Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                 

"Amma sən onu səngərdə təkrarlaya bilməzsən" - deputat
Tarix: 23-05-2018, 08:45 | Çap et
"Amma sən onu səngərdə təkrarlaya bilməzsən"
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu. Bir sıra ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağla bağlı ciddi bir strategiyasının olduğundan ümumən danışmaq yanlış olar. Çünki “hakimiyyət quşu” onun başına qonandan indiyə qədər özü də fərqindədir ki, miqyasagəlməz ölçüdə ağırlığın altındadır və ağlına gətirmədiyi situasiya ilə üz-üzə qalıb.

Sərkisyan rejimini devirmək nə qədər asan idisə, bütün hakimiyyət rıçaqlarını ələ götürmək, ölkədəki prosesləri nəzarətə almaq və bölgədə uzun illər ərzində formalaşmış düzəni dəyişdirmək Paşinyanın gücü daxilində deyil. Çox yaxın zamanlarda buna hər kəs şahidlik edəcək: “Ermənistandakı yeni hökumətin xüsusi əlahiddə Qarabağ planından danışmaq da artıq olar. İlk dövr müəyyən vətənpərvərlik notları ilə, küçədə yürüməklə cəmiyyətin ovqatını harasa kökləmək ola bilər. Amma sən onu səngərdə təkrarlaya bilməzsən. Paşinyanın davranışı çərçivəli qəhrəmanlıqdır.

Naxçıvana açılan atəş şübhəsiz ki, konkret bir qərara bağlı idi. Onu təsadüfi hadisə saymaq olmaz. Burada bir neçə niyyətlər gizlənə bilərdi. Ola bilsin ki, Vigen Sərkisyanın müdafiə naziri kimi vəzifəsini tərk etməsi fonunda köhnə hakimiyyətin təmsilçiləri Paşinyan iqtidarını boğmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada təxribatlar elə bir səviyyədə ola bilər ki, günün birində Sərkisyanın keçmiş generalları istər Qarabağ cəbhəsi xəttində, istərsə də Ermənistanla bütün sərhəd zolağı boyunca ən müxtəlif avantüralara əl ata bilərlər. Niyyət etibarilə burada hədəf biz olmayacağıq. Əsas məqsəd ölkə içərisində gedən siyasi savaşın, hökumət böhranının və parlamentlə yeni hakimiyyətin arasında gedən davanın gəlib hərbi müstəvidə təxribatlarla müşayiət olunmasıdır. Çox böyük ehtimalla burada elə bir ssenari işlənib ki, həmin məsuliyyət yeni iqtidarın üzərində qalsın".

Deputat hesab edir ki, Azərbaycanı Qarabağ cəbhəsindən qüvvəsini bölərək Naxçıvana daşımaq, orada imkanlarını sınağa çəkmək, yaxud Türkiyə ilə Rusiya arasında ixtilaf doğurmaq kimi erməni planının olması da təhlil oluna bilər. Ancaq hər bir halda məsələnin mahiyyəti budur ki, Azərbaycanın mövqelərinin yetərincə gücləndiyini İrəvanın baş binalarında bilməmiş deyillər. Azərbaycanın bütün iqtisadi, siyasi, hərbi imkanları kifayət edir ki, Ermənistana Qarabağ cəbhəsi ilə yanaşı, Naxçıvanla sərhəddə də lazımi cavabı verə bilsin: “Odur ki, ötən həftə Ermənistandan Naxçıvana atılan güllə Naxçıvanı deyil, İrəvanın özünü sınağa çəkəcək. Yəqin ki, yaxın vaxtlarda biz bunu görəcəyik.

Qarşıdakı dönəmdə, ümumiyyətlə, cəbhə xəttində bir qədər narahatlıqlar müşahidə oluna bilər. Bilirsiniz ki, yetərincə böyük TANAP kimi əhəmiyyətli layihə işə düşməkdədir. Erməni mediası “Rusiyanın kürəyinə vurulan zərbə”, “Azərbaycanın xəyanəti”, “Qərblə birləşərək Rusiya əleyhinə oynanılan oyun” və sair kimi başlılarla yazılar yazır. Bu cür təbliğat açıq şəkildə bu məkanı zəhərləməyə xidmət edir ki, bəlkə Putinin diqqətini çəksin.

Bir sözlə, iqtisadi müstəvidə dəyişikliklər hərbi məkanda da müxtəlif narahatçılıqlar doğura bilər.

Seçkilərin ertələnməsi və artıq seçkilərin arxada qalması da öz-özlüyündə müharibə perspektivini gücləndirir. Azərbaycanın bütün hərbi, siyasi, kəşfiyyat elitası qarşısında duran vəzifə ondan ibarətdir ki, biz durğun bir şəkildə, sadəcə, passiv seyrçi kimi gözləməməliyik ki, Ermənistanda klanlar bir-birini məhv edəcəklər, qardaş qırğını meydana çıxacaq və bu, asanlıqla bizim Xankəndinə getməyimiz demək olacaq. Ermənilər ən ağır şəraitdə belə hələ ki özlərinin qanını tökməyiblər. Biz gözləməməli və digər müstəvidə hərəkət etməyi bacarmalıyıq. Ermənistanlı əsgərlərin silahı qoyub Qarabağdan Ermənistana qaçması vəziyyətini Azərbaycan yetişdirməlidir. Son bir ayda, açığı, biz seyrçi mövqe tutduq. Halbuki müəyyən fürsətlər, imkanlar var idi".

Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə teleqraf.com-a müsahibəsində bildirib ki, mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir.

Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular. Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənistan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Onların düşüncəsinə görə Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək. Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər".

Polkovnik qeyd edib ki, Ermənistan təxribatçı addımlarından əl çəkməsə, Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru