Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                 

"Hərbi-siyasi yol seçilərək düşmənlə düşmən kimi rəftar etmək lazımdır..."
Tarix: 18-04-2020, 10:47 | Çap et
"Hərbi-siyasi yol seçilərək düşmənlə düşmən kimi rəftar etmək lazımdır..."
Koronavirus pandemiyasının nəticələri, Azərbaycanda bununla bağlı görülən tədbirlərin qiymətləndiirlməsi və digər məsələlərlə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az-ın suallarını cavablandırıb.

- Etibar bəy, karantin rejimini necə və harada keçirirsiniz?

- Bakıdayam, hamı kimi qaydalara riyaət edirik.

- Pandemiyaya qarşı Azərbaycanda aparılan işlərlə bağlı nə deyə bilərsiz?

- Koronavirus pandemiyası bütün dünyanı əhatə edib. Təbii ki, Azərbaycan da bundan kənarda qala bilməzdi.

Ancaq Azərbaycanın vaxtında preventiv tədbirlər görməsi yaxşı hal idi. Bu tədbirlər də öz nəticəsini göstərdi. Bizim həkimlərimizin fədakarlığı, o cümlədən təşkilati işin uğurlu aparılması sayəsində xəstəlik geniş yayılmadı və son statistikalar göstərir ki, azalmağa doğru gedir. Digər tərəfdən, mənim müşahdəmə görə, digər ölkələrlə müqayisədə Azərbaycan əhalisi karantin vəziyyətində özünü daha intizamlı göstərdi. Qoyulmuş qaydalara əhali daha yaxşı riayət edir və bunun da nəticəsi müsbət təzahür edir.

Onu da qeyd edim ki, bu pandemiya ümumi bir bəladır və biz hamımız bu bəlanın qarşısının alınmasında iştirak etməliyik. Bu, hər kəsə aid olan problemdir. Karantin qaydalarından kənara çıxmaq hər birimizin özü və ailəsi üçün təhlükə ola bilər.

- Pandemiyanın dünyada yeni münasibətlər sistemi yaradacağı barədə proqnozlar səsləndirilir. Siz bu iddiaları necə qiymətləndirirsiniz?

- Təbii ki, münasibətlərdə dəyişikliklər olacaq. Artıq bu prosesin getdiyi göz önündədir. Pandemiya dünyanın bütün iqtisadi sistemini durğunluq vəziyyətinə gətirib. Ölkələr arasındakı əlaqələr minimuma enib. Demək olar ki, dünyanın hər yerində sənaye müəssisələrinin işləri dayanıb və yaxud xeyli məhdudlaşıb.

Bir sıra ölkələr dövlət büdcəsi hesabına bu zərərləri qarşılamağa çalışırlar. Hər ölkə bunu müxtəlif formada həyata keçirir. Lakin iqtisadiyata dəyən bu zərərin bərpa olunması uzun müddət vaxt alacaq.

- Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri böhrana adekvatdırmı?

-Bununla bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mən ilk dəfədir müşahidə edirdim ki, bu hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi. Pandemiya ilə bağlı komanda birgə işləməyə başladı və bunun da müsbət nəticələri özünü göstərdi. Yəni, hökumətin bütün zümrələri nəhayət ki, komanda şəklində işləməyin nümunəsini göstərə bildilər.

Uzun müddət idi ki, Azərbaycanda hökumətin varlığını heç kim hiss etmirdi. Yəni prezidentin fərmanları, sərəncamları olurdu, bu ayrı. Bir də var ki, onların icrası ilə məşğul olan hökumət. İlk dəfə idi ki, Operativ Qərargah timsalında hansısa krizis idarə olunmağa başladı. Əsas odur ki, pandemiyanın yaratdığı krizis hökumət tərəfindən idarə olunan səviyyədədir. Bununla da hökumət ilk dəfə öz mövcudluğunu göstərdi.

Görünən odur ki, biz digər ölkələrlə müqayisədə böhranı qismən yaxşı keçirəcəyik. Əsas odur ki, pandemiya geniş yayılmadı.

- Sizcə, hökumətin vahid təşkilatçılığının təzahürü nə ilə bağlı idi?

- Hökumətdəki kadr dəyişikliyi və gənclərin cəlb edilməsi fəaliyyəti daha da operativləşdirib. Bu, krizislə bağlı fəaliyətin müsbət nəticələrində özünü göstərdi. Ümid edirik ki, gələcəkdə bu proses digər sahələrdə də davam etdiriləcək.

- İslahatlardan söz düşmüşkən, son aylarda ölkədə aparılan kadr dəyişikliklərinə münasibətiniz necədir? Yeni parlamentdə də bir sıra dəyişikliklər baş verdi.

-Bütün bunlar hər kəsin istədiyi və gözlədiyi dəyişikliklər hesab edilə bilər. Hamının istəyi odur ki, daxili siyasətdə dəyişiklik baş versin, yumşalma olsun, qarşıdurmalar olmasın və siyasət düşmənçilik arenasına çevrilməsin. Ona görə də istənilən dəyişikliyi müsbət qəbul etmək lazımdır, ancaq bunu kifayət hesab etmək olmaz. Bu, lazım olanın kiçik bir hissəsidir. Hətta, deyərdim ki, çox kiçik bir hissədir.

- Yəni, prosesi tamamlanmış hesab etmək tezdir sizcə?

- Bəli. Bundan sonra da çox ciddi dəyişikliklərə ehtiyac var. Bunların həyata keçirlməsi hər bir Azərbaycan vətəndaşının arzususdur. Hər bir vətəndaş dövlətin idarə olunmasında özünü məsul hiss etməlidir. Digər tərəfdən idarə edənlər də buna şərait yaratmalıdır. Hakimiyyət elə etməlidir ki, hər kəs bu prosesdə iştirak edə bilsin. Bu da təbii ki, hələlik yeni yol kəşf olunmadığına görə, yalnız seçki yolu ilə baş verməlidir. Buna görə də seçki islahatları da dərinləşməlidir. Seçki sistemində də, parlament sistemində də hələlik problemlər var, parlamentin səlahiyyətləri məsələsinə də baxılmalıdır. Bir sözlə, xeyli dəyişikliklərə ehtiyac var hələ.
Ona görə də bu dəyişim prosesini nə çox şişirtmək lazım deyil, nə də təbii ki, çox kiçiltmək də olmaz. Əsas odur ki, proses var və davamlı olmalıdır. Dünyada gedən proseslərə uyğun olaraq bu dəyişiklikləri dərinləşdirmək zəruridir. Azərbaycan xalqı bundan da artığına layiqdir.

- Etibar bəy, ən böyük problemimiz olan Dağlıq Qarabağla bağlı sual verməsək olmaz. 30 ildir davam edən nəticəsiz prosesi dəyişmək üçün konkret hansı addımlar atılmalıdır?

- Bu məsələ ilə bağlı dəfələrlə demişik. Bu, mənim təmsil olunduğum siyasi təşkilatın da, mənim də şəxsi mövqeyimdir ki, Dağlıq Qarabağ probleminin həlli yolu yalnız hərbi-siyasi yoldur.

Hər şey nəticəyə bağlıdır. Aparılan danışıqlar və görülən işlər nəticə vermirsə, bunu qəbul edilən hesab etmək olmaz. Nəticənin olması üçün isə hərbi-siyasi yol seçilməlidir. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Bunun üçün həm də müvafiq qanunvericilik aktları qəbul edilməlidir.

Hələ ki, işğal olunmuş ərazilərlə bağlı bizdə qanun qəbul edilməyib. Düşmən dövlətlə əlaqələr haqqında da qanun olmalıdır. Bu qanunlar qəbul edilməldiri ki, hər kəs: sıravi vətəndaşdan tutmuş vəzifəli şəxsədək nə edib, nə edə bilməyəcəyini bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru