Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
Tarix: 10-07-2020, 11:41 | Çap et
 Bir neçə gün əvvəl Şəmkirdən aldığımız məlumata görə, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlamış və külli miqdarda korrupsiya faktı aşkarlamışdı. Məlumata görə, aşkarlanan yeyinti faktı Şəmkirlə də birbaşa əlaqədardı. İddia olunurdu ki, araşdırmalar nəticəsində Şəmkirdə 10 min hektar ərazinin gübrələnməsi adı altında 16 milyon manat silinib. Guya, rayonun bir sıra bələdiyyələrinə külli miqdarda 46% azot elementi ehtiva edən karbamid gübrəsi verilib və bu gübrə torpağa səpilib. Korrupsiya faktının sənədləşdirilməsində bir sıra bələdiyyələrlə yanaşı Şəmkir İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər. Külli miqdarda dövlət əmlakının mənimsənilməsinə KTN-nin məsul şəxslərinin də Şəmkir icra başçısı Alimpaşa Məmmədovla birlikdə xeyir-dua verdiyi bildirilirdi. İddialara görə, KTN karbamid gübrəsini 70%-i dövlət hesabına ödənilməklə fermerlərə satılır. Bu gübrənin idxalı isə ölkədəki bir neçə özəl şirkətə həvalə edilib. Şəmkir icra başçısı Alimpaşa Məmmədovla KTN rəhbərliyinin dövlətin bu xeyirxahlığından yararlanaraq özəl şirkətlər qurduğu və İqtisadiyyat Nazirliyindən fermer təsərrüfatı üçün ayırdığı güzəştləri mənimsədikləri iddia olunurdu. Qeyd edilirdi ki, əslində 10 min hektar üçün nəzərdə tutulan gübrə ümumiyyətlə ixrac olunmayıb. Sadəcə bəzi özəl şirkətlər vasitəsilə sənəd üzərində ixrac-satış əməliyyatları yerinə yetirilib. Yalançı alış-veriş nəticəsində əldə olunan subsidiya pulu isə korrupsiya iştirakçıları arasında ata malı kimi bölüşdürülüb. Məlumatı alarkən KTN-dən faktı dəqiqləşdirmək cəhdimiz baş tutmamışdı. Nazirliyin heç bir telefonu zəngimizə cavab verməmiş, biz də məcbur qalın onun “Qaynar xətt”inə müraciət etmişdik. “Qaynar xətt”dən bizə bildirmişdilər ki, faktı dəqiqləşdirib sorğumuza cavab verəcəklər. Halbuki bizi birbaşa əlaqədar şəxslərə bağlaya bilərdilər. Aldığımız bu cavabın əslində başdan etməyə daha çox bənzədiyini anladığımızdan “torbada həqiqətən pişik” olduğu qənaətinə gəlmişdik. Daha sonra Nazirliyin yetkili şəxslərindən birinin cib telefonu nömrəsini tapıb faktı ondan dəqiqləşdirməyə qərar vermişdik. Zəng etdiyimiz şəxs bizim “qədim dostlarımızdan” olduğundan zəngimizə cavab verilməyəcəyini bildiyimiz halda bu zəhmətə qatlanmışdıq. Sonra “bizdən niyə soruşmadınız”, deməsinlər deyə. Dünən yayılan bir məlumat “torbada pişik olduğunu” bir daha təsdiqlədi. Qafqazinfo-nun yaydığı məlumatda iddia olunurdu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edib.
"İnnovativ peyğəmbərlik" hara, mətbuatdan qaçmaq hara? Məlumatdakı son cümlənin KTN-ni həmin mənimsəmə faktından kənarda tutmağa çalışmaq niyyətindən xəbər verdiyi açıqdır. Ovqat.com-un əldə etdiyi məlumata görə isə KTN-dən də yüksək səviyyəli məmurlar göz altına alınıb. Hətta Kənd Təsərrüfatı naziri İnam Kərimovun “sağ əli” kimi tanınan müavini İlham Quliyevin də göz altına alınanlar arasında olduğu bildirilir. KTN-nin aldığımız məlumata reaksiyasını gözləyirik. Mətbuata qapalı olmaq İnam Kərimovun “innovativ peyğəmbər” imiciylə bir araya sığmır.*** “Yaydığınız məlumat həqiqəti əks etdirmir. KTN-nin nazir müavini İlham Quliyev hazırda işdədir”. Ovqat.com-a bu məlumat KTN-nə yaxın dairələrdən verilib. Bildirildiyinə görə, yaxın saatlarda Nazirlik bu barədə rəsmi məlumat yayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|