“Ömründə bircə dəfə üz-üzə görmədiyin adamı təhqir etməyin bircə adı var-tərbiyəsizlik!” - QALMAQAL
Tarix: 25-04-2018, 08:18 | Çap et
 Bu il mərhum eks-prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə İctimai Təşkilat Komitəsi də yaradılıb. Komitənin yaradılmasında məqsəd yubileylə bağlı Azərbaycanda və ölkədən kənarda silsilə tədbirlər keçirməkdir. Komitəyə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı olmuş professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə sədrin müavini seçilib.
Eks-prezidentə hökumət tərəfindən rəsmi yubiley keçiriləcəyi haqqında isə hələlik məlumat yoxdur.
Ötən gün yazar-jurnalist Kəramət Böyükçöl yubileyi ərəfəsində sabiq prezident Əbülfəz Elçibəy haqqında sosial şəbəkədə təhqiredici status paylaşıb, özünün də ona bənzədiyini qeyd edib. Yazarın bu cür aşağılayıcı statusu sosial şəbəkə izləyiciləri tərəfindən qəzəblə qarşılanıb, tənqid olunub.
Məsələ ilə bağlı Elçibəy hökuməti zamanı baş nazir postunda olmuş, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a danışaraq məsələyə bu cür mövqe bildirib:
“Həmin statusla tanış deyiləm. Ümumiyyətlə, Elçibəy haqqında nəsə pis alçaq fikirlər yazanlar varsa, onlar özlərinin şəklini çizirlər”.
Elçibəyin kürəkəni Aqil Səmədbəyli gənc yazarın bu davranışını tərbiyəsizlik adlanıdırıb: “Bu Böyükçöl gündəmdə qalmaq üçün tarixi şəxsiyyətə daş atır. ”KQB"-nin yaydığı şayiələrdən biri də bu idi bəylə bağlı. Bu, olsa-olsa Elçibəyin ayaqqabısının altına yapışan pis tozlardan ola bilər.
Bu gədənin sonu yaxşı görünmür. Həyatını şər-böhtan, ləyaqətsizlik üzərində quranların sonu həmişə pis olur".
Aqil Səmədbəyli qeyd etdi ki, mərhum prezidentin yubileyi ilə bağlı artıq Türkiyədə tədbirlərə start verilib:
“Bu günlərdə Eskişehirdə bir tədbirimiz oldu. Mayın 2-də isə Konyada keçiriləcək. Daha sonra isə İstanbul, Ankarada, eləcə də Rusiya və Ukraynada da bu cür tədbirlərimiz olacaq”.
Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da məsələyə mövqe bildirib: “Öncə onu qeyd edim ki, Kəramət Böyükçöl bundan əvvəl də Azərbaycanın görkəmli ziyalıları haqqında yazdığı təhqiramiz statuslar cəmiyyətdə xeyli müzakirə və mübahisələrə, eyni zamanda ciddi etirazlara səbəb olmuşdu. Adətən kiminsə haqqında rəy bildirəndə onun əməyinə, gördüyü işlərə görə qiymət verilir. Lakin insanlar bunu edəndə öz vicdanlarına söykənməlidirlər. Əgər kimsə birinin haqqında təhqiramiz fikir səsləndirirsə, əslində öz tərbiyəsini nümayiş etdirir. Bu cür adamlara da deyiləcək söz olmur.
Əlbəttə ki, Əbülfəz Elçibəy Kəramət kimi bu və ya digər motivlərin nə deməsindən asılı olmayaraq Azərbaycan tarixində öz rolu, yeri olan şəxsiyyətdir. O, Milli Azadlıq Hərəkatının lideridir, həmçinin 20-ci əsrdə Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının memarıdır. Bu, belədir, tarixi inkar etmək olmaz".
Şair Rüstəm Behrudi də yazarı statusuna görə tənqid edib: “Kəramət Böyükçöl tanımadığı, heç vaxt görüşmədiyi Elçibəyi təhqir edir və bundan dolayı onu sevdiyini bəyan eləyir. Bu sevginin bir adı var—bir adamı təhqir eləyib sonra da təhqir olunmaqdan qorunmaq cəhdi! Sən istedadlı olduğundan bunu həmişə bacarmısan. Ancaq bu dəfə keçməz! Ömründə bircə dəfə üz-üzə görmədiyin adamı təhqir etməyin bircə adı var-tərbiyəsizlik!”
Xatırladaq ki, Əbülfəz Elçibəy 1938-ci ildə anadan olub. O, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci prezidenti olub. Həmçinin Elçibəy Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident hesab olunur. Eks-prezident 22 avqust 2000-ci ildə, 63 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib.
Sonda Ramiz Rövşənin Elçibəy haqda yazdığı şeiri təqdim edirik.
***
“Sənə bir daş atar yerindən duran”
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?
***
Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!"
***
Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.
***
Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.
***
Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19 |
|
|
|
| • Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08 |
|
|
|
| • Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00 |
|
|
|
| • Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28 |
|
|
|
| • Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16 |
|
|
|
| • ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09 |
|
|
|
| • Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06 |
|
|
|
| • Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05 |
|
|
|
| • Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59 |
|
|
|
| • EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58 |
|
|
|
| • Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51 |
|
|
|
| • Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49 |
|
|
|
| • Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44 |
|
|
|
| • "Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31 |
|
|
|
| • BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29 |
|
|
|
| • Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21 |
|
|
|
| • Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17 |
|
|
|
| • Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14 |
|
|
|
| • Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12 |
|
|
|
| • Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09 |
|
|
|
| • Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07 |
|
|
|
| • Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05 |
|
|
|
| • Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56 |
|
|
|
| • "Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37 |
|
|
|
| • Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
| • "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32 |
|
|
|
| • ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23 |
|
|
|
| • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21 |
|
|
|
| • Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17 |
|
|
|
| • ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14 |
|
|
|
| • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09 |
|
|
|
| • 11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04 |
|
|
|
| • “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59 |
|
|
|
| • Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52 |
|
|
|
| • “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41 |
|
|
|
| • İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38 |
|
|
|
| • Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34 |
|
|
|
| • Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22 |
|
|
|
| • Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12 |
|
|
|
| • Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08 |
|
|
|
| • Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10 |
|
|
|
| • Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07 |
|
|
|
|