Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Bakıda dəhşət: Naşı həkim xəstəyə "SPİD" diaqnozu qoydu - Bibaırçılıq
Tarix: 25-04-2015, 14:27 | Çap et
Bakıda dəhşət: Naşı həkim xəstəyə "SPİD" diaqnozu qoydu
Redaksiyamıza həkimlərin kobud səhvi nəticəsində barəsində yalan diaqnoz qoyulan Sumqayıt şəhər sakini Leyla Əskərova adlı vətəndaş müraciət edib. Leyla xanımla etdiyimiz söhbət zamanı gördük ki, şikayətçi xanım həkimlərin onun barəsində qoyduqları yalan diaqnozun şokundan hələ də ayıla bilməyib. Leyla xanıma adının anonim saxlanması şərtilə müraciətinin sayta yerləşdiriləcəyinə dair söz verdik. Çünki adətən bir azdan söz açacağımız xəstəliyə yoluxanlar və adı həmin mövzuda hallananlar adlarının anonim qalmasını istəyirlər. Ancaq Leyla xanım onun tərəfindən təqdim olunan şikayətin açıq mətnlə işıqlandırmasını istədi. Azinforum.az saytı olaraq Leyla Əskərovanın başına açılan müsibətlərə həsr etdiyi şikayətin mətnini olduğu kimi təqdim edirik:
“Mən Əsgərova Leyla Sumqayıt sakiniyəm bir övladım var. Təkrar ana olmaq arzusundayam. Hamiləlikdən öncə, sağlam hamiləlik arzusu ilə bədənimdə virusların olub -olmadığını yoxlatdırmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanın yanında yerləşən ” Sağlam Ailə” Klinikasına müsraciət etdim. 17.04.2015-ci il tarixdə 196 manat ödəyərək sağlam hamiləlik üçün lazım olan bütün analizləri verdim və bir gün sonra, cavabı almaq üçün klinikanın qəbul şöbəsinə yaxınlaşdım. Qəbul şöbəsindən 11-ci kabinetə keçib klinikanın baş laboratoriya həkimi Cəlalə İlyasovaya yaxınlaşmağımın lazım olduğunu bildirdilər. Həmin kabinetə yaxınlaşdım, Cəlalə xanım məni orda gözləyirdi. Mən onun şübhəli nəzərlərini və hərəkətlərini görüb,” analizlərimdə nəsə pis şey çıxıb?”- deyə soruşdum.O, çox əmin şəkildə kompüterə baxıb “xanım sizin qanınızda “Spid” aşkarlanıb”-dedi.spid
Eşitdiklərimdən şoka düşdüm.Həmin an bütün dünya başıma fırlandı. Həkim bu cür xəstələrin qeydiyyata götürülməsi anket blankını doldurmaq üçün mənə təqdim etdi.O an nələr keçirdiyimi mən və Allahımdan başqa heç kim bilmədi.Vəziyyət o yerə çatdı ki, mən nəinki təqdim olunan blankı doldurmaq, hətta öz əlaqə nömrəmi və yaşadığım ünvanı belə xatırlamadım.Bunu görən Cəlalə xanım mənim evə getməyimi və səhəri gün klinikaya müraciət edib həmin anket blankı doldurmağı məsləhət gördü . Yalnız blankı doldurduqdan sonra analizimin nəticələrini götürə bələcəyimi dedi.Təsəvvür edin, həmin vəziyyətdə evimə necə qayıtdığımı xatırlamıram.Əlbəttə, bütün bu olanları ailəmdən gizlədə bilməzdim.Evə çatar – çatmaz bütün bu yaşadıqlarımı ailə üzvlərimlə bölüşdüm. Sinəsində şəhid oğlunun və başqa cavan qardaşımın dağını gəzdirən anama yeni dərd verdim. Həmin gün ailəmdə yeni bir hüzn günü yaşandı.Anam və həyat yoldaşım başımıza gələn növbəti bədbəxt hadisənin şokuna düşdülər. Onlar nə edəcəklərini belə bilmədilər.
Yaşadığım bu hadisəni yaxin bir qohumumla da bölüşdüm. O, mənə həmin klinikanın analizlərinin nəticələrinin dəfələrlə yalnış olduğunun u dedi və məsləhət gördü ki, başqa yerdə təkrar analizlər verim. 20.04.2015-ci il tarixdə iki ayrı klinikada- Sumqayıt şəhərində yerləşən bir özəl tibb mərkəzində və Sumqayıt şəhər QİÇS-lə mübarizə mərkəzində təkrar olaraq analiz verdim. Elə həmin gün də, “Sağlam Ailə” Klinikasına “çox vacib və lazımi anket”i doldurmağa getdik. Klinikaya girəndə qəbul şöbəsində işləyən xanımların məni qeyri-adi baxışlarla qarşılamalarından heyrətləndim. Başa düşdüm ki, anonim olması lazım olan məlumatı bütün klinikaya yayıblar. Həkim Cəlalə xanımın kabinetinə keçdik. Cəlalə xanım mənə danışdıqlarını yoldaşıma da danışdı və üzünü mənə tutaraq bu sözləri dedi: “Sən çox şanslısan ki, sənin bir övladın var və həyat yoldaşın sənə dəstək olur. Belə bir hadisənin şahidi olmuşdum, 5 aylıq yeni ailə həyatı qurmuş qadında da bu virus aşkarlanmışdı. Bunu eşidən həyat yoldaşı 4 aylıq dölü tələf etdirdi və 5 aylıq ailəsini dağıdaraq həyat yoldaşını boşadı”. Bu bir növ mənim yoldaşıma da yol göstərmək idi. Hətta Cəlalə xanım yoldaşıma mənimlə münasibətdə olanda necə və hansı vasitələrlə qorunmağı belə məsləhət gördü.Bu söhbət əsnasında mən elə bu gün iki ayrı klinikada təkrar olaraq analiz verdiyimi bildirdim və qollarımı açıb analiz izini göstərdim. Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi.
Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı.Maraqlıdır ki , Dilşad xanım bizi QİÇS-lə mübarizə mərkəzində deyil, təcili olaraq “Semaşko “ xəstəxanasında onunla görüşməyimizi istədi.Təbii ki, biz digər iki klinikada verdiyimiz analizlərin nəticəsini almadan Dilşad xanımla görüşə getmədik. 21.04.2015-ci il tarixdə verdiyim analizlərin nəticələrini almaq üçün klinikalara getdik. Yuxarıda adını qeyd etdiyim hər iki klinikadan verilən nəticələrdə mənim HİV virusu daşımadığım açıq – aşkar göstərilmişdi.Nəticələrdən tam əmin olduqdan sonra , yenidən “Sağlam Ailə” Klinikasına qayıtdım. Onların etdikləri analizin nəticələrinin səhv olduğunu sübuta yetirib haqqım olanı, yəni yalnış analiz nəticəsinə ödədiyim pulu geri tələb etdim.Cəlalə xanım isə bu mövzuya heç bir aidiyyəti olmayan Dilşad xanımın Bakıdan gəlməsini gözləməyimi istədi. Dilşad xanım gəldikdən sonra, “Sağlam Ailə ” Klinikasında verdiyim analizə baxıb nəticəsinin heç də, Cəlalə xanımın mənə dediyi kimi olmadığını bildirdi. Məndən , Cəlalə xanımı bağışlamağımı istədi.Görəsən, nəticədən əmin olmadan, bu cür ciddi və ağır xəstəliyin diaqnozunu qoyan, mənə və ailəmə maddi və mənəvi ziyan vuran bir insanı bağışlamağa dəyərmi?
Səhv analiz nəticəsi bir insanın həyatını necə dağıtdığını, bu hissin necə bir hiss olduğunu heç kim anlaya bilməz . Bunu yaşayan bilər. Bir yalnışlıq ucbatından yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. Mən nazir Oqtay Şirliyevə müraciət edirəm. Ondan Cəlalə həkmin cəzalandırmasını və ailəmə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm”.
Azinforum.az olaraq qeyd edirik ki, şikayətçinin barəsində söz açdığı bütün analizlərin nəticəsini əks etdirən bütün sənədlər redaksiyaya təqdim olunub.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru