"Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                 

“Belə pis vaxta öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?!” - deputat
Tarix: 10-12-2016, 08:48 | Çap et
“Belə pis vaxta öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?!”
Yevda Abramovun Milli Məclisdəki büdcə müzakirələrində hökumətin tənqidinə yönəlik sərt çıxışı xeyli müzakirələrə səbəb olub. Onun çıxışında dolların “qara bazar”ı ilə bağlı məqam da vardı. Deputatla müsahibəmizdə ilk olaraq bu barədə soruşduq:


- Yevda müəllim, sizin çıxışınızdan sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Demək olarmı ki, bu, sizin çıxışınıza hökumətin reaksiyasıdır?

- Vallah mən deyə bilmərəm. Hökumət nə edibsə, sağ olsun. Mən Azərbaycan xalqının, prezidentin heyranıyam. Harada olsam, mənim üçün bu xalqdan, bu millətdən, bu respublikadan, bu prezidentdən üstün heç kim, heç nə yoxdur. Mən tək adamam. Bunlar başa düşə bilmirlər... Mənim bundan sonra nazir olmaq fikrim yoxdur. Bu vəzifədən pensiyaya çıxıb gedəcəyəm balalarımın yanına. Ona görə istəyirəm ki, parlamentdəki illərim hədər getməsin, nə isə edə bilim. Məni partiya bura gətiribsə, cənab prezident etimad göstəribsə, gəlib elə-belə burada otura bilmərəm. Mən xalqın dərdini o salona gətirməliyəm. Sadə həyatımı yaşayıram, heç nədə gözüm yoxdur. Amma mənim bu xalqa yazığım gəlir. Mən ay yarımdır rayonda qazla, işıqla məşğul oluram, qaynaqçı ilə bir yerdə işləyirəm. Nələrdən danışım, problemlər çoxdur... Ordan-burdan, iş adamlarından boru alıram. Köhnəlmiş, sovet dövründə çəkilmiş boruları dəyişirəm. İş adamlarını bu işlərə cəlb eləyirəm. Cənab prezident yüzlərlə qonaq göndərir, Allah canını sağ eləsin. Bütün xarici qonaqlar Qubaya gəlir. Soyqırım Muzeyinin də işığı yanmır...

- Parlamentdə də bu barədə dediniz. Niyə söndürüblər işığı?

- Yoxdur da, işıq. Pul tapa bilmirlər ki, borcu ödəsinlər.

- Nə qədər borc yığılıb?

- Vallah bunu dəqiq icra başçı bilir. Gedir Prezident Administrasiyasına, xahiş edir, düzəlmir ki, düzəlmir. Gənclər Meydanıdır, başçıya deyirəm ki, bunu Gənclər və İdman Nazirliyi öhdəsinə götürsün. Heyfdir bu binalar, tikilib qalıb. Yəqin oturub danışacaqlar, bir əncam çəkəcəklər. Axı belə olmaz, bu iki binanın işığı olmalıdır, kimlərsə ona yiyə durmalıdır. Bu muzey yerin altındadır, oranı işıqsız saxlamaq olmaz. Bunlar elə bilir ki, mən bunu populizm kimi deyirəm, ya mənə imic üçün lazımdır. Mən 70 yaşa gəlib çatmışam. Bundan sonra kiminsə məni tərifləməsinin əhəmiyyəti yoxdur. Üzünə demirəm, Elşad, inan ki, çox jurnalistlərdən uzaq olmağa çalışıram, telefonları açmıram. Amma sənə danışıram, bilirəm ki, olduğu kimi yazırsan. Görürsən bəziləri yalan yazırlar, kontekstdən çıxarırlar, sözlərimi qırıq-qırıq verirlər. Televiziyada çıxışına baxırsan, görürsən ki, məruzənin mayası çıxarılıb, mətn dəyişib, tamaşaçı, ya oxucu sənin fikrini tuta bilmir. Axı mən də vaxtilə jurnalistika ilə məşğul olmuşam. Mənim belələrinə sözüm odur ki, dediyimi ya tam yazın, ya heç yazmayın! Eybi yoxdur, mənə “qoyunların çobanı” deyirlər, mən bundan incimirəm, bütün peyğəmbərlər çobanlıqdan gəliblər. Mən gedib həmin adamı məhkəməyə verən deyiləm ki, yazıb da...

- Yevda müəllim, xoş sözlərə görə sağ olun. Amma deyim ki, parlamentdəki çıxışınız çox yerdə təqdir olundu. Tənqid etdiyiniz ünvanlardan necə, sizə qınaq, irad, inciklik mesajları gəldimi?

- Yox, vallah. İnan Allaha, mənə heç kim deməyib ki, bunu niyə dedin, niyə demədin. Nə partiya sədri, nə katibi, nə də spiker... Mən sözümü demişəm. Orda mən cinayət işlətməmişəm, təhqir deməmişəm. Qubadan zəng edirlər ki, Yevda müəllim, 100 dollar almaq olmur, hamısını yığışdırıblar.

- Büdcə müzakirələrində elektrik enerjisi və qazın bahalaşması ilə bağlı deputatların etirazları da nəzərə alınmadı...

- Nə deyək? Borcumuz xalqı narahat edən problemləri zala gətirmək, dövlətlə xalq arasında vasitəçi rolunu oynamaqdır, biz də onu edirik. İndi necə alınır, alınmır, bu, Azərbaycan reallığıdır, Azərbaycan dövlətidir, o da öz yorğanına görə ayağını uzadır. Nə bilim... Mən onu da gözləmirəm ki, nə deyiriksə, elə həmin gün yerinə yetirilməlidir. Mən sözümü dedim, xalq da sağ olsun, təşəkkürünü bildirir. Əslində mən bunu təşəkkür, ya imic qazanmaq üçün eləməmişəm. Həyatda nə qazanmışamsa, qazanmışam. Bütün vəzifələri görmüşəm, müəllimdən tutmuş millət vəkilliyinə qədər gəlmişəm. Necə işləyirəmsə, siz bilirsiniz, xalq bilir. Allahın qabağında da düzəm, prezidentimin, partiya sədrimin qabağında da tərtəmizəm. Məni tanıyan insanlar var. Elə mənə dərs deyən Yaqub Mahmudov deputatdır. Məni 1985-ci ildə müəllimlikdən İcraiyyə Komitəsinin sədri gətirən Arif Rəhimzadə zaldadır, birinci katib olub. Tələbə dostlarım bilir ki, mən institutu əla bitirmişəm. Mən burda necə danışıramsa, Strasburqda da, Konqresdə də, Senatda da o cür danışıram, deputatlar da görürlər. Çox kəskin danışıram. Mənim danışıq formam belədir.

- Belə fikir də var ki, Yevda Abramovun arxasında yəhudi lobbisi, İsrail dövləti dayandığı üçün belə açıq və cəsarətli danışa bilir...

- (Möhkəm gülür) Lobbi deyəndə ki, dünyada azdan-çoxdan tanıyırlar. Hara gedirəm, öpüşürəm, qucaqlaşıram. Bütün dünyanın yəhudi parlamentarları ilə mənim dostluğum var. Əksəriyyəti ilə, lordlarla da... Amma mənim arxamda mənim partiyam, mənim prezidentim var. Əlbəttə, Azərbaycan, Qarabağ, Xocalı məsələsi naminə mən sizinlə razılaşıram. Düz deyirsiniz, bəli, mən bu fikirdən istifadə edirəm. Ermənilər də bunu bilirlər. Yəqin erməni saytlarında da oxumusunuz, bütün günü məni orda söyürlər.

- Quba həssas bölgələrdəndir. Oradakı problemlərin həlli ilə bağlı işlər görülürmü?

- Axşam zəng elədilər ki, qara baxmayaraq, qaz idarəsinin bütün işçiləri işləyirlər, sağ olsunlar. Orda bir transformatorun qoyulması ilə bağlı da uşaqlara demişdim kömək eləsinlər. Onu da qururlar. Özüm həftədə 1-2 dəfə rayona gedib gəlirəm, həmişə seçicilərimin yanındayam.

- Siz və həmkarlarınız təkliflər verdiniz, çıxışlarınız oldu. Necə bilirsiniz, hökumət dekabrın 16-da büdcə ilə bağlı parlamentin qərar verəcəyi iclasa nə ilə gələcək?

- Bəlkə də büdcənin bəzi parametrlərində cüzi, kosmetik dəyişikliklər edə bilərlər. Ancaq mən əsaslı nə isə gözləmirəm. Bütün fikirlər səsləndirilib. Daha nə qalıb ki, nə ilə də gəlsin?

- Yevda müəllim, çıxışınızda qoyun sürülərindən danışdınız, amma sahibləri olan məmurların adını çəkmədiniz, bu da fərqli yozumlara səbəb oldu...

- Azərbaycanda bir ağsaqqallıq institutu, ədəb-ərkan var. Hər halda, yəqin həmin insanlar evlərində bu barədə bir az fikirləşirlər. Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm. Allaha and olsun! O sürülər lap min, milyon olsun. Mən onu istəyirəm ki, heç olmasa o ərazilərdən keçib qışlağa gedirlər, o bələdiyyələrə bir az kömək etsinlər. Keçən il də Qonaqkənd məsələsini hökumətin hesabatında qaldıranda həyəcan təbili çaldım. Heç olmasa həmin çıxışımdan sonra Qonaqkəndə getməliydilər, məsələlərə müdaxilə etməliydilər. Mən kiminsə qoyun saxlamasına paxıllıq edirəmmi? Ay tövbə! Mən çox ali bir seyid ailəsindənəm, bir Allah adamıyam. Mən deyirəm ki, insan varından, dövlətindən bir az da xalqına kömək etsin. Cənab prezident bu qədər iş görür, bu qədər islahatlar həyata keçirir, nə olar onun yanında olanda?! Nə olar onunla bu məsələlərdə həmrəy olanda?! Belə pis vaxtda öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?! Qoy bir-iki il orta səviyyədə yaşayaq, orta səviyyədən aşağı yaşayaq, amma xalqımız, dövlətimiz sağ olsun.

- Qoyun sürülərinin sahiblərindən danışmışkən, deməli, sürü sahibləri əraziləri də ələ keçiriblər, eləmi?

- Təbii ki. Orada qışlaqlar var. Yaxşı ki, cənab prezident bu məsələni duydu, istifadə olunmayan torpaqlarla bağlı qərar verdi. Sizə bir şey deyim: cənab prezidentin hər şeydən xəbəri var. Ona düzgün məlumat verilir, verilmir, özü bunu yoxlayır. O bütün xalqın ürəyindən xəbər verir. Qərardan sonra həmin torpaqlar da geri alındı. İndi orada böyük bir iş gedir, on minlərlə fındıq ağacı əkilir. Torpaqlar geri qaytarılır. Prezidentin qərarı budur ki, qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsulları ilə dünya bazarına çıxaq və ölkəmizə valyuta axınını təmin edək. Bu, çox doğru siyasətdir. Bilirsiniz ki, 12 maddədən ibarət iqtisadi inkişafın “Yol xəritəsi” də hazırlanıb. Yəqin ki, biz 2017-18-ci illərdə həmin “Yol xəritəsi” ilə gedəcəyik və bizi uğurlara aparacaq. Cənab prezidentin dediyi kimi, biz neft kapitalını insan kapitalına çeviririk. İnsan kapitalının da biliyini, savadını kənd təsərrüfatı sahəsinə yönəldəcəyik. Dünyanın bir sıra ölkələri var ki, nefti yoxdur, kənd təsərrüfatı ilə dolanır. Ölkə var nefti, qazı yoxdur, amma on ildir ki, dollarla milli valyutasının arasındakı tərəddüd 2-3 qəpikdir. 10 ildir! Bunlar necə bunu bacarırlar? Bax, bu təcrübəni öyrənmək lazımdır.

- İsrailin iş adamları Azərbaycana yatırım qoya bilərmi?

- Burada İsrail iş adamlarının investisiyaları var. Azərbaycanda bir sıra tərəvəz məhsullarının, xüsusilə pomidor və xiyarın yetişdirilməsi İsrail mütəxəssislərinin köməyi və texnologiyası, onların layihələri ilə həyata keçirilir. İstixanalarda damcı ilə suvarma sistemi İsrail sistemidir.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru