"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

В«Ulduz-SВ» MMC-nin görünməmiş mənzil fırıldağı - ŞİKAYƏT VAR
Tarix: 26-04-2016, 10:47 | Çap et
В«Ulduz-SВ» MMC-nin görünməmiş mənzil fırıldağı
В«4 ildən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuzda özünə pansionat tikdirmişdir…»
В«TəzadlarВ»a Sumqayıt şəhəri, 26-cı məhəllə, ev-5//6 , mənzil 7 ünvanda yaşayan İmanov Qədir İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub… Şikayət məktubu Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlıdır. Ərizədən bəlli olur ki, İmanov Qədir İsmayıl oğlu 29 noyabr 2011-ci ildə Nərimanov rayonu, В«KeşləВ» bazarına yaxın sahədə yerləşən В«ANTВ» firması adlanan binada fəaliyyət göstərən В«Ulduz-MMCВ»ni təmsil edən Fikrət Hacıyev adlı şəxslə görüşüb və ona 37.125 min manat nəğd pul verərək həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdirdiyi 4 blokdan ibarət binanın 4-cü ayrıca inşaa olunan binanın 5-ci mərtəbəsində ümumi sahəsi 82,5 kvm. sahəsi olan ikiotaqlı 37-ci mənzilini alır…

Fırıldaqçıların yeni fırıldağı…

В«Ulduz-MMCВ»ni təmsil edən Fikrət Hacıyev adlı şəxs pulu qəbul edəndən sonra MMC-nin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyev adlı şəxsə (mobil telefonu təqdim edilir) tapşırır ki, müvafiq sənədləşmə aparılsın… Və sənədləşmə deyilən kimi də aparılır (Redaksiyada 29.11.2011-ci ildə tərtib olunmuş 149-59 saylı möhürlənmiş müqavilə, həmin tarixli В«Maliyyə ArayışıВ» və digər sənədlər vardır).
Beləliklə, İmanov Qədir İsmayıl oğlu bütün lazımi sənədləri qəbul edir, bircə qalır yeni mənzilinin açarını qəbul etmək. Amma… Düz 5 ildir ki, ailənin gözü yolda, qulağı səsdədir ki, yeni mənzilin açarını alacaqlar… Lakin atalar demiş, В«Sən saydığını say, gör…» В«Ulduz-MMCВ» nə sayır… Adı çəkilən MMC-nin saydığının nədən ibarət olduğunu xırdalamağa artıq lüzum qalmır. Hələlik bircə onu deyə bilərik ki, ortada dələduzluğun açıq-aydın əlamətləri var. Bunu şikayətçi Baş Prokuror Zakir Qaralova yazdığı ərizəsində qeyd edir və bunu sübut edən sənədləri və maddi sübutları da В«TəzadlarВ»a təqdim edib….
***
Beləliklə, MTK-nın mənzil fırıldağı ilə üz-üzə qalmış şikayətçi Baş Prokurora müraciətində yazır:
В«Hörmətli Cənab Baş Prokuror!
Bildirirəm ki, 29 noyabr 2011-ci il tarixdə Nərimanov rayonu, “Keşlə” bazarına yaxın sahədə yerləşən “ANT” firması adlanan binada fəaliyyət göstərən “Ulduz-S-MMC” firmasını təmsil edən Fikrət Hacıyev adlı şəxsə 37.125 manat (otuz yeddi min yüz iyirmi beş manat) pul ödəyərək həmin firmanın Yasamal rayonu, Yeni Yasamal Yaşayış massivində inşa etdikləri 4 blokdan ibarət binanın 4-cü, ayrıca inşa edilən binasının 5-ci mərtəbəsində ümumi sahəsi 82.5 kv.m sahədən ibarət ikiotaqlı 37-ci mənzili almışam. Özünü iş adamı kimi təqdim edən, hətta vətəndaşları qəbulunda xeyli müddət gözlətdirən bu şəxs, pulu aldıqdan sonra şirkətin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyev adlı şəxsə (050-212-19-17) zəng edərək müqavilənin tərtib edilməsini tapşırdı və qısa bir müddət ərzində müqaviləni, eləcə də, qeyd olunan məbləğdə pulun ödənməsinə dair maliyyə arayışını gətirərək Fikrət Hacıyevə təqdim etdi. Sonuncu möhürlə 149/59 saylı, 29 noyabr 2011-ci il tarixli müqaviləni təsdiq edərək imza olunması üçün mənə verdi və mən də öz adımdan müqaviləni imza edib şərtləri ilə tanış olub götürdüm. Fikrət Hacıyev müqaviləyə xeyir-dua verdikdən sonra, bir il ərzində evin təhvil veriləcəyini və hal-hazırda da orada güclü tikintilər getdiyini söylədi. Mən tikintiyə və gedən işlərə baxmaq üçün tikintinin aparıldığı ünvana getdim və orada artıq üç bloklu evin tikintisinin müəyyən hissəsinin başa çatdığını, 4-cü ayrıca yerləşən blokun isə ilk mərtəbələrinin tikintisinin aparıldığının şahidi oldum. Tikintidə В«MaisВ» adlı briqadirin bir neçə fəhlələrlə işlədiyini görüb ondan da tikinti barədə məlumat əldə etdim və tikintinin bir ilə tamamlanacağını eşitdim. Bundan sonra mən tikintinin başa çatmasını gözləməli olsam da mütəmadi olaraq tikinti ilə maraqlanmaq üçün gedib maraqlanırdım və heç bir tikinti aparılmadığının şahidi olurdum. Aradan bir neçə ay keçdikdə tikintinin meneceri Fariz Allahverdiyev tərəfindən/ 050-212-19-17/ mənə zəng daxil oldu və o mənə bildirdi ki, Fikrət müəllim xahiş etmişdir ki, bir nəfər Rusiyadan gəlmiş alıcıları ilə mən mərtəbəmizdəki ünvanların yerini dəyişək. Belə ki, yeni alıcı yuxarı mərtəbə istədiyindən 4-cü mərtəbədə olan 28-ci mənzili istəmir. Mənim 5-ci mərtəbədən 4-cü mərtəbəyə dəyişməyimi xahiş etdikdə mənim üçün bir mərtəbə fərq etmədiyindən , eləcəə onların dələduz niyyətlərindən xəbərsiz olduğumdan etiraz etmədən onların xahişini yerə salmadım. Mən Fariz Allahverdiyevin zəngi və Fikrət Hacıyevin dəvəti ilə onun o vaxt yerləşdiyi В«ANTВ» firmasının inzibati binasına getdim. Orada Fikrət Hacıyev məndən müqaviləni alaraq Fariz Allahverdiyevə verdi və sonuncu həmin müqaviləni dəyişdirərək ikinci müqaviləni verdi. Yəni, 37-ci mənzil məndən alınaraq əvəzinə qeyd etdiyim kimi 4-cü mərtəbədən iki otaqlı 28-ci mənzili verildi və ilkin müqavilədə göstərilən 29 noyabr 2011-ci il tarix isə dəyişdirilmədən müqavilədə saxlanıldı. Bunlar mənim üçün əhəmiyyət kəsb etmədiyindən heç bir etirazımı bildirmədim və yeni müqavilə və maliyyə arayışını alıb özümdə saxladım. Ancaq hər etimala qarşı köhnə müqavilənin və maliyyə arayışının surətlərini çıxararaq özümdə saxlayıb, yeni tərtib ediləcək müqavilənin əslini aldıqdan sonra onlara həmin müqaviləni təqdim etdim.

В«4 ildən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuzda özünə pansionat tikdirmişdir…»

Fikrət Hacıyev mənim nə üçün belə ehtiyatlı davranmağımdan, onlara etibar etməməyimə irad bildirərək mənə öz narazılığını ifadə etdi. Doğrusu, gələcəkdə başıma gətiriləcək bəlaları düşünmədən nə üçün bu kimi variantlara əl atıldığını hələ də anlamırdım və güman edirdim ki, bir il ərzində mən öz evimin, mülkiyyətimin sahibi olacağam. Lakin bu belə olmadı, mən bir qrup dələduz tərəfindən aldadıldım və nəticədə 4 il müddətdən sonra mənə məlum oldu ki, Fikrət Hacıyev mənim kimi daha 17 nəfər alıcını aldatmış, külli miqdarda pulları ələ keçirərək Tovuz rayonunda özünə pansionat tikdirmişdir. Dələduzluğunu ört- basdır etmək üçün binanın tikintisini guya başqa firmaya həvalə etmiş kimi alıcıları aldatmışdır. Mən, aldığım evlə maraqlanmaq üçün binanın tikintisini guya davam etdirən, Binəqədi rayonu В«HollivudВ» restoranında yerləşən В«ŞərurВ» MTK firmasına getdikdə orada mənim adımın siyahıda olmadığımı bildirdilər.

В«Fikrət Hacıyev В«ANTВ» firmasından qaçmışdı və Nərimanov rayonu, T.Əliyev küçəsindəki В«İlhamedВ» klinikasının yerləşdiyi binanın 2-ci mərtəbəsində özünə başqa bir gizli ofis tutmuş, bir katibə ilə orada oturmuşdu…»

Mən qeyd etdiyim ünvanda yerləşən iki otaqlı mənzilin sahibi olduğumu onlara əlimdəki sənədləri göstərməklə izah etməyə çalışsama firmanın işçiləri bildirdilər ki, onlarlıq bir iş yoxdur, guya onlar sadəcə, yarlmçıq qalmış binanı alaraq tikintisini davam etdirirlər və В«UlduzВ» MTK-dan daxil olmuş siyahı əsasında mənzilləri başqa alıcılara verirlər… Mən Fikrət Hacıyevi aradım və məlum oldu ki, o, əvvəl insanları qarşılayıb pulunu aldığı В«ANTВ» firmasından qaçmış və Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən, В«İlhamedВ» klinikasının yerləşdiyi çoxmərtəbəli binanın 2-ci mərtəbəsində özünə başqa ofis tutmuş, bir nəfər katibə ilə orada oturmuşdur. Həmin ünvanda onunla görüşərək nə üçün mənim adımın göndərilən siyahıda olmadığını və ümumiyyətlə, nə üçün 4-5 il müddətdən sonra belə bir dələduzluğun səbəbini aydınlaşdırmasını tələb etdim. F.Hacıyev bildirdi ki, sizin evin hal-hazırda 58.000 manat qiyməti var və gətir əlavə pul ödə, sənin adını siyahıya yazdırım. Məndən rüşvət tələb etdiyini, eləcə də 2011-ci il tarixdə müqavilədə göstərilən pulların ödənildiyi halda bu müddətdən sonra belə bir dələduzluq hallarına görə şikayət edəcəyimi ona dedikdən sonra o məndən xahiş etdi ki, ona 2015-ci ilin oktyabr ayınadək vaxt verim. Mənə vəd verdi ki, sənə həmin binadan, orada olmazsa o ətrafda, olmazsa Xırdalan şəhərindən ikiotaqlı mənzil verəcəyəm. Hətta bildirdi ki, mən bilirəm ki, sənin əlindəki sənədə mən başımla cavab verirəm, heç nədən narahat olmaq lazım deyil. 2015-ci ilin oktyabr ayına kimi onu gözləməyimi, heç yerə şikayət etməməyimi xahiş etdikdə mən ona inanıb heç yerə müraciət etmədim. Onun vəd verdiyi vaxtı gözlədim və həmin vaxt ona zəng etsəm də telefonunun bağlı olduğunu gördüm. Onun Nərimanov rayonu, В«İlhamedВ» klinikasının yerləşdiyi hündürmərtəbəli binanın ikinci mərtəbəsində ofisi və katibəsi olduğu yerə dəfələrlə getsəm də katibəsi Fikrət müəllimin məşğul olduğunu deyərək məni içəri buraxmamış, bəzi vaxtlarda isə onun yerində olmadığını demişdir. Dəfələrlə get-gəldən sonra onunla yalnız bir dəfə görüşə və bir dəfədə telegonla danışa bilmişəm və evimi tələb etdikdə onu narahat etməməyimi acıqlı formada bildirərək В«Əlindən nə gəlir onu et və hara istəyirsən şikayət et, uzaq başı deyəcəyəm ki, mənə pul verməmisənВ», dedi… Sonradan mənə məlum oldu ki, bu şəxs В«Uldus-S-MMCВ» firmasında heç bir səlahiyyət sahibi olmamış, yalnız qeyri- rəsmi olaraq firmanı təmsil edərək mənim kimi şəxsləri dələduzluq yolu ilə aldatmaqla məşqul olmuşdur.
Cənab Baş Prokuror!
Mən bir Azərbaycan vətəndaşı olaraq hüquqlarımın bərpasını, əmlakımın qaytarılmasını, dələduzun cinayət məsuliyyətinə cəlb olunmasını Sizdən xahiş eirəm. Dövlətimizin prezidenti İlham Əliyev cənabları mənim kimi milyonlarla Azərbaycan vətəndaşının əmlak, mülkiyyət, can güvənliyinin təminatçısıdır. Cənab Prezident dəfələrlə öz çıxışında, ictimaiyyətə müraciətlərində bu kimi işbazların, dələduzların qanunla ciddi cəzalandırıldıqlarını bildirmişdir. Mənim üç övladım var, Sumqayıt şəhərində yaşayıram, iki tələbə oxuduram, həyat yoldaşım 3-cü qrup əlildir. Onlar hər gün bu yollarda əziyyət çəkirlər. Uzun illərlər onların boğazından, geyimindən, istirahətindən, sağlamlığından kəsib qəpi-qəpik pul yığıb, bir hissəsini borc edb tələbə uşaqlarımın Bakı şəhərində yerləşdirilmələri üçün çalışsam da Fikrət kimi dələduzlar mənim bu ümidimi puça çıxarmış, uzun illərimin zəhmətini mənimsəmişlər.
Odur ki, Fikrət Hacıyev və ona yardımçı olmuş, insanları dələduzluq yolu ilə aldadılaraq külli miqdarda əməlakının ələ keçirilməsinə şərait yaratmış firmanın direktorunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə cinayət işinin başlanması, əmlakımın, pulumun qaytarılmasının təmin olunmasına göstəriş verməyinizi xahiş edirəmВ».
(Davamı var)
В«TəzadlarВ»ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Dünən, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Dünən, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Dünən, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Dünən, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Dünən, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Dünən, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru