Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

“Mən heç kimin tərəfini saxlamaq fikrində deyiləm” - Zəlimxan Məmmədli
Tarix: 15-02-2014, 12:50 | Çap et
“Mən heç kimin tərəfini saxlamaq fikrində deyiləm”
Müsavat-AXCP, Eldar Namazov-Cəmil Həsənli qarşıdurmasının ardınca jurnalist Xədicə İsmayılın ABŞ xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına ötürdüyü hesabat gündəmin əsas mövzusuna çevrilib. AXCP sədri Əli Kərimlinin təsiri altında jurnalistin tərtib etdiyi bu hesabatda siyasətçilərin, vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin, KİV-lərin ümumilikdə 100-ə yaxın nümayəndəsinin adı çəkilib və onların iqtidara işlədiyi bildirilib. Siyahıda adları çəkilən partiya sədrlərinin hadisəyə kəskin rəy bildirməsi isə müxalifət düşərgəsində vəziyyəti yenidən gərginləşdirib. Müxalifət funksionerlərinin bir-birinə münasibəti, liderlərin qarşılıqlı ittihamları, Amerika kəşfiyyatçılarına ötürülən hesabat və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Zəlimxan Məmmədli cavablandırır.

- Prezident seçkilərindən sonra Milli Şurada parçalanma, liderlərin bu qurumu ard-arda tərk etməsi, Sizcə nə ilə bağlıdır?
- Bütün bunlar uzun zaman ayrı-ayrı firqələr, fərdlər, liderlər arasında olan gərginliyin olmasından, əməkdaşlıq formaları tapılanda isə strateji planlaşdırmanın olmamasının təzahürüdür. Eyni zamanda bu, siyasi və politoloji anlamda seçki texnologiyaları prinsipinə uyğun gəlməyən davranış amilləridir. Ən ciddi məsələlərdən biri isə ölkə içi siyasi qütblər arasında mübarizənin rəqabət deyil, daha çox düşmənçilik, qisasçılıq səviyyəsində olmasıdır. Bu bir kompleks olaraq Azərbaycanda siyasət institutunun cazibəli olmasına gətirib çıxarmır. Əksinə, insanlar siyasətdən daha çox qaçmağa, uzaqlaşmağa meyl edirlər. Beləliklə də “siyasət çirkin bir oyundur” fəlsəfəsi meydana çıxır. Şəxsən mən bu cür düşünməsəm də, insanlarımızın əksəriyyətində belə bir rəy formalaşır.

- Milli Şuradan ayrılanlarla hazırda bu qurumda təmsil olunan tərəflər arasında qarşılıqlı ittihamlar bu gün də davam etməkdədir. Sizcə belə münasibətin kökündə nə dayanır?
- Təbii ki, bu, təəssüf doğuran haldır. Azərbaycan siyasətində, siyasətin bu günə düşməsində bir sıra adı çəkilən və çəkilməyən fiqurların ciddi məsuliyyəti var. Milli Şura yarananda ilkin ideya olaraq, dairələrdən vaxtilə deputatlığa namizədliyi verilmiş, lakin uğur qazana bilməyən insanların birliyi nəzərdə tutulurdu. Ancaq sonrakı proseslərdə bu ideyadan kənara çıxıldı. Göründüyü kimi ardıcıllıq olmadı, siyasi prinsiplər aydın şəkildə ortaya qoyulmadı. Milli Şura başlanğıcda bir əməkdaşlıq modeli idisə, sonradan siyasi bloka çevrildi. Hərçənd, bu siyasi blok da deyildi. Çünki bir sıra parametrlərə cavab vermirdi. Şəxsən mənim müşahidələrimə görə, burada hər hansı bir partiyanın, fərdin, liderin mütləq məsuliyyəti yox idi ki, o, əbədi və əzəli Milli Şurada qalacaq. Mən heç kimin tərəfini saxlamaq fikrində deyiləm. Hər zaman bu cür davranışa protest edənlərdən olmuşam. Narazılığımın kökündə də qeyri-səmimilik dayanıb. Əgər hər hansı partiya öhdəlik götürübsə ki, əbədiyyən filan-filan təşkilatlarla bir yerdə olacam və bunu pozursa, o zaman həmin partiyaya müəyyən ittihamlar irəli sürmək olar. Hərçənd ki, bu ittihamları da normal qəbul etmirəm. Bəd ayaqda, - “yanlışlıq etdi” - kimi qələmə vermək olar.

- Əgər mətbuata diqqət yetirsək, Müsavat və AXCP funksionerləri Sizin dediyinizdən fərqli olaraq, bir-birini açıq-aşkar satqınçılıqda, xəyanətdə ittiham edirlər...
- Mən bayaq qeyd etdiklərimin fövqündə əgər iki cinah öz arasında ədəb-ərkan qaydalarını, milli-mənəvi dəyərlərimizi, siyasət elminin incəliklərini pozaraq şəxsiyyəti aşağılamaq, müxtəlif yarlıqlar yapışdırmaq yolunu tutursa, bu, həm də utanc gətirən hadisədir. Mən də müxalif düşüncəli bir adamam. Cəmiyyətdəki naqisliklərə qarşı müxalif mövqeyimi ortaya qoyuram. Bu zaman fərdləri hədəfə götürmürəm. Demokratik islahatlar tələb etmək ayrı şeydir, amma müxalif olduğuma görə insanları, partiya sədrlərini təhqir etmək, onların ünvanına ittihamlar səsləndirmək yolverilməzdir. Biz indi müşahidə edirik ki, insanlarımız bir-birini aşağılayırlar. Məgər Müsavat Partiyasının Milli Şurada əbədi qalmaq barədə öhdəliyi var idimi? Mən bilən, belə bir öhdəlik yoxdur. O zaman qarşı tərəf Müsavat Partiyasını nədə ittiham edir? Bütün bunlar yenə də o məsələyə gəlib çıxır ki, eyni ideoloji prinsiplərə söykənən, bunu öz proqramlarında qeyd edən Müsavat, AXCP, KXCP arasında dəhşətli və amansız soyuq küləklər, mahiyyət etibarilə həmin ideoloji sistemin sarsılmasına qədər apara bilər, yaxud onun elementləri indi görünməkdədir. Bu insanlar məsuliyyətlərini də dərk etməlidirlər ki, qəzetdə səsləndirdikləri hər bir ifadəni cəmiyyət oxuyur. Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ərəfəsində ən azından bu dahi şəxsiyyətin ədəb-ərkanını, oturuşmasını, cəmiyyətə, rəqibə münasibətini, tolerantlığını, bərabərliyi, birliyi və sair şüarları önə gətirməlidirlər. Davranışlarında da bunlara əməl etməlidirlər. O insanlar ki, Məhəmməd Əmin Rəsulzadədən çox danışıb, onun dediklərinə əməl etmirlər, belələrinin nə siyasətə, nə də dahi şəxsiyyətə aidiyyətləri yoxdur.

- Milli Şuradan son olaraq Eldar Namazov istefa verib. Onun mətbuata müsahibəsində qurum daxilindəki bəzi proseslərə toxunması isə Cəmil Həsənlini hiddətləndirib. Hazırda hər iki şəxs bir-birini Milli Şuranı zəiflətməkdə ittiham edir. Sizcə “EL” Hərəkatı sədrinin qəfil mövqe dəyişməsi nə ilə əlaqədardır?
- Bu da əməkdaşlığın fundamental prinsiplərdən uzaq olmasının təzahürüdür. Seçki artıq bitib. Zəlzələdən-vəlvələdən nəticə göz önündədir. İddialar, müxtəlif rəylər də ortadadır. Bu, tamam ayrı bir məsələdir. Əgər seçki bitibsə, ayrı bir dönəm başlayır. Yeni dönəmdə ortada iş olmayınca insanlar müzakirə edilməyə başlanır. Mənə elə gəlir ki, bir-birini ələşdirmələr yüksək, intellektual, kamil düşüncənin məhsulları deyil. Bunu edənlər də təsadüfi insanlar deyillər. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Belə vəziyyətdə mən onların, hələ də nə istəyirlər? - sualına cavab tapa bilmirəm.

- Jurnalist X.İsmayılın ABŞ kəşfiyyatına ötürdüyü hesabatla bağlı fikirləriniz necədir?
- Birinci dəfə deyil ki, o persona bu cür diqqəti cəlb edən layihələrlə çıxış edir. Hər halda Azərbaycan iqtidarının müxalifət içərisində təsir gücünün olmasını inkar etmək olmaz. Lakin hesabatda konkret adları çəkilən şəxslərin hara və kimə işləməsi barədə fikir yürütmək, məncə düzgün deyil. Hər halda həmin insanların keçmişi, bu günü, zaman-zaman tutduqları mövqeləri də bəllidir. Yaranmış vəziyyətdən sadəcə təəssüf edirəm. Təfəkkür dəyişmədiyi üçün, yeni model ortaya qoyulmadığı üçün eyni proses davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru