Azərbaycanın reklam bazarında hələ də FETO-çular at oynadır! - Əli Həsənovun himayə etdiyi deyilir
Tarix: 5-02-2020, 09:50 | Çap et
 Ölkəmizdə reklam sektorunun nə qədər acınacaqlı olduğu barədə çox deyilib, çox yazılıb. Əhalisi Azərbaycandan xeyli az olan ölkələrdə bu sahədə böyük işlər görülür. Ölkəmiz isə nəinki Avropa ölkələri, hətta Gürcüstan və Ermənistandan belə adambaşına reklam xərcləri mövzusunda geri qalır.
Telekanalların, radioların, saytların, mətbuat orqanlarının əsas gəlir mənbəyi reklamdır. Azərbaycanda isə kütləvi informasiya vasitələrindəki acınacaqlı durumu isə hamı bilir. Keyfiyyətli kontent üçün əhali rus, türk, ingilis dilində olan KİV-lərə müraciət edir.
Sual yaranır ki, niyə ölkədə reklam sektoru belə pis vəziyyətdədir? Niyə peşəkarlar xaricə qaçır, niyə televiziya verilişlərində aşağı keyfiyyətli məzmun göstərilir, niyə reklam büdcələri düzgün şəkildə xərclənmir?
Qəribə olsa da, siyasi məsələlərin də bu sahəyə böyük təsiri var. Onsuz da kasıb olan reklam bazarının sirləri getdikcə açılmağa başlayır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin 14 il müdiri olmuş Əli Həsənov barədə qalmaqallı məlumatlar son zamanlar hamının diqqət mərkəzindədir. Oğlu Şamxalı Xəzər Media qrupunun sahibi etdirmiş Əli Həsənovun özünün də, oğlunun da Fətullah Gülən ilə əlaqəsinə aid məlumatlar cəmiyyətdə əks-səda doğurdu.
Araşdırmalardan məlum olur ki, əvvəllər Samanyolu TV, sonradan isə adını dəyişib Xəzər TV qoymuş kanalın direktoru Hüseyn Dinləməz idi. O, öz vəzifəsini Şamxala birbaşa olaraq Amerikadan maliyyələşən Fətullah Güvən qruplaşmasının tapşırığı ilə verir.
Xəzər TV-nin vitse-prezidenti və reklam müdiri vəzifəsinə isə Gökhan Özkundakçı təyin olunur. Bu Gökhan da sən demə Fətullah Gülənin Samanyolu TV-sinin reklam koordinatoru Mehmet Özkundakçının qardaşıdır. Bir az da dərinə getsək, Mehmet Özkundakçının özü də Samanyolu TV-sinin FETO işindən ötrü 31 illik cəza almış müdiri Hidayət Karacanın bacanağıdır.
Onlar da öz növbəsində Amerikada yaşayan Faruk Tabana bağlıdır ki, o da Fətullah Güvənin sağ əli sayılır.
Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz Mehmet Özkundakçı Türkiyədə reklam sferasında tanınmış adamdır, "Medya Planlama", "Üçü Bir Arada", "Reklamcılığa Giriş" kimi kitabların müəllifidir. Türkiyədəki şirkətləri Azərbaycanda reklam verəndə təbii ki, məhz tanıdığı, öz şəbəkələrinə aid şirkətlərlə yaxın olmağa dəvət edib.
Beləliklə, o şirkətləri yönləndirir ki, reklamlarını Azərbaycanda məhz HAVAS Azerbaijan agentliyi (keçmiş adı MPG) və onun direktoru olan Zaur İsmayılov vasitəsilə yerləşdirsinlər. Təəccüblü deyil ki, Türkiyənin ən böyük istehsalçılarından biri olan Hayat Group ("Molfix" qadın gigiyenik vasitələri, "Molped" uşaq bezləri, "Papia" salfetləri, "Bingo" yuyucu vasitəsi və s. istehsal edir) və Şölen ("Ozmo", "Biscolata" şokoladları və s. istehsal edir) şirkətləri reklamlarını məhz Havas Azerbaijan vasitəsilə yerləşdirir.
Cümə namazına bir yerdə gedən Gökhan Özkundakçı və Zaur İsmayılovun dostluğu da yalnız "din qardaşlığından" irəli gəlmir, onun arxasında həm də biznes maraqları durur.
Gördüyünüz kimi, FETO şəbəkəsi çox sıx işləyir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycanda gedən pul axınına mümkün qədər çox nəzarət edirlər.
Bu yaxında KİV-də yayılmış Xəzər TV-nin reklam gəlirlərini göstərən faktlardan da görünür ki, gəlirlərin böyük bir hissəsi nağd şəkildə olub. Şübhəsiz ki, vergidən yayınmaqla kanala ödənilmiş bu pulların əksəriyyəti qeydiyyata alınmır və gizlin məqsədlər üçün istifadə olunurmuş:
Görünən odur ki, Azərbaycanda Fetullah Gülen qruplaşmasının yalnız energetika, elm, nəqliyyat sahəsində deyil, reklam sahəsində də böyük şəbəkəsi varmış. Havas Media-nın direktoru Zaur İsmayılov, Xəzər Media qrupunda çalışan bəzi yüksək vəzifəli şəxslər və s. – qısa desək, FETO qruplaşmasının əməllərinin nəticəsidir ki, ölkədə reklam sahəsində qeyri-şəffaf və ədalətsiz vəziyyət yaranıb.(Anews.az)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
|