“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
Tarix: 13-05-2020, 10:03 | Çap et
 Əgər məmurların rüşvət piramidasını yox etmək əlahiddə missiyadırsa, bunun üçün idarəetmədə sistemli dəyişikliklər qaçılmazdır. Çünki korrupsiya bataqlığı o yerlərdə salınır ki, eyni vəzifəli şəxs illərlə bir kreslodan yapışaraq əl çəkmir.
Bu zaman rüşvət xərçəng kimi yayılır, məmur öz çevrəsini də bu çirkin işlərə yoluxdurur və bir şəbəkəyə çevrilir. Sonra topdağıtmaz hala gələn mənzərəni aradan qaldırmaq üçün radikal addımlar atmaq lazım olur. Çünki azğınlaşmış tamahkar məmurların talançılıq, mənimsəmə, rüşvətxorluq əməllərini zərərsizləşdirmək üçün həbsdən başqa yol qoymurlar.
Necə ki, 5 rayonun icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyat bunu sübut etdi. Lakin idarəetmədə rotasiya üsulundan istifadə edilərsə, korrupsiya piramidasını dağıtmaq mümkündür.
Həbs edilən icra başçılarının bioqrafiyasına nəzər yetirəndə görmək olar ki, bir rayona 12-15 il rəhbərlik ediblər. Eyni sözləri bəzi nazirliklərlə də bağlı söyləmək olar. Halbuki rotasiya qaydası ilə kadr siyasəti həyata keçirilsə, korrupsiyanın kök salmamasına səbəb olar. Elə Mədəniyyət Nazirliyindəki korrupsiya məhz Əbülfəs Qarayevin 26 ildir eyni postda qalmasının nəticəsidir. O baxımdan müstəqil müşahidəçilər, təhlilçilər ölkədə aparılan kadr dəyişiklikləri siyasətində rotasiya, yəni yerdəyişmə qaydalarından da istifadə olunmasını təklif edirlər.
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının “Yeni Müsavat”a bildirdiyinə görə, prezident İlham Əliyevin kadr siyasəti yeniləmə üzərində köklənib. F.Ağamalı 2018-ci ildən ən yüksək səviyyəli postlara müsbət reputasiyası, keyfiyyətləri olan kadrların gətirilməyə başlandığını xatırlatdı.
Onun fikrincə, yeni təyin olunan həmin vəzifəli şəxslərin cəmiyyətdə imici pozitivdir, rüşvət və korrupsiyada yer almayıblar, idarəçilik təcrübəsi var və prezidentin görmək istədiyi müasir dünyagörüşünə, intellektə malikdirlər. “Bu mənada prezident İlham Əliyev kadr islahatları həyata keçirərkən olduqca düzgün və əsaslı taktikaya əl atdı. Ölkənin idarəçilik sistemində, Nazirlər Kabinetində, hökumətdə, o cümlədən növbədənkənar parlament seçkiləri keçirilməklə Milli Məclisdə yenilənmələr oldu. Bu proses gedir və yeni təyinat alan məmurlar islahatlara uyğun fəaliyyət göstərsələr, xalqa şərəflə xidmət etsələr, sizin qeyd etdiyiniz rotasiya qaydasından da istifadə oluna bilər”.
Deputat hesab edir ki, rotasiya qaydası ilə təyinatların olması müxtəlif ölkələrin, eləcə də Azərbaycanın təcrübəsində var: “Amma prezident İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir”. F.Ağamalı 5 icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyatın ardınca korrupsiyaya qarşı mübarizənin davam edəcəyini açıqladı. Deputat sosial şəbəkələrdə müxtəlif şəxslərin oxşar əməliyyatın öz rayonlarında da həyata keçirilməsini arzuladıqlarını yazmalarına münasibət bildirdi: “Gedən proseslərdə sui-istifadə halları ola bilər. Kiminsə kimdənsə xoşu gəlməyə, müxtəlif subyektiv yanaşmalar ola bilər. Eyni zamanda Prezident ictimai rəyi izləyir, qaldırılan məsələlər diqqətə çatdırılır, tədbir görülür. Ona görə də rüşvət və korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsidir və axıra qədər gedəcək. Bu prosesdə hansısa məmura güzəşt olmayacaq. Çünki korrupsiya adi cinayət deyil, dövlətin təhlükəsizliyini təhdid etdiyi üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar aparılır. Və deyərdim ki, bu əməliyyatlar kifayət qədər peşəkar və uğurla reallaşdırılır. DTX dövlətin təhlükəsizliyinə, Prezidentin hədəflərinə mane olan korrupsiyaya qarşı mübarizə aparır. Nə qədər ki, rüşvət var, bu mübarizə sistemli, ardıcıl aparılacaq”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə isə “Yeni Müsavat”a bildirdi ki, rotasiya üsulu dünyada tanınmış praktikadır. Onun fikrincə, Azərbaycan da kadr təyinatında rotasiya qaydasından istifadə etməlidir. Deputat hesab edir ki, peşəkar məmur yetişdirmək üçün onu bir neçə mərhələdən keçirmək lazım gəlir: “Ona görə də idarəetmədə bir neçə variantdan istifadə edə bilərik. Bir məmur onillərlə eyni postda oturanda baxırsan ki, sonra reallığı itirir. Bu mənada rotasiya qaydası effektli üsullardan biridir. Çünki diplomatik korpuslarda da yerdəyişmələrdən istifadə olunur”.
Xatırladaq ki, 2019-cu ilin 19 dekabrından əksər icra başçıları təşviş içindədirlər. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin gündən başlayaraq ötən 5 ay ərzində 5 icra başçısını qandallayıb, qalanları panikadadır. Belə ki, Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon rəhbərləri korrupsioner fəaliyyətinə görə iş kabinetində həbs ediliblər.
Eyni zamanda Mədəniyyət Nazirliyində vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub. Onlardan biri nazir müavini Rafiq Bayramovdur. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir - NARAZILIQ VAR...
Bu gün, 09:10 |
|
|
|
• "Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" - deputat
Bu gün, 09:05 |
|
|
|
• Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır - GƏLİŞMƏ
Bu gün, 09:00 |
|
|
|
• "Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" - ÇÜNKİ...
Bu gün, 08:58 |
|
|
|
• Bir şagirdin məktəb alış-verişi GÖRÜN NEÇƏYƏ BAŞA GƏLİR... - Qiymətlər ƏL YANDIRIR
Bu gün, 08:55 |
|
|
|
• Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir - Kremlin nəbz yoxlaması
Bu gün, 08:53 |
|
|
|
• Niyam Salami “yarım milyonluq dələduzluq işi”ndə bəraət qazandı – Keçmiş şərikinə araşdırma açıldı
Bu gün, 08:50 |
|
|
|
• Ukrayna bu müqavilə ilə tələyə salındı - Pristayko
Bu gün, 07:53 |
|
|
|
• MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib - KİV
Bu gün, 07:50 |
|
|
|
• Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək - "Bloomberg"
Dünən, 18:01 |
|
|
|
• 8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Dünən, 17:17 |
|
|
|
• “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Dünən, 17:13 |
|
|
|
• Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Dünən, 17:09 |
|
|
|
• "Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Dünən, 16:57 |
|
|
|
• Ermənistan ABŞ-a yeni səfir təyin edib
Dünən, 16:52 |
|
|
|
• FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Dünən, 16:46 |
|
|
|
• Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə Razi Nurullayevdən CAVAB
Dünən, 16:38 |
|
|
|
• Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA
Dünən, 16:35 |
|
|
|
• Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"
Dünən, 16:30 |
|
|
|
• "“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" - deputat
Dünən, 16:27 |
|
|
|
• “Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”
Dünən, 16:21 |
|
|
|
• NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? - Bir gündə 6 tender ləğv olundu
Dünən, 16:18 |
|
|
|
• Dilarədən yayın son akkordları... - Fotosessiya
Dünən, 16:13 |
|
|
|
• Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Dünən, 16:05 |
|
|
|
• Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Dünən, 15:54 |
|
|
|
• “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Dünən, 15:41 |
|
|
|
• “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Dünən, 15:29 |
|
|
|
• Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Dünən, 15:23 |
|
|
|
• Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Dünən, 15:16 |
|
|
|
• Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Dünən, 15:12 |
|
|
|
• Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Dünən, 15:10 |
|
|
|
• “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Dünən, 15:07 |
|
|
|
• “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Dünən, 14:48 |
|
|
|
• Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Dünən, 14:42 |
|
|
|
• Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Dünən, 14:37 |
|
|
|
• Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Dünən, 14:31 |
|
|
|
• Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Dünən, 14:17 |
|
|
|
• Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Dünən, 14:13 |
|
|
|
• İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Dünən, 13:49 |
|
|
|
• Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:35 |
|
|
|
• "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Dünən, 13:34 |
|
|
|
• “Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Dünən, 13:31 |
|
|
|
• “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Dünən, 13:23 |
|
|
|
• Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Dünən, 13:18 |
|
|
|
• Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Dünən, 13:03 |
|
|
|
• RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
• Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Dünən, 13:00 |
|
|
|
• Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Dünən, 12:58 |
|
|
|
|