Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Ramiz Mehdiyevin “sədaqət”i İlham Əliyevin əleyhinə işləyirdi” - Partiya sədri
Tarix: 11-03-2021, 17:01 | Çap et
“Ramiz Mehdiyevin “sədaqət”i İlham Əliyevin əleyhinə işləyirdi”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu Yenisabah.az-a müsahibəsi:

- Sərdar bəy, YAP-ın VII qurultayının nəticələrini necə qiymətləndirirsiniz?

- Ümumilikdə, müsbət bir tendensiya kimi qiymətləndirirəm. Mühafizəkarların -Azərbaycanı bu günə salanların böyük əksəriyyəti oradan uzaqlaşdırılıb. Düzdü, yeni qüvvələrin kimliyi də bizim üçün o qədər aydın deyil. Yəni elə fiqurlar gəlib ki, intellektual səviyyələrinin nədən ibarət olduğu bilinmir. Tanınmış adamlar deyillər. Amma hər halda bir yenilik olacaq. Baş verən yeniliklər isə başqa yeniliklərə gətirib çıxaracaq. Ona görə də bu qurultayı vacib, hətta gecikmiş hesab edirəm. Bu tip dəyişikliklər vaxtında aparılmalıydı.

- Yəni hesab edirsiniz ki, partiya tam şəkildə yeniləndi? YAP-ın yeni nəfəsə ehtiyacının olduğu deyilirdi, bu qurultayla o nəfəs gəldimi?

- Partiyanın rəhbərlərinin kimliyindən çox şey asılıdır. Mühafizəkarlar gedibsə, Azərbaycan son illər ancaq oyun oynayanlar, siyasi məhbus texnologiyası ilə məşğul olanlar, mətbuatı vuranlar, iqtidar-müxalifət düşmənçiliyi salanlar, cəmiyyət-hakimiyyət ziddiyyətini yaradan insanlar oradan çıxıbsa, bu özü müsbətə doğru dəyişiklikdir və digər dövlət əhəmiyyətli sahələrdə də belə dəyişikliklər qaçılmaz olacaq.

- Partiyanın Ramiz Mehdiyevin adamlarından tam şəkildə təmizləndiyini demək olarmı?

- Düşünmürəm ki, tam şəkildə təmizlənib. Bu elə asan deyil. Türkiyədə 15 avqust dövlət çevrilişindən sonra FETÖ-çülərdən təmizlənmə prosesi başladıldı. Amma hələ də orada yeni-yeni FETÖ-çülər aşkarlanır, proses indi davam edir. Yəni bu qüvvələr 30 il ərzində bir dövlətin ən kiçik damarlarına qədər öz adamlarını yerləşdiriblərsə, ideyaları ilə cəmiyyəti zəhərləyiblərsə, biz düşünməyək ki, qısa müddət ərzində məsələlər asanlıqla öz həllini tapacaq.

- Sizcə, rəhbərlikdən daha kimlər getməlidir?

- Mən partiyanın daxili işlərinə qarışa bilmərəm. Mənim göstəriş, yaxud arzumla kimlərsə getməyəcək. Amma əgər İlham Əliyev səmimi şəkildə YAP-ı yeniləşdirmək, ölkədə islahatlar kursu həyata keçirmək istəyirsə, partiyanın təmizlənmə prosesi aşağılarda da baş verməlidir. Yəni təsərrüfat prinsipləri əsasında partiyanın formalaşmasına son qoymaq lazımdır.

YAP simvolik bir partiyadır. Kim dövlətdə təmsil olunursa, o partiyanın üzvüdür. Bu, tamamilə yanlış və qorxulu tendensiyadır. Azərbaycanda iqtidardaxili nəzarətin olmamasının səbəblərindən biri də bütün məmurların eyni partiyaya yığdırılmasıdır. Bu səbəbə görə onlar proseslərə nəzarət edə bilmirlər. Heç kəs neqativ hallarla bağlı səsini çıxarmır. Amma ən azı fərqli partiyanın nümayəndəsi olan bir şəxs məmur olsa, təbii ki, YAP-ın üzvlərinin hərəkətləri ilə bağlı o daha aydın şəkildə mövqe ifadə edə bilər. İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanda nəzarət yox dərəcəsindədir. Əslində, partiyanın vəzifəsidir ki, öz kadrları üzərində nəzarət etsin. Bu gün həbs edilən məmurların hamısı YAP-ın üzvüdür. Bu onu göstərir ki, YAP öz məmurları üzərində heç bir nəzarət keçirmir, keçirə bilmir. Bunun da səbəbi odur ki, həmin üzvlər partiya tərəfindən vəzifəyə gətirilmir, ayrı-ayrı klanların çağırışı ilə vəzifəyə gəlirlər. Formal üzv olsalar da, heç YAP-a tabe də olmurlar.

Sonuncu parlament seçkiləri sübut etdi ki, prezidentin növbədənkənar parlament seçkilərinin keçirməsi, parlamentin yeniləşməsi, islahatların qabağında duran mühafizəkarların uzaqlaşdırılması ilə bağlı mövqe ortalığa qoymasına baxmayaraq, YAP-ın rəhbərləri Prezidentin iradəsinin əksinə getdi və təzədən parlamentdə oturdu. Yəni köhnə hamam, köhnə tas.

Azərbaycan cəmiyyətinin inkişafının qarşısında bir neçə maneə var. Onlardan biri Azərbaycanın indiki parlamenti, biri icra strukturlarında yerləşən 5-ci kolonun nümayəndələri, biri də YAP-ın mühafizəkarlığıdır. Bu üç faktor aradan qaldırılmadığı müddətcə, Azərbaycanda heç vaxt müsbətə doğru dəyişiklikdən söhbət gedə bilməz. Onlar bir-biri ilə bağlıdır. Ramiz Mehdiyev həm YAP-ın İdarə Heyətində idi, partiyanın siyasətini müəyyənləşdirirdi, həm hakimiyyətdə siyasəti müəyyən edirdi, həm də parlamentə düşən adamların siyahısını tərtib edirdi. Yəni bu üç maneəni formalaşdırırdı.

Sonuncu dəfə - YAP-dan uzaqlaşdırılarkən açıqlama verən Ramiz Mehdiyev “elə az-çox 5-ci kolon adlanan adamlar İlham Əliyevə sədaqətliydi” tipli bir fikir səsləndirib. Bu sədaqət Azərbaycan dövlətinə və xalqına çox baha başa gəldi. Azərbaycanda demokratik siyasi sistem, iqtisadiyyat çökdü, söz azadlığı boğuldu, siyasi məhbus texnologiyası uzun illər Azərbaycanı beynəlxalq ictimaiyyətdən təcrid elədi.

5-ci kolon elə murdar siyasət aparır ki, ona görə dövlət başçısını ittiham edirlər. Ramiz Mehdiyevin dediyi sədaqət İlham Əliyevin bir lider kimi əleyhinə işləyirdi. Ümid edirəm ki, Azərbaycanda artıq siyasi məhbusdan söhbət getməyəcək, mətbuatın üzərinə əvvəlki kimi basqı olmayacaq. Son vaxtlar nə qədər bloqqer meydana çıxıb, söz azadlığı var, insanlar düşündüyünü deyə bilir. Amma Ramiz Mehdiyevin hakimiyyəti dövründə siyasi partiyaların xalqla hər hansı bir ünsiyyəti yox idi. İndi mən hər gün televiziyalarda çıxış edirəm, bütün siyasi partiya liderləri xalqla ünsiyyətdədir. Bunun özü İlham Əliyevə ancaq müsbət dividend gətirir ki, ölkədə doğrudan da söz azadlığı var. Halbuki Ramiz Mehdiyev hakimiyyətdə olsaydı, biz televiziyalara yaxın gedə bilməzdik. Heç onların fəaliyyətinə imkan verməzdi.

Son vaxtlar siyasi məhbus niyə yoxdur? Birdən-birə nə baş verdi? Hər il Azərbaycanda 100-200 siyasi məhbus olurdu. Deməli, Ramiz Mehdiyev ölkənin bu cürə mənfi imicini yaratmaqla, Azərbaycanı Avropa və Amerikadadan təcrid edib, Rusiyanın qucağına atmaqla məşğul idi, bunu da İlham Əliyevə sədaqət kimi təqdim edir. Çox şükür ki, getdi. Ümid edirəm ki, Azərbaycanda müsbət tendensiya sürətlə inkişaf edəcək. Düzdür, əldə etdiyimiz nailiyyətlər kiçikdir, amma kiçik nailiyyətləri alqışlamasaq, böyük nailiyyətlərə doğru hərəkət etmək mümkün deyil. Mən hazırkı iqtidar-müxalifət dialoqunu, müəyyən demokratik yarışmaları çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bunlar dərinləşəcəyi təqdirdə biz inkişaf edən yeni bir Azərbaycan görə biləcəyik.

- Aktiv fəaliyyəti olmayan 6 siyasi partiyanın YAP-a qoşulması hakim partiyaya nə verəcək?

- Onların içərisində Rafiq Turabxan vardı, Azərbaycanın ən qocaman partiyaçılarından biri, kifayət qədər millətçi, Azərbaycanı dünyada tanıdan, Türk dünyası ilə xüsusi əlaqələrin qurulmasında ciddi rol oynayan biridir. Hər halda bu partiyaların birləşməsi 44 günlük müharibədə hakimiyyətin qələbəsinə mənəvi dəstək kimi dəyərləndirilə bilər.

İkincisi, Azərbaycanda bu qədər partiyanın mövcudluğuna ehtiyac yoxdur. Bu çoxluq süni partiya çoxluğudur. Faktiki olaraq Azərbaycanda 52 partiyanın 90 faizinin adı var, özü yoxdur. Onlara siyasi partiyadan başqa hər cür ad qoymaq olar. Bir partiya 30 ildir fəaliyyət göstərir, amma bu günədək bir problemlə bağlı mövqe bildirməyib. Partiya liderləri nəyə görə yaranmış vəziyyətdən istifadə edib öz partiyalarını təbliğ etmirlər. Dəfələrlə internet televiziyalarına, “Əşşi, mən daha camaaatın gözünü yormuşam, gündə 3-4 televiziyaya çıxıram, həm özüm yoruluram, həm elmi işlərim var, onları tamamlamalıyam. Mənim həftədə 1-2 dəfə çıxmağım kifayətdir, başqasını çağırın”,-demişəm. And içirlər ki, dəvət etməyə adam tapmırlar. Ay partiya sədri, gəl partiyanı təbliğ et də! Varsansa, camaata varlığını göstər də...

Yəni bu dərəcədə formaldırlar, bunların böyük əksəriyyətini ləğv etmək lazımdır. Digər tərəfdən də danışdığımız 90 faizə daxil olan partiyalar, “Biz İlham Əliyevin siyasətini dəstəkləyirik”,-deyir. Elə parlamentin özündə oturub parlament müxalifəti adlanan qüvvələrin hamısı İlham Əliyevin siyasətini dəstəkəyir. Məsələn Qüdrət Həsənquliyev, Fazil Mustafa. Bu partiyaların ayrıca mövcud olmasına nə ehtiyac var? Əgər İlham Əliyevi müdafiə edirsizsə, niyə birləşmirsiz?

Burada başqa bir tendensiya var. Sözügedən qüvvələrin YAP-a birləşməməsi YAP-ın uzağa gedən maraqları ilə bağlıdır. Mənə elə gəlir ki, Azərbaycanda 7-8 partiyadan artıq partiyanın mövcudluğuna ehtiyac yoxdur. Onsuz da ortada 7-8 partiya görünür.

Ölkədə o qədər işsizlik, yoxsulluq var, bir tərəfdən də koronavirus rayonlara getməyə imkan vermir, yəni faktiki olaraq bu partiyaların da inkişafı üçün stimul yoxdur. Adamlar partiyalara maraq göstərmir. Proporsional seçki sistemi ləğv olunandan və qanunlar formallaşandan sonra partiya üzvlərinə qarşı Mehdiyevin rəhbərliyi altında repressiya tətbiq olunması vətəndaşların partiyalarla məsafə saxlamasına səbəb oldu, indi onlar etiraz edir, partiyalara qoşulmurlar.

Artıq yeni bir situasiya yaranıb. YAP sadəcə öz üzvləri ilə fəxr etməməlidir. Əgər doğrudan da, ölkədə aktivlik varsa, 700 min adam YAP-ı dəstəkləyirsə, bu, kimin müqabilində baş verir? Müxalifətin! Onda gərək müxalifətin də 300-400 min üzvü ola ki, bunların apardığı siyasətin əksinə 700 min nəfər də YAP-ı dəstəkləsin. Əgər ortada müxalifət yoxdursa, YAP-ı nə məqsədlə dəstəkləyəcəklər ki? Ortada məntiqlə izahı mümkün olmayan vəziyyət var. Azərbaycan müxalifəti 3-5 nəfərdirsə, YAP-ın 700 min nəfər olması gülüncdür. Adama deyərlər ki, YAP hansı müxalifətə qarşı partiya kimi mövcuddur ki, güclənir? Nə ilə güclənir? Çoxpartiyalı sistemdə partiyalar bir-birləri ilə münasibətdə güclənə bilər.

Müxalifət yoxdursa, deməli, YAP da yoxdur. Bu baxımdan biz həm də faktiki olaraq partiyalı sistemin yaradılmasına çalışmalıyıq. Burada təbii ki, hökumətdən çox şey asılıdır. Təcili proporsional seçki sistemi bərpa edilməlidir. Dövlətin partiyalara qarşı olan öhdəliyinin yerinə yetirilməsinə çox ciddi nəzarət edilməlidir. Orada qeyd olunub ki, partiyalar maliyyələşdirilməli, qərargahla təmin edilməlidir və s. Amma faktiki olaraq biz görürük ki, dövlət orqanları bu vəzifələri yerinə yetirməməklə məşğuldur. Əksinə, partiyalar sıxışdırılır, dövlət televiziyasına buraxılmır, üzvlərimiz repressiyaya məruz qalır və s. Dövlət, hakimiyyət və hakim partiya fərqli anlayışlardır. Bizdə bunlar o qədər qarışdırılıb ki, insanlar elə bilir dövlət elə YAP deməkdir.

- Bu gün YAP-ın Qadınlar Şurasının ləğv edildiyi açıqlandı. Hansı zərurətdən belə bir qərarın verildiyini düşünürsüz?

- Əslində, Partiya tərkibində ayrıca bu kimi şuraların olması anlaşılan deyil. Qadın məsələləri üzrə müavin olmalıdır. Partiyalarla ictimai əlaqə yaradan katiblik olmalıdır. Amma dünya təcrübəsində belə bir şey yoxdur ki, bir partiyanın içərisində həm Ali Şura, həm İdarə Heyəti, həm də Qadın Şurası olsun. Qadın məsələləri üzrə müavin postu yarada bilərlər və bunun vasitəsilə qadınlar arasında iş təşkil edilər. Məsələn bizim partiyada bu mövcuddur. Müavin lazım gələndə iclas təşkil edir, qadınlar öz aralarında müzakirələr aparırlar. Amma şura təşkilat içərisində təşkilat deməkdir. Ləğv etməklə düzgün qərar veriblər. YAP tendensiyaları davam etdirsə, özü də, müxalifət də, xalq da qazancaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru