Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Aqrar kreditləşmədə "şapka" və "sambrero" üsulları - ASK Məmməd Musayevin "girovun”da
Tarix: 16-07-2015, 10:08 | Çap et
Aqrar kreditləşmədə "şapka" və "sambrero" üsulları
Bu günlərdə "Aqrarkredit" SKT İH-nin sədri Məmməd Musayevin Azərbaycan Beynəlxalq Bankına rəhbər gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. İlk baxışdan çox cəlbedici və uğurlu görünən həmin məlumatlarda bu prosesin Mərkəzi Bankın prezidenti Elman Rüstəmovun patronajlığı altında gerçəkləşdirildiyi qeyd edilir. Elman Rüstəmovu öz bankir həmkarında hansı mühüm işgüzar və peşəkar təcrübənin cəlb etdiyini söyləmək çətindir. Lakin o da bir həqiqətdir ki, Məmməd Musayev sınırlarına görə heç də Elman Rüstəmovunkundan geri qalmayan kifayət qədər zəngin nüfuz və sərvət imperiyasına malik bir bankir kimi tanınır. Bu iki şəxsi birləşdirən bir sıra xarakterlər deməyə əsas verir ki, Məmməd Musayevin təyinat məsələsinin gerçəkləşəcəyi təqdirdə Azərbaycan bank sektoruna nəzarət edəcək yeni korporativ maraq qrupunun formalaşacağı gözlənilir.

Korporativ maraqlar

Bank sektorunu ağuşuna alacaq inhisarçılıq genişlənərək ölkənin əsas iqtisadi rıçaqlarını nəzarətdə saxlayan sindikatların nüfuzuna işləyəcək. Nəzərə almaq lazımdır ki, Məmməd Musayev ölkənin ən iri şirkətlərini özündə birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olaraq əsasən oliqarx məmurlara məxsus şirkətlərlə çox yaxın işbirliyinə malikdir. Digər tərəfdən ölkənin aqrar kreditləşməsində vasitəçi rolunu oynayan "Aqrarkredit" vasitəsilə kənd təsərrüfatının inkişafına ayrılan kreditlərin yönləndirilməsində istədiyi şəkildə iştirak edir. ASK üzvü olan şirkətlərin tam olmayan siyahısına nəzər salanda ölkə iqtisadiyyatının idarəçiliyində iştirak edən oliqarxlar gö önünə gəlir. Fikir verin, "Liderfarm" ASC, "Azərcell" BM, "Bacsell" BM, "Unibank" SKB, "AzEvrotel" Azərbaycan-Böyük Britaniya Birgə müəssisəsi, "Azərsun Holdinq" Şirkətlər birliyi, "Atəşgah" QTSC Sığorta Şirkəti, Baku STEEL Company, "AGBank" Səhmdar İnvestisiya Bankı, "Azərbaycan Respubilkası Beynəlxalq Bankı, "Karat Holdinq", Bakı Çinar Soyuducuları" ASC, "Ata-Holdinq" ASC, "HB Co Ltd" MMM, "Azturqaz" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi, "Texnikabank" ASC, "Karvan İstehsalat Kommersiya Şirkəti" MMC, "NJT 2000" firması, "ADA-Ticarət" QSC, "Azərsu" ASC, "Santral Elektrik" LTD, İKB "Nikoyl" və adlarını sadalaya bilmədiyimiz neçə-neçə nəhəng şirkət Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür. Məmməd Musayevin bir prezident kimi əsas fəaliyyəti ölkə iqtisadiyyatında yer alan bütün sahibkarlıq subyektlərinin mənafeyini müdafiə etməkdir. Lakin onun özü əslində bu şirkətlərin maraqlarına işləyən bir vasitəçiyə çevrilib. Bu da təbii qəbul edilməlidir. Çünki, Məmməd Musayevdən bundan artığını gözləmək mümkün deyildi. Necə olmasa, onun özünün də korporativ maraqlarından irəli gələn belə vasitəçilikdə oliqarx maraqlarına toxunulmur, əksinə lazım gəldikdə iri şirkətlərin dövlət himayəsindən yararlanmasına təminat verilir. Ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin sayı getdikcə azalır. Bu barədə məlumat verən iqtisadçı mütəxəssislər səbəb kimi, əslində bu sahibkarlıq subyektlərinin bəzi dövlət strukturlarının təhdidləri qarşısında tab gətirməyərək sıradan çıxmasını göstərirlər. Lakin digər əsas səbəb isə məhz oliqarx məmurların nüfuzuna işləyən iri şirkətlərin fonunda kiçik və orta sahibkarların rəqabət qabiliyyətsizliyidir. Belə bir şəraitdə Məmməd Musayevin yadına hansı xırda şirkət düşməlidir ki? ASK prezidenti onsuz da özünə yaxın beş-on orta sahibkara lazımi dəstəyini verə və onları hətta xaricə, o cümlədən Avropaya təcrübə mübadiləsinə göndərə bilir. Ölkə miqyası üçün isə bunlar dənizdə bir damla effektinə bərabərdir. Yəni, kiçik və orta sahibkarlığa dövlət qayğısının həyata keçirməli olan bəzi məmurlar üçün ASK prezidenti Məmməd Musayevlə bəzi məsələlərdə "şəriklik" daha sərfəlidir.

Aqrar kreditləşmədə "şapka" və "sambrero" üsulları

Məmməd Musayev kənd təsərrüfatının inkşafı ilə bağlı kreditləri isə ənənəvi olaraq Sahibkarlığa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevin xeyir-duası ilə öz bankına yönləndirir, daha sonra "şapkalı" kreditə çevirərək sahibkarlara transfer edir. Bu məsələ uzun illərdir ki, aqrar sektorda sahibkarlıq fəaliyyəti üçün dövlət kreditləşmələrindən yararlanmaq istəyən kiçik və orta sahibkarların ən ciddi probleminə çevrilib. Son zamanlara qədər bu səbəbdən "şapka" ləqəbini almış Aqrarkredit SKT İH sədri kreditlərə etdiyi saxta əlavə faizlərini xeyli artırdığından, sahibkarlar üçün əlçatmaz kredit "yükləyən""sambrero"ya çevrilib. Bu nədir? Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi mühüm ictimai vəzifəni daşıyan Məmməd Musayev nəfsinin ucbatından sahibkarlığın inkişafında bir əngələ çevrilib. Digər tərəfdən, ölkədə arqrar kreditləşmənin qarşısına açıxarılan süni maneələrin başında dayanır. Son illərdə ölkədə aqrar sektorun inkişafına ayrılan milyonlarla manat kreditin hansı faiz dərəcəsi Məmməd Musayevin "payına" düşüb? Bu sualın cavabını əldə etmək istəyənləri də regionlarda min bir əziyyətlə zülm içində torpağın həqiqi sahibkarlığı ilə məşğul olan fermerlərlə görüşə çağırırıq. Onlar Məmməd Musayevin dövlət kreditləşməsinə ortaqlığının hansı "qanunla" tənzimləndiyini izah edə bilərlər. Bu isə dövlətimizin aqrar siyasətinin tələbləri ilə daban-dabana ziddiyyət təşkil edir. Əlbəttə, bunlar ölkə rəhbərliyinin diqqətini cəlb etməyə bilməz. Ona görə də, Məmməd Musayevin öz biznes imperiyasını möhkəmləndirməsinə işləyən belə əməllər müvafiq strukturlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

ASK Məmməd Musayevin "girovun”da

ASK-nın rəsmi məlumatlarında Məmməd Musayevin fəaliyyəti tərif və təhrif edilir. Bildirilir ki, bu adam sədr seçilənədək Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi olaraq ölkədə biznes mühitinin yaxşılaşdırılmasına kömək etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirmək, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək etmək, hüquqi və iqtisadi mənafelərini müdafiə etmək vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirdi. Məmməd müəllim ASK-nın prezidentliyinə seçildi, qurumun fəaliyyətində əhəmiyyətli yeniliklər yaratmağa müvəffəq oldu. Əslində sadəcə struktur dəyişikliklərinə rəvac verən ASK prezidenti Mərkəzi aparatda 4 şöbə, Konfederasiya yanında yaradılmış 10 daimi komissiya, sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik yaratmaqla səmərəli idərəolunmanın təşkil edildiyini düşünür. Lakin formaca cəlbedici görünən bu dəyişikliklərin məzmunca simvolik xarakteri dəyişməz olaraq qalır. Əlbəttə, Konfederasiya nəzdində 10 regional nümayəndəlik yaratmaqla iş bitmir. Sahibkarlığın inkişafına sözdə deyil, işdə dəstək verilməsini asanlaşdırmaq lazımdır. Regionlardakı nümayəndəliklər isə sahibkarlığın inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsində təminatçı kimi çıxış etmək əvəzinə, Məmməd Musayevin şəxsi ambisiyalarına işləyən qruplara çevrilib.

"Domokl" qılıncı

Məmməd Musayevin bir sıra biznes srtukturlarında ortaqlığı barədə kifayət qədər informasiya var. Onun "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Direktorlar Şurasının sədri Akif Kərimovla ortaqlığı barədə yayılan xəbərlərdə həmçinin deyilir ki, Akif Kərimovun Milli Bankın İpoteka Kreditləri Departamentində rəhbər vəzifədə işləyən yaxın qohumunun köməyi ilə ipoteka kreditləşməsi əməliyyatları həyata keçirilməlklə bankdan külli miqdarda nəğd vəsaitlər çıxarılaraq Məmməd Musayevin tikinti biznesinə yönəldilir. Məmməd Musayev həmçinin "Turan Bank", "Azər-Türk Bank" kimi iri maliyyə qurumlarının sahibidir. Hökumətdə yer alan bəzi nazirlərlə yaxın qohumluq əlaqələrinə malikdir. Bütün bu amillər Məmməd Musayevin nüfuzuna işləyən məqamlardandır. Fərqi yoxdur, kim olur-olsun, Məmməd müəllimlə yaxın qohumluğu olan şəxslər qəti əmindir ki, bu adam öz biznesini zəhməti və yuxusuz gecələri bahasına qura bilib. Lakin çoxları bilmir ki, Məmməd Musayev kimi bu qədər zəhmətkeş bir insan ən ağır zərbəni elə öz doğmasından, atası Qurban kişidən alıb. Qurban Musayev elə bir hərəkət edib ki, nəinki özü, hətta övladları da bu hərəkətin əziyyətini istər-istəməz çəkməli olurlar. Dəhşət və qorxuya bələnmiş çürük mənəviyyat insana ötəri həvəsdən savayı heç nə vermir.Ağıl və düşüncə ilə tərs mütənasiblik yarandıqda həvəs heyvani hisslərin məngənəsinə düşmüş insan törətdiyi əmələ ağlın gücü ilə qiymət verməyə çalışır. Xəcalət hissi keçirsə də özü ilə heç nə edə bilmir. Lakin bu peşmançılığın səmimiyyətdən uzaq, saxta olduğu aydınlaşdıqda çox mətləblər üzə çıxır. (Bu cümlələrin Məmməd Musayevə şəxsən heç bir aidiyyəti yoxdur) Məmməd Musayev atası Qurban müəllimlə həmişə hamı kimi qürur duymaq, fəxr etmək istəyib lap uşaqlıqdan. Atasının ucbatından aldığı mənəvi zərbə onun həyatını az qala sındıracaqdı. Lakin özünə inam, iradə və şəxsi zəhməti sayəsində özündə duruş tapdı, sübut edə bildi ki, hər kəsin həyatında baş verənləri həmişə genetik tellərə bağlamaq düzgün deyil. Təəssüf ki, atası Qurban Musayevin müəllimliklə bir araya sığmayan hərəkətlər Məmməd Musayevin başı üzərindən asılmış "domokl" qılıncı kimi, onun ömrü boyu izləyəcək.\\gundelik-baku.com\\

Davamı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru