Eldar Mahmudovun qudasının bankı da “getdi” - Belə deyirlər...
Tarix: 12-05-2017, 11:11 | Çap et
 Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası dəyişdirildi. Sərəncamdan sonra bankların yaxın günlərdə ya bağlanması, ya da birləşdiriləcəyi məsələsi gündəmə gəldi. Ekspertlər hesab edirlər ki, birləşdirilməsi planlaşdırılan banklar əsasən maliyyə göstəriciləri aşağı olan, zərərlə işləyən banklardır.
Qeyd edək ki, bu proses ötən ildə başlanıldı və nəticədə 11 bankın fəaliyyətinə xitam verildi. Amma bu proses sonra niyəsə yarımçıq qaldı. Bu prosesin dayandırılmasında bir çox amillər önə çıxdı. Əsas məsələ əmanətlərin geri qaytarılması məsələsi idi ki, 1 ildən çoxdur bağlanan banklarıda əmanətləri olan şəxslər hələ də tam olaraq öz pullarını ala bilməyiblər. Məhz bu kimi səbəblərə görə bağlanmalı olan banklar bazarda saxlanıldı. Bu isə iqtisadi aktivliyi azaltdı, bank sektoruna olan inamı tamamilə zəiflətdi. Çünki bank sektoru aparılan islahatlara rəğmən hələ də sağlamlaşdırılmadı.
İndi bu fərmandan irəli gələrək bir çox bankların birləşdirilməsi və ya bağlanması yenidən gündəmə gələcək. Azərbaycanda problemi olmayan bank demək olar ki, yoxdur. Bu baxımdan iqtisadçı-ekspertlər hesab edir ki, bankların müqayisəsi daxili bazarda fəaliyyət göstərən banklarla aparılacaq. Yəni, ilk hədəfə gələn banklar məhz ən zəif olanlar olacaq.
Məlumatlara görə artıq prosesin ilkin mərhələsi başlayıb. Belə ki, ilk birləşdiriləcək bank hazırda ləğvetmə prosesində olan “StandartBank” olacaq. Ləğvetmə prosesində olan bankın “AGBank”a birləşdiriləcəyi gözlənilir. Artıq hər iki bank rəhbərlərinin (oxu: StandartBank ləğvetmə prosesində olduğu üçün bankın bütün hüquqları ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna məxsusdur) razılaşdığı bildirilir. Məlumatlarda həmçinin qeyd olunur ki, bu bankların birləşdirilməsinə səbəb əmanətlərdə yaşanan problemlərin həllinə nail olmaqdır. Nəzərə alsaq ki, “StandartBank”ın ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Çingiz Əsədullayev, həm də AGBankın “qoruyucusu” kimi tanınır. Bu, məlumatların əslində reallığa uyğun olduğunu deməyə əsas verən amillərdən biridir. Digər tərəfdən AGBankın özünün də maliyyə vəziyyəti heç də arzuolunan səviyyədə deyil. Hələ ötən ildən bu bankın bağlanacağı xəbərləri yayılırdı. Ancaq AGBanka “krişalıq” edən Çingiz Əsədullayev əlində olan resurslar hesabına hələ ki, bu bankın bazarda qalmasını təmin etməyi bacarıb. Çingiz Əsədullayevi AGBankla bağlayan səbəblər isə hələ uzaq keçmişə dayanır. AGBank yarananda “Azəriqazbank” Səhmdar İnvestisiya Bankı adı ilə bazara daxil oldu. Həmin zamanda bankın İdarə Heyətində Çingiz Əsədullayev təmsil olunurdu. Hələ o, zamanlar əlində kifayət qədər resursları yox idi və banka “krişalıq” etmək gücündə deyildi. Amma sonradan gedən proseslər Çingiz Əsədullayevi hökuməti daha fərqli postlara, güclü mövqelərə daşıdı. Çingiz Əsədullayev isə bu gücdən istifadə edərək sonradan AGBank adlanan bankı öz qanadları altına aldı.
Bir müddət öncə də KİV-lərdə “AGBank”ın bağlanması haqqında məlumatlara o, zaman aydınlıq gətirən “AGBank”ın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov bildirdi ki, bu cür məlumatlar şayiədir. Ancaq diqqəti çəkən bir məqam var ki, “AGBank”ın maliyyə resursları o, zamanda indiki kimi qaydasında deyildi. Bankın bağlanmamasının səbəbi və bankda olan real mənzərə tamamilə fərqli idi. “AGBank”ın hələ də fəaliyyət göstərməsinin əsas səbəbi uzun müddət “Azəriqazbank” Səhmdar İnvestisiya Bankının rəhbərliyində təmsil olunan Çingiz Əsədullayevin “gücü” idi.
Hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayev “AGBank”ın lisenziyasının ləğv olunmasına imkan vermədi. Əks halda “AGBank” da digər 11 bank kimi tarixin arxivlərinə göndəriləcəkdi. “AGBank”ın xilaskarı rolunda hələ də Çingiz Əsədullayev çıxış edir. Bütün bu amillər AGBanka fəaliyyəti davam etdirməyə imkan verdi. Bankın isə maliyyə resursları kifayət qədər pisdi və getdikcə daha da ağırlaşır. Bu bankın xilası üçün isə hal-hazırda müzakirə olunan çıxış yolu da məhz birləşməkdir. Bunun üçün isə zamanında Azərbaycanda ən böyük aktivlərə malik bank hesab olunan “StandartBank” ən sərfəlisi hesab olunur. Hər bir halda yaxın zamanlarda Çingiz Əsədullayevin “qoruyucusu” olduğu AGBank haqqında qərar veriləcək.
Qeyd edək ki, Çingiz Əsədullayev də hazırda həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyev kimi Eldar Mahmudovun qudasıdır. Hətta “qiyamçı səfir” Arif Məmmədov mətbuata açıqlamasında 18 milyard vəsaitin ölkədən çıxarılmasını “qudalar üçlüyü”nün birgə əməliyyatı adlandırmışdı. Cebhe.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
|