Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

Erməni erməniyə qarşı: didişmə başladı - GƏLİŞMƏ
Tarix: 14-08-2024, 07:26 | Çap et
Erməni erməniyə qarşı: didişmə başladı
Ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində bölgəni könüllü tərk edən ermənilərlə Ermənistandakı ermənilər arasında didişmələr başlayıb. Ermənistanın müxtəlif şəhərlərində məskunlaşan Qarabağdan gedən ermənilər qayda-qanunları pozmaqla Ermənistan hakimiyyətini də, erməni cəmiyyətini də hövsələdən çıxarırlar.

Ötən həftə Ermənistan müxalifətinə bağlı medianın əsas müzakirə mövzudu Qarabağdan gedən erməni hüquqşünas Roman Yeritsyanın qardaşı Aramın ətrafındakı insident olub və hələ də müzakirə edilir. Sabiq Ermənistan prezidentləri, indiki müxaliflər olan Robert Köçəryan və Serj Sarkisyanın qidalandırdığı media və sosial şəbəkələrdəki səhifələr zərərçəkmiş İstintaq Komitəsinin başlatdığı araşdırmanın sonunu gözləmədən təkcə polisi deyil, həm də erməni səlahiyyətliləri günahlandırıb. Belə ki, Yeritsyan bildirir ki, 10 patrul əməkdaşı avtomobili qadağan olunmuş yerdə saxladığını bəhanə edərək qardaşını vəhşicəsinə döyüb, onu müxtəlif bədən xəsarətləri ilə polis bölməsinə aparıblar: “Onlar onun üzünə gözyaşardıcı qaz atıb, döyüb, qollarını qandallayıb polis bölməsinə aparıblar. Qolu və barmaqları sınıb, görmür, başı şişib. Ona tibbi yardım göstərilir”.

“Ermənistan polisinin Aram Yeritsyana qarşı zorakılığı, təkcə Aram Yeritsyana deyil, bütün “Artsax xalqına” qarşı çoxsaylı təhqirlərlə müşayiət olunması, “Artsax xalqına” qarşı hörmətsizliyin təzahüründən başqa bir şey deyil”, Aram Yeritsyanın vəkili Beqlaryan “Facebook” səhifəsində yazıb.

Erməni ictimaiyyət nümayəndələri isə hesab edirlər ki, Qarabağdan getmiş ermənilər qanunsuzluqlar etməklə dövləti xaos meydanına sürükləməyə çalışırlar ki, bu, yolverilməzdir.

Məsələn, erməni jurnalist və analitik Tevos Arşakyan məsələ ilə bağlı yazdığı məqalədə qeyd edir ki, könüllü olaraq müxalifətin “mitinq materialına” çevrilmiş Qarabağdan Ermənistana gedənlərin xeyli hissəsi Ermənistana müvəqqəti sığınacaq və “pul inəyi” kimi baxmaqda davam edir: “Onlar hesab edirlər ki, biz, Ermənistan vətəndaşları, sadəcə olaraq, onları qucağımızda gəzdirməyə və onların çox vaxt sərhəd tanımayan kobudluğuna, özbaşınalığına, hörmətsizliklərinə və bütün iyrəncliklərinə dözməyə borcluyuq. Təbii ki, bu, cəmiyyətimiz tərəfindən kəskin şəkildə rədd edilir”.



Arşakyan davam edir: “Onların sözlərindən belə çıxır: Ermənistanda onlara qarşı düşmənçilik edilir. Əminəm ki, bir çox erməni mütəmadi olaraq həm şəhərlərimizin küçələrində, həm də sosial şəbəkələrdə Qarabağdan gələnlərin bu cür əsassız iddiaları ilə qarşılaşırlar. Görünür, onlar artıq unudublar ki, müstəqillik illərində onların saxlanması, təhlükəsiz yaşaması üçün çəkilən xərclərin böyük hissəsi Ermənistanın dövlət büdcəsi hesabına olub. Ən çətin anlarda - 1990-cı illərin əvvəllərində belə son pulumuzu onlara verdik. Keçən ilin sentyabrında minlərlə erməni Qarabağı tərk edən insanları qarşılamaq, yedizdirmək, hətta qonaq etmək üçün sərhədə axışdı. Onlarla bağlı dövlətin proqramları da öz yerində. Bunun müqabilində keşiş Baqratın (Baqrat Qalstanyan – müxalif qüvvələrin lideri) və onun arxasında duran “Qarabağ klanı”nın təşkil etdiyi müxalifət mitinqlərində onların kütləvi şəkildə iştirakını görürük. Yoxsa onlar Köçəryan, Qukasyan, Saakyan tərəfindən idarə olunduqları dövrlər üçün darıxırlar? Onlar Qarabağda olanda “rəhbərləriniz” (Qarabağın işğalı vaxtı separatçı rejimin başında dayananları nəzərdə tutur) sizi adam yerinə qoymurdu. Yəqin ki, onlar özlərinə qarşı belə münasibətə, qanunsuzluğa öyrəşiblər və ona görə də indi öz konsepsiyalarını Ermənistan ərazisinə keçirməyə çalışırlar, amma bu plan baş tutmayacaq”.

“Yeritsyanla bağlı insidentə gəlincə, o, polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmaqdan imtina etdikdən sonra ona qarşı güc tətbiq oluna bilərdi. Əgər o, avtomobili qadağan olunmuş yerdə saxlayıbsa və patrul əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edibsə, deməli, onların güc tətbiq etmək hüququ var. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da polisin tələblərinə tabe olmaqdan imtina edəni tapdalayırlar. Belə hallarda söhbət qısa olur: ən yaxşı halda sizi üz üstü uzandırırlar, ən pis halda odlu silahdan istifadə edirlər. Qaydaları pozanları, Ermənistan qanunlarına əməl etməyənləri erməni cəmiyyəti rədd edir. Nə hökumət, nə də biz cəmiyyət olaraq heç kimə ictimai asayişi pozmağa, ölkənin təhlükəsizliyinə xələl gətirməyə, siyasi manipulyasiya ilə məşğul olmağa icazə verməyəcəyik”, - analitik məqaləsini tamamlayıb.

Göründüyü kimi, Qarabağdan gedən ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında artıq bir-birinə qarşı nifrət başlayıb və didişmə mərhələsinə start verilib. Hələ ötən il bir çox analitiklər proqnozlaşdırırdılar ki, separatizmə, cinayətkarlığa və vəhşiliyə öyrəşmiş Qarabağdan gedən ermənilərlə Ermənistanda yaşayan normal düşüncəli ermənilər arasında konfliktlər yaranacaq və dərinləşəcək. İndi həmin proqnozlar öz təsdiqini tapmaqdadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru