Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Sahil Babayev buralara nəzarət edə bilmir? - İDDİA
Tarix: 6-10-2020, 11:05 | Çap et
Sahil Babayev buralara nəzarət edə bilmir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın yeni direktoru Samirə Mehdiyevanın yarıtmaz idarəçiliyi ucbatından pansionat sakinlərinin çəkdikləri zülm artıq necə deyərlər, ərşə dirənib. Belə getsə, qocalar arasında intiharlar kütləvi hal alacaq.

Əldə etdiyimiz səhih məlumatlara görə, Samirə Mehdiyeva bu xoşagəlməz tendensiyanın özü üçün gözlənilən mənfi nəticələrindən sığortalanmaq üçün uzaqgörən tədbirə əl atıb. Bildirilir ki, direktor dözülməz şəraitə etiraz səsini ucaldan, bezginlikdən intihar etmək potensialı daşıyan sakinləri dəlixanaya göndərməyə qərar verib. Bu barədə redaksiyamızı məlumatlandıran etibarlı mənbə bildirir ki, bu yaxında pansionatın Hüseynağa Nuriyev adlı sakini de-fakto aclıq instinktinin təsiri altında xörək menyusundakı naqisliyə haqlı etirazını bildirdiyi üçün müəssisə rəhbərliyi tərəfindən “acılanıb” və həqarətə dözməyib özünə bıçaqla xəsarət yetirib. S.Mehdiyeva vəziyyəti “adekvat” qiymətləndirərək, tələm-tələsik tədbir görüb, Nuriyevi Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərib. Məlumatın izi ilə araşdırma apararaq, sözügedən tibb müəssisəsində H.Nuriyevi müayinə etmiş həkimi telefonla arayıb pasientin səhhət durumu ilə maraqlandıq. Həkim bizə pasientin psixi və ruhi vəziyyətində normadan kənar heç nə müşahidə edilmədiyini, Nuriyevin xəstəxanaya nəyə görə göndərildiyini başa düşmədiyini dedi.

Öyrənmişik ki, bir vaxtlar S.Mehdiyevanın müdafiəsinə qalxaraq haqlı tənqidimizə görə redaksiyaya zəng vuraraq bizi qınayan Mahir adlı yaşlı sakin də indi direktorun sərt üzünü görüb. Müəssisə rəhbəri Mahir kişini də hədələyib: “elə eləmə, səni də dəlixanaya saldırım”. Bu isə o deməkdir ki, S.Mehdiyevanın daimi dostu yoxdur, daimi maraqları var.

Aldığımız məlumata görə, S.Mehdiyeva direktor vəzifəsində başlayandan ötən az müddət ərzində 20 nəfərə yaxın adamı qeyri-leqal formada işə cəlb edib, sonda da məvaciblərini verməyərək işdən qovub. Samirənin vədinə inanaraq SOCAR-ın uşaq bağçasındakı işini buraxan gəncəli Nazlı xanımın aqibəti lap pis olub: onun da işə qəbulu sənədləşdirilmədən qovulub. Maraqlıdır, görəsən, pandemiyanın birinci dalğasının pik vaxtında, qocaların pansionatdan bir addım kənara atmaması üçün darvazanı bərk bağlatdıran direktor bu qədər virus daşıyıcısı olmaq ehtimalı olan kənar şəxsi heç bir tibbi müayinədən keçirmədən müəssisəyə buraxarkən nə düşünürmüş? Hərçənd, yanına gətirdikləri arasında direktorun korruptiv tələblərini qeyd-şərtsiz yerinə yetirdiklərinə görə özlərinə möhkəm yer eləyənlər də vardır. Məsələn, əmrsiz-sənədsiz anbardar vəzifəsini qanunsuz icra edən Nurlana adlı qadına o qədər “külli-ixtiyar” verilib ki, kənardan baxanda pansionatın bir deyil, iki direktoru olduğu təsəvvürü yaranır.

Direktorun “etibarlı” kadrlarından biri də bardan gətirib pansionata aşpaz vəzifəsində qeyri-leqal işlətdiyi Rəna adlı qadındır. Direktor ona pansionatın ikinci mərtəbəsində komfortlu otaq verib. Həmin otağın əvvəlki sakini olan ahıl adamı zorla çıxarıb. Rəna da əsla borclu qalmır. Bildirilir ki, Rəna hər gün eyni vaxtda macal tapıb həm direktora çatası, həm də özü üçün nəzərdə tutduğu ərzaq payını sonradan aradan çıxarmaq üçün mühafizəçi polisin yanına qoyurmuş. Qonşu yardımçı binada məskun olan, gözüaçıqlığı, diribaşlığı ilə seçilən Qabil Quliyev onun daim təkrarlanan bu hərəkətini müşahidə edərək video-qeydə alıb və direktor-aşpaz cütlüyünü şantaj eləməyə çalışıb. Qovğaları hələ də davam edir.

Bütün bunlar və daha əvvəl bu mövzuda yazdıqlarımız belə qənaətə gəlməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev sadəlövhcəsinə Vüqar Behbudovun təqdimatına inanaraq Samirə Mehdiyevanın şəxsində idarəçiliyə yarımayan, vəzifə funksiyasının nədən ibarət olduğunu bilməyən, olduqca həssas bir kontingentlə işlədiyinin fərqinə varmayan, qoca, atılmış adamlarən psoxologiyasına bələd olmayan, yalnız şəxsi maraqlarını güdən daşürək birini rəhbər vəzifəyə təyin edib.

P.S. Yazı hazırlanarkın, Nurəddin Hüseynovun qohumlarından biri redaksiyaya zəng vuraraq bildirdi ki, onlar 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedərək, onunla görüşmək istəyiblər. Onları koronovirus bəhanəsi ilə görüşdürməyiblər. Naəlac qalıb özləri ilə gətirdikləri ərzaq sovqatını, ismarıclarını və mobil telefon nömrəsi yazılmış məktubu Hüseynova çatdırılmasını xahiş ediblər. Qayıdandan sonra xəstəxananın müvafiq şöbəsinin müdiri Leyla xanımla telefonla əlaqə saxlayıb Hüseynovun vəziyyətini, sovqat və ismarıclarının ona çatıb-çatmadığını soruşublar. Şöbə müdiri ərzaq bağlamasının çatdırıldığını təsdiqləsə də, telefon nömrəsinin Nurəddin kişiyə verilməsinin məqsədəuyğun sayılmadığını deyib: “O neyləyəcəkdi ki, nömrəni? Ona telefon verilmir axı... Ona bir aylıq müaliciə kursu yazılıb. Vaxtın yarısı gedib. İki həftə sonra çıxar, qayıdar pansionata, orda görüşərsizsə, danışarsız...”

Qohumunun sözlərinə görə, Leyla həkim N.Hüseynovun telefonla danışmasına imkan verilməməsinin səbəbini onun guya aqressiv olması, gah rüşvət təklif etməsi, gah Ombudsmanla görüş tələb etməsi, hələ də özünü öldürəcəyini deməsi ilə əlaqələndirib. Çox qəribədir ki, Leyla həkim Nurəddinin qohumu ilə söhbət əsnasında bir neçə dəfə ona Samirə Mehdiyeva ilə danışmağın vacibliyini, hətta ismarıcda yazılmış telefon nömrəsini də pansionatın direktoruna verdiyini deyib. Bir sözlə, sətiraltı da olsa sezdirib ki, baş verənlər məhz Samirənin sifarişi əsasında həyata keçirilir.

P.S.S. Müşahidələrimizdən çıxan nəticə budur: Təkcə dəlilər deyil, elə haqqı tapdalanan ağıllılar da Nurəddin kişinin düşdüyü vəziyyətdə olsalar, onun elədiyi hərəkətləri eləyərlər. Azadlığa can atmaq insanın halal haqqıdır. Bəyəm rüşvət təklif etmək, Ombudsmanla görüş tələb etmək, tələbinin yerinə yetirilməyəcəyi təqdirdə intihar edəcəyini bəyan etmək üçün məhz dəli oilmaq lazımdır? Aydın məsələdir, ona heç kimlə görüşməyə, danışmağa imkan verilməyəcək. İntihar etməsinə mane olmaq üçün əl-qolunu sarıya, iynə vurub passiv vəziyyətə də gətirə, həqiqətən dəli eləyə bilərlər. Vaxt gözləmir, ona görə də hüquq-mühafizə orqanları bu məsələyə təcili müdaxilə etməlidirlər.
Nyus.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru