Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                     Konstitusiyalı anarxiya .....                     Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? .....                     Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                 

“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
Tarix: 3-11-2020, 08:51 | Çap et
“Qaçqınkom” ləğv ediləcək, yoxsa...
Azərbaycan Ordusunun bir aydan artıq müddətdə apardığı Vətən müharibəsi və əldə olunan misilsiz zəfərləri böyük qələbənin çox da uzaqda olmadığından xəbər verir.

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.

Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də ləğv olunacaqmı? Yoxsa böyük qayıdış dövründə də bu qurumun fəaliyyətinə ehtiyac olacaq? Ümumilikdə, bu prosesdə hansı qurumlar iştirak edəcək və məcburi köçkünlərlə bağlı hansı qərarlar ola bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, torpağı işğaldan azad olunan vətəndaşların köçürülməs ilə bağlı ayrıca qanun qəbul olunmalıdır: “Bu proses qaçqınlara aid deyil, çünki qaçqın deyəndə Ermənistandan gəlmiş vətəndaşlarımız nəzərdə tutulur. Ona görə də onların torpaqları hələ azad edilməyib. Biz gərək Ermənistanda onlar üçün ya muxtariyyət, ya da torpaq məsələsini həll edək ki, onların da məsələsi çözülsün. Ancaq məcburi köçkünlər Qarabağ və onun ətrafında olan rayonlardan köçməyə məcbur edilən vətəndaşlarımızdır. Onların azad olunan torpaqlara qaytarılması istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı ayrıca qanun da qəbul olunmalıdır. Çünki bu böyük bir prosesdir. Bu qanunda həm onların hüquqları, həm də burada olan müəyyən problemlərin həlli ilə bağlı məsələlər öz həllini tapmalıdır. Çünki məcburi köçkünlərin illərdir yerləşdiyi yaşayış evləri, obyektlər var. Müxtəlif vətəndaşlar illərdir gözləyirlər ki, evləri boşaldılsın. Bütün bunlar da qanunvericiliklə tənzimlənməlidir. Bunun hansı formada olacağı ilə bağlı indidən ictimai müzakirələr aparılmalıdır və həmin icmaların təmsilçilərinin iştirakı ilə optimal variant tapılmalıdır. Çünki onların əksəriyyətinə dövlət ev verib və yeni azad olunan torpaqlarda da dövlət ev tikib onları köçürəcəksə, o zaman dövlətin burada çəkdiyi məsrətflər və başqa məsələlər fərqli istiqamətə yönəldilməlidir. Burada məcburi köçkünlərin şəxsi mülkiyyətindən söhbət getmir, o toxunulmazdır, dövlət təmin etdiyi əmlak üzərində optimal bir qərar qəbul olunmalıdır. Bu məsələ ictimai müzakirədən keçməlidir, konsensusla ümumi maraqların təmin olunması ilə qərar qəbul olunmalıdır. Oraya təkcə məcburi köçkünlər getməyəcək, həmçinin könüllülərin köçməsi də nəzərdə tutulur. Başqa yerlərdən də insanlar da həmin torpaqlara köçüb yaşaya bilərlər. Onlar üçün də ayrıca şəraitin yaradılması düşünülməlidir. Bu məsələlər ictimai müzakirə olunmalıdır ki, kimsə incidilməsin və daha rahat şəraitdə məskunlaşmanı həyata keçirək”.

F.Mustafa vurğuladı ki, bu prosesin həyata keçirilməsi təkcə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin deyil, digər bir çox qurumların, o cümlədən azad olunmuş rayonların yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “Müvafiq icra hakimiyyəti orqanlarının görəcəyi işlər də böyükdür. Onlar köçüb həmin ərazilərdə fəaliyyət göstərəcəklər. Hansı rayon işğaldan azad edilibsə, həmin rayonun icra başçısı öz aparatı ilə birgə o əraziyə köçməlidir. Onların da birgə iştirakı ilə plan hazırlanmalıdır, konkret hansı vaxta və müddətə bu ərazilər bərpa olunacaqsa, işlər bitən kimi dərhal həmin insanların oraya köçürülməsi təmin olunmalıdır. Burada iş adamlarının və çevrəsinin də rolu vacibdir, onlar hansı sürətlə bu prosesi həyata keçirəcəklər, övlət bu prosesi hansı sürətlə həyata keçirəcək- bütün bunların həllini tapması vacibdir”.

Deputat onu da vurğuladı ki, məcburi köçkünlərin bu statusunun ləğvi ilə bağlı danışmaq hələ tezdir: “Bu vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir. Ancaq hələ ki köçürmə prosesi baş tutmayıbsa, onların bu statusunun ləğvi mümkün deyil. Lakin konkret olaraq kimsə köçməkdən imtina edəcəksə, hansısa neqativ situasiya ortaya çıxacaqsa, o zaman bu status avtomatik olaraq onlardan alınmalıdır”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər: “Repartasiya ilə bağlı heç nə deyə bilmərəm, çünki bu barədə bizdə bir məlumat yoxdur. Ola bilər ki, bu böyük bir dövlət proqramı olsun”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilməsi və ya böyük qayıdış prosesində iştirak edəcəyi ilə bağlı məsələyə gəlincə, İ.Mirzəyev bildirdi ki, bu, Nazirlər Kabinetinin qərarı əsasında müəyyən oluna bilər: “Biz Nazirlər Kabinetinin tabeliyində olan icraedici qurum olaraq özümüzlə bağlı qərar verə bilmərik. Bununla bağlı qərar ya Nazirlər Kabineti, ya da Prezident Administrasiyasi tərəfindən verilə bilər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər: “Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” nın vəzifə və funksiyalarında Dövlət Komitəsinin məcburi köçkünlərin qayıdışı ilə məşğul olması haqqında bənd qeyd edilib. Vəzifələrin 2.6-cı bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq tapşırılır, funksiyalarının 3.20-ci bəndinə əsasən isə qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumları ilə qarşılıqlı əlaqədə həyata keçirir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53
Beh alıb, məclisə getmədi
Dünən, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru