Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                 

“Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi” - Fəzail Ağamalı
Tarix: 21-05-2018, 08:39 | Çap et
“Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi”
Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ilə budəfəki söhbətimizi zəruri edən bir neçə məsələ oldu. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993-1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olan müsahibimizlə adıçəkilən nazirliyin ətrafında gedən müzakirələrdən danışmağa, təbii ki, ehtiyac var idi. Həmçinin, deputatdan keçmiş həmkarı Hüseyn Abdullayevlə bağlı suallara da cavab almaq istədik. Təbii ki, digər aktual mövzulara da toxunduq.

- Fəzail bəy, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin fəaliyyəti ciddi şəkildə tənqid olunur, ciddi ittihamlar səslənir. Hətta parlament müzakirələrində də ağır ittihamları eşitdik. Siz bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın dövlətçiliyində elə bir ciddi qaydalara əməl olunmalıdır ki, hər bir məmur fəaliyyətində böyük məsuliyyət hiss etsin. Bu məsuliyyət hissi onun başının üzərində “Domokl qılıncı” kimi asılsın ki, bu və ya digər xoşagəlməz vəziyyətlər yaranmasın. Mən vaxtilə bir müsahibəmdə də demişdim, indi də o fikirdəyəm ki, istənilən məmur ölkə prezidenti tərəfindən yüksək vəzifəyə, etimada layiq görülərkən işdən çıxdığı günü nəzərə almalıdır. Yəni işə başladığı andan son günə qədər fəaliyyətini elə qurmalıdır ki, vəzifədən gedəndən sonra onun haqqında xoşagəlməz sözlər yaranmasın. Buna çox gözəl bir nümunə var: uzun illər ölkənin boyu baş naziri işləmiş Artur Rasi-zadə nümunəsi. Baxın, görün onun ünvanına başqa sözlə deyilirmi? Mən hər zaman çox böyük hörmət bəslədiyim o kişini müdafiə edirdim. Yaşını önə çəkirdilər. Ancaq onun dövlətə sədaqətini, təmizliyini, iddiasız olduğunu hər kəs etiraf edir. İndi artıq istirahətdədir. Mən ona can sağlığı arzulayıram ki, bundan sonra çox gözəl günlər yaşasın.

Nümunə var, hər kəs belə olmalıdır. Səlim Müslümovla bağlı mən hər hansı mənfi fikir söyləmək istəmirəm. Mən onu uzun illər boyu tanımışam, biz İqtisad Universitetində bir yerdə çalışmışıq. Onu bir alim, yaxşı insan kimi də, dövlətə sədaqətli şəxs kimi tanımışam. Bilmirəm yanılmışam, səhv etmişəm, etməmişəm. Allahdan arzulayardım ki, səhv etməyim. İndi qəzetlər yazır, deyilir. Baxaq, görək orda Səlim Müslümovun nə dərəcədə günahı var, ya yoxdur. Ancaq sizə deyim, mən 3 ilə yaxın o sistemdə çalışmışam, birinci müavin olaraq, sonra 10 ay nazir vəzifəsini icra etmişəm. Deyim ki, orda bütün xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün sistemli islahatlar aparılmalıdır, pensiya təyinatı tam elektronlaşdırılmalıdır, həkim-ekspert komissiyasının fəaliyyəti tam elektronlaşdırılmalıdır. Orada həkimlə, məmurla vətəndaş arasında təmasların səviyyəsi sıfra endirilməlidir. Bundan sonra, məncə, orada korrupsiya, rüşvət hallarına son qoymaq olar, yoxsa mümkün deyil. İstənilən nazir ideal bir insan olsa da, sistem dəyişilməyibsə, o sistemdə təmizlikdən söhbət gedə bilməz, mənim fikrim budur.

- Seçkidən sonra həmkarlarınızdan bir neçəsi vəzifələrə təyin olundular. Bəs, keçmiş məmur kimi hansısa bir post tutmaq, yaxud elə vaxtilə çalışdığınız qurumun rəhbərliyində olmaq sizin ürəyinizdən keçdimi?

- Mən dövlətin əsgəriyəm. Həqiqətən, bunu çox səmimi şəkildə etiraf edirəm ki, bu gün dövlətin, çox sevdiyim, pərəstiş etdiyim cənab prezidentimizin istənilən tapşırıqlarına, mənə həvalə etmiş olduğu bütün istiqamətlərə varlığımla, bir əsgər kimi hazıram, buna heç kəsin şübhəsi olmasın. Çünki mən bütün ruhumla, varlığımla ulu öndərimiz Heydər Əliyevin ideyalarına, onun dövlətçilik prinsiplərinə və prezidentimizə çox bağlı bir insanam. Bu, birmənalıdır. Ancaq açığını deyim ki, mən bu haqda düşünməmişəm. Ağlıma da gəlməyib ki, hansısa mərhələdə hansısa vəzifəyə gedə bilərəm, yaxud hansısa vəzifəyə irəli çəkilməliyəm, icra strukturlarında işləməliyəm. İndi mən sual edirəm, məgər bu gün mən dövlətçiliyə Milli Məclis səviyyəsində xidmət etmirəmmi, bu da ciddi bir vəzifə deyilmi? Və müstəqil olaraq, dövlətimizi sevərək, prezidentimizə, onun söykənmiş olduğu dəyərlərə sədaqətlə xidmət edərək millətimin yanındayamsa və çatışmazlıqları yeri gəldikcə önə çəkirəmsə, söylədiyim fikirlərimdə kifayət qədər səmimiyəmsə, qərəzdən uzağamsa, məgər bu gün cəmiyyətdə bu xidmətlərə ehtiyac yoxdurmu?

Düşünürəm ki, kifayət qədər ehtiyac var. Ona görə də bu gün millət vəkili kimi mən fəaliyyətimi çox yüksək qiymətləndirirəm. Minnətdaram ki, xalqımız mənə etimad göstərib, beş dəfə məni Milli Məclisə deputat seçib. Minnətdaram ki, atmış olduğum addımlar, göstərdiyim fəaliyyət cənab prezident tərəfindən yüksək qiymətləndirilib, mənə “Şöhrət” ordeni verilib. Bu da mənə böyük etimad, böyük inam, qiymət, dəyərdir. Düşünürəm ki, Milli Məclis də - siz də uzun illərdir dəyərli jurnalist olaraq orada çalışırsınız - böyük siyasi məkandır, orada dövlətə xidmət etmək üçün imkanlar var. Mən bu imkanlardan istifadə edə, dövlətimə xidmət edə bilirəmsə, söykəndiyim dəyərlərə xidmət edirəmsə, ona sadiqəmsə, mən doğrudan da, konyukturadan uzaq çıxmasın, özümü çox məmnun, çox xoşbəxt hiss edirəm.

- Fəzail bəy, uzun illərin parlament fəaliyyətindən danışmışkən, heç bu aralar həbsdə olan keçmiş həmkarınız Hüseyn Abdullayevə sovqat göndərmək barədə düşünmüsünüzmü?

- Yox. Allahdan arzu edirəm ki, ona ağıl versin. İnsanın, onun ən böyük faciəsi ondadır ki, o, çaşır, hansısa səbəbdən ağlını itirir. Onun haqqında danışmaq mənə heç də xoş deyil. Amma indi sual verirsiniz, xüsusi olaraq sizin şəxsiyyətinizə hörmət olaraq demək istəyirəm ki, Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. Görünür, həmin maliyyə imkanları onu yolundan çıxartdı, əlinə keçən maliyyə imkanlarının əsirinə çevrildi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da mətbuatın yazdığı kimi o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır.

- Lakin təcridxanadan mediaya yolladığı mesajlara görə, ittihamları qəbul etmir...

- Ola bilər. Bu da istintaq nəticəsində üzə çıxacaq. Lakin məndə də olan məlumatlara görə, Hüseyn Abdullayev Avropada Azərbaycan dövlətinə qarşı sərt mövqe nümayiş etdirib, barışmaz mövqe ortaya qoyub. Açıqlamaları, sosial şəbəkələrdə yazdıqları yetərlidir ki, onun nə düşündüyünü, nə dediyini biləsən, nəticə çıxarasan. Yəni burda boynuna almaya bilər. Ancaq axı, biz Hüseyn Abdullayevin sosial şəbəkələrdə yazdıqlarının şahidi olmuşuq. Yazıları o yazıb, kimsə onun əvəzindən yazmayıb. İndi onlara cavab ver də! Lütfən cavab ver, yazmısan, indi cavab ver! Eyni zamanda, nə siz bilmirsiniz, nə də mən, istintaq hansı sirlərə malikdir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər peşəkardır, yetərincə öz işlərini bilən insanlardırlar. Onlar heç nə olmadan Hüseyn Abdullayevi Türkiyədən Azərbaycana götürüb gəlməzdilər. Burada nə isə var. Nə isə varsa, deməli, bu məsələ araşdırılmalıdır. Sonda hər şey hüquqi müstəvidə öz həllini tapmalıdır.

- Bu günlərdə məlum oldu ki, son dörd ayda Gürcüstan təkcə turizmdən 800 milyon dollar gəlir götürüb. Azərbaycanın turizm potensialından çox danışırıq, hələ ki, ortada ciddi göstəricimiz yoxdur. Sizcə, niyə?

- Siz çox ciddi bir məsələyə toxundunuz. Təbii ki, Azərbaycan turizmin imkanları baxımından böyük potensiala malikdir. Ölkə prezidentinin də iradəsi ortalıqdadır. O, turizmin inkişafını Azərbaycanın prioritet vəzifələrindən biri kimi hər zaman önə çəkib və bununla bağlı dövlət siyasətini birmənalı şəkildə ifadə edib. Məncə, onun ciddi səyləri nəticəsində bu gün ölkəmizdə turizm inkişaf etməkdədir. Lakin əlbəttə, turizmin inkişafı üçün bu faktor kifayət etmir. Ölkə prezidentinin qarşıya qoyduğu hədəflərə nail olunması üçün böyük dəstək lazımdır. Həmçinin, dövlət qurumlarının ciddi iradəsi ortada olmalıdır. Eyni zamanda turizmin inkişafı üçün bununla məşğul olan müvafiq qurumun fəaliyyəti əlbəttə, kifayət etmir. Turizmin inkişafı üçün bütün cəmiyyət, bütün qurumlar hazır olmalıdır. Bu sahəyə az və ya çox dərəcədə əlaqəsi olan qurumlar - miqrasiyadan, gömrükdən, hava limanından başlayaraq, bütün yol infrastrukturundan keçərək yüksək səviyyəli otellərin olması, yüksək səviyyəli istirahət mərkəzlərinin olması, orada yüksək səviyyəli servis mədəniyyətinin olması heç şübhəsiz ki, turizmin inkişafı üçün son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Etiraf etmək lazımdır ki, Azərbaycanın turizm sahəsindəki uğurları getdikcə genişlənir. Turizm bir çox ölkələr üçün, təkcə Gürcüstan üçün deyil, Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri üçün böyük gəlir mənbəyidir. Nədən biz bu gəlir mənbəyindən faydalanmayaq? Mənə elə gəlir ki, biz turizmi daha geniş şəkildə inkişaf etdirmək üçün artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Ölkə prezidenti 2018-ci ilin aprelində yenidən xalqın iradəsinə söykənərək prezident seçildikdən sonra yeni bir mərhələyə qədəm qoyulduğunun anonsunu verdi və bununla bağlı artıq ciddi addımlar atılmaqdadır. Baxın, miqrasiyanın, Azərbaycanın qapısındakı ciddi bir qurumun rəhbərliyi dəyişildi, oradakı mövcud nöqsanların üzərinə gedildi, onların aradan qaldırılması ciddi şəkildə önə çəkildi. Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edildi. Mən güman edirəm ki, Səfər müəllim peşəkar bir gömrük işçisi kimi prezident tərəfindən qarşısına qoyulan vəzifələri yerinə yetirəcək, mənim buna qətiyyən şübhəm yoxdur. Tamamilə əminəm ki, həm Miqrasiya, həm də Gömrük Komitəsindəki köhnə yanaşmaların üstündən çalın-çarpaz xətlər çəkiləcək. Azərbaycanın qanunları çərçivəsində elə bir mühit yaradılacaq ki, Azərbaycana gələn bir dəfə gəlməklə kifayətlənməyəcək, həm də özünün ətrafına, yaxınlarına və sosial şəbəkələrdə belə, ölkəmizin təbliğatçısına çevriləcək, bu da Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq. Ölkə prezidenti Mədəniyyət və Turizim Nazirliyində dəyişiklik etdi və Turizm Agentliyi kimi yeni bir idarəçilik sistemi təsis olundu. Əlbəttə, mən Mədəniyyət və Turizm Nazirliyinin indiyəqədərki fəaliyyətinə müsbət yanaşıram. Əbülfəs Qarayev dövlətə sədaqətli bir insan kimi, ciddi bir dövlət adamı kimi, üzərinə düşən vəzifəni bu günə qədər öz imkanları daxilində yerinə yetirməyə çalışıb. Lakin görünür ki, ölkə prezidenti turizmi inkişaf etdirmək üçün Turizm Agentliyini yaradaraq, turizmi Mədəniyyət Nazirliyindən ayıraraq, xüsusi bir quruma çevirməklə bunun önəmini bir daha diqqətə çatdırıb. Mən çox arzulayardım ki, bununla bağlı Turizm Agentliyi dünyanın və elə qardaş Türkiyənin, eyni zamanda, Gürcüstanın müsbət ənənələrindən, müsbət təcrübəsindən bəhrələnsin, Azərbaycanda turizminin inkişafı üçün geniş imkanlar yaradılsın. Əminəm ki, yaxın illərdə biz bunun şahidi olacağıq. Bütövlükdə turizm infrastrukturuna yeni yanaşmalara ehtiyac var.
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru