"Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                 

“İntuisiyam deyir ki, nəsə xoşagəlməz bir proses başladılıb”
Tarix: 5-12-2016, 08:14 | Çap et
“İntuisiyam deyir ki, nəsə xoşagəlməz bir proses başladılıb”
Ötən həftə Milli Məclisin komitələri ilə birgə müzakirələrə çıxarılan 2017-ci ilin büdcə zərfi sabah parlamentin plenar iclasına təqdim olunacaq. Ancaq çoxlarını maraqlandıran bir məsələ var: hökumət komitə iclaslarında səslənən təklifləri, tənqidi fikirləri son variantda nəzərə alacaqmı? BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz də büdcə müzakirələri barədədir.

- Qüdrət bəy, Milli Məclisdəki müzakirələrdə sizin də büdcə layihəsi ilə bağlı tənqidi fikirlərinizi eşitdik, bir sıra təklifləriniz oldu. Necə hesab edirsiniz, hökumət ona ünvanlı çağırışlara müsbət mənada qarşılıq verəcəkmi, yoxsa plenar iclasa elə əvvəlki layihə təqdim olunacaq?

- Keçən il qaçqınların və məcburi köçkünlərin mənzil tikintisi ilə bağlı vəsait azaldılmışdı. Hər halda mənim çıxışımdan sonra, sağ olsunlar ki, bunu nəzərə aldılar və 2014-cü il, yəni 350 milyon manat səviyyəsində saxladılar. Sözün doğrusu, mən bilmirəm, o vəsaitlə bağlı icra vəziyyəti necədir, yəqin, bunu gələn il büdcənin icrasını müzakirə edəndə biləcəyik. Amma qaçqın və məcburi köçkünlər 25 il, hətta ondan çox müddətdə öz yurd-yuvalarını itiriblər, onların böyük qismi hələ də acınacaqlı vəziyyətə yaşayır. Biz xalq olaraq, vətəndaş olaraq buna dözməməliyik. Prezident bu ilin aprelində Sivilizasiyalararası Dialoq Forumunda çıxış edərək bildirdi ki, Azərbaycan indiyə qədər 90 qəsəbə tikib və hər il təqribən 20 min insan mənzillə təmin olunur, amma yenə də bu, yetərli deyil. O insanların böyük bir hissəsi yenə də öz mənzil şəraitinin nə vaxt yaxşılaşdırılacağını gözləyir. Yəni prezidentin özü də bu barədə demişdi. Bütün bunlardan sonra bu sahəyə mütləq xüsusi diqqət ayırmalıdır.

Biz çalışmalıyıq ki, nəhayət, qısa bir müddət ərzində qaçqınların mənzil problemini həll edib başa çatdıraq. 2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və “Formula-1" yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrıldığı halda, qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına cəmi 90 milyon manat vəsait ayrılıb. Parlamentdəki çıxışımda da dedim ki, Azərbaycan dövləti və xalqı üçün prioritet 330 milyon 300 min manatlıq yeni idman obyektlərinin tikintisi yox, 9 min qəzalı vəziyyətdə yaşayan ailənin təcili mənzillə təmin olunmasıdır. Bu gün 40-45 min insan risk altında yaşayır. Necə ki, Füzulidən olan bir qaçqın ailəsi bu yaxınlarda yanğında məhv oldu. O binalarda elektrik naqilləri hörümçək toruna bənzəyir, bina hər an insanların başına uça bilər.

- Dediyiniz kimi, prezident üçün bu problemlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçısı sahibkarlığın inkişafına önəm verir, bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Amma məlum oldu ki, 2017-ci ilin dövlət büdcəsində sahibkarlığın inkişafına bir manat da ayrılmayıb. Üstəlik, Tarif Şurası sahibkarlığa da böyük zərbə olan qiymət artımına gedir, narazılıq yaradır. Bu ziddiyyətlər nədən doğur?

- Sözün doğrusu, mən düşünürəm ki, hakimiyyət daxilində hansısa gözəgörünməyən, ola bilsin, kənar təsirlərin də nəticəsində çox vaxt qeyri-populyar, nəinki vəziyyətin düzəlməsinə xidmət etməyən, əksinə, vəziyyəti ağırlaşdıracaq istiqamətdə qərarlar qəbul edirlər və mən burada hansısa təxribatın da olacağını istisna etmirəm. Burada xaricdən də təsir ola bilər, daxildəki, elə hökumətin öz içindəki müəyyən qüvvələrlə birlikdə düşünülmüş bir addım da ola bilər. Əlimdə konkret faktlar yoxdur, amma ehtimallar və intuisiyam mənə deyir ki, nəsə xoşagəlməz bir proses başladılıb. Prezidentin bəzi tapşırıq və qərarlarının zamanında icra olunmaması bunu göstərir ki, hansısa bir təxribat var. Buna görə də ölkənin siyasi rəhbərliyi, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər bu məsələlərin üzərində ciddi düşünməli və təhlil etməlidirlər.

- Referendumdan sonra böyük islahatlara gediləcəyi ilə bağlı gözləntilər var idi.
Mümkündürmü ki, kimlərsə bu kimi addımlarla islahatların reallaşmasını əngəlləməyə çalışır?

- Deyək ki, prezident özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı xüsusi fərman imzalamışdı. Amma Nazirlər Kabineti özəlləşdirmə ilə bağlı konkret addımlar atmalı idi. Az qala bir ildən artıq vaxt keçir, 1-2 kiçik müəssisədən başqa hələlik heç bir iri müəssisə özəlləşdirilməyə çıxarılmayıb. Yəni bacardıqları qədər bu prosesi yubadırlar. İkincisi, bank sektorunda yaranmış vəziyyətin dəyişdirilməsi istiqamətində də qəbul olunmuş qərarlar yanlışdır. Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Mən çıxışımda da dedim, manatın kursu sabitləşməyənədək Azərbaycana heç bir iş adamı ciddi investisiya yatırmayacaq - nə daxili, nə də xarici investorlar. Ona görə də manat nəhayət ki, üzüb bir məntəqəyə gəlib çatmalıdır. Bunu nə qədər uzadacaqlarsa, deməli, iqtisadiyyata vəsait qoyuluşu olmayacaq. Əgər yeni zavod, fabrik tikməyəcəksənsə, yeni emal müəssisəsi yaratmayacaqsansa, qeyri-neft sektorunu necə inkişaf etdirəcəksən? Yaxud torpaqları münbitləşdirmək üçün vəsaitin yoxdursa, keyfiyyətli toxumun, texnikanın, gübrənin alınması imkanlarından məhrumsansa, kənd təsərrüfatını necə inkişaf etdirəcəksən? Bunların hamısı sonda gəlib maliyyətə bağlanır. Ölkənin milli valyutası sabitləşməyibsə, ora heç kim ciddi vəsait qoymayacaq.

- Belə çıxır, gələn il bundan da ağır vəziyyət yarana bilər?

- Bunu tək mən demirəm. Maliyyə naziri Samir Şərifov, hökumətin digər üzvləri, nazirlər də deyir ki, bəli, gələn il daha pis, daha ağır olacaq. Deyək ki, 2017-ci ili keçirdik, bəs, qarantiya hardadır ki, 2018-ci il yaxşı olacaq? Siz 2017-ci ildə vəziyyətin yaxşılaşması üçün hansı işləri görəcəksiniz, söhbət bundan gedir.

- Qiymət artımı və digər prosesləri müxalifətin, sadəcə, kənardan müşahidə etməsi də normal görünmür. Etirazlar bir tərəfə, hansısa təşəbbüslər, təkliflər də yox dərəcəsindədir. Sizcə, bu, normaldırmı?

- Əlbəttə, müxalifət etiraz etməlidir və biz də qiymət artımına, islahatların ləngidilməsinə etiraz edirik. Amma müxalifət də öz məsuliyyətini dərk etməlidir ki, bu islahatların həyata keçirilməsi üçün mütləq ölkədə siyasi sabitlik lazımdır. Əgər insanlar küçələrə çağırılırsa və bu da sonra elə bir prosesə çevrilir ki, ölkə yenə də xaosa sürüklənir, əlbəttə, buna yol vermək olmaz. Etirazın bildirilməsi o formada olmalıdır ki, iqtidarı islahatları sürətləndirməyə stimullaşdırsın, yoxsa cəmiyyətdə bir az da qarşıdurmanı gücləndirməyə xidmət etməsin, ölkədə yaranmaqda olan sosial narazılıq ki, var, o narazı insanların idarəolunmayan bir prosesə qoşulmasına yol verilməsin. Yəni ölkədə sabitliyin qorunmasında müxalifətin də iqtidar qədər məsuliyyəti var. Müxalifətin də dediklərini iqtidar qulaqardına vurmamalıdır. Bizim təkliflər ciddi şəkildə öyrənilməli, müzakirə olunmalıdır. Mütləq və mütləq islahatlar genişləndirilməlidir. Birinci devalvasiyadan iki il keçir... Düzdür, bəzi dövlət orqanlarında şəffaflığın səviyyəsi xeyli dərəcədə artırılıb, neqativ hallar tam aradan qaldırılıb, ASAN Xidmətin fəaliyyəti xeyli dərəcədə genişləndirilib. Ancaq bu, cəmiyyətdəki vəziyyəti köklü surətdə dəyişmək üçün yetərli deyil. Ən azından iki nazirliklə bağlı gedən cinayət işinin istintaqı və məhkəmə istintaqı göstərir ki, doğrudan da, orda həm maliyyə nəzarəti yüksək səviyyədə təmin olunmayıb, həm də idarəetmədə ciddi qanun pozuntuları mövcuddur.

- Eyni zamanda, hakim komandada ciddi kadr dəyişikliyinə də gedilmədi. Bu komanda ilə islahatların aparılmasının mümkünsüzlüyü barədə də çox deyilib...

- Əlbəttə ki, dəyişikliklər etmək lazımdır. Biz bunu hər zaman deyirik ki, komanda mütləq yenilənməlidir. Birincisi, komanda yenilənəndə insanlar yeni təyin olunmuş şəxsə müəyyən ümidlər bağlayır, yeniliklər gözləyirlər. Təzə gələn adam həqiqətən də çalışır ki, nə isə bir yeniliklər eləsin. Ola bilər ki, təzə təyin olunmuş şəxs əvvəlkindən daha uğursuz ola bilər, o halda onu da dəyişmək lazımdır. Təzə təyin olunub deyə, oturub gözləmək lazım deyil ki, azı 5 il işləsin. Ölkədə çevik kadr siyasəti aparılmalıdır. Həm də verilmiş göstərişlərin tez yerinə yetirilməsi təmin olunmalıdır. İndi prezident göstərişlər verir, amma biz görürük ki, onların icrası xeyli yubanır.

- Qüdrət bəy, bəlkə də vitse-prezidentlər təyin olunsa, bu, sürəti xeyli artırardı. Razılaşırsınızmı?

- Əslində yeni konstitusiya qəbul olunandan sonra vitse-prezidentlərlə bağlı təyinat olmalı idi. Amma prezident 6 ay vaxt verdi ki, vitse-prezidentlərin statusunu müəyyənləşdirən yeni qanun qəbul olunsun və bundan sonra təyinat olsun. Bu qanun layihəsinin hazırlanmasına da, deyəsən, iki ay vaxt qoyulmuşdu. Dekabr ayında bu layihə parlamentin müzakirəsinə çıxarılsa, yeni ilin əvvəllərində artıq bu təyinatlar ola bilər. İnsanların bu institutla əlaqədar olaraq müəyyən gözləntiləri var. Amma sözün doğrusu, düşünmürəm ki, təkcə vitse-prezidentlərin təyin olunması vəziyyəti ciddi şəkildə dəyişə bilər. Müəyyən müsbət dəyişikliklər ola bilər, amma ciddi dəyişikliklər gözləmirəm. Ölkədə bazar iqtisadiyyatına keçid həyata keçilməlidir. Azərbaycan iqtisadiyyatı hibrid iqtisadiyyatdır.

Yəni sosialist təsərrüfat sistemi ilə bazar iqtisadiyyatının bir anormal qarışığı, izdivacıdır. Nazirlər Kabinetinin 44 üzvü var. Bu rəqəm minimum iki dəfə azaldılmalıdır. Məmurların sayı minimum 30 faiz azaldılmalıdır. Qənaət olunmuş vəsait də o biri məmurların əmək haqqının artırılmasına sərf olunmalıdır ki, onların layiqli həyatını təmin etmək mümkün olsun. Yoxsa aldığı maaşla dolana bilməyəndə məmur mütləq qanun pozuntusuna yol verəcək, qulluq mövqeyindən istifadə etməklə həyatını yaxşılaşdırmaq barədə düşünəcək və bu zaman da neqativ hallar, sui-istifadə halları baş verir. Mütləq özəlləşdirməyə getmək lazımdır. Azərbaycanda bu qədər dövlət universitetləri ola bilməz. AMEA da BDU kimi bir universitetə çevrilməli, Akademiyanın institutları da ayrıca fakültələr olmalıdır. Ancaq bu qurum da özəlləşdirilməlidir. Bizim akademiklər təkcə elmi araşdırmalarla yox, həm də tədrislə məşğul olmalı və həm də qazanc götürməlidirlər. Dünyada tək keçmiş sovet respublikalarından başqa heç yerdə elmlər akademiyası deyilən təsisatlar yoxdur. Bu da dövlətin üzərində bir yükdür. Həmçinin səhiyyə obyektləri özəlləşdirilməlidir.

Bunlar özəlləşdirilməlidir ki, onlar vergi ödəsinlər. Kasıbların övladları da təhsil kreditləri hesabına təhsil almalıdır. Həmçinin icbari tibbi sığorta tətbiq olunmalı, məktəb tikintisinə geniş meydan verilməli, ikinövbəli təhsil aradan qaldırılmalıdır. İş adamlarına vergi güzəştləri tətbiq olunsa, qat-qat ucuz qiymətə məktəblər tikilə bilər. İdman komplekslərinin özünü özəlləşdirmək lazımdır. Rayonlarda onlar baxımsız vəziyyətdə qalıb. Bu işlər həyata keçirilsə, biz xeyli dərəcədə irəli gedə bilərik və xaricdən də investisiya cəlb olunmasına nail olarıq. Bundan əlavə, müəllimlərin, həkimlərin maaşı artırılmalıdır. Həmçinin bizim ön cəbhədə xidmət edən zabitlə paytaxtdakı zabitin əmək haqqı eyni olmamalıdır. Həyatlarına risk etdikləri üçün onların maaşı daha yüksək olmalıdır. Parlamentdəki müzakirələrdə dediyim kimi, həm də devalvasiya nəzərə alınmaqla hərbçilərin maaşının artırılmasına da çox ciddi ehtiyac var.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru