Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Polisə dedim ki, qardaşımı yoxlayın...ən ağır cəza verin” - deputat
Tarix: 7-04-2017, 11:00 | Çap et
“Polisə dedim ki, qardaşımı yoxlayın...ən ağır cəza verin”
Milli Məclisin deputatı, vaxtilə Ali Məhkəmənin sədri işləmiş Tahir Kərimli Unikal.org-un müsahibidir. O, söhbətində maraqlı məqamlara toxunub.

-Tahir bəy, Azərbaycan gəncliyindən razısınızmı?

- Cəmiyyətin müəyyən dövrlərində ictimai-siyasi proseslər qeyri-ixtiyari subyektlərə təsir edir. İndiki gənclər siyasi baxımdan bir qədər bəxtsiz oldular. Bizim nəslin siyasətçiləri onlara yaxşı irs qoya bilmədi. Onlar sanki hər şeyi yenidən başlamaq məcburiyyəti qarşısında qaldılar. 100 il bundan qabaq Fransada deyirdilər ki, orada nümunə göstəriləcək insanlar qalmayıb, hətta tarixi xadimləri, sərkərdələri də göstərəndə, onlara ikrah hissi ilə yanaşırdılar. Biz siyasi partiyalar olaraq gənclər üçün siyasi ardıcıllıq qoymadıq. Vəzifədən möhkəm tutduq. Özümüz də uduzduq. Bunun cəzasını da gənclər çəkir. Bu, xüsusi olaraq müxalifət cəbhəsinə daha çox aiddir. İslam cəmiyyətində, bizim cəmiyyətin özündə də istər elm, istər hərbi və digər sahələrdə fərdiyyətçilik çox güclüdür. Biz öz içimizdən fərdi xadimlər yetişdirə bilirik, amma kollektiv şüurumuz zəifdir. Bütövlükdə gənclərimizdə öz tarixinə sahib çıxmağı görürəm. Tariximizə sahib çıxmasaq Azərbaycanın gələcəyini qura bilmərik. Təəssüflər olsun ki, bəzən gənclərimizi bütövləşdirici, birləşdirici deyil, ayırıcı yollara dəvət edirlər.

-Kimlər dəvət edir?

-Biri Şah İsmayılı tərifləyir, digəri söyür. Biri şiəliyi tərifləyir, digəri sünniliyi. Bununla hara gedirik? Gənclərimiz də nəyin doğru olduğunu bilmir. Vəhabi də Qurana istinad edir, digər təriqətlər də. Gözəl insanlar cəmiyyətdə gözəllik axtarar. Nizami ona görə gözəlliyi görə bilirdi ki, daxili təmiz idi. Gənclərimiz bir qədər yol ayrıcında qalıblar.

"Buna görə də cavan oğlan övladlarımız qız kimi böyüyür”

-Bəs təhsilimizin mövcud durumu Sizi qane edirmi?

-Milli Məclisdə son çıxışımda bu məsələyə toxunmuşam. Çox ciddi narazılıq etdim. Sovet təhsil sistemində russiya ənənələri var idi. Orada birinci sırada təlim, tərbiyə dayanırdı. Təhsil üçüncü yerdə qərarlaşırdı. Təbii ki, baloniy, Qərb sistemi başqadır. Bizdə təhsilin vəziyyəti çox həyəcanvericidir. Ötən il ərzində, elm, təhsil, məktəbəqədər təhsil haqqında qanun qəbul etdik. Necə ola bilir ki, məktəbəqədər təhsil dünyada ortalama 55 faiz, Rusiyada 87 faiz, Azərbaycanda 30 faizdən bir az yuxarıdır. Bu bizim məmurların gələcəyimiz olan gənclərə olan münasibətinin göstəricisidir. Nə qədər ki, kitabaxanaları satacaqlar, vəziyyət dəyişməyəcək. Biz bununla hara gedirik? Təhsilimizə 1 milyard 7 yüz milyondan artıq pul ayrılır. Onun 834 mini orta təhsilə aiddir. Cənab baş nazir, təhsil naziri, bizim yüzlərlə məktəbimiz var ki, orada 10 illərlə bir nəfər belə ali məktəbə qəbul olmur. Bəs, bu qədər milyardlar hara gedir? Ali məktəbə qəbul olunanların əksəriyyəti repetitor yanına gedənlərdir. Milli Məclisdə kişi müəllimlər məsələsini qaldırdım. Mənim Ağsuda oxuduğum məktəbdə 77 qadın müəllimə, 11 kişi müəllim var. Onun da çoxu pensiya yaşına çatıb. Bizim balalarımız kişi təlim-tərbiyəsi görmədən məktəblərdə böyüyür. Mən bununla bağlı müəyyən təkliflər də etdim. Buna görə də cavan oğlan övladlarımız qız kimi böyüyür. Biz həyəcan təbili çalmalıyıq. İstər təhsilin, istərsə də bütövlükdə cəmiyyətin ağrısını ürəyimizdə yaşamayacağıqsa, biz nəyə lazımıq? Balalarımıza hansı Azərbaycanı miras qoymaq istəyirik?

"Çox əziyyət çəkirəm”

-Seçicilərinizin ən əsas şikayəti və istəyi nədir?

-Seçicilərin xasiyyəti dəyişib. 90 –cı ildə deputat seçiləndə məndən milli dövlət quruculuğu, Qarabağ məsələsi tələb olunurdu. Sonra bu tələblər "küçəmi asvaltla”, "işıq, su, yol çək” kimi məsələrlə əvəzləndi. Hazırda isə tələblər başqadır. Deyirlər işə düzəlt, pul ver, övladımın təhsil haqqını ödə, xəstəmi müalicə etdir və.s. Olmayan nəisə məndən istəyəndə, çox pis oluram. Çox əziyyət çəkirəm. Bəzən deyirəm istefa verim. Mənə deyirlər, elə sözü dilinə gətirmə. Milli Məclisdə problemlərini qaldırıram. Amma xəbərləri olmur. Bəzən görürlər televizyada danışırıq. Ancaq bilmirlər nə danışırıq. Mən vicdanım qarşısında çalışıram ki, öz borcumu yerinə yetirim.

-Bir müddət əvvəl ölkə prezidentinə partiyanıza ofis verilməsi üçün müraciət etmişdiniz. Məsələ nə yerdə qaldı?

-Prezident Administrasiyası Əmlak Komitəsinə müraciət göndərib. Onlar da bizə müraciət ediblər ki, yeri özümüz tapaq. Biz də hardan tapaq? Ona görə də icarəyə götürdüyümüz yerdə fəaliyyət göstəririk.

"Bu da bəzən mənə baha başa gəlir”

-90-cı ilin deputat Tahir Kərimlisi ilə 2017-ci ilin deputat Tahir Kərimlisi arasında hansı ciddi fərq var?

-O vaxt indikinə nisbətən 20-25 yaş cavan idim. Biz əvvəl Qarabağ məsələsinə görə ayağa qalxdıq. O vaxt Xalq Cəbhəsini yaratdıq. Min canımız olsaydı, onun birini özümüzə saxlamazdıq, hamısını müstəqil, demokratik dövlət qurmaq üçün qurban verərdik. İndi amma yaşım 60-ı keçib. Müstəqil dövlət qurulub. O vaxtki Xalq Hərəkatı indi yoxdur. Partiyalar pərən-pərən oldular. Cəmiyyətin qayğıları dəyişdi. Məşhur müdrikin belə bir deyimi var: gəncliyində inqilabçı, orta yaşda islahatçı, ahıl çağında mühafizəkar olmayan insan kamil deyil. İndi mən istəyirəm ki, qazandığımı qoruyub saxlaya bilim. Bu da bəzən mənə baha başa gəlir. Bu yaxınlarda mənəviyyatımızın qorunması ilə bağlı çıxışlar etmişdim. Çox pis reaksiyalar oldu. Mən istəyirəm ki, müsbət saydığımız dəyərlər heç olmasa qorunub saxlansın.

"Qarşımı yaşlı bir kişi kəsərək dedi ki, "öl! Yaxşı oldu yıxıldınız”

-Deputat seçilməyiniz dostlarınızın sayına təsir etdi?

-Mən bu millətin nümayəndəsiyəm və bütün dünya dövlətlərini Azərbaycana qurban verərəm. Bütün dünya xalqlarından öz xalqım mənə dəyərlidir. Ancaq mənim xalqım hələ kamil deyil. Mən İsmayıllıda hakim işləyəndə ağsuluların çoxuna kömək etmişəm. Ancaq vəzifədən çıxandan sonra onlar məni axtarmadı. Ali Məhkəmədə olanda yüzlərlə insana dəstək olmuşam, əlindən tutmuşam. İşdən çıxdım illərlə işsiz qaldım. Az sayda dostlar oldu ki, sadiq oldular. Mən özüm də insanlardan qaçırdım. Çox ciddi müxalifətçilik dövrü keçirmişəm. Dost, yoldaşlardan özüm uzaq olurdum ki, mənə görə kimsə ziyan çəkməsin. O zaman heç bir hakimlik fəaliyyəti olmayan şəxsi Ali Məhkəmənin üzvü təyin etdim. Həmin vaxt hakimiyyətə də yumşalmışdım. Bir dəfə kurortdan qayıdanda "Mineralnıe Vodı” satansiyasında mənim dəstəyimlə hazırda da zəngin olan bir adam aramızın 4-5 metr olmasına baxmayaraq mənə salam vermədi. Axı mən səni şah etmişəm? Çox ağrılar çəkdim. Bir dəfə Sabirabadda hüzürdə idim. Qarşımı yaşlı bir kişi kəsərək dedi ki, "öl! Yaxşı oldu yıxıldınız. Görürsən məni azadlığa buraxdılar. Sənə qaynatandan məni azadlığa buraxmağın üçün 25 min pul göndərdim götürmədin”. O zaman çox idealist idim. Qaynatamı Ali Məhkəmədə qəbul etmirdim ki,onun nə işi var burada. Getsin evimizə. Eşitdim, qardaşım o zaman çaxır gətirib pul qazanıb. Daxili İşlər Nazirinə zəng etdim ki, gedin qardaşımı yoxlayın. Səhvi varsa, ən ağır cəza verilsin. Çünki mən xalq hökuməti qururdum.

-İndiki nazirlərlə münasibətləriniz necədir?

-Şəxsi mənada heç birindən xahiş etməmişəm. Amma ümumi işlərlə bağlı zəng edib sözümü deyirəm. Başqa deputatlara baxanda o sahədə çox zəifəm. Tədbirlərdə görüşüb salamlaşırıq.

"Doğrudur həyatda uduzmuşam”

-Bəs parlamentdəki həmkarlarınız arasında yaxın dostluq etdiyiniz şəxslər varmı?

-Mən heç kimə yaxın gedə bilmirəm. Qorxuram kiminləsə yaxınlıq etsəm məni düzgün başa düşməz. Ömrümün böyük hissəsini getmişəm. Doğrudur həyatda uduzmuşam. Çünki mən xalq amalı ilə yaşamışam. Nə qədər çalışıram ki, indiki cəmiyyətə uyğunlaşım, daxilim məni qoymur. Yenə də hər an istefa verməyə hazıram. Amma istəmirəm, kimsə mənə pis baxsın. 1993-cü ildə Parlementdə müsahibəm var. Heç kim baxmır ki, Tahir Kərimli orada nə deyir? Onlarla şərh yazıblar. Demək olar ki, hamısı mənim əleyhimədir. Heç nəyə peşiman deyiləm. Mənə deyirlər ki, Ali Məhkəmənin üzvləri sənin üzünə durdu, onları işdən çıxarmamağa görə peşiman deyilsən? Cavab verirəm ki, yox. İnsanlara uşaq kimi inanmışam. 20 ildir müxalifətin təməli yalan üzərində qurulduğuna görə, heç nə edə bilmədi. Bizi Azadlıq Meydanında başının üzərinə qaldıran xalq var idi. Onlara layiq ola bilmədik.
Məsələ qaldırdım ki, bir millətin elitası rus dillidirsə, dövlətin taleyi necə olacaq? Deputat yoldaşlarımdan biri mənə dedi ki, bir də belə danışsam mənimlə əlaqəni kəsəcək.

""Qanuni oğru” sistemini Sovet hökuməti özü yaratmışdı”

-Bəzən sosial şəbəkələrdə gənclərin bir çoxunun kriminal aləmin insanlarına xüsusi rəğbət bəslədiyinin şahidi oluruq. Sizcə bu nə ilə bağlıdır?

-İnsan öz təbiəti ilə daim ədaələt axtarır. Qanunların aliliyində və onların tətbiqində ədaləti tapa bilməyəndə, bu zaman başqa istiqamətdə ədaləti axtarmağa çalışır. Onlar "qanuni oğrular”ı ədalətin bərpasının simvolları kimi görürlər. Ancaq bilmirlər ki, vaxtilə "qanuni oğru” sistemini həbsxanalara nəzarət etmək üçün Sovet hökuməti özü yaratmışdı. İnandırılmış bir sistem idi ki, içərini idarə edə bilsinlər. Dövlətin iradəsi olmadan bu mümkün deyildi. Hakimiyyət dəyişən kimi yeni hakimiyyət özünə uyğun "Vor zakon” sistemi qururdu. Ona görə də gənclər haqqın, ədalətin bərpasını başqa ünvanlarda axtarmasınlar deyə, cəmiyyətdə bir insanın belə haqqının pozulması varsa, biz həyəcan təbili çalmalıyıq.

"Şəxsi düşmənim olan prokuroru işinə bərpa etdirdim”

-Hakim işlədiyiniz dövrdə hansısa məşhur kriminal avtoritetin işinə baxmısınız?

-Mən istər rayonda, istərsə də Ali məhkəmədə işləyəndə belə adamlarla rastlaşırdım. Qəbula gələnlər, sözlərini bizə deyənlər də var idi. Gəncliyimdə mən özüm iradəli keyfiyyətləri xoşlayan insan olmuşam. Heç zaman kiminsə iradəsinə tabe olmaq xoşuma gəlməyib. Mən öz vicdanımdan başqa heç kimin sözünə qulaq asmamışam. Ali məktəbə daxil olanda da dua etməmişəm. Niyə etməliyəm? Bəyəm Allaha rüşvət verirəm? Anam qurban kəsmək istəyirdi ki, Tahir ali məktəbə daxil olub. Qəti şəkildə imkan vermədim. Sonra deyəcək ki, qurban kəsdiyinə görə universitetə daxil olmuşam. Mənim şəxsi düşmənim var idi. Prokurorluqda vəzifədə işləyirdi. Onu prokurorluq işdən çıxardı. Öz düşmənimi işə bərpa etdirdim. Rəhmətlik baş prokuror Murad Babayev dedi ki, Tahir, "məni biabır etmə, belə təcrübə olmayıb”. Dedim yox, o mənim şəxsi düşmənimdir. Bunun işə aidiyyatı yoxdur. Xalq cəbhəsinin rəhbərliyi bu gün də mətbuatda yayırlar ki, Tahir Ayaz Mütəllibovun adamı olub. Deyirdilər ki, Tahir Kərimov maşınına "002” nömrə almaq üçün dalaşıb. Hansı ki, belə bir məsələ olmayıb. İllərlə haqqımda mənfi təbliğat apardılar.

-Haqqınızda mənfi rəy yaratmağın səbəbi nə idi?

-Görünür hüquqi dövlət modelini başa düşmürlər. Özləri dövləti təhvil verməyin təqsirini boyunlarından atmaqdan ötrü günah keçisi axtarırlar.

"Belə hərkətlərimə görə məni sevmirdilər”

-Vaxtilə tez-tez istefa verəcəyinizlə gündəmdə olmusunuz...

-O vaxt parlamentdə 4 qanun qəbul edildi. Amerikada səfərdə idim. Gəlib gördüm qanunları rədd ediblər. Dedim, ya istefa verəcəm, ya da qanunlar qəbul edilməlidir. Parlamenti məcbur edib qanunları qəbul etdirdim. Dedilər parlamentdə MDB-yə girmək üçün müzakirələr gedir. Əlimdə istefa ərizəsi ilə gəldim ki, bu baş verməyəcək. Biz Ayaz Mütəllibovu niyə yıxdıq? Ona görə ki, yenidən MDB-yə üzv olaq? Belə hərkətlərimə görə məni sevmirdilər.

"İsa Qəmbərə dedim ki, sədr olmaq təklifinizi qəbul etmirəm”

-Sizi Əbülfəz Elçibəyə qarşı çıxmaqda da suçlayırdılar...

-Bunu heç vaxt danışmamışam. Amma görürəm demək lazımdır. Mən hər şeyi qurban verib Xalq Hərəkatına qoşulmuşdum. Milli Məclisdə mənim Ali Məhkəmənin sədri seçilməyim məsələsi müzakirə olunanda Ali Sovetin sədri İsa Qəmbər dedi ki, Əbülfəz bəyin arxasınca gedək. Dedim, Sizin Ali Məhkəmə sədri təklifinizi qəbul etmirəm. Mən qarşıda əlində bayraq gedənin arxasınca gedirəm. Əbülfəz bəy bayrağı aparacaqsa, onun arxasında gedəcəyəm. Mən bunu şəxsi sədaqətə görə etməyəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru