Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

"Palmali" şefi ilə bağlı ilginc iddia: Siyasətə gəlir və... - Tanınmış milyarder müxalifətə dəstək olacaq?
Tarix: 5-08-2015, 10:24 | Çap et
"Palmali" şefi ilə bağlı ilginc iddia: Siyasətə gəlir və...
"Palmali" Şirkətlər Qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı bəzi məqamlar son zamanlar mətbuatın əsas müzakirə mövzularından birinə çevrilib. Əldə etdiyimiz bilgilərə görə, bir müddətdir ki, dünyanı ağuşuna alan maliyyə böhranı Mübariz Mənsimovun şirkətindən də yan keçməyib. Qeyd olunur ki, ötən ildən müəyyən çətinliklər yaşayan "Palmali" Şirkətlər Qrupunda böhran pik həddə çatıb.

Belə ki, mənbə "Gündəlik Bakı"ya açıqlamasında iddia edir ki, son zamanlar şirkətin durumu xeyli çətinləşib: "Deyilənlərə görə, hazırda şirkətdə ciddi maliyyə böhranı yaşanır. Bunun nəticəsidir ki, şirkətin sponsorluq etdiyi "Xəzər Lənkəran" klubunda bir müddətdir futbolçulara, məşqçi və texniki heyətə maaş verilmir. Hətta "Palmali" reklam müqaviləsi bağladığı mətbuat orqanları qarşısındakı öhdəliklərini də yerinə yetirə bilmir. Təbii, bu da öz növbəsində, şirkət daxilində narazılıqlara, ciddi problemlərə səbəb olub". Məlumatlı şəxsin sözlərinə görə, "Palmali" Şirkətlər Qrupunun Azərbaycanla yanaşı, Türkiyə və digər ölkələrdəki ofislərində də ciddi maliyyə problemləri mövcuddur: "Görünən odur ki, Mübariz Mənsimov iflasın eşiyindədir. Artıq Türkiyə və Rusiya mətbuatında da bununla bağlı müəyyən informasiyalar dolaşmaqdadır".

Mübariz Mənsimovun hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirdiyini, həmçinin adıçəkilən şirkətin 21 ölkədə ofisinin olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, "Palmali" 150-yə yaxın gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır: "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Bundan başqa, Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. "Palmali" Şirkətlər Qrupunun Azərbaycandakı fəaliyyətinə gəlincə, qeyd etmək lazımdır ki, şirkətin Bakı ofisindən "Palmali" gəmilərində çalışan azərbaycanlılar qeyri-rəsmi, ruslar isə rəsmi olaraq çalışırlar. Deyilənlərə görə, şirkətin Bakı ofisinin rəhbərliyi işçilərin haqlarını tapdamaqla yanaşı, onların adlarına yazılan vəsaitləri vermirlər. Bundan başqa, "Palmali" Şirkətlər Qrupunun gəmilərində işləyən işçilərin ən böyük problemlərindən biri şirkətin işçilərlə əmək müqaviləsi bağlamamasıdır. Dənizdə ağır işlərdə çalışan işçilər bununla sosial sığortalardan və təminatlardan məhrum olurlar. Həmçinin işçilərlə müqavilə bağlanmaması səbəbindən onlara əmək kitabçaları verilmir və ağır işlərdə çalışan bu insanlar gələcəkdə təqaüd almaqdan da məhrum olurlar. Bunun müqabilində isə şirkətdə çalışan Rusiya vətəndaşları ilə əmək müqaviləsi bağlayır və ruslara azərbaycanlı işçilərdən üç dəfə artıq əməkhaqqı verirlər. Ümumiyyətlə, ruslar "Palmali" Şirkətlər Qrupunun Azərbaycanda fəaliyyət göstərən gəmiçilik sektorunda əksəriyyət təşkil edirlər". İşçilərin bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiklərini deyən mənbə bildirir ki, hələlik Mübariz Mənsimovun sahibi olduğu şirkətdə yaşanan neqativ halların aradan qaldırılması istiqamətində konkret addım atılmayıb: "Görünür, aidiyyəti qurumlar ya Mübariz Mənsimovdan çəkinir, ya da bu məsələdə "Palmali" Şirkətlər Qrupunun maraqları ilə onların maraqları üst-üstə düşür. Əks halda, rus işçilərlə müqayisədə azərbaycanlı işçiləri qul səviyyəsində çalışdıran şirkət yetkililəri barəsində lazımi tədbir görülərdi. Onu da qeyd edim ki, "Palmali" azərbaycanlı işçilərlə əmək müqaviləsi bağlamamaqla həmçinin, külli miqdarda vergidən yayınır. Eyni zamanda, qeyri-rəsmi olaraq çalışan azəbaycanlı işçilərin maaşları ən azı rəsmi işçilərin maaşından iki dəfə az olur ki, bu da şirkətin yetkili şəxslərinə böyük gəlirlər gətirir. Bunun müqabilində isə uzun illərdir şirkətdə çalışan dənizçilər bütün sosial təminatlardan və təqaüddən məhrum olublar. Maraqlı məqam ondadır ki, işçilər mövcud acınacaqlı vəziyyətlə bağlı "Palmali" Şirkətlər Qrupunun Türkiyədəki baş ofisinə dəfələrlə müraciət etsələr də, onların şikayətlərinə baxılmır və növbəti reys zamanı şikayətçilər gəmiyə göndərilmir. Bu isə onu deməyə əsas verir ki, şirkətin prezidenti Mübariz Mənsimov hər şeydən xəbərdardır və bu dözülməz rejim onun razılığı ilə həyata keçirilir". Məlumatlı şəxsin sözlərinə görə, çox vaxt uzaq səfərlərə çıxan böyük gəmilərin işçi heyətinin yemək pullarını rus kapitanlar mənimsəyirlər: "Ərzaqları mənimsənilən işçilər isə günlərlə makaron, düyü yeməyə məcbur olurlar. Bundan başqa, azərbaycanlı işçilər davamlı olaraq rus kapitanlar tərəfindən ağır işlərə təhkim olunur, onlar haqqında Türkiyə və Bakı ofisinə qeyri-kafi xasiyyətnamələr yollayırlar. Gəmi kapitanlarının ərzaq pullarını mənimsəməsinə görə narazılıq edən işçilər isə şirkətin yetkili şəxsləri tərəfindən cəzalandırılaraq işdən çıxarılır".

Bu arada, "Palmali" Şirkətlər Qrupunun rəhbəri ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Mübariz Mənsimov artıq Azərbaycanda siyasi məsələlərə qarışmaq niyyətindədir. Belə ki, bu barədə redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Mübariz Mənsimov bu il baş tutacaq parlament seçkilərində ölkənin radikal müxalifət düşərgəsinə külli miqdarda maliyyə yardımı etməyi planlaşdırır: "Palmali" Şirkətlər Qrupunun rəhbərinin müxtəlif vaxtlarda mətbuata verdiyi açıqlamalardan da aydın olur ki, o, heç də siyasətdən uzaq birisi deyil. Əksinə Mübariz Mənsimov daim siyasətlə maraqlanır. Əslində, burada qeyri-adi heç nə yoxdur. Lakin qəribə məqam ondadır ki, deyilənə görə, şirkət rəhbəri bu ilin sonlarına yaxın Azərbaycanda baş tutacaq parlament seçkilərində ölkənin radikal müxalifət düşərgəsinə ciddi maliyyə dəstəyi verməyi planlaşdırır. Deyilənlərə görə, bir müddət öncə öz çirkin niyyətlərini Azərbaycanda reallaşdırmağa çalışan, lakin buna müvəffəq olmayan "Milyarderlər İttifaqı" ilə sıcaq ilişkilərə malik olan Mübariz Mənsimov bu il baş tutacaq seçkilərdə öz nümayəndələrini parlamentə yerləşdirmək istəyir. Odur ki, onun müxalifətin radikal qanadı ilə müəyyən danışıqlara start verdiyi deyilir…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru