“Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz” - Çəkişmə...
Tarix: 6-08-2019, 11:46 | Çap et
 “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərisi arasında yaranan narazılıq məhkəmələrə qədər gedib çıxıb. Bu barədə cəmiyyətdən verilən məlumatda qeyd edilir. “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Azad Əliyevin sözlərinə görə, MMC Məmmədov Samir Ağamməd oğlunun sahibkarlıq fəaliyyətinin inkişafı üçün ona lazım olan xammal və mal materialları nəğd və nisyə ödəniş qaydasında verirdi: “O, xammalların və materialların pulunu aldığı vaxtdan sonra (bir-iki ay müdətinə) ödəyirdi. Samir Məmmədovun 2017-ci ilədək bizə ümumilikdə 61.105,2 ABŞ dolları, 2.250 manat və 500 avro borcu qalıb. Samir Məmmədov 2017-ci ilin iyul ayınadək watsap vasitəsilə şirkətimizə olan borcunun ödənilməsi üçün, müəyyən əmlaklarının satılmasına qədər ona möhlət verilməsini istəmişdi”.
A. Əliyev deyir ki, Samir Məmmədov şirkətə olan borcunu uzun müddət ödəməkdən yayındığı üçün 2018-ci ilin yay aylarında ona qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırılıb:
“Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov iş materiallarına əlavə olunmuş Samir Məmmədovun imzalı qəbzlərini (sübutları) əsas götürərək, iddiamızı təmin edib. Qətnamədən narazı qalan cavabdeh Samir Məmmədov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov məhkəmə prosesini bir iclasa tələskənliklə, araşdırmadan, hətta bizim nümayəndənin apellyasiya şikayətinə münasibətini dinləmədən əvvəlki qətnaməni ləğv edib. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Samir Məmmədov nümayəndəmizə adamının güclü olduğunu və onların tapşırıqları əsasında məhkəmə instansiyalarında hər zaman bizə qalib gələcəyini bildirib. Bizlər onun sözlərinə məhəl qoymadan Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət olduğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verdik. Bir neşə gün bundan öncə Samir Məmmədov təkrarən bizə “Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz” deyə bildirdi”.
Şirkət rəhbəri bunları da əlavə edib:
“Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bizim tərəfimizdən iddia müddəti ötürülməyib. Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 380-ci maddəsinin şərh olunmasına dair Qərarına əsasən, Samir Məmmədov borcun ödənilməsi üçün 2017-ci ilin iyul ayınadək möhlət istədiyindən iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Birincisi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov MM-nin 380-ci maddəsini görməməzlikdən gələrək Samir Məmmədovun tələbini əsaslı sayıb. İkincisi isə Ali Məhkəmənin hakimi İlqar Xələfovun da həmin maddəni və Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək, bizim şikayətimizin əsaslı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edəcəyini və Samir Məmmədov tərəfindən olan təzyiqlərə məhəl qoymadan qanuni qərar qəbul edəcəyinə əminik. Cənab Prezident İlham Əliyev bütün məhkəmələrə vətəndaşların pozulmuş hüquqları ilə əlaqədar qanuni və obyektiv araşdırma aparılmasına, müəyyən şəxslər tərəfindən məhkəmələrə olan təzyiqlərin qarşısının alınmasına dair tapşırıqlar verib. Güman edirik ki, Ali Məhkəmə Samir Məmmədovun havadarlarının təztiqlərinə və “knopkaları”na məhəl qoymadan qanuni və əsaslı qərar qəbul edəcək”. Qeyd edək ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti qida və qeyi-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|