Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik” - deputat
Tarix: 6-03-2017, 07:54 | Çap et
“Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik”
Son zamanlar bir sıra deputatlar sanki mövzu, ideya istehsalı üzrə yarışa girişiblər. Belə ki, onlar çox hallarda olduqca gözlənilməz, hətta sensasion yanaşmaları ilə mətbuata yeni mövzular verirlər. Bu istiqamətdə növbəti addımı Milli Məclisin ən stajlı deputatlarından olan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə atdı, KM.ru rus xəbər portalına müsahibəsində “azərbaycanlılar türk deyil” deməklə etirazlara səbəbkar oldu. Deputat Fəzail Ağamalı ilə söhbətimizə elə həmkarının dediklərinə münasibət soruşmaqla başladıq:

- Fəzail bəy, deputat həmkarınız Arif Rəhimzadə azərbaycanlıların türk olmasına şübhəsini ifadə edib, özü də Rusiya mətbuatına. Siz də tarixçi professorsunuz, həmkarınızın dediklərinə münasibətiniz necədir?

- Heç şübhəsiz ki, mənim Arif Rəhimzadəyə böyük hörmətim var, onun xətrini çox istəyirəm. Ancaq kifayət qədər intellektual səviyyəsi olan, məlumatlı, yaxşı bir həyat yolu keçən bir həmkarımın dilindən bu ifadəni eşitmək, əlbəttə, mənimçün gözlənilməz oldu. Azərbaycan türkləri Altay türk dil ailəsinə daxil olan etnosdur. Türk böyük anlayışdır, Altaydan başlamış, ta Karpat dağlarına qədər böyük bir ərazidə zaman-zaman türk xalqları yaşayıb. Təbii ki, ulu babalarımızdan türklük baxımından bizə fəxr eləyə biləcəyimiz böyük bir miras qalıb. Türklər həmişə tarixin yaradıcısı olublar. Azərbaycan etnos olmaq etibarilə türk dil ailəsinə mənsubdur və biz türkük. Azərbaycanda bizlərlə, türklərlə bərabər, digər etnoslar da min illər boyu bu məkanda yaşayıblar və bu ərazinin nümayəndələridirlər. Ona görə də Arif Rəhuimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur.

- Elə isə niyə belə bir fikir səsləndiri, sualı da xeyli maraq doğurur. Sizin qənaətiniz nədir?

- Düzü o, nədən bu fikri söyləyib, onun bu fikri hardan qaynaqlanıb, mənə də bəlli deyil. Lakin onun bu fikri tamamilə yanlışdır.

- Arif Rəhimzadə sıradan bir şəxs deyil, kifayət qədər təcrübəli siyasət adamıdır. Üstəlik, nəyi, necə demək lazım olduğunu da çox yaxşı bilir. Son zamanlar Azərbaycanın milli dəyərləri ilə bağlı aşağılayıcı mövqe sərgilənməsi hallarının artdığı bir vaxtda onun dedikləri ətrafında xeyli uzaqgedən nəticələr ortaya çıxdı. Bu, sadəcə, dəyər verməməkdən irəli gəlir, yoxsa burada “beşinci kolon”un elementlərini axtarmaq lazımdır?

Arif Rəhimzadə haqqında mən deyə bilmərəm ki, o, hardasa “beşinci kolon”un daşıyıcısıdır, yaxud da Azərbaycana bağlı adam deyil. Xeyr, mən bu fikirdə deyiləm. Arif Rəhimzadə həqiqətən Azərbaycana, bu torpağa bağlı insandır və sizin dediyiniz kimi, sıradan bir insan deyil. Mənimçün doğrudan da izahı çox çətin bir məsələdir ki, nə üçün Arif Rəhimzadə bu həqiqəti etiraf etməyib? Adama sual verərlər, onda biz kimik? Onda Arif müəllim söyləsin ki, yaxşı, azərbaycanlılar türk deyil, bəs, onda biz kimik? Dünyada artıq alimlərin müəyyənləşdirdiyi dil təsnifatı var. Biz də dil təsnifatına görə, Altay türk dil ailəsinə daxilik.



“Arif Rəhimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur”
- Bəlkə bu vəziyyət ona görə yaranır ki, zamanında biz adımızı Azərbaycan türkü, dilimizi Azərbaycan türk dili kimi rəsmiləşdirmədik. Bu qeyri-müəyyənliyə parlamentin son verməsi daha düzgün olmazdımı?

- Bilmirəm. Hər halda, yadınıza gəlirsə, bir vaxt bunun ətrafında geniş diskussiyalar getdi, müzakirələr açıldı.
Vaxtilə Konstitusiya hazırlananda ən çox müzakirə olunan məsələlərdən biri də bu idi ki, etnos olmaq etibarilə bizim adımız necə yazılmalıdır. Əslində alimlərin burada da fikri haçalandı. Bəziləri dedi ki, bəli, biz Azərbaycan türkü olaraq yazmalıyıq, digərləri dedi azərbaycanlılar elə mahiyyət etibarilə türkdür.

“Azərbaycan” sözünün özünün kökündə türkçülük var. Firudin Cəlilovun əsərlərində bu məsələlər çox geniş şəkildə qoyulub. Sonradan elə burada yaşayan tayfaların adından bu məkan vətəndaş hüququnu qazanıb. Yəni faktiki olaraq, Azərbaycan sözünün özünün türk tayfalarına məxsus olduğu iddiası var. Bu, bir çox alimlər tərəfindən sübuta yetirilib. Azərbaycan da özbək, qazax, osmanlı kimi türkdür, burada ikinci söhbət ola bilməz. Həqiqət üzərində mübahisə aparmağa ehtiyac yoxdur. Onda biz sübut etməyə çalışmalıyqı ki, yuxarıdakı Günəş deyil?

- Bir müddət əvvəl Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına prezident səviyyəsində müdaxilə olundu. Belə çıxır ki, qırmızı xəttin keçilməməsi üçün bütün bu kimi məsələlərə dövlət başçısının müdaxiləsi olmalıdır?

- Xeyr, əlbəttə, bu da anormallıqdır. Biz bir sıra hallarda ya deputat, ya vətəndaş, ya məmur olaraq məsuliyyətimizi kifayət qədər dərk eləmirik, deyəcəyimiz sözün məsuliyyətini götür-qoy etmirik, atacağımız addımların verəcəyi nəticələri ölçüb-biçmirik. Bu da cəmiyyətdə əlbəttə, müəyyən problemlər yaradır. Necə ki, siz dediniz, bəli, Müşfiqin heykəlinin götürülməsi ilə bağlı problem yarandı.

Nəgiz xanım Paşayeva bu məsələni ictimailəşdirdi, sonradan ölkə prezidenti məsələyə qarışdı, çox sərt reaksiya verdi və günahkarların cəzalandırılmasının vacibliyini önə çəkdi. Bunun üçün hər kəs söylədiyi sözün, atdığı addımın məsuliyyətini anlamalı, dərk etməli, onun verə biləcəyi nəticəni bəri başdan ölçüb-biçməlidir. Onda bax, bu cür problemlər, xoşagəlməz diskussiyalar ortalığa çıxmaz.

- Bu yaxınlarda buna bənzər digər məsələ də ictimailəşdi. Söhbət 1988-ci ildə zəlzələ qurbanlarına yardım üçün Leninakana uçarkən Ermənistan səmasında məhv edilən 77 azərbaycanlıya abidə qoyulması məsələsinə laqeyd münasibətdən gedir. Üstəlik, abidənin qoyulacağı yerdəki daş lövhə də təmir-bərpa işlərinin qurbanı olub və məsuliyyəti də heç kim üzərinə götürmür. Bununla bağlı nə demək olar?



“Azərbaycan hökuməti bu gün ona tapşırılan işi yerinə yetirə bilir”
- Bu da məsuliyyətsizlikdir, biganəlikdir, tariximizə sayğı ilə yanaşmamaqdır. Bəli, mən sizinlə razıyam ki, 1988-ci ildə Ermənistana yardıma gedən həmvətənlərimiz ermənilər tərəfindən qəsdən məhv edilmişdi. Bununla ermənilər öz vəhşiliklərini bir daha ortalığa qoydular. Çox təəssüf ki, biz Ermənistanın vəhşiliklərini ortalığa gətirəndə bu faktdan lazımi səviyyədə istifadə etmirik. Bəli, mən belə bir abidənin qoyulması ilə bağlı fikir var idi və daş lövhənin Mərkəzi Neftçilər Xəstəxanasının önündəki parkda olduğunu da xatırlayıram. Əslində bu abidənin qoyulması zamanında həyata keçirilməli idi. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi var. Tarixi abidələrin qorunması onun səlahiyyətində olan məsələdir.

Həmçinin gələcəkdə tarixi abidələrin qoyulması məsələsi də məncə, bu qurum tərəfindən reallaşdırılmalıdır. Eyni zamanda təbii ki, müəyyən strukturlar var, bu qurumların gözünün qabağında belə bir addımın atılması təəccüblüdür. Yəni o daş lövhəni götürən adam baxmırmı ki, onun üstündə nələr yazılıb və bura nə üçün qoyulub? Deməli, bu, savadsızlıq, öz tarixinə biganəlik, öz mədəniyyətinə sayğısızlıqdır. Bu da, əlbəttə, xoşagələn deyil. Mənə elə gəlir ki, bu cür hallara qarşı hər bir vətəndaşın mövqeyi ortalıqda olmaqla bərabər, müvafiq strukturlar da üzərinə düşən vəzifəni və məsuliyyəti dərk edib bu cür halların yaranmasına imkan verməməlidirlər. Baxın, Nərgiz xanım Paşayeva məsələni ictimailəşdirməsəydi, bəlkə də Müşfiqin heykəli yaddan çıxıb gedəcəkdi. Deyəcəkdik, görəsən, Müşfiqin heykəli nə oldu, hara getdi? Ona görə də bu gün fərqi yoxdur hansı sahədə çalışan məmur varsa, o məmurda yüksək dövlətçilik psixologiyası, böyük vətəndaşlıq təəssübü, vətənpərvərlik hissi olmalıdır, həmin məmur öz tarixinə, ədəbiyyatına böyük məhəbbət hissini özündə daşımalıdır.

Bunsuz alınmır.

- Bu məsələni parlamentdə qaldırmağınız mümkündürmü?

Hər halda bir neçə dəfə həmkarlarımız bu və ya buna bənzər məsələləri Milli Məclisdə qaldırıblar. İndi biz də bu məsələni qaldıra bilərik. Qaldırsaq, ictimailəşdirsək, ola bilsin ki, konkret nəticələri olsun. Məncə, hökumətin hesabatında bütövlükdə bu məsələlərə ümumi şəkildə yanaşmaq lazımdır. İmkan olsa, bəli, mən konseptual baxımdan bu məsələyə toxunmaq istərdim. Yəni təkcə 1988-ci ildə ermənilər tərəfindən qətlə yetirilən insanlara abidə qoyulması deyil, digər məsələləri də, Müşfiqin abidəsi, digər şəxslərlə bağlı da fikrimi çatdırmaq istərdim.


- Bu sıraya Məhəmməd Əmin Rəsulzadənin də abidəsi daxildir?

- Bəli, Rəsulzadənin də hardasa heykəli qoyulmalıydı. Digər abidələrin qoyulması, həmçinin mövcud abidələrin qorunub-saxlanmasına həssas münasibətin göstərilməsinə çox ciddi ehtiyac var.

- Hökumətin bu ay keçirilən hesabatında parlamentarların hansı mövqedən çıxış edəcəyi də çox maraqlıdır. Ölkədəki sosial-iqtisadi problemlər, maliyyə bazarında, bank sektorundakı acınacaqlı durum və sairlə bağlı səlahiyyətli şəxslərdən hesabat istəniləcəkmi, yoxsa ötən illərdəki kimi yekdilliklə onun fəaliyyəti müsbət qiymətləndiriləcək?

- Həqiqət naminə etiraf etmək lazımdır ki, Azərbaycan hökumətinin iradəsindən asılı olmayaraq bizdə də çətinliklər var. Dünya maliyyə-iqtisadi böhran içərisində əziyyət çəkməkdədir. Dünyanın bir parçası kimi, təbii ki, bu proses Azərbaycandan da yan keçməyib. Çətinliklərimiz var və təbii ki, Azərbaycan bir neçə il bundan öncəki Azərbaycan deyil. Ancaq hökumət nə mümkündürsə, onu edir ki, dünyanı bürüyən bu maliyyə-iqtidadi böhrandan az itki ilə çıxsın. Bu, həqiqətən də iqtidarın siyasətində özünü qabarıq şəkildə ifadə etməkdədir. Ona görə də biz müəyyən təkliflər verə bilərik - məncə, belə də olacaq - hökumət həmin təklifləri nəzərə alarsa, ölkənin məruz qaldığı bu və ya digər çətinliklərin aradan qaldırılmasına öz töhfəsini vermiş olar.

Bizim ehtiyatlarımız kifayət qədər çoxdur, imkanlarımız var. Biz bu ehtiyatlarımızı tamamilə işə sala bilsək, məncə, artıq 2018-ci ildən Azərbaycan özünü yeni, daha yüksək və dinamik inkişaf dövrünə qədəm qoya bilər. Məncə, belə də olacaq. Çünki ölkə prezidentinin siyasətində bu hədəflər özünü açıq şəkildə göstərir. Lakin əgər dünya bu gün maliyyə-iqtisadi böhranın içərisindədirsə, Azərbaycan bunlardan təcrid olunmuş halda deyil axı. Azərbaycanın iqtisadiyyatı bu gün tamamilə dünya iqtisadiyyatına inteqrasiya olunub. Azərbaycanın maliyyə sistemi bu gün təkcə manatla müəyyən olunmur, eyni zamanda beynəlxalq valyutanın məzənnəsi, bu və ya digər müdaxiləsi ilə tənzimlənir. Ona görə də təbii ki, bütün bunların hamısının qarşısını almaq heç bir ölkəyə müyəssər olmayıb. Baxın, maliyyə-iqtisadi böhran şəraitində bütün ölkələrdə ABŞ dollarına nisbətən milli valyutaların məzənnəsi xeyli aşağı düşüb.

- Ancaq bu yanaşma da var ki, dünyada ölkəmizdəki qədər uzunömürlü hökumət mövcud deyil, komandalar vaxtaşırı dəyişir, yenilənir...

- Hökumət müstəqil Azərbaycan dövlətinin bir qoludur. Azərbaycan hökuməti bu gün ona tapşırılan işi yerinə yetirə bilir. Uğurlarımız da var, gəlin bunu etiraf edək. Bu gün Azərbaycanın 30 milyard dollardan çox ehtiyatı var. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hər halda başqa ölkələrə nisbətən Azərbaycan ayaq üstədir. Başqa ölkələrlə müqayisədə Azərbaycanda ağır sosial-iqtisadi durum yoxdur. Bəli, çərtinliklər də var, bunlar isə dünyada baş verən proseslərlə bağılıdır. Ancaq qazın, elektrik enerjisinin qiyməti artırılması istehsal prosesinə, kənd təsərrüfatına, sənaye müəssisədlərinə, həmçinin əhalinin ümumi vəziyyətinə özünün mənfi təsirini göstərdi. Təəssüf ki, bu, belədir və etiraf olunmalıdır. Ancaq bəlli olan budur ki, Azərbaycan iqtidarı bunu qəsdən etməyib. Yəni, düşünərək bunu etməyib ki, camaatın vəziyyəti çətinləşsin. Sadəcə olaraq zərurətdən doğan belə bir addım atılıb. Amma hökumətin hesabatında bununla bağlı elə bir təklif irəli sürməliyik ki, bu təklif göydə qalmasın. Bəli, elə etmək lazımdır ki, bu vəziyyətin davamlı olmasına imkan verməyək və bunun davamlı olmasının qarşısını alaq.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru