“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

“Təsəvvür edin, həm vətənimizin, həm də bədənimizin 20 faizi gedib, bu, ikiqat ağırdır”
Tarix: 16-01-2017, 08:46 | Çap et
“Təsəvvür edin, həm vətənimizin, həm də bədənimizin 20 faizi gedib, bu, ikiqat ağırdır”
İşğalçı Ermənistanın Qarabağ danışıqlarından imtinasına beynəlxalq təşkilatların, xüsusilə də prosesdə vasitəçilik edən güclərin loyal münasibəti savaşı qaçılmaz edir. Artıq yeni ilin ilk günlərində növbəti dəhşətli savaşın anonsu barədə proqnozlar səslənməkdədir. Mövcud durum birinci Qarabağ savaşının iştirakçılarını da ciddi şəkildə narahat edir. Müharibə veteranları mənasız sülh danışıqlarından imtinanı və Vətən savaşına başlamağı yeganə çıxış yolu sayır. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov döyüş yoldaşlarının mövqeyini “Yeni Müsavat”a bölüşdü:


- Etimad bəy, Qarabağ danışıqları iflasa uğrayıb və prosesin nə zaman bərpa olunacağı bəlli deyil. Görünən budur ki, düşmən bizi digər tarixi ərazilərimiz kimi, Qarabağın da əldən getməsi faktı ilə barışdırmaq üçün “nə sülh, nə müharibə” durumunun davamında maraqlıdır. Siz bu vəziyyət barədə nə deyə bilərsiniz?

- Vəziyyət, həqiqətən də, ürəkaçan deyil. Mən on il bundan əvvəl təşkilatımızın üzvləri ilə görüşlərdə deyirdim ki, vaxt vardı babalarımız İrəvan, Göyçə, Zəngəzur, Dərələyəzin bizim olduğunu, sonrakı dönəmlərdə ermənilərə qaldığını danışırdılar, indi də “sülh danışıqları” adı altında Qarabağı özününküləşdirmək üçün ermənilərə zaman qazandırırlar. Bu danışıqlar işğal olunmuş torpaqların de-yure ilhaqına xidmət edir və prosesin də başında sırf erməni mövqeyindən çıxış edən Rusiya, Amerika və Fransa dayanır. Hər dəfə açıqlama verərkən “bu münaqişə ancaq sülh yolu həll oluna bilər, bunun müharibə variantı yoxdur” deyərək başımızın altına yastıq qoyurlar.

Amma bir məsələni nəzərə almalıyıq. Erməni xisləti elədir ki, onlar sülh yolu ilə bizim torpaqlarımızı heç vaxt geri qaytarmayacaqlar. Azərbaycan dövləti fikirləşməlidir ki, bu danışıqlar nə qədər davam edə bilər? Artıq bir nəsil dəyişib. Daha bir nəsil dəyişdikdən sonra artıq Qarabağ Göyçə, Zəngəzur kimi əlimizdən alınıb ermənilərə veriləcək. Ona görə də Azərbaycan dövləti torpaqların konkret bir müddətdə geri qaytarılması ilə bağlı qarşısına məqsəd qoymalı, bir plan işləməlidir. Ya genişmiqyaslı müharibə variantına əl atılmalı, ya da lokal partizan müharibəsi ilə ərazilərimiz uğrunda savaşa qalxmalıyıq.

- Amma ortada vasitəçilərin, dünya güclərinin iradəsi var, onlar savaşın olmaması üçün var gücləri ilə çalışır, Azərbaycana təzyiqlər edirlər...

- Mənim düşüncəmə görə, Qarabağ torpaqlarının ermənilərdə qalmasına bu saat xristian dövlətləri var gücləri ilə çalışırlar. Onlar ATƏT, Avropa Şurası, Avropa İttifaqı çərçivəsində erməniləri dolayı şəkildə müdafiə edirlər. Eləcə də BMT-də qəbul olunmuş qətnamələrin yerinə yetirilməməsi Ermənistanın himayə olunması anlamını verir. Beynəlxalq aləm müharibəni istisna etməklə, danışıq adı ilə Azərbaycanı sakitləşdirir. Azərbaycan bu mövqedə qaldıqca onların da ayağı yer alır. Birmənalı şəkildə bu torpaqları düşmənə güzəştə getmək olmaz! Zaman-zaman onlar torpaqlarımıza sahib çıxıblar. Bu dəfə güzəştə getsək, növbəti mərhələdə yenə də onlar qalan ərazilərimizə də sahiblənməyə çalışacaqlar. Ona görə də Azərbaycan dövləti şərait yaratmalıdır, ölkəmizin qeyrətli, döyüşkən oğulları kiçik partizan dəstələri ilə Qarabağda ermənilərə qarşı savaşa başlamalıdır. Bununla da beynəlxalq aləmə bəyan etməliyik ki, mən dövlət olaraq sülhün tərəfdarıyam, amma ölkəmin vətəndaşları təslimçi sülhü qəbul etmir, onlar ölüm də olsa, vətən torpaqlarına sahib çıxacaqlarına and içiblər. Bu yolla xalqın istəyini ortaya qoymaq, dünyaya yaymaq lazımdır. Qoy bizə 20 ildən artıqdır sülh dərsi keçənlər görsünlər ki, bizim xalqımız bu sülh dərsini qəbul etmir.

- Sülh platformasının üzvlərinin mövqeyi ilə yəqin ki, tanışsınız. Sizcə, ermənilərin də iştirak etdiyi bu proses Ermənistan hakimiyyətini ədalətli sülhə vadar edə bilərmi?

- Mənim həmin platforma ilə bağlı məlumatım var. Amma orda təmsil olunanlar Azərbaycan cəmiyyətində tanınan şəxslər deyillər. Şəxsən mən onları tanımıram, nəinki digər vətəndaşlar. Bu, sadəcə olaraq, Azərbaycanda 10-15 il bundan qabaq başlamış “xalq diplomatiyası”nın davamıdır. Bu proses də sadəcə, vaxt udmağa, xalqın başını qatmağa xidmət edir. Ermənilər heç vaxt bu yollarla torpaqları geri qaytarmayacaqlar. Deyilir ki, erməni hakimiyyəti Xocalı soyqımını həyata keçirib, torpaqları işğal edib. Erməni hakimiyyəti o qədər xəbis, o qədər iblisdir ki, onları bu cür təsirlərlə ərazi işğalından əl çəkməyə vadar etmək mümkün deyil. Bu mənada o platformanın da müsbət nəticəsi olmayacaq. Hətta son zamanlar dövlət yetkililəri də açıq şəkildə bəyan edir ki, ATƏT-in həyata keçirdiyi danışıqların heç bir nəticəsi yoxdur, işğalçıya təzyiq göstərməyən bu təşkilat boş, mənasız bir qurumdur. Mən də o fikirdəyəm ki, Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən imtina olunmalıdır.

- Ermənistanda Serj Sərksiyana qarşı sərgilənən etirazlar son nəticədə onun hakimiyyətdən getməsi ilə nəticələnərsə, o halda Qarabağla bağlı anlaşmaya ümid etmək olarmı?

“Ölkəmizin döyüşkən oğulları kiçik partizan dəstələri ilə Qarabağda ermənilərə qarşı savaşa başlamalıdır”


- Bunun heç bir mənası olmayacaq. Ter-Petrosyan, ya Sərkisyanın hakimiyyətdə olmasının heç bir fərqi yoxdur. Kim gedir-getsin, əvəzinə kim gəlir-gəlsin, ermənilərin vahid bir Qarabağ planı var, hakimiyyətdə təmsil olunan istənilən qüvvə o planı icra edəcək. Onların Azərbaycana, türklərə qarşı qəddarcasına düşmənçilik münasibəti var. Ermənilərin qarşıya qoyduğu məkrli plan budur ki, Azərbaycan və Türkiyə torpaqları hesabına Ermənistanın ərazilərini genişləndirsinlər. Onlar heç vaxt bu plandan imtina etməyəcəklər, dünya var olduqca bu əməllərini davam etdirəcəklər. Buna görə də Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağın geri qaytarılmasına heç bir müsbət təsir göstərə bilməz. Buna inananlar sadəlövhlərdir.

- Siz özünüz də qarabağlısınız və oradakı mülki ermənilər haqqında da məlumatsız deyilsiniz. Qarabağdakı mülki əhalinin separatçıların əlində girov vəziyyətində qaldığı barədə fikirləri necə, bölüşürsünüzmü?

- Ola bilər ki, sadə insanlar bu müharibədən üzülüblər. Çünki acınacaqlı durumda yaşayırlar, övladları müharibədə ölür. Bu vəziyyətdən qurtulmaq üçün də sülhün əldə olunmasını istəyirlər, bu torpaqların Azərbaycana məxsus olduğunu dərk edirlər. Əlbəttə, Qarabağ erməniləri bu durumdan bezib vəziyyətə etiraz edə bilərlər. Amma bu, o demək deyil ki, onların istəyi ilə separatçıların və erməni hökumətinin məkrli planı dəyişəcək, torpaqları geri qaytaracaqlar. Orada xalqın istəyinin necəliyindən asılı olmayaraq, rəhbərliyin qarşısına qoyduğu məqsəd budur ki, Azərbaycan torpaqları hesabına Ermənistan ərazisi genişləndirilsin.

- Azərbaycanın şəhid olmuş əsgərinin nəşi iki həftədir ki, ermənilərin əlindədir, geri qaytarmırlar. Döyüşlər vaxtı bu kimi hallar olubmu? Onu düşməndən almağın yolu, sizcə, necədir?

- Mən bununla bağlı KİV-də beynəlxalq təşkilatların, vasitəçi ölkələrin münasibətini də oxudum. Sizi inandırım, əgər erməni əsgəri meyiti Azərbaycan tərəfdə qalsaydı, bütün xristian dünyası ayağa qalxardı. İkiüzlü siyasəti, ikiüzlü yanaşmanı görürsünüzmü? Gör ermənilər nə qədər mənfur, iyrəncdirlər ki, meyitdən də intiqam alırlar. Dəfələrlə döyüşlər zamanı həm onlardan, həm də bizdən ölənlər olub, atəşi dayandırıb meyitləri dəyişmişik, bir insani yanaşma olub. Ermənilər bizim şəhidin meyitini qaytarmır, beynəlxalq təşkilatlar isə yalnız bir həftə keçəndən sonra quqquldaşırlar. Ermənilərə təzyiq göstərmirlər ki, “qaytarın əsgərin meyitini, girovluqda saxladığınız vətəndaşlarını” - baxmayaraq ki, ATƏT də, ABŞ da, Fransa da, Rusiya da bunu bilir. İkitərəfli münasibətlər adı altında tam şəkildə ermənilərə dəstək verməklə məşğuldurlar.

Tarix boyu baş verən müharibələrdə həlak olanların cəsədlərinə hörmətlə yanaşılıb. Çanaqqala savaşında da belə olub. Atəşkəs elan olunub, hər kəs öz meyitinə sahib çıxıb. Şərait yaradılıb ki, tərəflər öz meyitlərini aparıb basdırsınlar, döyüş bölgəsində hörmətsiz vəziyyətdə qalmasın. Ermənistanın həlak olan əsgərimizə münasibəti isə çox dəhşətli bir haldır. Bu fakt Azərbaycana bir daha dərs olmalıdır ki, Ermənistanla sülh danışıqlarının sonu yoxdur. Ermənilərlə yalnız silahla danışmaq lazımdır.

25 ildən çoxdur ki, torpaqlarımız ermənilərdədir. Biz nə vaxt torpaqlarımıza sahib çıxacağıq, nəyi gözləyirik?! Kimsə torpaqlarımızı alıb bizə verməyəcək. Biz özümüzdə təpər tapıb namusumuz olan vətənimizə sahib çıxmalıyıq, qardaş! Demirikmi Vətən anadır?

Övlad anasının namusuna sahib çıxmalı deyil? Ananın namusu nə qədər girovluqda qala bilər?! Onda gəlin Vətənimizə “ana vətən” deməyək də...

“Əgər erməni əsgəri meyiti Azərbaycan tərəfdə qalsaydı, bütün xristian dünyası ayağa qalxardı”


Adam gecə-gündüz yanıb-yaxılır. Bu vəziyyət xüsusilə də bizlər, bədəninin bir parçasını itirmiş insanlar üçün çox ağırdır. Mən o döyüşlərdə bir ayağımı itirmişəm. Təsəvvür edin, həm Vətənimizin, həm də bədənimizin 20 faizi gedib, bu, ikiqat ağırdır. Şəxsən mənim bədənimin 20 faizi yoxdur. Həm ayağımı itirmişəm, həm torpağımı, bu, mənə o qədər pis təsir edir ki...Ona görə bizim müharibə insanları daha çox yanıb-yaxılırlar ki, axı, biz orda can qoyduq, bədənimizin yarısını itirdik. Ona görə yox ki, torpaqlar on illərlə işğalda qalsın. Bu mənada müharibə insanları savaş gününün daha çox intizarındadırlar. Hamımız bilirik ki, bir gün bu dünyadan köçüb gedəcəyik. Bu Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb getmək daha şərəflidir. Yetər ki, bizə şərait yaradılsın. Düzdür, ordumuz bütün sahələrdə ermənilərdən qat-qat yüksək səviyyədədir. Amma Vətən torpaqlarını azad etmək üçün ürək qoymaq lazımdır, ürək! Hərbi arsenal bəzən qələbə üçün yetərli olmur...
\\musavat,com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru