9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                 

“Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir” - ÇAĞIRIŞ
Tarix: 13-06-2023, 08:36 | Çap et
“Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir”
Türkiyə Konstitusiya Məhkəməsi maraqlı qərar çıxarıb. Məhkəmə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya zamanı cərimələnən vətəndaşlar pullarının geri qaytarılması üçün müraciət edə biləcəklər. Belə ki, 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixədək ödənilmiş bütün məbləğlər geri qaytarılacaq, ödənilməmiş cərimələr isə avtomatik olaraq ləğv ediləcək.

Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib.

Bəs Azərbaycanda da analoji qərarlar verilə, ödənilən pandemiya cərimələri qaytarıla, ödənilməyən cərimələr silinə bilərmi?

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, cəmi bir ay ərzində, yəni 2020-ci il martın 17-dən aprelin 17-dək karantin rejimini pozduğuna görə ölkədə 57 minə yaxın şəxs cərimələnib. Nəzərə alsaq ki, ölkəmizdə quru sərhədlərinin açılması istisna olmaqla, bütün pandemiya məhdudiyyətləri 2022-ci ildə aradan qaldırılıb, cərimələnənlərin sayı bir milyonu da keçə bilər.

Onu da xatırladaq ki, karantin rejimini pozanlar üçün cərimələr pozuntunun növündən və pozucunun statusundan asılı olaraq 50 manatdan 400 manatadək olub. Yəni hesablasaq, dövlətin insanlara qaytaracağı vəsaitin məbləği on milyonlarla manatla ölçülə bilər.

Azərbaycan hökuməti də qardaş Türkiyə və Gürcüstan kimi analoji qərar verə bilərmi?

DİA.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqladı. O, “Gürcüstanda bilmirəm bu qərarı kim verib, amma Türkiyədə Konstitusiya Məhkəməsi veribsə, bu, siyasi addım deyil”, - deyə qeyd etdi: “Yəni məhkəmə aktı siyasi akt deyil. Məhkəmə aktı hüquqi aktdır. O, məqsədəuyğunluq baxımından deyil, qanunauyğunluq baxımından qəbul edilib. Düzdür, mən həmin qərarı oxumamışam. Amma məhkəmə qəbul edə bilməz ki, "dünən cərimələmişdik, gəlin bu gün bağışlayaq". Elə qərarı parlament verə bilər. Amma Konstitusiya Məhkəməsi veribsə, deməli, o cərimələrin qanunsuz olduğunu deyib. Bunun başqa izahı yoxdur. 2020-ci ildə, hələ pandemiya dövründə dəfələrlə bildirmişəm ki, bizdə də həmin cərimələr qanunsuzdur. Çünki cərimələr insanlara qarşı tələb edilən məhdudiyyətlərə görə idi. O cür məhdudiyyətlər, insan haqlarının həyata keçirilməsinin məhdudlaşdırılması yalnız ölkədə fövqəladə vəziyyətin elanı əsnasında mümkün ola bilərdi. Amma buna bizdə getmədilər. Bəziləri bunu ictimaiyyətdə belə izah edirdi ki, fövqəladə vəziyyətdən irəli gələn məhdudiyyətlərə görə dövlət müəyyən kompensasiyalar ödəməli idi. Buna görə də bizdə fövqəladə vəziyyət elan olunmadı. Sırf karantin rejimini Nazirlər Kabineti elan etdi. Amma buna səlahiyyəti yox idi. Yəni bu müstəvidə bizdə şikayət edən olmadı. Bizdə də Konstitusiya Məhkəməsinə məsələ gedib çıxsa, bəlkə olardı. Amma bu da mümkün deyil. Çünki bizim qanunlara görə bu müddət bitib. Yəqin ki, Türkiyədə də Konstitusiya Məhkəməsinə gedib çıxmaq üçün əvvəlki məhkəmə instansiyalarını keçiblər".

Bununla belə, ekspert hesab edir ki, məsələ əgər siyasi bir addım kimi bizdə təklif olunarsa, onun əleyhinə olacaq: “Bir növ bu cərimələr bağışlansın, amnistiya edilsin, bunun əleyhinəyəm. Bu zaman belə çıxır ki, cərimələr qanuni idi, sadəcə, dövlət xoşməramlı addım atır və cərimələri qaytarır. Bunun gələcək perspektiv üçün çox mənfi nəticələri ola bilər. Yəni qanuni hesab etdiyimiz hüquq normasına, məhdudiyyətə görə onun pozulmasına görə təqsirkar məsuliyyətə cəlb olunmalıdır. Sonra hamı buna görə bağışlansa, gələcəkdə istənilən məhdudiyyəti də pozanların sayı arta bilər. İnsanlarda belə fikir yaranacaq ki, onsuz sonra bağışlayacaqlar. Bu, insanlarda məsuliyyətsizlik hissinin yaranmasına apara bilər. Bizdə praktikada belə hallar olub. Təqribən 10 il əvvəl Tarif Şurası qərar qəbul etmişdi, Prezident onu ləğv etdi. Bu, xoşməramlı addım oldu, heç o qanun da deyildi, Prezidentin də səlahiyyətində idi. Amma bu insanlarda fikir yaratdı ki, sabah qanunları onsuz da dəyişə bilərlər. Biz bunun nəticəsini 2015-ci ilin fevral devalvasiyasında gördük. Mərkəzi Bank devalvasiya elan etdi və insanlar gözləyirdi ki, Prezident o qərarı ləğv edəcək. Hətta adamlar tanıyıram ki, devalvasiyanın ilk günlərində dollarları daha ucuz satırdı, manat alırdı ki, onsuz da qərar dəyişəcək, mən qazanacağam.

Yaxud özəlləşdrmə çekləri 1990-cı ildə buraxılıb, müddəti qısa idi, bir neçə dəfə artırıblar. Artıq 2011-ci ildən qüvvədə deyil. Bəzilərində o çeklərdən qalıb, istifadə etməyiblər, adi vətəndaşda bunlar azdır, əsasən möhtəkirlər vaxtında alıblar, istifadə etməyiblər, indi də deyirlər bunun vaxtını artırın. Müddət artırılmasını tələb edirlər, tarif artırılır, deyirlər tarifi azaldın. Cərimələri silin deyirlər. Bunun nəticəsi çox pis ola bilər. Bizdə onsuz da qanunlara riayət etmə ənənəsi zəifdir. Bunu da bağışlasalar, məsuliyyətsizlik hissi yaranacaq. Yekun olaraq deyim ki, əgər bizdə pandemiya ilə bağlı, məhdudiyyətlərlə bağlı cərimələr Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz sayılsa, bu halda cərimələrin qaytarılması məhz hüququn, qanunun ali təntənəsi olardı. Bağışlanması isə yanlışlıq olardı".

DİA.AZ-ın məlumatına görə, iqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məhz dövlətin gördüyü təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkələrin sırasına daxil oldu: “Bu gün isə demək olar ki, pandemiya başa çatıb. Amma pandemiya ilə bağlı tələbləri pozduğuna görə tətbiq olunmuş cərimələrin taleyi insanları narahat edir. Türkiyə və Gürcüstanda pandemiya ilə bağlı tətbiq olunmuş cərimələrin ləğv olunması ilə bağlı qərarlar qəbul edilib. Belə bir qərar ölkəmizdə də qəbul olunsa yaxşı olacaq. Çünki bu cərimələrin tətbiqi pandemiyaya qarşı mübarizədə vətəndaşların məsuliyyətini artırmaq məqsədi daşırdı. Ona görə də hesab edirəm ki, cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv olunmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru