Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində... - "Mən nə edə bilərəm axı"...
Tarix: 28-08-2015, 11:15 | Çap et
 Gədəbəy rayonunu girdabına almış məmur özbaşınalıqları nə saymaqla bitmək bilir, nə də yazmaqla. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu rayonda dərin köklər atmış və icra başçısı Ramiz Yediyarovun hələ də rəhbərlik etdiyi korrupsioner məmur kontingentinin Gədəbəydə hədəfə aldığı əsas zümrə məhz yerli sahibkarlar və iş adamlarıdır. Lakin bu heç də o demək deyil ki, rayon əhalisinin sahibkarlıq fəaliyyətilə məşğul olmayan digər hissəsi bütün problemlərdən azad, asudə həyat keçirirlər. Əsla belə deyil. Gədəbəydə məmurlar ümumiyyətlə heç kimə nə göz, nə də işıq vermirlər. Əksinə, bu məmurlar kimdən nə mümkündürsə, alırlar – rüşvət, “haqq”, obyekt, torpaq və sairə. Torpaq demişkən, qeyd etmək olar ki, bu gün Gədəbəydə davamlı olaraq müxtəlif maxinasiyalara məruz qoyulan subyektlərdən biri kimi də məhz elə torpaq sahələri çıxış edir. Həm də bu xüsusda rayon rəhbərliyi bütün digər sahələrdən daha çox aqressivlik nümayiş etdirir. Elə aldığımız çoxsaylı məlumatlarda da mənbələr vurğulayırlar ki, Ramiz Yediyarov rayonun ən münbit torpaqlarını öz qohumlarının və yaxın adamlarının adlarına alaraq sənədləşdirməklə məşğuldur. İcra başçısının gözünə xoş gələn torpaq sahəsinin artıq başqa bir şəxsə məxsus olduğu aşkarlandıqda isə, icra başçısı bütün prinsipləri bir kənara ataraq, həmin ərazini sadəcə zor gücünə zəbt edir. İş o yerə çatıb ki, rayonun hətta əlil vətəndaşları belə torpaq məsələlərində ciddi haqsızlıqlara məruz qoyulurlar. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz bir neçə dəfə bu mövzuya dair bəzi açıqlamalar təqdim etmişdik.Məsələn, bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və Aqrar islahatlar üzrə müavin Rüstəm Nağıyev hətta əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar. Açıqlamada bildirilmişdi ki, bu məmurlardan hansısa həmin torpaq sahəsində özünə ev tikdirir. Sürəyya Məmmədovanın isə, heç şikayətlərini də dinləyən olmamışdı. Çarəsiz qalan əlil qadın da düşdüyü vəziyyətlə barışaraq, durumu belə şərh etmişdi: “Mən nə edə bilərəm axı, rayonda Ramiz Yediyarovun qoçuları Qüdrət Paşayev və Rüstəm Nağıyevdir. Mənim torpağımı da onlar zəbt ediblər. Qüdrət Paşayevdən soruşmaq lazımdır ki, bu neçə illər ərzində yığdığı pullar, tikdirdiyi malikanələr ona azlıqmı edir ki, ikinci qrup əlilin torpağını əlindən alır?” Biz Sürəyya xanımla tam razıyıq. Əlbəttə soruşmaq lazımdır. Amma təəssüflər olsun ki, soruşan yoxdur. Və soruşan olmadıqca, bu məmurların da əl-qolları daha geniş açılır, onların haqsızlıqlara məruz qoyduqları vətəndaşların da sayları durmadan artır.Bu günlərdə redaksiyamıza yenə də torpaq problrmi ilə bağlı daha bir Gədəbəy sakini müraciət edib. Maraqlıdır ki, bu vətəndaş da II qrup əlildir. Amma Sürəyya Məmmədovadan fərqli olaraq, Miskinli kənd sakini Fazil Abdullayev əlil statusunu 2011-ci ildə Xocavənddə hərbi xidmətdə olarkən, döyüş şəraitində yaralandıqdan sonra alıb. Fazil Abdullayev bildirir ki, bir müddət bundan əvvəl o, ev tikmək və məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi almaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət edib. Şikayətçinin deməyinə görə, onu qəbul edən icra başçısı məsələni həll etməyi həmin vaxt Aqrar islahatlar üzrə müavini olan Rüstəm Nağıyevə tapşırıb. Amma bu tapşırıq necə verilibsə, Fazil Abdullayev indiyə kimi torpaq sahəsi ala bilmir. Şikayətçi xüsusi olaraq qeyd edir ki, artıq düz üç dəfə qəbulda olub və ondan tələb olunan bütün sənədləri də hazırlayıb təqdim edib. Amma bütün bunlara baxmayaraq, torpaq sahəsi ayrılmır ki, ayrılmır...\\bizimdovr.az\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30 |
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12 |
|
|
|
|