilli siyasi qüvvələr yoxdur, güclü anti-Ukrayna emosiyaları yoxdur, amma iqtisadi problemlər üzə çıxır. Biz bunu taxıl böhranı zamanı gördük, indi də nəqliyyat məsələsində yaşanır. Kremlin təbliğatı ixtilafı qızışdırmağa çalışır. Rusiya sadəcə cəmiyyətdə mövcud olan vəziyyətdən istifadə edir. Onların özləri Polşadakı vəziyyətə təsir etmək, belə bir aksiya təşkil etmək iqtidarında deyillər.

- Bəs rus trolları sosial şəbəkələrin Polşa seqmentində aktivdirmi?

- Bəli, ruslar sosial şəbəkələrdə atmosferə təsir etmək üçün internetdən istifadə edə bilərlər. Kremlin təbliğatına uyğun şərhlər görünür. Amma məncə, onlar Polşa cəmiyyətinə necə təsir edəcəklərini bilmirlər. Onlara elə gəlir ki, məsələn, ukraynalılara qarşı etnik ədavəti alovlandırmaq olar. Ancaq Polşada bu, mümkün deyil.

Rus təbliğatının öz məqsədinə necə çatmadığını sizə deyim. Müharibənin əvvəlində Varşavanın mərkəzində bir ukraynalının polyakı öldürdüyü barədə məlumatlar peyda oldu. Bir neçə gün idi ki, hamı narahat idi: “Bu necə ola bilər?” sualları var idi. Konfederasiya Partiyası bu xəbərdən ukraynalılara qarşı düşmənçiliyi qızışdırmaq üçün istifadə etməyə çalışdı. Amma bu, işə yaramadı. Bir neçə gündən sonra isə məlum oldu ki, qatil polyakdır.

Kremlin təbliğatı hər il iyul ayında, Volın faciəsinin ildönümündə güclənir. Bəli, ukraynalıların bir dəfə baş verənlərə görə daim üzr istəməsini istəyənlər var. Mesajlar görünür: “Ukrayna İkinci Dünya müharibəsi zamanı keçmişinin öhdəsindən gələ bilmir”. Və əlbəttə ki, Polşada bəzi mühitlərdə bu təbliğat işləyir. Amma bu insanlar çox azdır və onların Rusiya təbliğatına ehtiyacı yoxdur. Polyakların əksəriyyəti hesab edir ki, indi bununla məşğul olmaq vaxtı deyil.

- Polşada polşalıların ukraynalılara münasibəti ilə bağlı sorğular keçirilib. Cavabların dinamikası necədir və sizcə, onlar nə deyir?

- Əgər sorğuların nəticələrinə nəzər salsaq görərik ki, genişmiqyaslı müharibənin əvvəlində polyakların təxminən 70 faizinin ukraynalılara qarşı heç bir mənfi fikirləri yox idi, onların Polşanın inkişafına kömək etdiklərinə inanırdılar. Sonradan bu faiz 60-a düşdü, amma bu da əhəmiyyətli deyil. Azlıqda bu məsələdə sadəcə fikri olmayan insanlar və ukraynalılardan qorxanlar var. Amma söhbət Moskvanın üzərində oynamağa çalışdığı qorxulardan getmir.

Genişmiqyaslı müharibənin başlanğıcında ukraynalıların çoxluğuna görə polyaklar üçün uşaq bağçalarına, məktəblərə və tibbə çıxışın məhdudlaşdırılacağı ilə bağlı qorxular var idi. Bir müddət belə hisslər var idi. Və bu, polyakların həqiqətən qorxduğu yeganə şeydir. Baxmayaraq ki, uşaq bağçalarında və məktəblərdə yer çatışmazlığı yoxdur. Ukraynalı uşaqlar siniflərə əlavə olunur, onlar polşalı sinif yoldaşları ilə yaxşı inteqrasiya edirlər. Məktəblilərin başqa ölkədən olduqları və polyak dilini bilmədiyi üçün terrora məruz qala biləcəyi qorxusu var idi. Amma belə bir şey baş vermədi, düşmənçilik yoxdur. Bu isə onun göstəricisidir ki, valideynlər arasında başqa millətlərə nifrət yoxdur, evdə heç kim bu haqda danışmır.

Polşalılar ukraynalılara öyrəşiblər, çünki onlar 2022-ci ildə Polşada görünməyiblər, daha əvvəllər də vardılar. Və bu qədər sayda mühacirdən heç kəs şok olmadı. Əksəriyyətin əhvalı belədir: “Ukraynalılar gəlir və biz belə miqrantları istəyirik”. Münasibətlər ümumiyyətlə mehriban və xoşdur.

- Qeyd etdiniz ki, Polşada seçki kampaniyası zamanı Ukrayna mövzusu, taxıl mövzusu kifayət qədər səs-küylü idi. İndi bu, yavaş-yavaş heçə enib. Ukraynalılar Polşanın yeni hökumətindən nə gözləyə bilər?

- Əminəm ki, yeni hökumət Ukraynanı dəstəkləyəcək, emosiyalar bir az da səngiyəcək. Ukraynalılar polyakların Ukraynaya münasibətinin pisə doğru dəyişəcəyindən qorxmamalıdırlar. Demək olar hamı başa düşür ki, qonşularına dəstək olmalıdırlar. Polşada genişmiqyaslı müharibənin başlaması şəxsi təhqir kimi qəbul edilib: “Onlar ukraynalıları döydülər, amma bizi də məğlub edə bilərdilər”. Polşanın maraqları, Polşa cəmiyyətinin maraqları Ukraynanın müharibədə qalib gəlməsindən yanadır. Bu məsələdə siyasətçilər arasında yekdil fikir var. Onlar həmrəydirlər ki, Ukraynanın qalib gəlməsi üçün hər şey edilməlidir.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru