“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                 

Səhiyyə Nazirliyində “bürokratiya xərçəngi” - NARAZILIQ!
Tarix: 30-03-2021, 11:14 | Çap et
Səhiyyə Nazirliyində “bürokratiya xərçəngi”
Əgər bu olayı bizim klassiklərimiz qələmə alsaydılar, yəqin ki, belə başlayardılar: Hadisə vaqe olur 2021-ci ildə, yazqabağı, məsələn, Xəzər dənizi kənarında, Bakü şəhrində, yeldöyən Bayılda yerləşən 33 saylı Poliklinikada, şəkər xəstələrinin insulin dərmanı aldıqları ikinci qatdakı (mərtəbədəki) onkoloq həkimin qapısında. Mağmın baxışlarla növbə gözləyən cürbəcür xəstələr halay vurub oturublar, hamısının da üzündə üzəvari (saxta, protokol xətrinə) təbəssüm, içində gözləmə iztirabı, çoxluqdan az qala bir-birinin ağzının içinə girirlər. Təzə gələnlər növbə axırıncılarını soruşanda kimsə axırıncılıqdan qurtulmaq sevincilə cavablayır, arada bir hamıya minnət qoyan, sanki xəstə gözlətməkdən ləzzət alan, hər kəsin öz xəstə halını əzbər bildiyindən nəyisə dəqiqləşdirməyə ehtiyac olmadığı, məlumatların kartoçkada və kompüterdə hazır olduğu halda belə, hərəyə 15 dəqiqə vaxt ayırıb yubatmaqla öz çəkdiyi zəhmətini də yerə vuran bu yığnağın “hakimi”nin – həkiminin hamını əsəbləşdirən sifəti və bu basrıqda “kef” eləyən, bəzilərimizin çox vaxt saymazlıqdan qurbanı olduqları, o gözəgörünməz, öldürücü koronaviruslar…

Mən hələ şəkər xəstəsi deyiləm, ancaq onu bilirəm ki, əgər burada yaşananları qəzet, yaxud kitab oxumaqla boş verməsəm, həyat yoldaşım üçün almağa məcbur olduğum insulin növbəsində dözümsüzlükdən özümün də əsəb və şəkər xəstəliyinə tutulmağım uzaqda deyil, şəkililər demişkən “habudu ağzuun içində…”. Ömür gün yoldaşım da, bu əzablara dözməyib, əlacsızlıqdan ümid yeri və “ağır artileriya” kimi məni qabağa vermək məcburiyyətində qalmışdır. Yazıq neyləsin, yoxsa öncə olan-qalan siniri və sonra da özü əldən gedə bilərdi, necə ki, mən özüm bu yaxınlarda əsəbdən az qala əldən getmişdim. Aşağı təzyiqli olmağıma baxmayaraq, təzyiqim qalxdı. Belə getsə, bizim insulin növbəsindəki xəstələr, Astara Gömrüyünün qapısındakı alverçi dırmaşenko arvadlar növbədəkilərin başları üstündən qabağa keçdikləri kimi (bir dəfə mənim də başımın üstündən beləcə addayıblar), insan əzabından ləzzət almaqla öz vacibliyini hər an bizə bildirmək istəyən onkoloqdan, ayda bir dəfə keçirilən bu əzablı insulin “sınaq imtahanlarından” sonra artıq dilənçi payına dönmüş bir parça cıqqılı pensilin şüşəsində insulin alacaqlar…

Mən çox səbr edəndən sonra nəhayət, nəsə bir xeyir iş görmək istəyən biri kimi, bu iyrəncliklərə dözməyib bir neçə dəfə poliklinikanın baş həkimi və müavininin qəbulunda oldum. Və bu adam alçaldan abırsız səhnələri onların diqqətinə çatdırıb, belə olmaması üçün təklifimi versəm də, bu abırsızlığı özü üçün daim yem axuru kimi saxlamaq məqsədilə, məni mədəni qaydada, cəncəl adam kimi başdan eləmək üçün növbəsiz dərman almağıma yardımçı olmaqdan başqa bir xeyri olmayıb. Çünki belə basrıqlar, tozanaqlar onların, hökumət tərəfindən qanunla təmin olunmayan maddi maraqlarının əlavə təmin edilmə üsulu, vasitəsidir, başqa sözlə, belə vəziyyət onların maddi marağındadır…

Nə qədər ki, hökumət səhiyyədə gərəkən islahatlar aparıb, vəziyyətdən qanuni çıxış yoluna, yəni məsələn Almaniya kimi ellikcə tibbi sığortaya keçməyib, həkimlərin və xidmətçi işçilərin maaşını yetərincə – bazara uyğun artırmayıb, bürokratlar bu biabırçılıqları yaşatmaqda, yeni və daha mürəkkəb dələduzluq üsulları fikirləşməkdə davam edəcək, qəttəzə fırıldaqlarını tətbiq etməkdə “haqlı” olacaqlar ki, bu da rejimin ayrılmaz cığırdaşı, sosial bəlası sayılmaqla yanaşı, həm də onun qəbirqazanı rolunu oynayacaqdır. Söhbət təkcə 33 saylı Poliklinikadan getmir, mən bunu bir nümunə kimi vurğuladım. Söhbət bütün ölkədə səhiyyə sistemindəki gözə girən, ömrümüzü azaldan, bizi alçaldan və əslində çox asanlıqla düzəldilə bilən çatışmazlıqlardan gedir.

Mənim Fəxrədddin və Qalib adlı iki dostum bu bürokratiya xərçəngi ucbatından dövlətin onlara ayrdığı insulini almaqdan imtina ediblər, çünki əsəbləri dözmür. Onlar kimi minlərlə xəstənin payını satışa çıxaranlar isə bu qaydasızlığı ciddi-cəhdlə qoruyub saxlamağa çalışırlar. Bax, qanunsuz yem yeri olan bu qaydasızlıqlar aradan qaldırılmalıdır. Səhiyyədəki indiki bürokratik qayda (əslində qaydasızlıqlar) insanları dövlətdən narazı salır, çünki dövlətin qanuni olaraq vətəndaşa ayırdığı dərmanın ona çatdırılmasına, müalicəsinin lazımı keyfiyyətdə aparılmasına bilərəkdən əngəl törədilir və əlbəttə ki, şəbəkələnmiş “korrupsiya piramidası” yaradılır…

Dövlət idarəçılıyınin ayrı-ayrı sahələri üzrə şəbəkələnmiş və öz “qara qaydalarıyla” oturuşmuş “korrupsiya piramidaları”nın üzvləri maddi maraqları əsasında öz sıralarını uğurla qoruya bilirlər. Ona görə də tək-tək adamların bu sistemə qarşı çıxması onların şərlənərək aradan götürülməsilə sonuclanır. Bu təqribən intihara bərabər bir şey olub, təklənmiş şəxsin öz faciəsilə bitir. Deməli, bunlara qarşı mübarizə də təşkilatlanmaqla, sistemli şəkildə aparılmalıdır, tək-tək yox…

Bax, elə 15 mart 2021-ci il tarixdə bir dərmanı almaq üçün artıq ikinci dəfə poliklinikaya getmişdim (çünki keçən dəfə adam çoxluğundan almaq mümkün olmamışdı). Mənim dərman almaq üçün həkimin verəcəyi vərəq hazır olmalı idi. Vərəqi aldım, aşağıda məlum oldu ki, həkim həmişəki kimi yazmalı olduğu iki insulun əvəzinə, bir insulin yazıb, yoldaşım isə bir aya ikisini sərf edir. Təkrar həkimin yanına qalxdım ki, düzəliş etsin. Bu zaman ara qarışdı, onkoloq həkim və tibb bacısı həyacanla bir nəfər növbə gözləyən xəstənin özünə gəlməsi üçün tibbi yardım etməyə-damarına şprislə qlükoza yeritməyə, ona şokalad yedirtməyə başladılar. Xəstə başı sinəsinə əyilmiş, tamam hərəkətsiz və reaksiyasız halda idi. 5-10 dəqiqədən sonra təqribən 35-40 yaşlı oğlan özünə gəlməyə başladı. Məlum oldu ki, oturub növbə gözləyən vaxt şəkəri aşağı düşüb, az qala komaya düşəcəkdi, yaxşı ki, kimsə vaxtında bunu görüb, yardım etdilər, yoxsa yazıq insulin nobatında (oxu, savaşında) öləcəkdi. Bax, ölkədə sizin bilərəkdən yaratdığınız vəziyyət təqribən bu haldadır, qandıra bildimmi, ay aidiyyəti olan marallarım? Əslində, öz yaratdığınızı bilməyə bilməzsiz, yəni bizdən də yaxşı bilirsiz…

Yaxud bu günlərdə apteklərdə yoxa çıxan “Valerian” və bu gündən də “Karvalol” dərmanlarının davamı gəlməməsindən on minlərlə ürək çatışmazlığı olan insanların həyatı təhlükə altına düşə bilər. Bu qədər çox istifadə olunan və çatışmazlığı ağır nəticələrə səbəb ola biləcək dərmanı niyə özümüz istehsal etmirik, Ukraynadan alırıq? Bəlkə sabah ala bilmədik, onda necə olacaq? “Valerian”ın ən keyfiyyətlisi bizdə, anamın həyətində bitir, mən də gətirib çayla birlikdə dəmləyib içirik. Əslində bu cür məsələlər respublikanın iqtisadi strategiyasını təşkil edir. Məncə, bütün bunlar təsadüfi deyil. Oliqarx monopolistlərin bilərəkdən yaratdıqları haldır. Respublikada vaxtaşırı bu və ya başqa bir zəruri şeyin çatışmazlığını yaratmaqla, əslində, süni böhran yaradılır ki, bu da ölkədə stabilliyi pozmaq istəyən daxili düşmənlərimiz olan “5-ci kolon”un iribuynuzlu kadrlarının, yəni monopolistlərin işidir. Mən sizə bir vətəndaş olaraq rəsmən məruzə edirəm ki, bu oliqarx monopolistləri bitirməyincə ölkədə ucuzluq və sabitlik olmayacaq, cənab Prezident! Bir iqtidarın hakimiyyətdə qalıb-qalmaması ən çox bu amildən asılıdır. Üzdə məişət xarakterli görünsə də, əslində çox ciddi mənfi sosial nətəcələrə səbəb ola biləcək bu cür məsələləri DTX araşdırmalı və dövlət başçısına məruzə etməlidir. Bütün bunlar respublikaya qarşı təxribat deyilsə, bəs nədir? Buna əsla yol vermək olmaz.

Ağıllı və vətənsevər bir ixtiyar sahibi (məsələn, Prezident və ya onun güvəndiyi kadrları) lazımdır ki, haçansa dövlətimizi sarsıdacaq, partlayışa çevrilə biləcək bu kimi təxribatların qarşısını vaxtında almaqla içimizdəki stabilliyi qorusun. Bu cür şok terapiyası idarəçiliyin bütün sahələrinə gərəkdir, yoxsa işimiz fırıq olacaq…

Təklif iki cürdür. Biri odur ki, hər xəstənin öz günü və dəqiq vaxtı müəyyən edilməklə qəbul edilsin, eyni siyahıdan özü barədə çıxarış xəstənin özünə də verilsin və hərə öz vaxtında həkimə yaxınlaşıb vərəqini, dərmanını alsın. Qaydanı pozanlar, gecikənlər isə, əsla növbəsiz buraxılmasın, gündəlik növbə qurtardıqdan sonra əlavə qalan vaxtda qəbul edilsin. Müxtəlif bəhanələrlə öz həyasızlığına salıb bu qaydanı pozmağa çalışanlar intizama dəvət edilməli, onlara qətiyyən növbəsiz dərman buraxılmamalıdır, bu onların tərbiyəsizliklərini daha da artırır…

İkincisi də odur ki, eynən Almaniyada olduğu kimi, bütün poliklinikalarda , “hamıya eyni gözlə baxan”, “ədalətli”, “qanunçu”, “tərbiyəli”, “dilsiz-ağızsız”, “xəstələri incitməyən”, “zəhərləməyən”, “xəstələrdən nəsə ummayan”, “işgüzar”, yalnız texniki təmirə dayanan, bankomat kimi bir qutu qoyulsun, xəstələr də aşağıda, biri o birinin ağzının içinə girmədən, poliklinikanın 4 işçisini – qeydiyyatçını, onkoloq həkimi və onun özündən daha çox insani qabiliyyətli, işgüzar köməkçisini, nəhayət öz həmkarları kimi görəcəyi işdən qabaq üzəbaxan, gözəl-göyçək insulin verəni narahat etmədən, 15 yox, uzağı hər 2 dəqiqədən bir kartlarını həmən bankomat kimi bir qutuya salmaqla, pul əvəzinə, insulin və başqa dərman vasitələri alıb gedirlər öz işlərinin dalınca.

Hər iki qaydada, xüsusilə ikinci halda alçaldıcı, biabırçı səhnələr baş vermir. Bütün xəstələr ölümqabağı öz qanuni dərmanlarını alıb, bu işin təşkilatçılarından və dövlətdən razı halda poliklinikadan ayrılırlar. Öz aramızdır, hər işimizi bu cür qursaydıq yaşamağa nə vardı ki, onda heç İran mollaları kimi cənnətə havayı (İranda bu bilet pulla satılır) bilet versəydilər də adam ölmək istəməzdi, nəinki başqa pis şeylər eləmək…

Bu təkliflər əlbəttə ki, böyük islahat sayılmasa da, ancaq mövcud biabırçı vəziyyətdən çıxış yolu olardı. Böyük islahat üçün isə konstitusion dəyişiliklər lazımdır.

İndi görək, vəzifədəykən özlərini hamıdan çox bilən sayan, özündən ixtiyarlıların önündə danışıqsız ikiqat əyilməklə yalmanan, özündən asılılara isə kor bucaq altında yuxarıdan aşağı baxan, xalqa gərəksiz, ziyanvericilər və sadalananların tam əksi olan tək-tük ağıllı idarəçilərimiz hansını seçəcəklər – indiki aşağılığa davam etməklə sürünməyi, yoxsa bankomat kimi “hamıya eyni gözlə baxan”, “ədalətli”, “qanunçu”, “tərbiyəli”, “xəstələri incitməyən”, “onlardan nəsə ummayan”, “dilsiz-ağızsız”, yalnız texniki təmirə dayanan və heç vaxt bürokratiya xəstəsi olmayacaq işgüzar bir qutunu?

Məmmədxan ƏZİZXANLI,
Sabiq prokuror, əmək veteranı
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru