Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                 

"Şərurlu İsfəndiyar"dan daha bir şikayət... - VƏTƏNDAŞ 14 İLDİR HALALCA MƏNZİLİNİ ALA BİLMİR
Tarix: 29-11-2022, 11:36 | Çap et
"Şərurlu İsfəndiyar"dan daha bir şikayət...
Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi (Şamaxinka), bina 50, mənzil 3-də yaşayan İdrak Hacıbaba oğlu Zülfüqarlı 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC-dən aldığı 79 kvadratmetrlik 2 otaqlı mənzilin dəyərini tam ödəsə də, indiyədək sözügedən mənzilin ona verilmədiyini bildirib.

Bu səbəbdən də Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini deyən şikayətçinin sözlərinə görə, məhkəmə onun xeyrinə qətnamə çıxarıb və işi icraya göndərib, lakin icra şöbəsi hələ də üzərin düşən vəzifəni yerinə yetirmir: "Mən 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC ilə mənzil tikintisi haqqında müqavilə bağlamışam. Əlimdə bunu təsdiq edən bütün zəruri sənədlər, o cümlədən kassa mədaxil ordenin qəbzi mövcuddur. Həmin qəbzdə qeyd olunur ki, "Olimpus-Az" MMC-yə 79 kvadratmetrlik 2 otaqlı mənzilin qarşılığında 47005 manat pul ödəmişəm. Lakin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də həmin mənzil mənə təhvil verilməyib. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm və mənim xeyrimə qətnamə çıxarılıb. Belə ki, Yasamal Rayon Məhkəməsinin hakim Elçin Firudin oğlu Qurbanovun sədrliyi ilə 19 sentyabr 2011-ci il tarixdə çıxardığı qətnamədə deyilir ki, iddiaçı qismində mənim - İdrak Hacıbaba oğlu Zülfüqarlının cavabdeh "Olimpus-Az" MMC ilə bağladığım 4 fevral 2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. Həmçinin, Cavabdeh "Olimpus-Az" MMC-dən sözügedən müqavilə üzrə ödənilmiş 47005 manat məbləğində pul alınaraq mənə verilsin. Lakin bu günədək məhkəmənin qərarı icra olunmayıb".

14 ildir ki, üzləşdiyi problemin həlli məqsədiylə aidiyyatı orqanlara müraciət etdiyini vurğulayan İdrak Zülfüqarlı hələ də məsələnin öz həllini tapmadığını qeyd edib. Şikayətçi əlavə edib ki, bununla bağlı 21 dekabr 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilib. Qərarda deyilir ki, Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli qətnaməsi icra edilmədən məhkəməyə qaytarılsın. Gördüyünüz kimi, bununla da icra məmuru məhkəmənin qətnaməsini icra etməyib. İsmayıl İsmayılov bunu onunla əsaslandırıb ki, aparılmış icra tədbirləri nəticəsində borclu "Olimpus-Az" MMC-yə məxsus hər hansı əmlak və gəlirlər müəyyən edilməyib: "Habelə "Olimpus-Az" MMC-nin faktiki olaraq fəaliyyət göstərmədiyi və rəhbəri Qurbanov Rauf Novruz oğlunun 05.01.2012-ci il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində öldüyü nəzərə alınaraq icra sənədləri Yasamal Rayon Məhkəməsinə qaytarılıb".

Məlumat üçün bildirək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə "Olimpus-Az" MMC-nin rəhbəri Rauf Qurbanova 2010-cu ildə 11 il həbs cəzası verilib. İki il sonra isə o, həbsxanada dünyasını dəyişib. Deyilənlərə görə, sonradan tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus "Şərur" MTK həmin binanın tikintisini davam etdirib. Həmçinin, o da qeyd olunur ki, İsfəndiyar Axundovun oğlu, "Qlobal Azəri" MMC-nin sahibi Mehdi Axundov "Olimpus-Az" MMC-nin ortağı olub. Görünür, elə bu səbəbdən də bir müddət sonra "Şərurlu İsfəndiyar" "Olimpus-Az" MMC-ni "Şərur" MTK-ya birləşdirib. Lakin buna baxmayaraq, İdrak Zülfüqarlı kimi yüzlərlə vətəndaş hələ də halalca mülklərinə sahiblənə bilmirlər.

Sonda İdrak Zülfüqarlı onu da əlavə edib ki, üzləşdiyi problemin həlli məqsədiylə iş adamı İsfəndiyar Axundovun qəbuluna düşmək istəsə də, buna nail ola bilməyib: "O, məni qəbula buraxmamaqla yanaşı, təhqircəsinə dedi ki, get hara şikayət edirsən et. Odur ki, "Hürriyyət" vasitəsiylə Prezident İlham Əliyev başda olmaqla, aidiyyatı qurumlara müraciət edir, onlardan məsələnin həllində köməklik gəstərmələrini, günahkarların cəzalandırılmasını xahiş edirəm".

"Hürriyyət"

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru