Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Bəzi vəzifə sahibləri özlərini elə aparır ki, sanki dövləti bunlar yaradıblar” - deputat
Tarix: 20-02-2021, 10:11 | Çap et
“Bəzi vəzifə sahibləri özlərini elə aparır ki, sanki dövləti bunlar yaradıblar”
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə ilk geniş müsahibəmiz təqribən yarım il əvvəl olmuşdu. O zaman AXCP adından imtina etməklə rəsmi dÖvlət qeydiyyatına alınmaq və ardınca partiyanın maliyyələşməsinə nail olmaqla bağlı ehtimallardan danışmışdıq. Həmsöhbətim bunun mümkünlüyünə işarə vurmuşdu. Artıq Razi Nurullayev yeni adı daşıyan partiyanın rəhbəri kimi bu problemləri geridə qoymaqla gerçək nümunə göstərib. Elə söhbətə bu mövzudan başladıq:

- Razi bəy, ötən müddət ərzində həm AXCP adından imtina etdiniz, yeni adla qeydiyyatdan kecМ§diniz, həm də bu günlərdə dÖvlət büdcəsindən partiyanıza vəsait ayrıldı. Hazırda, necə deyərlər, taleyinizdən razısınızmı, təbii ki, siyasətcМ§i, partiya sədri olan deputat kimi?

- Milli Cəbhə Partiyasının qeydiyyata alınması və parlament partiyaları sıralarına qoşulması bizim üçün əhəmiyyətli hadisə oldu. Bu prosesə gedən yolda çəkmədiyimiz əziyyət, qatlaşmadığımız məşəqqət qalmadı. Onun üçün də mən bunu zəhmətimizin haqqı kimi qiymətləndirirəm. Bilirsiniz ki, parlamentdə də bu məsələləri qaldırmışdım, ardınca Prezident Administrasiyasının şöbə müdiri Ədalət müəllim Vəliyevlə xeyli sayda və xeyli zaman aparan söhbətlərimiz olmuşdu. Şadam ki, yeni şöbənin müdiri görüşləri görüş xartirinə yox, nəticə əldə etmək, qanunvericiliyin tələblərini və qarşısına qoyulan vəzifəni yerinə yetirmək baxımından keçirirdi. Sualın ikinci hissəsinə gəldikdə isə, hər kəsə taleyi uca Allah yazır. Mən heç vaxt Allahın mənə verdiyi taledən narazı qalmamışam. Çünki yazılanın pozula biləcəyinə inanmıram. Əldə etdiklərimiz isə missiyamızı tamamlamağa gedən yolda növbəti hədəflərə çatmaq oldu. Qarşıda isə daha ağır mərhələlər var.

- CМ§ıxışlarınızın bir cМ§oxu adətən, ünvanlı olur, neqativləri cМ§atdırıb problemlərin həlli ücМ§ün cМ§ağırış edirsiniz. Bəs sizin cМ§ağırışlarınıza aidiyyatı qurumlarından reaksiya gəlirmi? Yaxud reaksiya gəlirsə, bu, hansı istiqamətdə olur?

- Prinsipcə, ayrı-ayrı şəxsləri hədəfə almağın tərəfdarı deyiləm. Bəziləri düşünə bilər ki, nəyisə xahiş edib, o da etməyib və indi qisas alır. Təəssüf ki, burada həqiqət payı olmamış deyil. Cəmiyyət də bu səbəbdən belə düşünür. Bilirsinizmi, yüzlərlə dost-tanışımdan zəng gəlir ki, məni filankəsə tapşır, vəzifəyə qoysun, iş versin, pul qazanmağa imkanlar yaratsın və sairə. Deyirlər ki, Razi müəllim sənin sözündən heç kim çıxmağa cürət etməz, nə desən, o olacaq, çünki, onların çoxu, üzr istəyirəm “zibil”in içindədir və sənin də əlində daşdan keçən faktlar, kompromatlar var. Bir də görürsən, mənə kağızlarla, şəkillərlə dolu bir zərf gəldi və içərisindəkilər kimisə elə dağdan üzüaşağı yuvarlamaq üçün üfürməyə də yetər. Lakin namərd və xəbis insan deyiləm, heç kimi də qurşağdan aşağı vumağın tərəfdarı olmamışam. Mən ayrı-ayrı şəxslərə qarşı yox, ümumi bəlalara qarşı mücadilənin tərəfdarıyam. Reaksiyalar olur, kənardan söz deyənlər də, rica edənlər də olur. Bu da təbii və başadüşüləndir. Biz də daşdan deyilik, ürəyimiz, hissimiz, düşüncəmiz var. Amma çarəsizə, yetimə, kasıba, haqlıya haqsızlıq edənlərə qarşı barış nöqtəm yoxdur və olacağını da düşünmürəm. Yaxşı münasibət bəslədiyim dövlət qurumları da var. Daxili işlər naziri Vilayət Eyvazovun atdığı addımlar ona və rəhbərlik etdiyi orqana qarşı rəğbətimi artırır. Son zamanlar polisin davranışlarında və fəaliyyətində xeyli gözlə görünəbilən müsbət dəyişiklik – mədəni davranış, nəzakətli rəftar, operativ reaksiya əmələ gəlib. Tutucu orqan və nəzakətli rəftar bir-biri ilə düz gələn məsələ deyil. Amma son zamanlar bunun vəhdətini görə bilirəm. Hər şey mənim üçün ağ və qara deyil, Allaha şükür ki, rəngləri seçə bilirik. İlk iş və xoş münasibətim “Azəravtoyol” ilə yaranıb. Fəaliyyətimə başladığım ilk aydan müraciətlərimə operativ cavab verdilər və mən də düşündüm ki, nə yaxşı, yəqin elə deputatlıq bu imiş. Nə desən, deyəcəklər ki, a kişi, bu vaxta qədər sən harada idin, nə sözün var de, deyək “baş üstə”. Başladım şikayətlərlə bağlı müraciətlər, zənglər etməyə. Gördüm yox e… Bəzi vəzifə sahibləri özlərini elə aparırlar ki, sanki dövləti bunlar yaradıblar, hələ bunlara təşəkkür də etməliyik. Sən kimsən? Vallah-billah başqa zaman heç səni “JEK” müdiri də qoymazdılar. Nə isə, əsas mövuzdan uzaqlaşdım...

“Azəravtoyol”da gücləri nəyə çatdısa, o müraciətləri yerinə yetirdilər. Açığı, çox təəccüblənmişdim ki, müraciətlərə bu qədər həssas yanaşırlar. Saleh müəllimlə, müavini Əvəz müəllimlə telefon danışıqlarım da oldu və onlar şəxsən maraqlandılar ki, bəs, o müraciətləriniz həll edilib, baxın razı qaldınızmı? Özləri birbaşa maraqlanırdılar. İndi mən onların xoş münasibətini və operativ həll qərarlarını niyə deməyim ki? Vacib olan odur ki, vətəndaşlar dövlət qurumlarından razı qalsınlar və şikayətlər olmasın. “Azərişıq” və “Azərenerji” də tənqid etmədiyim qurumlar arasındadır. Hər iki qurumdan şikayətlər demək olar ki, almırıq. Kəndlərdə və qəsəbələrdə problemlər qalır və bu da ölkəboyu kabelləşmə layihəsinin, zənnimcə, maliyyə ucbatından dayanması ilə bağlıdır. Digər bir məsələ isə bu sistemdə hələ də az sayda bacarıqsız, işdən çox pafosa söykənən kadrların qalmasıdır və ümid edirəm ki, onları da yaxın zamanlarda uzaqlaşdırıb, iş bacaran və xalqa yaxın kadrlarla əvəz edəcəklər. Bildiyimə görə, proses gedir. Yaxın zamanlarda gördüyüm problemləri və yarıtmaz kadrları hər iki qurumla müzakirə etmək niyyətindəyəm. Amma, ümumilikdə isə elektrik infrastrukturunun yaradılması və onun vətəndaşlara ötürülməsində müasirlik var. Bu, məni sevindirir. Qısa müddətdə Qarabağda çəkilən elektrik xətlərini və yanan lampaları gördükcə, uşaq kimi sevinirəm. Axı, niyə də yaxşı işlərə sevinməyək, onlara xoş söz deməyək? Nə istəyirik? İstəyirik ki, hər kəs çalışdığı sahədə vətəndaşları razı salsın, onların problemlərini həll etsin. Təbii ki, narazı qaldığım və çox narazı olduğum şəxslər və qurumlar da var. Düşünürəm ki, “qozbeli qəbir düzəldər” deyimi onlar üçündür.

- Ölkədə korrupsiyaya qarşı mübarizə cМ§ərcМ§ivəsində həbslərin aparılması barədə fərqli fikirlər səsləndirmisiniz. Necə hesab edirsiniz, həbslərdən imtina, iqtisadi amnistiyanın elan olunması realdırmı və o halda Ölkənin sərvətlərini talayanların xalqa faydası dəyə bilərmi?

- Mütləq şəkildə maliyyə amnistiyası olmalıdır ki, iqtisadiyyat “kölgə”dən çıxsın və pullar da xaricə daşınmasın, torpağa basdırılıb gizlədilməsin, sandıqlarda siçanlar yeməsin. Həbs nə verir? Pulların çoxu kabinetlərdə yoxa çıxır, xalqa bunun nə xeyri? Qoy həbslərə sevinənlər bilsinlər ki, məhbus məmurlar onsuz da elə dörd divar arasında da bəy-xan kefində yaşayırlar. Həbslər bir yerə qədər, idarəetməni təkmilləşdirmək üçün lazımdır, mürəkkəbləşdirmək üçün yox.

- Qarşıdakı iclaslarda parlament qarşısında bir sıra hesabatlar olacaq, o cümlədən hÖkumətin hesabatı. Siz dediyiniz kimi, müxalifət partiyası olaraq hÖkumətin illik fəaliyyətindən razısınızmı?

- Məni bağışlasınlar, amma bütöv şəkildə razı qaldığımı deyə bilməyəcəm. Sosial şəbəkələri açırsan, rayonlara gedirsən, küçəyə çıxırsan, problemsiz, dərdli insanlar minlərlədir. Qazilərin şikayətindən qulaq tutulur, işsizlik çox artıb. Rüşvətxorluq və korrupsiya da ciddi azalıb desək, yalan olar. Hələ də hökumət üzvləri saxta statistikaya meyllənirlər. Hər şey kağız üzərində gözəldir, əməllər fərqlidir. Ölkədə olan problemləri saysaq, ən gur saçlı bir şəxsin saçının sayı yetməz. Parlamentdə hökumət üzvlərinə çox çətin suallar olacaq.

- Vaxtaşırı hÖkumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etsəniz də, bugünlərdə “Azəriqaz”la bağlı maraqlı araşdırmanız və acМ§ıqlamanız oldu. Maraqlıdır, hÖkumətin hansısa qurumunu tənqid etmək daha asandır, yoxsa hansısa fəaliyyət sahəsini təqdir etmək, onu müdafiə etmək?

- “Azəriqaz”ı ona görə müdafiə etdim ki, problemləri aradan qaldırmaq üçün səfərbər oldular. Facebook-da qurumun rəhbəri Ruslan Əliyev canlı yayım keçirib, abonentlərin suallarına cavab verməkdən yoruldu. Bu da mənə çox xoş gəldi. Şikayətləri başından etmədi. Özüm də araşdırma apardım, sorğu keçirdim və şikayətçilərdən mənə konkret fakt vermələrini istədim. Bir nəfər də olsun mənə müqayisəli çek təqdim etmədi. Amma təbii ki, problemlər var və onların çoxu indiki rəhbərliyin zamanında yaranmayıb. Açığı, “Azəriqaz”ın rəhbəri Ruslan müəllimin düşdüyü vəziyyətə çox üzüldüm, hər kəs onun üzərinə gəldi, o isə təmkinini pozmadan şikayətləri şəxsən özü dinlədi və bu gün də canlı yayımları davam etdirir. Mən Ruslan Əliyevin məmur əxlaqını çox bəyəndim və bu səbəbdən də onu dəstəkləyirəm. Göndərdiyim bir haqlı şikayətə də “yox” cavabı verilməyib. İkinci məsələyə gəldikdə isə, hökumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etmək və tərifləmək eyni dərəcədə çətindir və risklidir. Gərək tənqidi də elə səmimi edəsən ki, orada sənin şəxsi maraqların olmasın. Çünki bəzən deyirlər filankəs ona görə tənqid edir ki, yəqin xahişini rədd ediblər və yaxud aralarında şəxsi məsələ var. Tərifləyəndə də gərək səmimi olasan. Şəxsi maraqlar və şəxsi hesablar üzərindən bunu edən zaman görünür, hiss edilir və bilinir. Bu isə çoxlarında ikrah hissi oyadır və yolverilməzdir. Həm tənqid edəndə, həm də tərifləyəndə gərək səmimiyyəti gözləyəsən, şəxsi yox, kollektiv maraqlardan çıxış edəsən. Şükür Allaha ki, bunun üçün çaba göstərməyimə və artistlik etməyimə ehtiyac yoxdur. Bunlar mənim təbii hisslərim və içimdən gələn çağırışdır.

- Bir sıra hallarda Özünü müxalifət adlandıranlara da xitab edirsiniz. Son cМ§ıxışlarınızın birində isə IМ‡lham Əliyev Qarabağı işğaldan azad edərsə, hətta siyasətdən gedə biləcəyiniz haqda vaxtilə dediklərinizi xatırlamısınız. Belə cМ§ıxışlarınız və müxalifətə ünvanlı tənqidləriniz düşərgədaşlarınız tərəfindən necə qarşılanır?

- İşimi və fəaliyyətimi ictimai rəylə, başqalarının fikirləriylə qurmuram. Düşərgədaşlarıma hörmət və izzətlə yanaşıram, amma onların haqqımda dediklərini və düşündüklərini özümə problem yaratmıram. Doğru bildiyimi deyir və doğru bildiyimi edirəm. Bu xasiyyətim mənə üstünlük qazandırır. Bəli, İlham Əliyev heç kimin edə bilmədəyini edib. İlham Əliyev bu yolda 30 il iş aparıb, münasibətlər qurub və zaman gözləyib. Bir olan uca Allah şahiddir ki, bu sözlərimdə tam səmimiyəm. Digər biri olsaydı, biz torpaq almaz, bəlkə yenə də itirərdik. Müharibədə uduş üçün çox faktorlar uzlaşmalıdır və uzlaşmanı İlham Əliyev 30 ilə “kubik-rubik” kimi qurub. Mən müxalifət partiya sədriyəm deyə, o da rəqib partiyanın lideri və ölkənin prezidentidir deyə, yalan danışmalı, onun rəhbərliyi altında qazanılan zəfərə kölgə salmalıyam? Danışanlar bilir ki, dağlara dırmaşa-dırmaşa, başına yuxarıdan-aşağıya güllə, mərmi yağa-yağa o boyda ərazini 44 günə azad etmək nə deməkdir?! Onlar bilirmi ki, İlham Əliyev düz edib, doğru zamanı seçib 10 noyabrda müharibəni dayandırdı? Onlar bilirmi ki, 11 noyabr gec ola bilərdi və indi biz də yasa batmışdıq? Bilirlərmi ki, indi Bakının müxtəlif yerlərinin dağıntıları hələ də təmizlənib qurtarmamışdı, Bakıda və Sumqayıtda yaşayan minlərlə vətəndaş şəhid olacaqdı? Onlar bilirlərmi ki, 44 günə bizə zəfər qazandıran və dünyanın ən güclü dövlətlərində belə olmayan müasir silahları İlham Əliyev necə və hansı qiymətə almışdı? Zəfər göydən düşdü ovcumuza? Necə oldu ki, ermənilər 10 mindən çox - 6 mini özləri deyir, amma Qarabağı saymırlar, orada da 3 min, minlərlə də itkin düşənlər - itki verdi, Azərbaycan isə 3 min şəhidi ilə zəfər çaldı? Məgər onlar Birinci Qarabağ Müharibəsində təkcə itkin düşənlərin sayının 3843 nəfər olduğunu bilmirlər? Haqqı deməyən, Allahdan da kənar düşər. Ədalətli olmaq, həqiqətləri demək müxalifət və ya iqtidar olmağa bağlı deyil. Bu, qəlbin səsidir. İndi zaman səmimiyyət tələb edir və o səmimiyyət məni də çox ucalara, inşallah aparacaq və xalqıma gücüm çatan xidməti göstərəcəm. Mənim apardığım siyasət fərqlidir və onun uğurlu olacağına inanıram.

- Prezidentin xüsusi nümayəndələrinin təyinatı məsələsi gündəmə gələndən icra hakimiyyətlərinin ləğvi barədə cМ§ağırışlar və təkliflər artıb. Sizcə, indiki şərtlər daxilində bu islahata getmək olarmı? Yaxın gələcəkdə bələdiyyə institutunun icra hakimiyyətlərinin funksiyasını yerinə yetirməsi nə dərəcədə real gÖrünür?

- Doğurdan da idarəçilik sistemi bərbaddır. Çünki, sistemin özündə korrupsiya elementləri çox dərinə işləyib. Kosmetik dəyişiklik, ayrı-ayrı məmurların həbsi effekt yarada bilməyəcək. Hət kəsi də içəri atmaq mümkün və lazım da deyil. İcra hakimiyyətini ləğv etmək nəyi dəyişəcək? Nə fərqi var ki, adı nə olacaq, kim qoyulacaq ora, ona nə deyiləcək. Yanaşma kökündən dəyişməlidir, lap yuxarılarda korrupsiya və rüşvətxorluq olmasa, aşağılar o cürəti etməz. Axı, idarəçilik quberniyalara bölünməklə aparılıb, “ye” və “yedizdir” prinsipi işləyib. Onlar da “hamısını ye və yedizdir” kimi anlayıblar. Təbii ki, paralel idarəçilik olmamalıdır. Hazırda bəzi yerlərdə üç idarəetmə sistemi əmələ gəlib. İcra, bələdiyyə və xüsusu nümayəndə. Bunlardan birinə ehtiyac var. Bu qədər ağırlaşma kimə və nəyə lazım?

- Razi bəy, parlamentdəki fəaliyyətinizin bir ili tamamlandı. Ötən il ərzində şəxsən Öz fəaliyyətinizdən yəqin ki, narazı deyilsiniz, cМ§ünki kifayət qədər aktiv fəaliyyətilə secМ§ilən deputatlardansınız. HəmcМ§inin xanım sədrin rəhbərliyini də acМ§ıq şəkildə təqdir etmisiniz iclasda. Bəs, ümumilikdə hazırkı tərkib necə sizi qane edirmi?

- Bir il ərzində bir millət vəkili nə edə, nə deyə bilərdisə, onları gücüm və potensialım çərçivəsində etmişəm. Xalqımıza, seçicələrə, jurnalistlərə də fəaliyyətimə verdikləri yüksək qiymətə görə təşəkkür edirəm. Özüm çətinlik içində yaşadığıma, xalqın içində olduğuma, seçicilərlə onların malik olduğu şəraitdə görüşdüyümə görə, onları hiss edə, duya və başa düşə bilirəm. Dilənçi ilə belə danışanda onun hissləri mənə keçir və onun beyni ilə düşünməyə başlayıram. Bir şəhid anası, atası ilə söhbət edirəm və özümü unudaraq, tam o hala düşürəm ki, şəhid olan mənim övladımdır. Yaralı ilə, qazi ilə söhbət edirəm, əllərim, ayaqlarım, başım ağrımağa başlayır və özümü piss hiss edirəm, elə bilirəm ki, ayaqlarım, əlim yoxdur, elə bilirəm ki, yaramdan qan axır. Belə hallar onları başa düşməyə kömək etdiyindən bu qədər yanıqlı danışa və hisslərimi də bəzən boğa bilmirəm. Axı, o qədər ciddi ədalətsizlik və haqsızlıq görürsən, az qalırsan Allaha yalvarasan ki, Süleyman Peyğəmbərin üzüyünü sənə yetirsin, nağıllarda olduğu kimi, üzüyün qaşlarına əlini sürtüb, başqa ölkədə gözünü açmağı sənə nəsib etsin. Xanım sədri – Sahibə Qafarovanı bu gün də müdafiə edirəm, ona dərin hörmət və rəğbət bəsləyirəm, bu, həqiqətdir. Xanım sədrə ilk gündən rəğbətim olub, hər kəsi də tənqid etməyi də öhdəlik olaraq götürməmişəm. Xanım sədrin parlament fəaliyyəti deputatlar üçün, o cümlədən mənim üçün normal şərait yaradır. Sahibə xanımın davranış və fəaliyyətində yüksək Avropa parlamentarizminə xas yüksək mədəniyyət var. O, AŞPA-da komitə sədri olub, deyərdim ki, gözəl dəyərlərin çoxunu əxz edib və mümkün olduqca burada tətbiq edir. Sədrin fəaliyyəti ilə bütün mərtəbələr simsiz internetlə əhatə edilib, brifinq otaqları yaradılıb, jurnalistlər üçün daha münasib şərait qurulub, nəhayət ki, çox gözəl, interaktiv internet səhifəsi qurulub. Hər şeyi qara görmək olmaz ki.

- Təbii... Razi bəy, bəzi müşahidəcМ§ilər və ekspertlər, xüsusilə də parlament partiyası olmayanlar nÖvbədənkənar parlament secМ§kilərinin kecМ§irilməsini zəruri sayırlar. Həmin şəxslər bu tələblərində nə dərəcədə haqlıdırlar?

- Gəlin açıq danışaq, yeni parlament formalaşanda nə dəyişəcək? Yeni parlament seçkisi tələb edənlər demək istəyirlər ki, parlamentin tərkibi tam dəyişsin və ora çoxluq kimi onların partiyası, birliyi hərəkatı gəlsin. Tələb edənlərin əksəriyyəti ona görə narazıdır ki, onlar ora düşməyiblər. Parlamentə düşən kimi parlament olacaq yaxşı parlament. Parlamentin pis və yaxşı olması hər danışanın şəxsi maraqları və şəxsinin orada təmsil olunub-olunmaması ilə ölçülür. Bu, onların haqqıdır və qoy desinlər. Heç kimin fikir və düşüncə azadlığına məhdudiyyət qoyulmasının tərəfdarı deyiləm. Amma, gəlin günümüzün siyasi reallığına baxaq. Sabah yeni parlament seçkisi olsun. Nə dəyişəcək? Yeni parlament seçkisi olsa, YAP çoxluq əldə edə bilməyəcək? Hansısa siyasi partiyanın onlarla yer qazanması siyasi reallığı varmı? Yoxdur. Çoxluq yenə də YAP olacaq və istədikləri qanunu keçirəcəklər, istəmədiklərini rədd edəcəklər. Bütün dünyada belədir. Parlamentdə çoxluq azlığın üzərində bütün cəhətlərdən dominantlıq edir. Azlığın yeganə təsəllisinin normal şəkillərindən biri mənəm. Kəskin çıxışlar edir, tənqidlər səsləndirir və razılaşmadığını deyir, bu və digər şəkildə qərarlara təsir etmək mücadiləsi aparır. Onun üçün də hazırda irəli sürülən konsepsiyanı qəbul etmirəm. Əgər desələr ki, onlar da parlamentə düşmək istəyirlər və bunun üçün də yeni seçki lazımdır, bunu anlayışla qarşılayaram. Amma, reallıqdan uzaq “böyük danışmaq” prinsipinə fərqli baxışım var.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru