"Şirin" MMC-dən ACIDAN HƏRƏKƏT... - İTTİHAM
Tarix: 22-07-2020, 11:51 | Çap et
 2020-ci ildə dünyanı pandemiya öz cənginə aldı. Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər gördü və karantin tədbirlərinə başladı.
Koronavirusla mübarizə üçün isə fond yaradıldı. Azərbaycan prezidenti Cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bir illik maaşlarını Koronavirusla Mübarizə Fonduna bağışladılar. Bu təqdirəlayiq addımdan sonra əksər iş adamları, şirkətlər, adi və sıravi vətəndaşlar, dövlət məmurları da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməyə başladılar.
Bu şirkətlərdən biri də "Şirin MMC" - Qənnadı Fabriki oldu. Alqışlanası addımdır, ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə dəstək durmaq, ianə ayırmaq alqışlanası addımdır. Amma bu, işin sadəcə görünən tərəfidir. Əslində məsələnin bir əmması da var. Sən demə, şirkət Fonda köçürdüyü pulu əməkdaşlarının maaşından tuturmuş.
DİA.AZ bildirir ki, bu barədə Hit.Az-a bir müddət əvvəl sözügedən məsələyə görə şirkətlə yollarını ayıran Zamiq İbrahimov məlumat verib: "2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. İşə qəbul üçün ilk görüşdə şirkət rəhbərliyi iş qaydalarını izah edəndə bildirdi ki, əmək haqqım 1300 AZN olacaq və maaşım rəsmi qaydada adıma açılan bank kartına köçürüləcək. Bundan əlavə, aylıq satışa və müştərilər tərəfindən yığılan ödəmələrə görə bonusların da olacağını bildirdi. Ay tamamında isə maaş kartımı soruşdum, mənə maaşı bu ay kassadan nağd şəkildə alacağımı bildirdilər.
Aprel ayında isə şirkətin İnsan Resursları şöbəsinə çağırıldım və əmək müqaviləsi imzalandı. Mən isə adətim üzrə imzaladığım bütün müqavilələri sona qədər oxuyuram. Əmək müqaviləsini də tam oxudum və müqavilədə rəsmi əmək haqqım 1300 AZN, iş vaxtı həftədə 40 saat olmaqla 5 gün 08:00-17:00 qrafiki ilə göstərilmişdi. Müqaviləni imzaladım.
May ayında da əmək haqqı üçün nəzərdə tutulan bank kartım mənə verilməmişdi. Bu səbəbdən də aprel ayının maaşını bankdan şəxsiyyət vəsiqəmi təqdim edərək aldım. Bankın əməkdaşı hesabıma 1071 AZN köçürüldüyünü bildirdi. Bankdan maaşımı götürüb Şirin MMC-nin mühasibi ilə əlaqə saxladım. Mənə dedilər ki, aprel ayının əmək haqqından 3 günlük məbləğ tutulub və buna görə maaşım 1300 yox, 1071 AZN olub. Amma mən 5 mart 2020-ci il tarixdən Şirin MMC-də çalışırdım. May ayını da işlədim və iyun ayında da yenə də maaş kartım olmadığı üçün şəxsiyyət vərəqəsi ilə bankdan maaşımı almağa getdim. Bu dəfə isə sözün əsl mənasında şoka düşdüm. Çünki 1300 AZN əvəzinə hesabıma 836 AZN köçürülmüşdü. Şirkətə gəldim və bunun səbəbini soruşdum və mənə may ayının 1 həftəsinin maaşının hesablanmadığını dedilər. Bu barədə rəhbərliyə sual verəndə "Qərarı müdiriyyət verib, biz bilmirik” cavabını verdilər.
May ayında mənimlə birlikdə işləyən supervayzer Famil Əliyevin də maaşı ilə bağlı eyni hal təkrarlandı və o da 836 AZN əmək haqqı aldı. Bundan əlavə, mənim tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu.
O günlərdə isə şirkət işçiləri arasında "Şirin MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödəyib. Pulu isə işçilərin maaşından tutur” kimi söz-söhbət gəzirdi.
Həmin gün isə işdən ayrılmaq qərarına gəldim. Ərizə yazıb işdən çıxmaq istədim. Şirkətin satış müdiri vəzifəsini icra edən Eton İbrahimov isə mənə "buyur, yaz. Amma tarix qoyma ayın sonuna qədər işlə, 30 iyun tarixində işdən çıxarsan” dedi. İyun ayının 30-a qədər Şirin MMC-də çalışdım və 30 iyun tarixində şirkətdən ayrıldım.
16 iyul tarixində isə əmək kitabçası və iyun ayı üçün maaşımı almaq üçün şirkətə getdim. Kassada mənə 268.50 AZN maaş yazıldığını dedilər. Bu dəfə isə 3 həftəlik iş günümü nəzərə almamışdılar.
Maraqlıdır ki, şirkət son ayda da rəsmi maaş ödənişi etmədi. Görəsən şirkətin müvafiq dövlət qurumlarına verdiyi hesabatlarda işlədiyim dövrdə mənə verilməli olan 1300 AZN maaşımın tam ödənilməməsi necə izah edilir?”
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi xidmətinə yazılı şəkildə müraciət etməyə hazırlaşıram. Buradan rəsmi şəxslərə müraciət edirəm, bu şirkətlər gördükləri bu cür qara işləri necə gizlədirlər? İşçinin işə gəlmədiyini rəsmi hesabatlarda aktsız, arayışsız necə göstərmək mümkündür? Bu cür şirkətlər haqqında hələ də niyə tədbirlər görülmür?"
Məsələ ilə bağlı Şirin MMC-nin mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|