“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

“Muradov daha çox özünü bölgənin general-qubernatoru kimi aparır” - deputat
Tarix: 17-04-2021, 08:47 | Çap et
“Muradov daha çox özünü bölgənin general-qubernatoru kimi aparır”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliev “Yeni Müsavat”a gündəmin əsas müzakirə mövzuları ilə bağlı müsahibə verib. Millət vəkilinin müsahibəsini diqqətinizə çatdırırıq:

- Qüdrət bəy, son illərdə sizin davamlı şəkildə səsləndirdiyiniz bir fikir var idi ki, biz Ermənistanla yox, Rusiya ilə danışmalıyıq. Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra bölgədə yeni reallıq yaranıb və Azərbaycan Rusiya ilə danışır. Ancaq Şuşaya atılan “İsgəndər” raketlərilə bağlı xüsusatlar ortaya çıxandan sonra Moskvaya ünvanlı suallarımız var ki, hələlik onlara cavab verilməyib, dövlət başçımız da bu barədə açıq danışır. İndiki durumu necə dəyərləndirirsiniz və perspektiv üçün nə gözləyirsinz?

- Rusiya bu istiqamətdə araşdırma aparır. Yəqin, bir müddətdən sonra bununla bağlı məsələyə aydınlıq gələcək ki, nə baş verib: qaçaqmalçılıq olub, yoxsa hərbi-sənaye kompleksinin əməkdaşlarının özfəaliyyəti? Cənab prezidentin də söylədiyi kimi, artıq bununla əlaqədar Rusiya tərəfinə məktub və sübutlar təqdim edilib. Məsələnin mahiyyətində təkcə o raketin atılması dayanmır. Burada Rusiya və Ermənistanın müəyyən dairələrinin cinayətkar əlaqəsindən söhbət gedir. Məhz bu faktora görə Azərbaycan bu məsələni qabartdı. Yoxsa əvvəl biz bəyan etmişdik ki, elə bir məlumatımız yoxdur. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təkzib etmişdi. Amma görünür bizim kəşfiyyat orqanlarının əldə etdiyi hansısa daha ciddi məlumatlar var. Buna görə də yenidən bu məsələnin üzərinə gedildi və qabardıldı. Çox böyük ehtimalla bu məsələlərə aydınlıq gətiriləcək. Artıq Rusiyanın da bəzi mətbuat orqanlarında, ayrı-ayrı hərbi-siyasi ekspertlər bu istiqamətdə açıqlamalar verirlər ki, burada məqsəd Türkiyə ilə Rusiyanı konfliktə cəlb edib Qərbin bölgəyə müdaxiləsini təmin etmək olub. Məncə, məsələnin mahiyyətində dayanan daha çox budur. Ona görə də məsələlər araşdırılacaq ki, bu təxribatlarda Rusiya və Ermənistan tərəfdən kimlər iştirak edib. Aydındır ki, Ermənistan tərəfdən Paşinyan və ən yaxın ətrafı burada iştirak edib. Ümid edirəm bu məsələlərə aydınlıq gələcək və məsuliyyəti olan şəxslərin dairəsi dəqiqliklə müəyyən olunacaq, o təxribatın da üstü açılacaq. Rusiya marağında olmalıdır ki, bu şəbəkəni aşkarlasın. Hansı ki, onlar 44 gün ərzində Rusiya dövlətinin maraqlarından yox, Ermənistanın, yaxud hansısa Qərb dairələrinin maraqlarından çıxış ediblər.

- Türkiyə-Rusiya münasibətlərində soyuqlaşma hiss olunur, artıq qarşılıqlı olaraq uçuşlar dayandırıldı, baxmayaraq ki, məsələnin siyasi olmadığı deyilir. Prosesin davamı Bakı-Moskva münasibətlərinə də təsir göstərə və Qarabağla bağlı gərginliyin artmasına səbəb ola bilərmi?

- Rusiya Azərbaycanın müraciətinə, təqdim etdiyi sübutlara obyektiv yanaşmayacaqsa, bu, münasibətlərə təsir edəcək, sözsüz ki. Amma mən o fikirdəyəm ki, Rusiya prezidenti kifayət qədər təcrübəli və ağıllı bir adamdır. O bilir ki, ermənilər satqın millətdirlər. Onlar vaxtilə yaşadıqları Osmanlı imperiyasına xəyanət etdilər. Sonra onlara bizim torpaqlarda dövlət qurmuş və onları himayə edən, torpaqlarımızın 29 il işğal altında qalmasında əsas faktor olan ölkəyə də xəyanət etdilər. Ermənilər elə hesab etdilər ki, daha hər şey bitib, torpaqları işğal ediblər, oturublar, artıq onlara Rusiya lazım deyil, yeni texnologiya, investisiya lazımdır. Odur ki, çox asanlıqla arxalarını Rusiyaya çevirdilər və Qərbə üz tutdular. Bu proses Sərkisyandan başladı və daha sonra Paşinyan tərəfindən davam etdirildi. Yəni bu millətin xəyanətkar olmasını Rusiyada hamı bilir. Tarixən rus ədibləri, ziyalıları, şair-yazıçıları, diplomatlarının erməni milləti haqqında da yazdıqlarına baxın, bizim haqqımızda yazdıqlarına da. Bizi qonaqpərvər, mərd, sözünü tutan, dostluqda möhkəm millət kimi təqdim edirlər, erməniləri isə yaltaq, riyakar, xəyanətkar, satqın və sair olaraq. Buna görə də əgər Rusiya istəyirsə ki, Cənubi Qafqazda möhkəm dayaqları olsun, Azərbaycanla dostluq etməlidir. Çünki Azərbaycanla dostluq həm də Türkiyə ilə dostluqdur. Türkiyə regionun böyük dövlətidir, müasir texnologiyaya sahib bir ölkədir.

İkincisi, MDB məkanında türk dövlətləri, Rusiya Federasiyasında türk respublikaları, müsəlmanlar var. Yəni bu bölgədə Türkiyə faktoru həmişə olub, olacaq. Ona görə də Rusiya nə qədər Türkiyə ilə yaxşı, dost, əməkdaşlıq münasibətləri qursa, hər iki dövlət bundan faydalanar, həm Rusiya, həm Türkiyə. Türkiyənin Cənubi Qafqaza kifayət qədər təsir gücü var və bu, çox genişdir. Hansısa fikirayrılıqları ola bilər. Türkiyənin Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstək ola bilsin Rusiyanı qıcıqlandırıb. Amma geniş anlamda mən əminəm ki, bu, iki dövlət arasında münasibətlərin korlanmasına gətirib çıxarmayacaq. Çünki hər iki dövlət fərqindədir ki, onların regional və beynəlxalq miqyasda apardığı siyasət Qərb dairələrini qane etmir. Ona görə də onların kənar təzyiqlərə qarşı birlikdə dayanması zəruridir. Düşünürəm ki, jurnalistlər, siyasətçilər, diplomatlar da məsələni qızışdırmaq istiqamətində yox, problemlərin anlaşıqlı olaraq çözülməsi istiqamətində fəaliyyət göstərməlidirlər.

- Azərbaycan Prezidentinin son çıxış və bəyanatları gündəmin əsas müzakirə mövzularındandır. Xüsusilə də Zəngəzur, Göyçə və İrəvanla bağlı dedikləri mesajları Ermənistanda da geniş əks-səda doğurub. Siz bir hüquqşünas kimi, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının hüquqi yolla qaytarılmasını mümkün hesab edirsinizmi?

- Açıq söyləyim ki, bölgənin gələcəyi türk xalqları ilə bağlıdır. Bir çox tarixi mənbələrdə də qeyd olunur ki, erməni xalqı deyilən xalq yoxdur, bunlar Hindistan qaraçılarıdır. Vaxtilə köçəri həyat yaşayıblar və gəlib bu bölgədə məskunlaşıblar. Bu gün mövcud olan erməni dövləti də faktiki olaraq Azərbaycan torpaqlarında formalaşdırılıb. Bu, tarixdir, prezident də bunu söyləyir. Biz indi erməniyə görə tarixi saxtalaşdırmalı deyilik ki. Deyirik ki, bəli, bu torpaqlar bizim olub, İrəvan türk şəhəri olub, tarix boyu orda türklər yaşayıblar. Amma sonradan orda məskunlaşma siyasəti aparıblar, ermənilər müxtəlif bölgələrdən köçürülüb, həmin əraziyə gətiriliblər. Rus imperiyasının dağılmasından sonra isə orada erməni dövləti formalaşdırılıb. Prezident gənclərimizə tövsiyə edir ki, tarixi öyrənin! Onu da deyir ki, biz İrəvana qayıdacağıq, amma biz Ermənistana qarşı hər hansı ərazi iddiası ilə çıxış etmirik. Bu da o deməkdir ki, əgər sülh sazişi olacaqsa, o zaman mədəni, humanitar əlaqələr yaranacaqsa, düşmənçiliyə son qoyulacaqsa - sözsüz ki, düşmənçiliyə son qoyulacaq, bütün tarix boyunca xalqlar, qonşular bir-biri ilə müharibə aparıblar, amma sonda barışıblar - azərbaycanlılar dədə-babalarının, əcdadlarının yaşadığı ərazilərə qayıdacaqlar. Orada məskunlaşacaqlar, biznes quracaqlar, yaşayacaqlar. Ermənilərin də böyük hissəsi bu bölgədən köçüb gedəcəklər. Onlar fərqindədirlər ki, yaşadıqları torpaqlar onların deyil. Məsələyə daha qlobal yanaşsaq, 100 il qabağa baxsaq, görəcəyik ki, doğrudan da azərbaycanlılar o torpaqlara qayıdacaq, yaşayacaqlar. Hüquqi baxımdan hazırda bunun yolu yoxdur. Artıq Ermənistan BMT tərəfindən bir dövlət kimi tanınıb, mövcud sərhədlər çərçivəsində. Azərbaycan da həmin sərhədləri tanıyıb. Görürsünüz ki, 70-ci illərdə Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olan sərhədlər hal-hazırda demarkasiya olunur. BMT-yə üzv olanda hər bir dövlət bu quruma üzv olan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Bu BMT-yə üzvü olan dövlətlərin hər birinin əməl etməli olduğu əsas prinsipdir. Azərbaycan da 1992-ci ildə müstəqillik əldə etdiyi dövrə qədər olmuş Azərbaycan SSR ərazisi çərçivəsində BMT-yə üzv olub. Yəni bu məsələlərlə bağlı hüquqi müstəvidə heç bir perspektiv yoxdur.

- Bəs, Ermənistan revanşist əməllərdən əl çəkməsə, o zaman qeyri-hüquqi, konkret halda hərbi müstəvidə ədalət bərpa oluna bilməzmi?

- Söhbət ondan gedir ki, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmsə və Dağlıq Qarabağda hansısa hərbi əməliyyat keçirmək fikrinə düşsə, o zaman, sözsüz ki, Azərbaycan Zəngəzuru da götürə bilər. Yəni 2020-cu ilin 9 noyabr tarixdə imzalanmış birgə bəyanatın müddəalarını təmin etmək üçün Azərbaycan ordusu Zəngəzura nəzarəti götürərək, dəhlizi özü yarada və özünün təhlükəsizliyini təmin edə bilər. Ondan sonra da necə ki, biz 30 il beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüz üçün mübarizə apardıq, qoy Ermənistan da getsin yüz illərlə mübarizə aparsın. Ermənistanın hansısa revanşist addımları olacaqsa, Azərbaycan tərəddüd etmədən, dərhal Zəngəzuru azad etməlidir! Bu, həm tarixi ədalətin bərpa olunması olar - bu torpaqlar Azərbaycanın tarixi əraziləridir - həm də ki, 10 noyabr sazişinin müddəalarının təmini.

- Paşinyan yenidən Dağlıq Qarabağla bağlı iddia səsləndirib. Deməli, sakit oturmaq niyyəti yoxdur. Bəs, o halda nə etməliyik?

- Hesab edirəm ki, Paşinyanın bütün cəhdləri əbəsdir. O, bəyanat verib ki, onların ordusu müstəqil ordu olmayacaq, Rusiya ordusu ilə birlikdə olacaq. Paşinyan çalışır ki, hansısa formada Rusiyanın “qəlbini” oxşasın və Kremlin dəstəyini alsın, növbəti seçkilərdə qalib gəlsin. Amma Rusiya onun xəyanətkar olduğunu bilir və ona görə də hansı addımı atmasından asılı olmayaraq, Paşinyan hakimiyyətdən gedəcək. Çox təəssüflər olsun, bizdə bəziləri Paşinyanın hakimiyyətdə qalmasının bizə lazım olduğunu söyləyir. Bunlar kökündən yanlışdır. Rusiya Paşinyanla bölgədə heç bir ciddi iş qurmayacaq. Paşinyan getməlidir ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. O istəsə də, Rusiyanın razılığı olmadan Azərbaycanla sülh sazişi imzalaya bilməz. Söhbət tək Paşinyandan yox, qərbyönümlü siyasətin Ermənistanda iflasa uğramasından gedir. Ona görə də əgər Paşinyan öz xalqını xilas etmək istəyirsə, bölgədə sülhün yaranmasının tərəfdarıdırsa, o, özü çəkilməlidir kənara və tamamilə yeni, əli Azərbaycan türklərinin, gənc əsgərlərimizin qanına batmamış bir adam hakimiyyətə gəlməlidir. Özü də elə bir adam ki, nə cinayətkar Qarabağ klanına bağlı olmasın, nə də Paşinyanın “sorosçular” dəstəsinin təmsilçisi olmasın. Tamamilə yeni qüvvə, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə ilə normal iqtisadi, siyasi, mədəni əlaqələr qurmaq istəyən bir adam hakimiyyətə gəlməlidir. Yalnız o halda Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli dialoq baş tuta bilər. Halbuki Paşinyanın hakimiyyətdə olacağı dövrdə mən bunu təsəvvür etmirəm. Gördünüz ki, yanvardakı üçtərəfli görüşdə heç tərəflər bir-birinə əl də uzatmadılar. Buna görə də Paşinyan hərbi cani, cinayətkar kimi Ermənistanın rəhbərliyindən getməlidir. O halda biz Rusiyanı da razı salıb, Ermənistanla sülh sazişi imzalaya bilərik. O zaman Ermənistan Türkiyə ilə də saziş imzalaya bilər. İndiki halda Ermənistanın hazırki siyasi elitası - əgər orada yeni bir insan qabağa çıxmayacaqsa, - bizimlə və Türkiyə ilə əməkdaşlıqdan qorxacaq. Qorxacaqlar ki, Rusiya bizim əlimizlə onları cəzalandırmaq fikrinə düşə bilər, Azərbaycan və Türkiyə də vəziyyətdən yararlanıb, onları cəzalandıra bilər. Ona görə də Paşinyan qaldıqca ermənilər Azərbaycana münasibətdə davakar mövqedən çıxış edəcəklər. Bu da o deməkdir ki, bizim sülh haqda düşünməyimiz mənasız olacaq, konflikt yenə də bəlkə uzun onilliklər ərzində davam edəcək. Vəziyyəti dəyişmək üçün Azərbaycan Paşinyanın Ermənistandan hərbi cinayətkar kimi rədd olub getməsinə çalışmalıdır.

- Bəs Xankəndi və ətrafındakı ərazilərdə olan erməni terrorçularla işimiz necə olmalıdır?

- Kiçicik bir təxribat olacağı təqdirdə ona çox sərt cavab olmalıdır! Əgər sülhməramlılar o təxribatın qarşısını ala bilmirsə, deməli, Azərbaycan ona sərt cavab verməlidir. Bu zaman sülhməramlıların da nə deyəcəyinin bizimçün əhəmiyyəti olmamalıdır. Ümumiyyətlə, sülhməramlılar özlərini doğrudan da sülhməramlı kimi aparmalıdırlar. Hazırda o, Muradov özünü sülhməramlıların komandirindən daha çox, bölgənin general-qubernatoru kimi aparır. Gedir iş adamları ilə görüşür və s. Sən kimsən? Sən orda əsgərsən, qoyma tərəflər arasında problem yaransın. Amma onlar orda nə ilə məşğuldurlar, bir Allah bilir. İkincisi də Laçında bizim Ermənistanla dövlət sərhədinin müəyyən olunmamasının, sərhədin Azərbaycan əsgəri tərəfindən qorunmamasının əsas səbəbkarları da onlardırlar. Onlar 10 noyabr sazişini özləri istədiyi kimi təqdim edirlər və Azərbaycan tərəfi də gərginliyə səbəb olmamaq üçün hələlik bu məsələnin üzərinə ciddi şəkildə getmir. Amma əminəm ki, nə vaxtsa bu məsələ ciddi şəkildə gündəmə gələcək, dəhliz adlanan ərazidə bizim dövlət sərhədçilərimizin, gömrük xidmətinin fəaliyyətə başlaması təmin ediləcək. Buna bir az zaman lazımdır. Biz bu istiqamətdə işləməliyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru