Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

"Laçın bizdədirsə, əminəm ki, yaxın zamanlarda Zəngəzur da bizim olacaq..." - deputat
Tarix: 23-03-2021, 08:28 | Çap et
"Laçın bizdədirsə, əminəm ki, yaxın zamanlarda Zəngəzur da bizim olacaq..."
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə martın 17-də 50-yə yaxın siyasi partiya rəhbəri və bir sıra politoloq işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib.

Həmin diqqətəlayiq ziyarətin iştirakçılarından biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Həftə içi” əməkdaşı ilə söhbətində səfər təəssüratları ilə yanaşı, erməni məsələsinə baxışlarından, işğaldan azad yurdlarımıza Böyük Qayıdışla bağlı ümidlərindən və s. bəhs edib.

- Fəzail bəy, yəqin ki, siz sovet dövründə də, 1-ci Qarabağ savaşı zamanı da Ağdamda olmusunuz. Budəfəki səfərinizdə o günlərin Ağdamını yerində görməyəndə hansı hissləri yaşadınız?

- Bəli, o illərdə gördüyümüz Ağdamı yerində görmədikdə çox ağır hisslər keçirdik. Bir daha erməni faşizminin iyrənc simasını, erməni vandallarının törətdiyi bəşəri cinayətlərdən birini də öz gözlərimizələ gördük... Gəldiyim qənaət bundan ibarətdir ki, ermənilər özlərinin dediyi kimi, “qədim, mədəni millət”, “xristianlığı birinci qəbul edən bir xalq” deyillər. Onlar, sadəcə, vəhşi bir tayfa, qəbilədirlər. Dünyanın heç bir yerindəki heç bir savaşda bu dərəcədə vəhşilik, rəzillik, vandallıq törədilməyib. Hətta II Dünya müharibəsində faşist Almaniyası indiki Sankt-Peterburq şəhərini mühasirəyə alanda o şəhərin tarixi abidələrini məhv etməmək üçün oraya birbaşa hücum etmədi, oranı bombardıman etmədi, sadəcə, uzun müddət mühasirədə saxladı. Halbuki, Hitler də həmin şəhəri təyyarələrlə, artilleriya ilə alt-üst edə bilərdi...

Ağdam xarabalıqları arasında çox ağır, həm də qeyri-adi hisslər keçirir və düşünürdüm ki, uzun illərdən bəri Azərbaycanda, qardaş Türkiyədə soyqırımlar törədən, tarixi abidələrimizi yerlə-yeksan edən, təbiətimizə od vuran bu işğalçı, terrorçu erməni vandallarına Qarabağdakı, Ermənistandakı adi ermənilər nədən öz etirazlarını bildirmirlər. Deməli, belə çıxır ki, elə bu adi ermənilər də özlərinin üzdəniraq qəsbkar, terrorçu, faşist xislətli iqtidarları, rejimləri, vandalları ilə həmrəy, bərabərdirlər... Belədirsə, biz onlarla qonşu olaraq necə yaşaya bilərik? Onlar bizim torpaqlardan birmənalı olaraq rədd olub getməlidirlər. Və getsinlər. Bu, şəxsən mənim mövqeyimdir. Onlarla qonşuluqda yaşamaq mümkün deyil...

Təsəvvür edirsiniz, Ağdam yaxınlığında 6 min nəfərlik Şəhidlər xiyabanı yerlə-yeksan olunub, şumlanılıb, qəbiristanlığın yerindən yol çəkilib, cəsədləri çıxarıb yerinə taxıl əkiblər. Təxminən, 1-2 km yuxarıda isə keçmiş Əsgəran rayonunun ermənilər yaşayan bir kəndi var. Yəni bu, göstərir ki, hər şeyi bunlar edib. Məhz o kənddəkilər eləməsələr də, ən azı, bütün bunlar onların gözünün qarşısında olub...

Prezident İlham Əliyev Qarabağa səfərlərində dəfələrlə ermənilərin çox düzgün bir xarakteristikasını verərərək deyir ki, bu torpaqlardan sanki ən vəhşi, ən yırtıcı xislətli bir qəbilə keçib. Həqiqətən, onlar qəbilədirlər...

Əminəm ki, Azərbaycan xalqı bu erməni vəhşiliklərini heç zaman unutmayacaq. Ermənilər də cənab Ali Baş Komandanın cəmi 44 gün ərzində başlarına endirdiyi “dəmir yumruğ”u unutmayacaqlar. Və əmin olsunlar ki, həmin “dəmir yumruq” daim onların başı üzərində olacaq...

- Ağdamda olarkən sizdə belə bir ümid də yaranmadı ki, tezliklə sizin də vaxtilə ermənilərin işğal etdiyi doğma Zəngəzurunuzu, Qarakilsənizi də ziyarət edəcəyik?

- Sizə deyim ki, məndə belə bir ümid hələ Ağdama getməmişdən öncə yaranıb. Şuşa, sonra da Laçın işğaldan azad ediləndən sonra sosial şəbəkədə bir statusda yazdım ki, Şuşanın, Laçının azad edilməsi ilə bağlı mən digərlərindən fərqli olaraq daha çox sevinirəm. Ona görə ki, doğulduğum Qarakilsə mahalının dağlar köksündə yerləşən doğma Şıxlar kəndimə Bakıdan gedən qısa yol məhz Şuşadan, Laçından keçir. Laçın – Qarabağla bərabər Zəngəzurun da qapısıdır. Laçın bizdədirsə, mən də əminəm ki, inşallah, yaxın zamanlarda Zəngəzur da bizim olacaq. Bu halda ermənilər Qərbi Azərbaycanda qalıb adam kimi sakitcə yaşamaq istəsələr, biz onlara Azərbaycanın tərkibində bir mədəni-milli muxtariyyət təklif edə bilərik. Elə etməliyik ki, gələcəkdə ermənilər heç bir halda bir daha “Artsax”, “miatsum” şüarları, “Böyük Ermənistan” xülyalarıyla meydanlara çıxmasınlar. Onsuz da tarix onların cəzasını verir. Harada olublarsa, onlar həmin ölkəyə, xalqa qarşı nankorluq, namərdlik edə-edə gəlib bu günə çıxıblar. Bizans imperiyasından, Osmanlı sultanlığından, Türkiyədən, Rusiya imperiyasından Azərbaycana qədər... Şükürlər olsun ki, bütün bu xəyanətlərin cəzasını cəmi 44 gün ərzində bizim müzəffər Ali Baş Komandanımız və igid, qorxmaz əsgər və zabitlərimiz verdi, artıq bitdi erməni məsələsi. Birdəfəlik tarixin zibilliyinə gömüldü. Azərbaycanın bu qələbəsindən kökünə qədər sarsılmış erməni etnosunun isə gələcəkdə mövcud olub-olmayacağı da artıq ciddi sual altındadır...

- Bəzi partiyalar Ağdam səfərindən imtina etdi. Buna münasibətiniz necədir?

- Münasibətim çox mənfidir. Onların bu torpaqda yaşamağa haqqı yoxdur. Əgər bu gün onlar gedib işğaldan azad edilmiş torpaqlarımızı və o yurdlarda ermənilərin törətmiş olduğu vandalizmi öz gözləri ilə görməkdən imtina edərək Azərbaycan xalqı ilə bərabər olmurlarsa, o torpaqlara ayaq basmağı özlərinə rəva görmürlərsə, şəhidlərin qanı ilə yoğrulmuş o torpaqlar önündə səcdə edib o yurdları müqəddəs bir varlıq kimi dəyərləndirməyi bacarmırlarsa, onların Bakı şəhərinin küçələrində də yaşamağa haqları yoxdur...

- Fəzail bəy, elə teleekranlardan da Qarabağın xaraba qalmış ucsuz-bucaqsız yurdlarını, xüsusən də Ağdamı seyr edəndə ilk baxışdan adamı bir xof basır ki, görəsən, bu qədər viranə şəhər və kəndlərimizi necə bərpa edəcəyik? Buna gücümüz çatacaqmı? Ağdam xarabazarlarını yerindəcə görəndə sizdə də belə hisslər oyanmadı ki?

- Xeyr, çünki qəti əminəm ki, Azərbaycanın bütün mənalarda böyük imkanları və geniş potensialı var. Siz yəqin ki, cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımızı ziyarətləri zamanı çıxışlarına diqqət edirsiz, onun ermənilərə, dünya ermənilərinə, eyni zamanda onları himayə edən dövlətlərə söylədyi mesajları da eşidirsiz. Cənab Ali Baş Komandan hər zaman olduğu kimi, indi də dediyi sözlərin arxasında dayanıb. Prezident 2003-cü ildən bəri dəfələrlə dedi ki, biz işğal altında torpaqlarımızı ya sülh, ya da hərb yoluyla mütləq azad edəcəyik və gördüyünüz kimi, bunu etdi. Bu gün cənab Prezident deyirsə ki, biz bu torpaqları abadlaşdıracağıq, dünyanın ən cənnət guşələrindən birinə, “ağıllı” şəhərlərə, kəndlərə çevirəcəyik, deməli, bunu da edəcəkdir. Onu da unutmayaq ki, Azərbaycanın 50 milyarda yaxın valyuta ehtiyatları, yetərli qədər maliyyə potensialı və resursları var. İqtisadiyyatımız ildən-ilə güclənir, inkişaf edir. Düşünək ki, 2020-ci ilədək Azərbaycan həmin potensialı işğala məruz qalmış ölkə kimi əldə edibsə, bu gün qalib ölkə kimi bu potensial hansı sürətlə artacaq. Eyni zamanda dünyanın 2020-ci ilədək Azərbaycana olan münasibəti ilə 2020-ci ildəki şanlı qələbəmızdən sonrakı qalib bir ölkəyə olan münasibətinin fərqini göz önünə gətirsək, tam əminliklə deyə bilərik ki, tezliklə, yaxın 5 ildə, Böyük Qayıdış həyata keçiriləcək. Yəni işğaldan azad torpaqlarımız bərpa olunacaq və keçmiş köçkün vətəndaşlarımız orada ən yüksək səviyyədə həyatlarını quracaqlar...

Yeri gəlmişkən Azərbaycan xalqını, xüsusilə keçmiş məcburi köçkünlərimizi bu günkü, ötən 30 ildəkindən tamamilə fərqli olan bu Qarabağlı, Şuşalı, Laçınlı, Kəlbəcərli, Ağdamlı... Novruz, Bahar bayramı münasibətilə təbrik edir, bütün torpaqlarımızda, o cümlədən Qarabağda xoşbəxt, sağlam, firavan bir həyat arzulayıram...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Dünən, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Dünən, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru