Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Rəsul Quliyev müxalifətə səsləndi "SİYASƏTDƏN GEDİN"
Tarix: 8-01-2014, 12:26 | Çap et
Rəsul Quliyev müxalifətə səsləndi
Hafta.az-ın müsahibi ABŞ-da mühacir həyatı yaşayan, sabiq spiker Rəsul Quliyevdir. Müsahibədə Quliyev Müsavatın Milli Şuradan getməsinə, müxalifətin hazırkı vəziyyətinə öz münasibətini bildirdi:

- Müsavat Partiyasının Milli Şuradan getməsini necə qarşıladınız?

- Müsavatın MŞ-dan getməsini təbii qəbul etmək lazımdır. Çünki əvvəlcədən MŞ fundamentsiz qurulmuşdu. Ancaq gedənə qədər niyə belə hay-küy salırdılar? 2005-ci il parlament seçkilərindən sonra müxalifətə şahın sarayında təlxəklik etmək funksiyası verildi. Tarixdən xəbəri olanlar bilməlidir ki, təlxəklər heç kimin onlara inanmadığı və qulaq asmadığına baxmayaraq, həmişə şahlarına müxalifətdə olublar. Axırıncı dəfə Milli Şuranın namizədinin təntənə ilə prezident seçkisində iştirak etməsi, “İ.Əliyev cavab ver” fəryadı və heç bir seçici ilə görüşməyə nail olmamasına baxmayaraq, qələbə çaldığını elan etməsi cəmi bir ay yaddaşlarda qaldı, eyni zamanda, müəyyən bir gülüş obyektinə çevrildi. Mən avqustun 21-dən sonra MŞ-nın əhəmiyyətsiz bir orqana çevrildiyini deyəndə müxalifətdən olanların (xüsusilə Müsavatın) necə vay-şivənlə qarşıladığının şahidisiniz. Hətta bəzi tərbiyə görməmişlər normal insanın heç vaxt işlətmədiyi frazalarla məni Azərbaycana qayıtmaq üçün hökumətə yarınmaqda təhqir edirdilər. Məğlubiyyətin səbəbini müzakirə etmək əvəzinə mənim MŞ-dan xaric edilməyimi əsas məsələ kimi qaldırırdılar. Xüsusilə özünü hələ seçilmiş prezident hesab edən Cəmil müəllim ilk fərmanı ilə məni вЂ?’işdən’’ azad etmək istəyirdi. Bu prosesdə Müsavatdan olanların xüsusi canfəşanlığını qeyd etmək lazımdır. Noyabrda artıq prezident seçkisinin olması yaddan çıxarıldı. Həmişəki kimi heç kim uğursuzluğu müzakirə etmədi. Müharibə müxalifət-hökumət müstəvisindən, müxalifət müstəvisinə keçdi. Bu iki ay ərzində hökumətin əleyhinə bir intervü, bir analizə rast gəlmək mümkün deyildir. Ənənəvi vəziyyət ağırdır.

Cəmiyyətdə heç bir çəkisi olmayan iki partiyanın, heç bir fundamenti olmayan MŞ-da birincilik uğrunda belə amansızlıqla vuruşmaqlarının səbəbini kimsə izah edə bilərsə, buyursun. Özünün hüququnu müdafiə edib pasport ala bilməyən, həbsxanada olan üzvləri, NİDA-dan olan gəncləri, Anar Məmmədlinin müdafiəsinə qalxa bilməyənlərin camaatın hüquqlarını qoruyacaqlarına kim inanar cənablar?

- Sizcə müxalifətin uğursuzluğunun səbəbi nədir?

- Bir daha qayıdaq 20 il öncəyə, Gürcüstanda Qamsaxurdiya , Ermənistanda Ter Petrosyan, Rusiyada Yeltsin hakimiyyətə gəldilər. Onların o illərdə komandaları var idi, indiki müxalifət də Əbülfəz Elçibəyin komandasında idi. İndi o 20 il bundan öncə bu ölkələrdə hakimiyyətə gəlmişlərin içərisindən heç olmazsa bir nəfəri göstərin ki, qalıb indiyə qədər müxalifətçilik edir. Müxalifət “profesiya” deyil.

- Bəs çıxış yolunu nədə görürsüz?

- Partiya başqanlarını istefa verməsində. Müxalifətçilik müvəqqəti işdir, bir seçkidə iştirak edirsən uduzdun, çəkilib gedirsən. Sözsüz oturub mülahizələrini, analizlərini yaza bilərsən, ancaq daha partiya rəhbəri ola bilməzsən. Sən qırağa çəkiləndən sonra kimsə sənin buraxdığın səhvləri analiz edib tamamilə yeni ideyalarla mübarizəyə qatılır.

- Çoxları deyir ki, Müsavatın Milli Şuradan getməsi hər iki tərəfi zəiflədəcək. Siz necə düşünürsüz?

- Ölkədə 20 il ərzində eyni komandanın hakimiyyətdə qalmasını biz düzgün hesab etmiriksə, bəs 20 il eyni adamın partiya sədri olmasını necə düzgün saya bilərik? Müsavat Partiyasının MŞ-nı tərk etməsinin heç bir siyasi əhəmiyyəti yoxdur. Yəni ona görə nə partiya güclənəcək, nə də zəifləyəcək. İndi bunlar “2015-ci ilə qədər hökumətin sonu çatıb”, sonra da “hökumət seçkiləri saxtalaşdırdı” deyəcəklər. Ehtimal olunur ki, bu illər ərzində də 1000 nəfərlik qurultay keçirmək istəyən Müsavat Partiyasına yer tapılmayacaq. Bəziləri şəhərdən uzaq olacaq, bəziləri də çox baha görsənəcək. Saakaşvili də yoxdur ondan qurultay keçirməyə zal istəsinlər.

- Müsavatın Milli Şuradan çıxmasını qurumun dağılmağı kimi hesab etmək olarmı?

- MŞ-nın dağılacağı məndə heç vaxt şübhə doğurmayıb, mən bu prosesi hələ Müsavat eyforiyada olanda görürdüm. AXCP həmişəki kimi növbəti dəfə liderlərinin ambisiyasının qurbanı və əsirinə çevrilib. Ambisiyası ilə imkanları və real vəziyyəti arasında uçurum olan adamlar istənilən variantda inkişafın qarşısında baryer yaradır. Xoşbəxtlikdən bu bir partiya çərçivəsində baş verir. Sadəcə olaraq, oturub 10 il bundan öncə Xalq Cəbhəsi harada idi indi haraya gəlib? Buna baxmaq lazımdır. Açıq aydın bu partiyanın bugünkü mövcudluğunu hökumətin onu partiya kimi saxlamaq istəyində axtarmaq lazımdır. Düzdür, o partiyada çox fədakar insanlar var xüsusilə qadınlar və gənclər arasında. Ancaq məsələ ondadır ki , “komandir”in zəif olduğu ordu heç vaxt uda bilməz.

- Yuxarıda bildirirsiniz ki, hər iki partiya xalq arasında nüfuzunu itirib. Bəs onlar yenidən cəmiyyətdə siyasi çəkilərini qaldırmaq üçün nə etməlidirlər?

- Bu gün artıq İkinci Dünya müharibəsinin başlanığıcında Almaniya ordusunun silah və texnika cəhətdən, əsgərlərin sayına görə sovetlərin ordusundan azı iki dəfə zəif olduğu sübuta yetirilib. Buna baxmayaraq, 3 ay müddətində almanlar Avropadan böyük bir sahəni işğal edib və 3 milyondan çox əsir götürüblər. Yeganə səbəb “komandir”lərin zəif və əsgərlərin təlimsiz olması fəlakətə gətirib çıxardıb. Bu liderlər bir neçə suala cavab verməlidirlər. Siz hansı səbəbdən o postu tutmusunuz və Azərbaycanda nə etmək istəyirsiniz. Siz o istəyinizi necə etmək istəyirsiniz. Siz indiyə qədər bunları niyə etməmisiniz. Çox sadə suallardır. Aydındır ki, bu partiyaların camaat arasında heç bir çəkisi yoxdur, inamı qaytarmaq üçün müəyyən addımlar atmalıdırlar. Bundan başqa, hakimiyyətə gələrlərsə, hansı hökuməti quracaqlar və konkret kimi hansı vəzifəyə qoyacaqlar siyahısını açıqlasınlar. Çünki hakimiyyətə gəlmək istəyən adamın birinci növbədə belə bir siyahısı olmalıdır. Baxaq görək Müsavat və AXC partiyası belə bir siyahı tərtib etmək şansına malikdir, ya yox. Və həmin o siyahı xalq tərəfindən necə qarşılanacaq.

- Müxalifət nümayəndələri sizi Amerikada oturub onlara ağıl öyrətməməyə çağırır. Sizin onlara cavabınız varmı?

- “Dostlarım’’ deyir ki, oturub Amerikada bizə ağıl öyrətməsin, gəlsin görək özü nə edə bilər? Birincisi, əvvəlcədən deyirəm sadəcə olaraq, məni ölkəyə buraxmırlar və “görək özü nə edər?” - sualına cavab verə bilməyəcəyəm. İkincisi, sizcə, Bakıda oturub məsləhət vermək Amerikada oturub məsləhət verməkdən çox güclüdür? Üçüncüsü, məsləhət verməyin heç bir xeyri yoxdur. Çünki bu müxalifətçilərin başqa peşəsi yoxdur. Ölənə qədər müxalifətçilik edəcəklər. Mən bu insanlara yalnız bunu deyə bilərəm: - Azərbaycanın bu vəziyyətdən xilas olması naminə Allah xatirinə tək MŞ-dan yox, ümumiyyətlə, siyasətdən gedin. 20 il ərzində bütün göstəricilərinizdə deqradasiya gedir, fikirləşməyin ki, növbəti 20 ildə əks proses baş verəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru