Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                 

“Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir” - deputat
Tarix: 18-05-2018, 08:18 | Çap et
“Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir”
Avropa Şurası komitəsinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya qəbul etməsi Azərbaycan iqtidarının narazılığı ilə qarşılanıb. Hakimiyyət təmsilçiləri və Səməd Seyidovun özü bu addımı Avropa Şurasının Azərbaycana qarşı ikili standartlarla yanaşması və qərəzi hesab edir.

S.Seyidov bəyan edib ki, heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar orada söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.

Bu, sadəcə, hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir.

Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, AŞ PA-nın bəzi üzvlərə, o cümlədən Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsi bu təşkilatın tarixində yol verilən ən böyük səhvlərdən biri kimi qiymətləndirilməlidir.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı yaranmış situasiyanın Azərbaycan-AŞ PA münasibətlərinə necə təsir edə biləcəyinə gəlincə, A.Mirzəzadə qeyd edib ki, Avropa Şurasının dəyərlərini bölüşən, bu qurumla hər zaman səmimi əməkdaşlığa üstünlük verən bir ölkənin nümayəndə heyətinin rəhbərinə qarşı heç bir fakt olmadan və ədalətsizcəsinə ittiham irəli sürülür. Daim qanunun aliliyinə riayət edilməsini, qanunçuluğu bəyan edən bir qurum tərəfindən qanunsuz şəkildə və heç bir fakt olmadan həmin şəxsin-Azərbaycan nümayəndə heyətinin rəhbərinin etiraf etdirilməsinə cəhd göstərilir: “Bu, hesab edirəm ki, AŞ PA-nın ən bağışlanılmaz səhvlərindəndir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da AŞ PA-Azərbaycan əlaqələrinə, əməkdaşlığına töhfə vermiş, hər zaman öz ədalətli mövqeyi ilə seçilən, demokratik dəyərlərə, eləcə də Avropa Şurasının bölüşdüyü dəyərlərə hörmətlə yanaşan bir siyasətçidir, parlamentaridir. Ona qarşı belə bir addımın atılması qəbuledilməzdir. Bu baxımdan, təbii ki, Azərbaycan tərəfindən də Azərbaycan-AŞ PA münasibətləri dəyərləndiriləcək və müvafiq qərar veriləcək”.

Artıq Səməd Seyidovun AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi qalıb-qalmayacağı, həmçinin nümayəndə heyətinin tərkibinin yenilənməsi məsələləri ətrafında müzakirələr başlayıb. Səməd Seyidov mayın 16-da keçirdiyi mətbuat konfransında bu məsələ barədə bildirib ki, Azərbaycanı qurumda təmsil edənlərin əksəriyyəti eyni siyasi partiyanın-YAP-ın üzvləridir. Bu məsələ barədə partiya qərar verir: “Ona görə də məni başqasının əvəz etməsində qeyri-adi heç nə yoxdur. Bunu istisna etmirəm. Bununla bağlı parlamentdə müzakirələr olacaq. Hansısa vəzifə əbədi deyil. Bu şəxs başqa şəxs də ola bilər. Azərbaycan təcrübəsində belə olmayıb ki, kimsə hansısa qurumda əbədi qalsın”.

Azərbaycanın Avropa Şurasından çıxmasına gəlincə, S.Seyidov bildirib ki, ölkəmiz bu qurumla əməkdaşlığını davam etdirəcək: “Avropa Şurasından çıxmaqdan söhbət gedə bilməz. Sanksiya var, amma bu bizim nümayəndə heyətinin hamısına tətbiq edilməyib. Mən məcburam ki, bu sanksiyaya əməl edəm. Amma bizim ölkəmiz bu qurumda fəaliyyətini davam edəcək”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Səməd Seyidov yuxarıların qərarını gözləmədən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu mayın 16-da keçirdiyi mətbuat konfransında elan etsəydi yaxşı olardı. Çünki Azərbaycan AŞ PA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər: “Səməd Seyidov mətbuat konfransında deyib ki, AŞ PA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞ PA-da fəaliyyətini davam etdirəcək. Halbuki o, Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun ”Azərbaycan AŞ PA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək" sözlərini təqdir edirəm. O, Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, sən Azərbaycan deyilsən, dövlətin adından danışma. İndi isə Səməd Seyidov bir başqa addım atmalıdır, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir".

E.Şahinoğlu bildirdi ki, S.Seyidov ilk dəfə deyil səhvə yol verir. O, iki il əvvəl Rene Ruke adlı fransalı deputatın dəvəti ilə Parisdə hansısa konfransa qatılmışdı: “Bu həmin Rene Rukedir az qala hər il Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edir, erməni separatçılarını rəsmən tanıyır, ”Dağlıq Qarabağın" tanınması haqqında “sənədə” imza atıb, Azərbaycanı “işğalda” ittiham edir və s. ifadələr işlədir. Buna görə də haqlı olaraq Azərbaycan XİN həmin şəxsi “persona non-qrata” elan edib. Bu şəxsin Azərbaycana gəlişi qadağandır. Ona görə də belə bir şəxsin dəvəti ilə Parisdəki müzakirələrə qatılmaq doğru deyildi. Səhv səhv dalınca gəldi və sonda AŞ PA-dan ağır zərbə aldıq. AŞ PA-nı Bakıda ikili standartlarda tənqid etmək asandır, bu ancaq yerli ictimaiyyət üçün deyilən sözlərdir, Strasburqun sanksiya qərarını isə bütün dünya gördü və qiymət verdi. Biz bütün dünya ilə savaşa bilmərik. Əksinə, dünyaya Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu anlatmalıyıq. Ancaq sanksiya altında olan nümayəndə heyətinin başçısı ilə bu həqiqətləri dünyaya izah edə bilməyəcəyik. AŞ PA nümyəndə heyətinin tərkibi mütləq mənada dəyişməlidir. Erməni lobbisi hiyləgərdir. Onunla mübarizədə geri qala bilmərik. Bəli, AŞ PA-da dostlarımzın sayını artırmalıyıq. Diskussiyalarda və debatlarda iştirak edilib Azərbaycanın mövqeyi izah olunmalıdır".

Politoloqun fikrincə, İlqar Məmmədovun və digər mübahisəli məhbusların sərbəst buraxılmaları da vacibdir: “Əgər AŞ PA ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirmək istəyiriksə, və yeni nümayəndə heyətinin Strasburqda Azərbaycanın maraqlarını daha möhkəm zəmində qorumasını istəyiriksə mübahisəli məhbuslar məsələsinə son qoymaq lazımdır. Mübahisəli məhbusların Cümhuriyyətin 100 illiyində əfv olunaraq sərbəst buraxılmaları AŞ PA-da fəaliyyətə başlayacaq yeni nümayəndə heyətinin işini də gücləndirə bilər”.

AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa isə “Qafqazinfo”ya açıqlamasında deyib ki, sanksiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün AŞ PA-da hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞ PA-da nüfuzu çox böyükdür. Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var yəqin ki, orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək, danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır ki? Hər halda, nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək. Bu böyük bir biabırçılıqdır".

F.Mustafa qeyd edib ki, Səməd Seyidovun AŞ PA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi Mili Məclisdə müzakirə olunmayacaq: “Hər halda, onun təmsil olunduğu partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq. Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hər halda, Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir. AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı olaraq müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər üzv dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində bu məsələ müzakirə olunsun, yaxud da ki, rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru