“Moskvadan gələnlər AXC-ni də idarə edirdilər” - Ayaz Mütəllibov
Tarix: 18-01-2017, 08:48 | Çap et
 1990-cı ildə Bakıda törədilmiş qanlı 20 Yanvar hadisələrinin 27-ci ildönümü tamam olur. Bununla bağlı Azərbaycanın ilk prezidenti, 20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:
-Ayaz nüəllim, həmin vaxt baş nazir vəzifəsində idiniz. 20 Yanvar hadisələri olacaqdı, qarşısıalınmaz idi, yoxsa hansısa formada bunun qarşısını almaq mümkün idi?
-Bəli, mən onda Nazirlər Kabinetinin sədri vəzifəsində idim. Mənim tutduğum vəzifə isə siyasi vəzifə deyildi. Mən ölkənin sırf iqtisadi problemləri ilə məşğul olurdum. Qarabağ problemlərindən də kənar deyildim. Bütün səyimi Ermənistandan qovulub, Azərbaycana gələn qaçqınlara sərf edirdim. 20 yanvar olmaya da bilərdi, əgər radikal müxalifət Bakı qarnizonunun qarşısındakıları dağıtsaydı. Ancaq əks proses baş verirdi. Silahsız xalqı kazarmaların qarşısına göndərdilər. Mərkəzi Komitənin qarşısında da belə idi. Əfsuslar olsun ki, nahaq yerə qan axdı...
- Mərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirovla 1990-cı ilin 20 anvar ərəfəsində rus qoşunlarının Bakıya girə biləcəyi ehtimalından danışırdınızmı? O, bu haqda nə düşünürdü?
- Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi. Mərkəzi Komitə, Nazirlər Kabineti, Bakı Komitəsinin binaları müxalifət tərəfindən zəbt olunmuşdu. Bunu Moskva Konstitusiya çevrilişi kimi qəbul edirdi. Beləliklə, müxalifət respublikanı zərbə altında qoymuşdu. Ölkəni Moskvadan gələn Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslər idarə edirdilər. Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar. Ordunun Bakıya girəcəyi xəbərini AXC liderlərinə həmin bu qrup demişdi. Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın! Bundan əlavə, Primakov və Moskvadan gələnlər AXC liderləri ilə görüşlərində də bunu vurğulamışdılar. Onlar xalqı Mərkəzi Komitənin qarşısından uzaqlaşdırmaq istəyirdilər. Müxalifət buna rədd cavabı vermişdi. Maraqlısı budur ki, Azərbaycan rəhbərliyinin bu danışıqlardan xəbəri 20 Yanvardan sonra oldu. Əbürrəhman Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi, ancaq girəcəyinə inanmırdı.
- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqə yaratdınızmı? Belə bir şey oldusa, ona nələr dediniz?
- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqəm olmayıb.
- Müsahibələrinizdən birində demisiniz ki, o zamankı hökumət strukturları AXC qüvvələrinə yardım edirdi.
-Mən əlavə də edərdim. 16 yanvardan sonra ölkədə hakimiyyət AXC-nin və Moskvadan gələn qrupun əlində idi. İkincilər birinciləri idarə edirdilər. Bu haqda Vaqif Hüseynov “Bir həyatdan çox” kitabında ətraflı yazıb.
-20 Yanvardan sonra hansı AXC liderləri ilə görüşmüşünüz? Zəhmət olmasa, adlar çəkərdiniz.
-Demək olar ki, hamısı ilə. Onlara əl-ələ verib, hakimiyyət uğrunda mübarizəni kənara qoymaq, ölkəni düşdüyü “Qarabağ tələsindən” qurtarmağı dəfələrlə təklif etmişəm. Hətta bir neçə AXC liderlərinə nazir və s. vəzifələr verdik ki, ölkədə stabillik olsun.
-Belə fikirlər var ki, siz və DTK sədri Vaqif Hüseynov 20 Yanvar cinayətinin ört-basdır edilməsi üçün cəhdlər göstərmisiniz. Məsələn, eks-baş nazir Pənah Hüseyn mənə müsahibəsində belə demişdi.
-Əlbəttə ki, bu, ağ yalandır. Vaqif Hüseynov professional çekistdir və etdiklərinin kiminsə biləcəyi gülüncdür. Pənah Hüseynin bunu hardan bilməsi maraqlıdır. Gedib Vaqif Hüseynovun AXC haqqında yazdıqlarını oxusun.
-Vaqif Hüseynovla əlaqələriniz hansı səviyyədə idi o zamanlar. Heç özünü hadisələrə görə təqsirkar hiss edirdimi?
-O zamanlar Vaqif Hüseynov DTK-nın sədri idi və ölkədə baş verən hadisələr haqda mənə birbaşa məlumat verirdi. Vaqif Hüseynovun bir vətəndaş kimi, yüksək DTK generalı kimi Çaykənd, Kamo və sairə kəndlərin erməni silahlı dəstələrindən azad olmasında müəyyən rolu olub.
-Sizin müavin olmuş Artur Rasizadənin o zaman Bakıya qoşun çağırmaq üçün Moskvaya teleqram vurduğu bildirilir. Bu haqda nə deyə bilərsiniz?
-Nə deyə bilərəm? Mənim bu haqda heç bir xəbərim yoxdur.
-Bu faciəyə görə, heç özünüzü təqsirləndirmisiniz?
-Məgər mən xalqı kazarmaların qarşısına, rus tanklarının üzərinə göndərmişəm? Bu, Qorbaçov komandasının Azərbaycana qarşı təxribatı idi. Bu qırğını həyata keçirənlər Moskvadan gələn və respublika rəhbərliyini idarəçilikdən uzaqlaşdıran Primakovun dəstəsi və müxalifətdə olan AXC-nin bəzi liderləri idi. Bütün hadisələrin başında da bu iki qurum dururdu.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
|