"Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                 

Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası - GƏLİŞMƏ
Tarix: 17-05-2021, 11:02 | Çap et
Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası
2000-ci illərdə məşhur bir cəbhəçinin obrazlı sözü vardı və qəzetlərin birindəki müsahibəsində rezonans doğurmuşdu. Həmin müsahibədə başqa bir adam nəzərdə tutularaq deyilirdi ki, sənə salam verərlər, səs verməzlər... Düzdür, o fikir başqa adama deyilmişdi, amma bu gün Əli Kərimlinin əməllərini, trol dəstəsinin çanfəşanlığını görəndə, bu sözlərin əslində ona necə uyğun gəldiyi görünür.

Əli Məsimovun Əli Kərimovdən Kərimov Əliyə çevirdiyi, AXCP-ni zəbt edib ömürlük sədrlik kreslosunu mənimsəyən bu adama doğrudan da səs yox, bəlkə salam verələr. O da onu yaxından tanımayanlar. Yaxından tanıyanlarla bir haqq-salam əlaqəsi də daha qalmayıb. Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əli Məsimli, Arif Paşa, Razi Nurullayev salam verir bəlkə biz bilmirik?! Yox, heç biri! Çünki adam salam haqqını da itirib. Dostlarından salam haqqını itirən adam xalqdan səs haqqını çoxdan itirmiş olur. O haqqı itirdiyinə görə də indi Əli Kərimli canına əl qatıb.

Elmi və sosial sifarişi əks etdirməyən sorğularla özünü hamıdan güclü göstərmək istəyir. O sorğular ki, sualın qoyuluşu ancaq ona sərf edir, komponentləri müəyyən deyil, uyğun statistik məlumatlar bazası və hədəf qrupları tamamilə yalandır. Lakin usanmadan bu formada da olsa, sosial şəbəkələrdə yer qoymur, sorğu keçirtdirir və özünü birinci yerə çıxartdırır. Bəlkə də çıxardır! Yəni sorğunu özü təşkil etdiyi kimi səsi də şəxsən işlətdiyi profillərlə özü verir və “birincilik” qazanır.

Adama sual edərlər ki, bu, sənin nəyinə lazımdır? Məgər seçkidir? Yaxud seçki ilidir? Nədən indi, seçki qoxusunun olmadığı halda özünə əl qatıb, tərəfdarlarına “rəhbər” göstərişlərini verib, camaatın Rusiyaya, İrana, Ermənistana etiraz etdiyi, Zəngəzur dəhlizi üçün mübarizə apardığı bir zamanda sən sorğu keçirtdirirsən? Bu ölkənin problemi sənin reytinq göstəricisində harada, kimdən sonra və ya əvvəl olmağındırmı? Dövlət olaraq, ictimaiyyət olaraq hər kəs dövlət başçısının strateji və taktiki addımlarını dəstəkləyir. Ölkənin 50 siyasi partiyası Ali Baş Komandanın 44 günlük müharibə dövründə və bu gün apardığı taktiki-strateji addımlarında hər an onunla birlik nümayiş etdirir. Ayrı-ayrı səslər xaric, ölkədə böyük mənada siyasi həmrəylik və vətəndaş birliyi hökm sürür.

Lakin bu dəstə... Çoxlarına aydındır ki, Ermənistanın güncə sıxıldığı bir dönəmdə Əli Kərimli və onun dəstəsi bu məsələlərdən danışa bilməz. Səbəbi isə çox sadədir. Bu, Qərbin xoşuna gəlməz və kəsərlər... Nəyi kəsərləri isə hər kəs yaxşı bilir. Verdiyini, pulunu, vədini... Zəngəzurdan danışmaq da işinə yaramır. Rusiyanı incik salmamaq üçün bunu da deməz. Çünki Rusiya hələ 2013-cü ildə yaratdığı Milli Şuradan imtina edər və ya Milli Şuradan imtina onun özünün Rusiya biznesinə xələl gətirər. Axı hələ 1995-ci ildə AXC-nin yoxa çıxan 70 min ABŞ dolları neçə ildir elə Rusiyada dövriyyədədir və gəlirləri də ona çatır...

Milli məsələlərdən yan keçib gündəmdə qalmaq, xalqın başının altına yenidən yastıq qoymaq üçün çıxış yolu sosial şəbəkədəki bloqqerlik və yutuberliyə qalır. Orada da yazmaq, danışmaq artıq keçərli deyil. İnsanlar eyni sözü nə qədər eşitməlidirlər ki?! “İlham Əliyev belə etdi”, “Azərbaycan hakimiyyəti belə getdi”, “Müxalifətdə hamı satqındır”, “Ancaq biz, biz, biz, mən, mən, mən...” Artıq insanlar boş sözü dinləmir. “Əgər sözün, təklifin, xalqdan dəstəyin varsa, çıxış yolunu de və hərəkət et” prinsipini istəyir. Ancaq bu hərəkət yoxdur və heç zaman da olmayacaq. Çünki Kərimli bəzi xarici qüvvələrə və daxildə vurulmuş “5-ci kolon”a Azərbaycan hakimiyyətinə təzyiq, müxalifəti isə xalqın gözündən salmaq üçün lazımdır. O qüvvələr öz məqsədlərinə çatmaq üçün Kərimlini vasitə seçiblər və istəkləri odur ki, biz Zəngəzurdan danışmayaq, sülhməramlıların fəaliyyətinə göz yumaq, Ermənistandan minalanmış ərazilərin xəritəsini istəməyək, 28 il olduğumuz kimi hakimiyyətli-müxalifətli-xalqı başımızı aşağı salıb günümüzü keçirək və “Qarabağ Azərbaycandır” deməyək.

İndi görünən odur ki, Kərimlinin yeni tapşırığı var. Fransanın, Kanadanın bəyanatla etdiklərini bu dəstə müxtəlif formada təkrarlayır. Budəfəki tapşırıq da belədir. Seçkisiz, seçki qoxusu belə hiss olunmayan ildə praymeriz keçirmək, sosial şəbəkənin olmayan üzvlərindən rəy almaq və özünü birinci kimi sırımaqla cəmiyyətin başını qatmaq, fikrini yayındırmaq... Son bir ayda 8 belə sorğu keçirtdirib və hamısında da “birincilik” qazanıb- 53 faiz, 63 faiz, 72 fazi v s. Bəzən də “kvorum”u qəsdən adlamayıb ki, inandırıcılığı təmin etsin. Ay səni, praymeriz nəticələri...

Burada bir hadisənin xatırlanması yerinə düşər. 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra çoxumuzun təmsil olunduğumuz bir İctimai Palata yaradıldı. İlk əvvəllər hamımız inandıq ki, səmimi birlikdir, nəticəsi də olacaq. Amma çox keçmədi ki, İctimai Palata dağıldı. Bu qurumun da digərləri kimi dağılmasında Əli Kərimlinin rolunu kimsə inkar edə bilməz. Budəfəki dağılmanın kökündə duran isə sadə bir səbəb idi. 2012-ci ildə İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərdə nəinki İsa Qəmbər, hətta digər üzvlərin əksəriyyəti belə Əli Kərimlidən daha çox səs topladı. Bunu sinirə bilməyən Kərimli də İctimai Palatanı dağıtdı, müxalifətin digər blokları kimi. Real seçkilərin nəticəsi həmişə belə olur. Əli Kərimli uduzacağını bilir və uduzur. Amma virtual seçkidə nə qədər desən, səs qazanır. Bu, bir hikmətdir, amma bu hikməti indi hamımz bilirik. AXCP-də olan hər funksionerin əlinin altında azı 20-25 saxta profil olur və onlar “Facebok”da, “Youtube”da, bəlkə lap “Odnoklassnik”də belə Əli Kərimlini birinci edirlər...

Əli Kərimli bu oyunda tək deyil. Hakimiyyətin içindən qovulan “5-ci kolon” da onunladır. Strategiya və proqram birgə hazırlanır. İcrası isə onun trol şəbəkəsinə həvalə edilir.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru