“Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                     Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... .....                     Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir .....                     Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub .....                     Tanınmış iş adamı dünyasını dəyişib .....                     İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... .....                     Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? .....                     DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi .....                     KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                     Camaat Vasif Talıbovu deyir... .....                     Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır .....                     Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər .....                 

2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ
Tarix: 9-12-2019, 11:09 | Çap et
2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat...
2020-ci ilin gəlişinə sayılı günlər qaldığı ərəfədə dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, reytinq agentlikləri növbəti ildə neftin qiyməti və dolların dünya valyuta bazarında mövqeyi ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlar arasında ziddiyyət təşkil edənlər də var. Məsələn, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi 2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

WTI" markalı neftin isə 2020-ci il üçün proqnozlaşdırılan orta qiyməti 54,06 dollar ehtimal edilir. EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq.

“Fitch” beynəlxalq reytinq agentliyi isə 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Danimarkanın “Saxo Bank” investisiya bankı da 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən “şokedici”, “təəccüblü” və s. kimi xarakterizə olunur. Proqnozlara görə, neftin 1 bareli 90 dollara çatacaq və gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.

“Saxo Bank”ın dollar proqnozlarına gəlincə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Bəs görəsən, neft və dollar ətrafında baş verənlər Azərbaycan manatına necə təsir göstərəcək? 2020-ci ildə milli valyutamızı nə gözləyir?

2020-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər və onların Azərbaycana valyutasına təsirlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son vaxtlar neftin qiymətini proqnozlaşdırmaq və bunun həyata keçməsini gözləmək çətinləşib: “Çünki neft qiymətləri iqtisadi məsələlərdən xeyli uzaqlaşıb. Əvvəl iqtisadi faktorlar neftin qiymətinin formalaşmasında birinci dərəcəli rol oynayırdı. Tələb və təklif, dünyada neftin istehsalı, istehlakı , tələbat və sair neftin qiymətinin müəyyənləşməsində çox önəmli rol oynayırdı. Üç ilə yaxındır ki, dünyada belə bir tendensiya başladı ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilələri, verdikləri inzibati qərarlar neftin qiymətinə təsir etməyə başladı. Daha çox geosiyasi gərginlik, hərbi müdaxilələr, hibrid müharibələri, iqtisadi sanksiyalar neftin qiymətində əhəmiyyətli rol oynamağa başladı. Son zamanlar formalaşmış qiymət əslində iqtisadi kateqoriyalara görə müəyyənləşən qiymət deyil. Son bir neçə ayda neftin qiyməti təxminən 60-65 dollar ətrafında dəyişir”.

N.Cəfərlinin sözlərinə görə, son illərdə də ciddi dəyişiklik yoxdur və bu da dünyadakı geosiyasi gərginliyin artması fonunda baş verir: “İrana qarşı sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Liviyada hələ də vətəndaş müharibəsinin getməsi də bu gərginliyi artırır. Liviyanın illik potensialı 1,8 milyon barel olsa da, indi cəmi 600-700 min barel neft hasil edə bilirlər. Venesuelaya da ciddi sanksiyalar tətbiq olunur, bu ölkənin neft hasilatı da təxminən 3 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsi gedir, neft obyektləri tez-tez dron hücumuna məruz qalır. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. İqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barelə hələ çatmayıb. İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa bu gün 10 faizə çatıb, 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakı da azalır. Gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklərin olub-olmasıdır. Gələn il artıq OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilə ilə neftin qiymətinə təsir imkanı olmayacaq”.

İqtisadçı ekspert vurğuladı ki, bütün bunların Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də təsiri olacaq: “Azərbaycan iqtisadiyyatı kəskin şəkildə neftdən asılıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin qiyməti gələn il təqribən 55 dollar civarında olacaqsa, manata təzyiqləri neytrallaşdırmaq mümkün olacaq. 55 dollardan aşağı olarsa, manata basqılar sürətlə artacaq. Çünki tədiyyə balansında mənfi saldo yaranması ehtimalı var. Bundan sonra da manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı güclüdür. Ancaq bir siyasi amil də odur ki, gələn il parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər nə manatın məzənnəsində, nə də kommunal xidmətlərin qiymətlərində böyük ehtimalla heç bir artım olmayacaq. Seçkilərə köklənmiş bir ölkədə hökumət mənfi qəbul olunan, sosial gərginlik yaradan addımların atılmasından qaçacaq”.

2020-ci ildə dolların taleyinə gəlincə, iqtisadçı vurğuladı ki, hazırda dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də gedir: “Ciddi istehsal və ixrac potensialı olan hər bir ölkə öz milli valyutasının ucuzlaşmasında maraqlıdır. Uzun zamandır Çin bu yolu tutmuşdu və süni şəkildə yuanın məzənnəsini aşağı salmağa çalışırdı ki, daha çox ixracatda üstünlük qazanmağa başlasın. Son zamanlar Amerika ilə Çin arasında ticarət və valyuta müharibələrinin artmasının səbəbi də bu idi. Amerika da çalışır ki, dollar çox möhkəmlənməsin. Ona görə də Federal Rezerv Sistemi son 1 ildə heç kimin gözləmədiyi şəkildə 3 dəfə faizin azaldılmasına qərar verdi. FED uçot dərəcələrinin azaldılması yolu ilə dolların çox möhkəmlənməsinin qarşısını almağa çalışır. Gələn il də FED bu praktikanı davam etdirəcək. Ağ Ev adminstrasiyasının, Trampın özünün də istəkləri bu yöndədir. Ona görə də, hələn il bütün ölkələr çalışacaqlar ki, milli valyutaları həddindən artıq dəyərsizləşsin, zəifləsin. Ancaq bunun da müəyyən həddi var. Nə qədər çalışsalar da ABŞ dolları hələ də dünyanın ən nüfuzlu valyutasıdır, məzənnəsi ciddi şəkildə izlənildiyinə görə, dünyada dolların kəskin şəkildə ucuzlaşmasını gözləmək də əbəsdir. Amerikanın rəqibi olan Avropa Birliyi də eyni addımı atır, avronun güclənməsinin qarşısını alır. Yaponiya da, Çin də bənzər addımlar atır. Bu qarşılıqlı valyuta müharibələri gələn il məzənnənin kəskin şəkildə dəyişəcəyini deməyə əsas vermir. Çox güman ki, bu il gördüyümüz trendin gələn il də davam edəcəyinin şahidi olacağıq. Dollar-avro məzənnəsi aylardır eyni səviyyədədir, 1 avro 1 dollar 10 sentə bərabərdir. Gələnilin birinci yarısında dolların dünyada məzənnəsinin elə bir həddə qalacağı ehtimalı çox yüksəkdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
“Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 07:02
Banka kredit borcu olanlar mütləq oxusun – Bunu etməyin, əks halda…
Bu gün, 06:57
Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru