Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır .....                     “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib .....                     Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində .....                     Məleykə Abbaszadənin “qadın və inək” dastanı .....                     Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi .....                     Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında .....                     Qaxda 13 yaşlı qıza təcavüz olunub .....                     Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... .....                     Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin .....                     Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü .....                     Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib .....                     Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi .....                     Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... .....                     Zəngəzur dəhlizinin dumanlı gələcəyi .....                     Burda müştəri məmnuniyyəti SIFIR! .....                     Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər .....                     ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... .....                     Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir .....                     "Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" .....                     Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... .....                     Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır .....                     "Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" .....                     Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... .....                     Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir .....                     Niyam Salami “yarım milyonluq dələduzluq işi”ndə bəraət qazandı .....                     Ukrayna bu müqavilə ilə tələyə salındı .....                     MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib .....                     Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək .....                     8 avqust razılaşmasından imtina .....                     “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” .....                     Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı .....                     "Bütün universitetlər Qarabağa köçürülməlidir" .....                     Ermənistan ABŞ-a yeni səfir təyin edib .....                     FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... .....                     Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə .....                     Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı .....                     Həbsdəki jurnalistin yerini dəyişdilər .....                     "“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" .....                     “Oxuya bilməyənlərin bəxti onda gətirib ki, .....                     NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? .....                 

“Bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər,190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı”
Tarix: 11-05-2020, 08:50 | Çap et
“Bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər,190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı”
YAP-ın qurucularından - məşhur “91”lərdən biri, professor Əli Əlirzayev pandemiyanın yaratdığı yeni şərait və ölkədə gedən kadr islahatları ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.
- Əli müəllim, pandemiyanın dünya iqtisadiyyatına təsiri artıq göz önündədir. Bir iqtisadçı alim kimi, dünyanın iqtisadi mənəzərəsi və bunun Azərbaycana təsirləri barədə siz nə düşünürsünüz?
- Pandemiya dünyanın qarşısında artıq bir fakta çevrilib. Onun hansı ölkədə az, hansında çox olmasından asılı olamyaraq bu bir bəlaya çevrilib. Biz hər zaman qloballaşma şəraitində yaşamağımızla fəxr etsək də, onun da iki tərəfi var. İlk növbədə, qloballaşma elə bir prosesdir ki, ondan kənarda qala bilmərsən, iqitsadi əlaqələr və inteqrasiya olmalıdır. Digər tərəfdən, onun mənfi tərəfi də var ki, bax, bu, özünü bu pandemiyanın təzahüründə göstərir. İstər-istəməz nəqliyyat əlaqələri kəsildi, turizm sektoru dayandı, bütün bunlar hamısı onun nəticələridi. Bəzən pandemiyanı müharibə ilə müqayisə edirlər, o, müharibədən də dəhşətli bir hadisədir, ona görə ki, görünməyən bir bəladır və necə olacağını da proqnozlaşdırmaq çətindir. Pandemiyanın nəticələrini həm siyasi, həm də sosial-iqtisadi baxımdan izah edirlər və biz gündəlik bunları izləyirik. Bəzi ölkələr bundan sui istifadə edərək əlavə dividentlər qazanmağa çalışır və sair. Ona görə də pandemiyanın müxrəlif ölkələrdə müxtəlif təsirləri üzə çıxır.
Azərbaycan da elə bir məkanda yerləşir ki, tranzit ölkədir. Azərbaycanın iqtisadiyyatında da kənd təsərrüfatının müxtəlif sahələri, turizm və s. istiqamətlər idxalla bağlıdır. Buna göər də onun bizim iqtisadiyyatımıza da təsiri qaçılmazdır. Bu nə qədər olacaq, onu zaman göstərər. Pandemiyanın insan itkisi olmaqla yanaşı, iqtisadi itkiləri daha çox olur. Azərbaycan iqtisadiyyatına da vu zərbələr dəyir. Təkcə dövlət hesabına hələ ki, 3,5 milyard manat yardım paketi ayrılıb. Bu, özü itkidir. Əhalinin sosial vəziyyətinə də pis təsir göstərdi. İnsanları da qınamaq olmur, çünki işləməyəndə vəziyyətləri daha da ağırlaşa bilər.
Ümumi dinamikanı qiymtələndirərək demək olar ki, bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər.190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı.
- Daha az zərərə düşmək üçün nə etmək lazımdır?
- Bundan sonra gələcəyi düşünmək lazımdır. Hələ heç kim də dəqiq deyə bilmir ki, pandemiya nə qədər çəkəcək, nə vaxt yox olacaq. Ona görə də proqnoz vermək çətindir. Azərbaycan iqtisadiyyatında təbii ki, ümumi daxili məhsul (ÜDM) azalacaqdır. 1-ci rübə görə artıq 1 faiz azalma olub.
Bundan başqa, bizdə turizm sektoru inkişaf edirdi, ona ciddi təsir edəcək. Türizm obyektləri istifadəsiz qalacaq, nə qədər insan işsiz qalacaqdır. Bütün bunların nəticəsində zərərlər çox olacaq.
- Neftin qiyməti də xeyli ucuzlaşıb. Bizim iqtisadiyyatımız neftdən xeyli dərəcədə asılıdr. Bu barədə düşüncəniz nədir?
- Mən əvvəllər də bununla bağlı fikrimi bildirmişəm. Sonralar neftin istehsalı ilə bağlı verilən qərarlar mənim fikirlərimi də təsdiq etdi. Mən hələ bir neçə ay öncədən deyirdim ki, neftin istehsalı azaldılmalıdır. Doğrudur, o da asan proses deyil, bunun da zərərli tərəfləri var. Ancaq başqa yol yoxdur. Ona görə də düşünürəm ki, neftin emal sahəsini də genişləndirmək lazımdır. Bu, iş yerlərini qorumağa da imkan verər. Ancaq bu da investisiya və vaxt tələb edir.
İndi Azərbaycanda ikitərəfli problem yaranıb. Bir tərəfdən pandemiyanın iqtisadiyyatın bütün sahələrində yaratdığı problemlər. Digər tərəfdən də neft ölkəsi kimi neftin qiymətinin düşməsindən yaranan çətinlik. Bizim iqtisadiyyatımızın neftdən asılı olduğunu inkar etmək doğru olmaz. Neftin olması əslində çox yaxşı haldır, amma ondan düzgün istifadə etmək vacibdir.
Belə vəziyyətdə nə etmək lazımdır? Mən düşünürəm ki, biz investisiya qoyanda elə sahələrə qoymalıyıq ki, onlar daha tez gəlir gətirsin, nəinki 5-10 il sonra. Məsələn, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına diqqət edilməlidir. Pambıqdansa, biz taxıl istehsalını artırmalıyıq. Çünki bundan sonra necə olacağını bilmirik, idxal zəifləyə bilər. Elə vəziyyət yaranar ki, biz heç kimdən bu məhsulları ala bilmərik. Ona görə də resurslarımızdan düzgün istifadə etməliyik. Yaranmış iqtisadi böhranın yaxın bir-iki ildə düzələcəyini gözləmək olmaz. Ancaq bizim bir üstünlüyümüz var ki, neftdən yaranmış ehtiyatımız kifayət qədərdir. İnvestisiyalar istehsal sahələrinə qoyulmalıdır. Kreditlər də istahlakdan daha çox özünüməşğulluq sahəsinə verilməlidir.
- Əli müəllim, siz də parlamentdə təmsil olunmusunuz. İndi ölkədə xeyli dəyişikliklər baş verir. Yüksək mövqeli məmurlar rüşvət və korrupsiyaya görə həbs edilirlər. Bu hadisələri necə qiymətləndirirsiniz?
- Mən parlamentdə iki çağırış təmsil olunmuşam. Bir dəfə müstəqil şəkildə, bir dəfə də YAP-ın xətti ilə. Bundan sonra üç dəfə də seçkilərdə iştirak etmişəm, ancaq parlamentə düşə bilməmişəm.
Məsələ ondadır ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı Heydər Əliyev də mübarizə aparırdı. Hələ Sovet dövründə onun bu siyasəti SSRİ-də böyük reaksiya doğurmuşdu. Sosializm dövründə hesab olunurdu ki, o sistemdə rüşvət və korrupsiya ola bilməz. Amma az da olsa var idi, gizli iqtisadiyatda var idi.
İndi də Azərbaycan Prezidenti bu istiqamətdə mübarizə aparır. Mən hələ Milli Məclisdə olanda təklif edirdim ki, gəlirlərin deklorasiyası qanununu qəbul edib tətbiq etmək lazımdır. Qoy kimin nə qədər gəliri və xərci varsa, onu hamı bilsin, şəffaf olsun. O zaman çoxları bunu başa düşmürdülər və etiraz edirdilər. İndi sual yaranır ki, bu məmurlarda bu qədər pul haradan ola bilər. Sistem elə olmalıdır ki, buna imkan olmasın.
- Görülən tədbirlər, bu həbslər effektli olacaqmı sizcə?
- Düşünürəm ki, mübarizə yalnız bu metodla aparılsa, lazım olan effekti verməyəcəkdir. Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyni prinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indi açılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl. Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzə çıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır. Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır.
Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəl etmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputat seçkilərinə də müdaxilə edirdilər. Ona görə də bu mübarizə metodunun özü mübahisəlidir.
Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməli çox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunu yeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikən adamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?
Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyin edərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdır ki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyə gəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsmək lazımdır.
Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqət edəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm. İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsən bu qiymətə kostyum geyməmişəm.
- Hər halda dəyişikliyin olacağını gözləmək olar...
- Biz xalq kimi bütün bu prosesdə iştriak etməliyik. Milli mənafe öndə olmaldır. Xalqa xeyir vermək üçün gərək özünün təmizliyini qoruyasan. İctimai fikri düzgün qiymətləndirmək lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48
Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43
Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... - AXI NİYƏ?
Bu gün, 09:41
Zəngəzur dəhlizinin dumanlı gələcəyi – Heç nə aydın deyil
Bu gün, 09:39
Burda müştəri məmnuniyyəti SIFIR! - GİLEY
Bu gün, 09:37
Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər - İNCƏLƏMƏ
Bu gün, 09:27
ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:23
Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir - NARAZILIQ VAR...
Bu gün, 09:10
"Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" - deputat
Bu gün, 09:05
Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... - AKTUAL
Bu gün, 09:01
Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır - GƏLİŞMƏ
Bu gün, 09:00
"Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" - ÇÜNKİ...
Bu gün, 08:58
Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... - Qiymətlər ƏL YANDIRIR
Bu gün, 08:55
Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir - Kremlin nəbz yoxlaması
Bu gün, 08:53
Niyam Salami “yarım milyonluq dələduzluq işi”ndə bəraət qazandı – Keçmiş şərikinə araşdırma açıldı
Bu gün, 08:50
Ukrayna bu müqavilə ilə tələyə salındı - Pristayko
Bu gün, 07:53
MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib - KİV
Bu gün, 07:50
Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək - "Bloomberg"
Dünən, 18:01
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Dünən, 17:17
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Dünən, 17:13
Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Dünən, 17:09
"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Dünən, 16:57
Ermənistan ABŞ-a yeni səfir təyin edib
Dünən, 16:52
FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Dünən, 16:46
Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə Razi Nurullayevdən CAVAB
Dünən, 16:38
Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA
Dünən, 16:35
Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"
Dünən, 16:30
"“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" - deputat
Dünən, 16:27
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”
Dünən, 16:21
NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? - Bir gündə 6 tender ləğv olundu
Dünən, 16:18
Dilarədən yayın son akkordları... - Fotosessiya
Dünən, 16:13
Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Dünən, 16:05
Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Dünən, 15:54
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Dünən, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Dünən, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Dünən, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Dünən, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Dünən, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Dünən, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru