"İş yerinə çatmaq üçün vətəndaş nə etməlidir?" - deputat
Tarix: 22-02-2021, 08:32 | Çap et
 COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra paytaxtdakı mənzərədən hər birimiz xəbərdarıq. İnsanlar iş başına, şagirdlərin bir qismi isə məktəblərə geri dönüb. Lakin hər gün yüz minlərlə insana xidmət edən metronun hələ də bağlı olması şəhərdə bezdirici tıxaclara səbəb olub. Bəs, metro nə vaxt açılacaq?
Milli Məclisin üzvü Fazil Mustafa “Press Klub”a açıqlamasında qeyd etdi ki, metroların fəaliyyəti ilə bağlı qadağanın aradan götürülməsi üçün vətəndaş şikayətləri və müraciətləri hər keçən gün artır:
“Metro bağlı olduğundan vətəndaşların avtobusdan başqa ictimai nəqliyyat alternativi yoxdur. Bu isə avtobusların həddən artıq yüklənməsinə, vətəndaşların isə əziyyət çəkmələrinə səbəb olur. İş yerinə çatmaq üçün vətəndaş nə etməlidir? Avtobusa minməlidir. Başa düşürəm, metro yerin altındadır, rütubət və sair hallar yoluxmanın artmasına səbəb ola bilər. Lakin say məhdudiyyəti qoyulsa, sosial məsafə təmin edilsə, problem həllini tapar”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu gün Bakı şəhərində ortalama 24-30 min arası taksi fəaliyyət göstərir:
“Onların təxminən 20 mini eyni vaxtda fəaliyyət göstərsə, Bakı şəhərində vəziyyəti təsəvvür etmək o qədər də çətin olmaz. Üstəlik, avtobusların da hərəkət etməsi, insanların işdən çıxıb başqa yerə və ya evə getmələri pik saatlarda xaotik vəziyyətin yaranmasına səbəb olur”.
Ekspert bu vəziyyətin qarşısını almağın çox çətin olduğunu düşünür:
“Mütləq şəkildə metro açılmalıdır. Metronu havalandırma sistemi normal olmadığına görə açmırlar. Şəhərin bir çox küçə və prospektlərinin hər gün iflic olmasında ictimai nəqliyyatdan istifadə edənlərin say azlığı da səbəb kimi göstərilir. Amma burada məsuliyyət vətəndaşların üzərinə düşmür. Hər səhər işə getmək üçün saatlarla boş yeri olan avtobus gözləyən insanlar əlacsız qalıb, 1 manatlıq taksilərə üz tutmağa məcbur olurlar. Nəticədə yollar həddən artıq yüklənir”.
Bəs, yer üstündə tıxacların qarşısını almaq və avtobusları ifrat yüklənmədən xilas etmək üçün yeraltı nəqliyyatın fəaliyyətə başlaması nəzərdə tutulurmu?
“Bakı Metropoliteni” QSC -nin mətbuat katibi Bəxtiyar Məmmədov xatırlatdı ki, Metropolitendə sərnişindaşıma fəaliyyəti pandemiya şəraitində, o cümlədən xüsusi karantin rejimi müddətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir:
“Hər gün Bakı Metropolitenində optimal iş rejimi şəraiti davam etdirilir. Optimal iş rejimi şəraiti dedikdə, bütün infrastrukturun sağlam və sərnişindaşımaya hazır vəziyyətdə saxlanılması nəzərdə tutulur”.
Mətbuat katibinin sözlərinə görə, Metropoliten sərnişindaşımaya tam hazırdır. Qalır, Operativ Qərargahın qərarını gözləmək…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Bu gün, 07:07 |
|
|
|
• İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
• Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Bu gün, 07:02 |
|
|
|
• Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Bu gün, 06:59 |
|
|
|
• Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Bu gün, 06:57 |
|
|
|
• "Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Bu gün, 06:50 |
|
|
|
• “Ölü doğulmuş layihənin” uğursuz əks-sədası - İNCƏLƏMƏ
Bu gün, 06:42 |
|
|
|
• Rusiyanın xof yaratma planı: Paşinyan geri addım atacaq? – “Hraparak”
Bu gün, 06:40 |
|
|
|
• Azərbaycanın borcu var: dağların o üzündəki qardaşlara əl uzatmaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38 |
|
|
|
• "Uşaqlıqdan musiqinin içində böyümüşəm..."
Bu gün, 06:35 |
|
|
|
• Payızda bazarda gözlənilən vəziyyət: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:29 |
|
|
|
• "Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir" - ŞƏRH
Bu gün, 06:27 |
|
|
|
• Avropada iki ölkənin birləşməsinə hazırlıq – Yeni dövlət yaradılır?
Bu gün, 06:20 |
|
|
|
• Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak olub - FOTO
Bu gün, 06:14 |
|
|
|
• Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Dünən, 18:15 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Dünən, 17:59 |
|
|
|
• “Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Dünən, 17:49 |
|
|
|
• Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Dünən, 17:46 |
|
|
|
• İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Dünən, 17:30 |
|
|
|
• Tramp Kiyevin hərəkətindən qəzəblənib
Dünən, 17:27 |
|
|
|
• Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Dünən, 17:20 |
|
|
|
• Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Dünən, 17:15 |
|
|
|
• Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Dünən, 16:52 |
|
|
|
• Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Dünən, 16:50 |
|
|
|
• Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Dünən, 16:45 |
|
|
|
• Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Dünən, 16:37 |
|
|
|
• Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Dünən, 16:17 |
|
|
|
• Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Dünən, 16:08 |
|
|
|
• Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:01 |
|
|
|
• Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Dünən, 15:59 |
|
|
|
• FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Dünən, 15:54 |
|
|
|
• 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Dünən, 15:49 |
|
|
|
• Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Dünən, 15:44 |
|
|
|
• Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Dünən, 15:20 |
|
|
|
• Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Dünən, 15:18 |
|
|
|
• Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Dünən, 15:06 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59 |
|
|
|
• Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 14:48 |
|
|
|
• Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 14:39 |
|
|
|
• Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Dünən, 14:30 |
|
|
|
• “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Dünən, 14:17 |
|
|
|
• Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Dünən, 14:11 |
|
|
|
• “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Dünən, 13:55 |
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Dünən, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Dünən, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Dünən, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Dünən, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 13:01 |
|
|
|
|